Məhkəmə qərarları › İş №2(102)-3171/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3171/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3171/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması maraqlarına toxunan şəxsin işə cəlb edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xıdı rov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə qarşı “əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə” dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1294/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Maraqlı şəxs və digər şəxslərin paylı mülkiyyətində olmuşdur.

2. Həmin əmlakın göstərilən şəxslərin mülkiyyətində olan pay hissələri Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-20/99 nömrəli hökmü ilə müsadirə olunmuşdur.

3. Müsadirə olunmuş əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs iddiası əsasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə ona aid olan hissə müsadirə siyahısından çıxarılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 148,4 kv/m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının və 2747 kv.m. torpaq sahəsinin müsadirə siyahısından çıxarılaraq onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi İddiaçı, digər bir hissəsi isə Maraqlı şəxs adına olmuşdur. M ülkün İddiaçı adına olan hissəsi 148,4 kv.m dörd yaşayış otağından, 236,6 kv.m köməkçi sahədən, 188,9 kv.m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv.m torpaq sahəsindən ibarət olmuşdur. Həmin hissə İddiaçı mükiyyətinə Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökm X1 cinayət işi ilə əlaqədar olmuşdur və həmin hökmlə bu əmlaklar cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilmişdir. Lakin həmin mülk hələ 1992-ci ildə bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir və əmlakın xxxun cinayət işi ilə heç bir əlaqəsi olmamışdır.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1596/2021 nömrəli, 7 iyul 2021 -ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim: Cavid Tağıyev)

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi əmlak X1 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunmuş və İddiaçı mülkiyyət hüququ itirilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni kimi Mülki Məcəllənin 203, 212-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçının hüquqi varisi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin e dilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hər tərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə bu əmlakın bir hissəsi Maraqlı şəxs mülkiyyətinə qaytarılmışdır. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin və ya bu mülkdən cinayət aləti və vasitəsi kimi istifadə olunması təsdiq edən sübut yoxdur. Həmin vaxt iddiaçı öz payının müsadirə siyahısından çıxarılması ilə bağlı iddia qaldırmamışdır, o da iddia qaldırmış olsaydı, onun da payı müsadirə olunan əmlakların siyahısından çıxarılardı. Çünki həmin əmlakın cinayət yolu ilə alınması və əmlakdan cinayətin alət və vasitəsi kimi istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmündə öz təsdiqini tapmamışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1581/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu l tarixli hökmünə əsasən həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ itirilmişdir və h azırki vəziyyətdə həmin əmlakın iddiaçının mülkiyyətinə qaytarılması tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

13. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni Mülki Məcəllənin 203 və 212-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçının hüquqi varisi Nümayəndə3 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunan mül kiyyət hüququnu pozmuşdur. Sözügedən əmlak cinayət hadisəsinin törədilməsindən xeyli əvvəl əldə olunmuş və onun törədilən cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ev bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmiş və onun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə zidd olaraq qəbul etmişdir. Məhkəmə tərəfi ndən həmçinin Mülki Məcəllənin 152.1 və 157.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin mülkün digər hissəsinin mülkiyyətçisi Maraqlı şəxs da özünə aid olan hissənin müsadirə siyahısından çıxarılaraq mülkiyyətinə qaytarılması üçün müraciət etmiş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli, 2-272/2005 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs xüsusi mülkiyyətində olan ünvan 2 mülkdəki “B” literinə daxil olan, ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m. olan açıq eyvan, ölçüsü 11.5 kv.m. olan zirzəmi müsadirə siyahısından çıxarılaraq onun özünə və mülkiyyətinə qaytarılması qət edilmiş və hazırda həmin qətnamə qüvvəsindədir. Lakin işə baxan məhkəmə qətnamə çıxaran zaman işin bu halını nəzərə almamış və bununla da MPM-nin 82.3-cü maddəsinin tələb ini pozmuşdur.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-355/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin 13 iyul 2022ci il tarixli, 2(104)- 1581/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov, İspəndiyar Şəfiyevdən)

17. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - işin müəyyən edilən hallarına görə ünvan 1 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Əmlak İddiaçı, xxxxnun və digər şəxslərin paylı mülkiyyətində olmuşdur. Həmin əmlakın göstərilən şəxslərin mülkiyyətində ol an pay hissələri xxxun barəsində olan cinayət işi üzrə Ali Məhkəmənin 10 fevral 1999-cu il tarixli hökmü ilə müsadirə olunmuşdur; - müsadirə olunmuş əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs iddiası əsasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə ona aid olan hissə müsadirə siyahısından çıxarılmışdır; - iş materialları ilə müəyyən olunub ki, mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir; - İddiaçı iddiasının, hüquqi varisinin kassasiya şikayətinin dəlilləri qanuni qüvvədə olan qətnamə ilə əmlakın digər paylı mülkiyyətçisinin iddiası əsasında ona məxsus hissəsinin siyahıdan çıxarılması, həmin məhk əmə aktının qanuni qüvvədə olması, müsadirə edilmiş əmlakın cinayət törətmiş şəxslə hər hansı bağlılığının olmaması, əmlakın bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsi göstərilir; - həmin dəlillərlə bağlı “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarı baxıcımdan qeyd edilməlidir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir; - həmç inin “İcra haqqında” Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir; - beləliklə nəzərə alınmalıdır ki, hər iki normadan aydın olduğu kimi irəli sürülməli olan iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olmasının müəyyən edilməsi ilə bağlıdır; - işi mahiyyəti üzrə həll edən məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçının iddia etdiyi əmlak X1 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir; - Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır; - preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər; - Mülki Prosessual Məcəllənin 82.4-sü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həm in hadisəyə aidiyyəti hissəsində məcburidir; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir; - bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır; - Konstitusiya Məhkəməsinin yuxarıda istinad ol unaun qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmır; - hazırkı iş üzrə işdə iştiraka cəlb olunmayan şəxs mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır; - qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır; - Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tar ixli Qərarı); - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi; - işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yu xarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə, o cümlədən istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı tələblərə cavab vermir ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1294/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148.4 kv.m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188.9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının müsadirə siyahısından çıxarılaraq, onun mülki yyətinə qaytarılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə olunmasını və ya bu mülkdən cinayətin alət və vasitəsi kimi istifadə olunmasını təsdiq edən sübut Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmü ilə müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı xxx tərəfindən törədilmiş cinayətdə iştirakı həm in hökmdə öz əksini tapmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 212, 203, Cəzaların İcrası Məcəlləsini 183.1 və 183.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Maraqlarına toxunan şəxs Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mülki işə dair qərar qəbul edilərkən maraqlı (üçüncü) şəxs Maraqlı şəxs konstitusion hüquqları kobud şəkildə pozulmuş və nəticədə apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq mülki iş üzrə ədalət müha kiməsi düzgün həyata keçirilməmişdir. Apellyasiya instansiya məhkəməsi ünvan 2 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsinin Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsi olmasını və Maraqlı şəxs da ümumi sahəsi 2747 kv.m olan həmin torpaq sahəsi üzərində ən azı İddiaçı qədər hüququnun olmasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qətnaməsi qəbul edərkən Maraqlı şəxs həmin mülki iş üzrə cəlb etməmiş və nəticədə onun ünvan 2 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin yer ləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması barədə və açıq-aşkar Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin müvafiq qətnaməsindən də göründüyü kimi, məhkəmə müvafiq ünvanda yerləşən ümumi sahəsi 2747 kv.m torpaq sahəsi üzərində yerləşən 26 saylı mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin mülkiyyətçisi olan Maraqlı şəxs həmin yaşayış evinin yerləşdiyi ümumi sahəsi 2747 kv.m olan ümumi həyətyanı torpaq sahəsi üzərində hüquqlarının olmasını və qəbul edilən qətnamənin açıq-aşkar sonuncunu qanunla qorunmalı olan hüquq və vəzifələrinə toxunduğunu bildiyi və ya bilməli olduğu halda, həmçinin Maraqlı şəxs müvafiq mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğu halda qanunsuz olaraq həmin mülki iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş və onun iştirakı olmadan onun hüquq və mənafelərinə birbaşa toxunan məsələ barədə qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

212. Müsadirə Azər baycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Maddə

203. Mülkiyyət hüququnun itirilməsinin növlərindən biri də əmlakın müsadirə olunmasıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəmə sinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Mad də 418.4.5. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

28. İşdə n görünür ki, Maraqlı şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun maraqlarına toxunmasını bildirmiş və ərizəsinin təmin edilərək, qətnamədən şikayət vermək hüququnun tanınmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-514/2024 nömrəli, 15 may 2024-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş Maraqlı şəxs məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanınmış, iş ərizəyə əlavə edilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-514/2024 nömrəli, 15 may 2024-ci il tarixli qərardadından görünür ki, ünvan 2 ünvanınd a yerləşən 2747 kv. metr torpaq sahəsinin də müsadirə siyahısından çıxarılaraq İddiaçı mülkiyyətinə qaytarılmasına dair qətnamə qəbul edilsə də, həmin torpaq sahəsinin 600 kv metr hissəsinin ərizəçinin mülkiyyətində olan evə aid olması nəzərə alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 2747 kv. metr torpaq sahəsinin 600 kv. metr hissəsinin İddiaçı qaytarılması hissəsində bilavasitə ərizəçi Maraqlı şəxs maraqlarına toxunur. Lakin o, həmin işə baxılan zaman cəlb olunmamışdır.

31. Hazırda kassasiya şikayətinin dəlili də ondan ibarətdir ki, apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs işə cəlb etməmişdir. Baxmayaraq ki, ünvan 2 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsi həm də Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsidir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, işdən görünür ki, ünvan 1 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Maraqlı şəxs və digər şəxslərin paylı mülkiyyətində olmuşdur. Bu hal hətta birinci instansiya məhkəməsində işə baxılandan artıq məlum idi. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu halına heç bir əhəmiyyət verməmiş, bununla bağl ı hər hansı araşdırma aparmamış, müsadirə siyahısından çıxarılaraq iddiaçının mülkiyyətinə qaytarılan əmlakın yerləşdiyi torpağın həmçinin Maraqlı şəxs aid olub-olmamasına diqqət yetirməmiş, həmin şəxsin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələblərinə əsasən işə cəlb edilibedilməməsini tərəflərin iştirakı ilə müzakirə etməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.6-cı maddə.) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv ediməlidir.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxış ına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, marağına toxunan şəxsi işə cəlb etməli, işin hallarını marağına toxunan şəxsin iştirakı ilə bir daha araşdırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

35. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1294/2024 nömrəli, 18 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar