Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3179/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-346/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar ı İddiaçı və Cavabdeh2 Abuləhəd oğlu 10 aprel 2015-ci tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 20 iyul 2015-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cehiz əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbində adlarını göstərmiş olduğu 10930 manat dəyərində əmlakların, əmlaklar olmadıqda dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X1 adlı övladları vardır. xx.xx.20 20-ci ildə Cavabdeh1 onu döydüyü üçün atasının evinə qayıtmışdır və həmin tarixdən atası ilə yaşayır. Övladı onun yanındadır. Ona məxsus cehiz əşyaları gəlin köçən zamanı ünvan 1 ünvandadır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2021-ci il tarixli 2(060)-3734/2021 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Ailə həyatı qurduqdan sonra iddiaçı cehiz əmlaklarını cavabdehin valideynlərinə məxsus mənzilə yerləşdirmişdir. Tərəflər bir müddət ailə kimi bir yerdə yaşamışlar və xasiyyətləri uyğun gəlmədiyindən münasi bətləri pisləşmişdir. İddiaçı cavabdehlərə məxsus olan mənzili tərk etdikdən sonra dəfələrlə cavabdehlərə müraciət edərək cehiz apardığı əmlakları tələb etmiş, lakin cavabdehlər cehiz apardığı əmlaklarını ona verməkdən imtina etmişlər. Hal hazırda cavabdehlər iddia tələbini qismən etiraf edərək, bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən əşyalardan bir qismi ondadır və həmin əşyaları iddiaçıya qaytarmaq niyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)1787/2021 saylı icra sənədi üzrə tərtib edilmiş aktla tələbdə qeyd edilən əmlakların hamısının mövcud olduğu və cavabdehə saxlanca verildiyi öz əksini tapır. Mülki işin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi əşyalar cavabdehlərin sahibliyində qalmışdır. Belə sahiblik isə hüquqi baxımdan tanı nan vəziyyət olmadığı üçün qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən əşyaların hal hazırda cavabdehlerin sahibliyində olmasına dair sübutları iddia tələbinin tam təmin edilməsi üçün əsaslıdır. Buna görədə məhkəmə belə qanaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 22.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onlardan 1 ədəd Kumtel markalı sobanın, 1 ədəd çaynik çaydan dəstinin, 1 ədəd tozsoranın, 1 ədəd ətçəkən maşının, 1 ədəd mikserin, 1 ədəd elektrik çaydanın, 1 ədəd Tefal markalı ütünün, 3 ədəd gecə lampasının, 2 ədəd çııçırağın, 2 ədəd xalçanın, yataq və qonaq pərdə dəstinin, 1 ədəd taxt döşəyinin, 1 ədəd taxt yorğanının, 3 ədəd tək adamlıq yorğanın, 2 ədəd tək adamlıq döşəyin, 6 ədəd yastığın, 1 ədəd yorğan örtüyü dəstinin, 2 ədəd odeyalın, 6 ədəd nalçanın, 2 ədəd süfrənin, 3 ədəd pastel dəstinin, 4 ədəd qətvənin, 5 ədəd əl-üz dəsmalının, 5 ədəd çay dəsmalının, 6 ədəd böyük ölçülü büllür qədəhin, 6 ədəd orta ölçülü büllur qədəhin, 2 ədəd büllur abxor dəstinin, 8 ədəd büllur mürəbbə qabının, 2 ədəd büllur şamdanın, 2 ədəd bəzək üçün dəstinin, 12 ədəd böyük ölçülü stəkan dəstinin, 6 ədəd armudu stəkanın, 6 ədəd böyük ölçülü nəlbəkinin, 8 ədəd kiçik ölçülü nəlbəkinin, 3 ədəd fincan nəlbəki dəstinin, 6 ədəd su stəkan dəstinin, 4 ədəd mürəbbə qabının, 4 ədəd şirniyyat boşqabının, 3 ədəd nahar boşqab dəstinin, 16 ədəd kasanın, 4 ədəd qənd qabının, 6 ədəd duz qabının, 1 ədəd qəhvədanın, 2 ədəd qazan dəstinin, 1 ədəd çəngəl, bıçaq və qaşıq dəsti olan çemodanın, 5 ədəd bıçaq dəstinin, 2 ədəd çörək qabının, 1 ədəd yuxa oxlovunun, 3 ədəd podnosun, 2 ədəd ləyən dəstinin, 1 ədəd ütü altlığının, 1 ədəd tavanın, 1 ədəd güldanın alınıb iddiaçıya verilməsi hissəs ində iddia tələbinin təmin olunması, qalan hissədə iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafarisədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-346/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(060)-3734/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçının iddia tələbində gö stərdiyi cehiz əşyalarının cavabdehdə olduğunu, cavabdeh isə həmin əşyalardan yalnız şikayətində sadalanan əşyaların ona məxsus evdə olduğunu, iddia tələbində göstərilən digər əşyalarının ona məxsus olduğunu bildirmiş, lakin müvəqqəti təminat tədbiri kimi üzərinə həbs qoyulmuş mübahisəli əmlakların saxlanılmaq məqsədilə Cavabdeh2 verilmiş və onların özgəninkiləşdirilməsi, dəyərinin azaldılması, itirilməsi kimi hallara yol verilərsə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsi barədə akta imza atarkən həmin əmlakların bir qisminin, yəni şikayətində göstərilən əmlakların ona məxsus olması barədə qeyd verməmişdir. Əksinə həmin əmlakların mövcudluğunu və ona məxsus mənzildə olmasını təsdiq etmişdir. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçı həmin əmlakın mövcudluğu və həmin əmlakların c avabdehə məxsus mənzildə olduğunu sübut etdiyi halda, Cavabdeh2 bunu təkzib edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin əmlakların mövcudluğu məhz həmin əmlakların iddiaçıya məxsus olduğunu sübut etmir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsində qeyd edilən əmlakların ona məxsusluğuna dair hər hansı sübut mə hkəməyə təqdim etməmişdir. Tələb eidlən əmlakların bir qismi iddiaçıya deyil, onun ailə üzvlərinə məxsusdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Topfiq qızı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvalayaraq ərizəsində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədən qəbul edilmişdir. Ona görə də o, kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədq iq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəf indən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də əmlakların bir qisminin onun ailə üzvlərinə məxsus olmasını əsas gətirərək apelyasiya kollegiyasının qəbul etdiyi qətnamnənin ləğv edilməsini xahiş etmiş, lakin yekun məhkəmə aktı qəbul edilərkən apelyasiya kollegiyası tərə findən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini şikayətində əsaslandıra bilməmiş, həmçinin əmlaklardan hər hansı birinin ona və ya ailə üzvlərinə məxsusluğu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-346/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3179/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3179/2022
07.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver