Məhkəmə qərarları › İş №2(102)-3170/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3170/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3170/2022 22.06.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi MülkiKollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3170/22 ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş ü zrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)2453/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə ilə 01 avqust 2016-cı tarixdə 60 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 70.557,79 manat məbləğində kredit verilmişdir. 2. 01 avqust 2016-cı il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzil ipotekaya qoyulmuşdur. 3. xx.xx.2018-ci il tarixli maliyyə arayışına ə sasən xx.xx.2018-ci il tarixə cavabdehin 63825,91 manat əsas, 9476,93 manat faiz, 48,19 manat penya, cəmi 73351,03 manat borcu vardır. Digər maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixə cavabdehin 47.225,91 manat əsas, 23.516 manat faiz, 511,16 manat penya, cəmi 71.253,07 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 4. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə "xxxx" ASC-nin Şirvan filialı arasında bağlanmış 01 avqust 2016-cı il tarixli 16021-0388/104051 saylı kredit müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 63825.91 manat əsas kredit borcunun, 9476.93 manat faiz borcunun, 48.19 manat penya borcunun, cəmi 73351.03 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzilə tutma yönəldilməsi, onun açıq hərracdan satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, ünvan 1, mənzil 58 satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və digər ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində qeyd olunan mənzili boşaldaraq təhvil verilməsini,ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Şirvan filialı tərəfindən Cavabdeh1 01 avqust 2016-cı il tarixli 16021- 0388/104051 saylı Kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 70.557.79 (yetmiş min beş yüz əlli yeddi manat 79 qəpik) manat məbləğində kredit verilmişdir. 01 avqust 2016-cü il tarixli 16021-0388/104051 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 ilə 01 avqust 2016-cü il tarixli 16021- 0388/104051 Sİ saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzil cavabdehlərin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi əsasında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Cavabdeh1 iddiaçıya 14 fevral 2018-ci il tarixə 63.825,91 manat əsas kredit borcu, 9476,93 manat kreditdən istifadəyə görə faiz borcu, 48.19 manat penya olmaqla, cəmi 73.351,03 manat borclu qalmaqdadır. Bank tərəfindən cavabdehlərə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2016-cı il tarixli 16021-0388/104051 saylı kredit müqaviləsi ləğv edilməli, 424.2. maddəsinə əsasən tərəfin öhdəliklərinə xitam verilməli və cavabdeh aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. 6. "xxxx" MMC tərəfindən verilmiş 23 noyabr 2018-ci il tarixli, 0923/18/BR saylı «Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair» hesabatdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəs i 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzilin hazırkı bazar qiyməti: 122.000 (bir yüz iyirmi iki min) manat təşkil etmişdir.

7. Sabirabad Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(056)-23/2019 saylı qətnaməsi ilə (hakim F.Pənahov) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2016-cı il tarixli, 16021-0388/104051 saylı Kredit müqaviləsinin ləğv edilərək, Cavabdeh1 ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 47.225,91 kredit borcu, 23.516 manat kreditdən istifadəyə görə faiz borcu, 10 manat penya olmaqla, cəmi 70.751,91 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəs i 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzilə yönəldilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 N°-li mənzilin ilkin qiyməti 122.000 (bir yüz iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və icra edilməyən həddə cavabdeh qarşısında məsuliyyət daşıyır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 442, 443, 445, 447, 462 və 467- ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan arayışdan görünür ki, cavabdeh 18 ay ərzində 16.600 manat əsas borcdan ödəniş etmişdir. Əsas borc azaldığı halda faiz borcunun 14.039,07 manat həcmində artması mümkün deyil. Lakin bu fakt məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə pretenziya qaydasında məhkəməyə qədər həll olunmasına dair bildirişin rəsmi qaydada cavabdehlərə çatdırılması barədə heç bir məlumat yoxdur. Eyni zamanda cavabdeh ipoteka predmetinin qiymətinin 122.000 manat müəyyən edilməsi ilə razı deyil.

12. Şirvan Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və N.F.Mirzəyev) 24 iyun 2020-ci il tarixli, 2(106)1654/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" ASC-yə qaytarmalıdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüquqi vardır. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, habelə cavabdehə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə qrafiki üzrə öhdəlikləri yerinə yetirməyərək, ödəmə qrafikinə müvafiq olaraq ödəniş aparmadığından, iddiaçı təşkilat olan "xxxx" ASC kreditin qaytarılmamış hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan R espublikası Mülki Məcəlləsinin 319, 442, 445 və 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39 və 59-cu maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər məhkəmə iclası haqqında lazımi qaydada məlumatlandırılmamış, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3046/2021 saylı, 06 may 2021-ci il tarixli q ərarı ilə (hakimlər – V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İK.Dəmirov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1654/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Təkrar apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli rəyinə əsasən 01 avqust 2016-cı il tarixli, 16021-0388/104051 saylı kredit müqaviləsi üzrə 23 iyul 2019-cu il tarixə Cavabdeh1 bank qarşısında yerinə yetirilməmiş öhdəliyi əsas kredit borcu üzrə 47.225,91 manat, faiz borcu ü zrə 23.826,53 manat müəyyən edilmişdir.

19. Həmçinin təyin olunmuş məhkəmə qiymətləndirmə ekspertizası üzrə X1” MMC-nin 04 noyabr 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi, ev 11 ünvanında, ümumi sahəsi 80.09 kv.m, yaşayış sahəsi 43.3 kv.m, yardımçı sahəsi 36.79 kv.m olan 2 otaqlı, 58 saylı mənzilin likvid qiyməti 113.040 manat müəyyən edilmişdir.

20. İşə təkrar apellyasiya qaydasında baxan Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və İ.H.Əhmədov)15 dekabr 2021-ci il tarixli, 2(106)-2453/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirlmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin faiz hissəsində qismən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi maddə və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qətnamədə faiz məbləğini qeyd edərkən yalnız formal əsaslandırma ilə kifayətlənmiş, cavabdeh tərəfindən mütəmadi ödənişlər edilməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

26. Maddə 385.1Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərək ətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Maddə 448.1Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

33. Maddə 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərardaipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. İşdən görünür ki, Cavabdeh1 bankla kredit müqaviləsini bağlamaqla krediti ona hesablanmış faizləri ilə birlikdə müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

44. Həmin Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Müəyyən olunduğu kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməməklə banka borcu yaranmışdır.

46. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2453/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar