Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3181/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərrac vasitəsilə satılması, məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh4 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilmiş hesab edilərək ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyi, zaminlik müqa viləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan "xxxx" ASC-nin vəkili X2, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının vəkilləri Vəkil və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)18/2020 nömrəli qətnaməsindən Ləğv prosesində olan "xxxx" ASC və Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 06 may 2009-cu il tarixli G-002/OPEC nömrəli girov müqaviləsi və müqaviləyə 2 saylı Əlavə ilə "xxxx" MMC adları sadalanmış tibb və məişət avadanlığını "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü etmişdir. 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 250000 manat məbləğində kreditin verilmişd ir. 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455000 manat məbləğində kredit verilmişdir. 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 374000 ABŞ dolları məbləğində kredit verilmişdir. 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsi ilə "xxxx" MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evini "xxxx" ASC-yə ipotekaya ilə yüklü etmiş, göstərilən daşınmaz əmlak həmin müqaviləyə 06 may 2009 -cu il tarixli 5 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış SKMF/10 saylı 22 aprel 2005-ci il tarixli, 1283 saylı 22 may 2008-ci il tarixli və K-002/OPEC saylı 06 may 2009-cu il tarixli kredit müqavilələrinə; 16 aprel 2010-cu il tarixli 7 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli və K-002/OPEC saylı 06 may 2009-cu il tarixli kredit müqavilələrinə; 05 mart 2012-ci il tarixli 8 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli, RSK-002/OPEC saylı 06 may 2009-cu il tarixli və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli kr edit müqavilələrinə; 29 may 2012-ci il tarixli 9 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli, RSK-002/OPEC saylı 06 may 2009-cu il tarixli, 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli, habelə Cavabdeh3 və "xxxx" ASC arasında bağlanmış 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur. 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavə ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 21 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qayt arılmasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.mdən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (14 saylı meyvə-tərəvəz mağazasını) "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmiş, qeyd olunan daşınmaz əmlak həmin ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98000 manat məbləğində) və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455000 manat məbləğində) kredit müqa vilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur. Həmçinin kredit müqaviləsinin təminatı olaraq 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh4; 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsi ilə isə "xxxx" MMC 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü m addəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 16 dekabr 2014-cü il tarixə olan 0,01 ABŞ dolları əsas borc, 27501,11 ABŞ dolları faiz borcu, 47,34 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 27501,11 ABŞ dolları məbləğində borcun tutulması, "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 17 dekabr 2014-cü il tarixə olan 428920,75 manat əsas borc, 153746,84 manat faiz borcu, 53758,08 manat artırılmış faiz borcu olmaqla, cəmi 636425,67 manat məbləğində borcun tutulması, "xxxx" MMC-dən 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu olaraq 55164,49 manat məbləğində pulun tutulması, habelə C avabdeh3, Cavabdeh4 və "xxxx" MMCdən 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 07 yanvar 2015-ci tarixə olan 347506,04 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu, 3565,37 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 397453,54 ABŞ dolları məbləğində borcun tutulması, 06 may 2009cu il tarixli G-002/OPEC saylı girov müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş avadanlığın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması, evin açıq hərracdan satılma sı, evinin boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı 16 aprel 2010-cu il tarixli 2290 saylı və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazasının, yəni ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m, köməkçi sahəsi 51.6 kv.m ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunması, əmlakın açıq hərracdan satılması, boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı və 16 aprel 2010cu il tarixli 22 90 saylı kredit müqavilələri üzrə borcun ödənilməsinə yönəldilməsi, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, xidmət haqqı olaraq ödənilmiş 1 manat, notariat xərclərinə ödənilmiş 143 manat, ümumilikdə 174 manat məbləğində xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdehlər kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə etsələr də, götürdükləri öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcları yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı Cavabdeh4 cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2005-ci il tarixli G-10/skm f saylı ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin ipoteka qeydiyyatı 22 aprel 2005-ci il tarixli G10/skmf saylı ipoteka müqaviləsinə əsaslanmış, həmin müqavilənin təminatı isə 22 aprel 2005-ci il tarixli kredit müqaviləsinin, yəni artıq öhdəliyi icra olunmuş müqavilənin icrası ilə bağlı olmuşdur. Digər tərəfdən ilkin iddia üzrə iddiaçının istinad etdiyi 06 may 2009, 16 aprel 2010, 05 mart 2012 və 29 may 2012-ci il tarixli kredit müqavilələrinin icrasının təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqavilələrinin heç biri dövlət qeydiyyatına alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsi ilə (hakim A.R.Tağıyev) ilkin iddia qismən təmin edilmiş, 06 may 2009cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 3526,56 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 3536,56 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləs i üzrə tələbin "xxxx" MMC-yə məxsus və 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməsi, avadanlığın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin 3536,56 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin "xxxx" MMC-yə verilməsi, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının Cavabdeh3, "xxxx" MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumu üçün ödənilmiş 30 manatın cavabdeh "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi və ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ("xxxx") ASC ilə Cavabdeh4 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair ipoteka qeydiyyatının ləğv edilməsi, ekspertiza tədqiqatlarının ümumi dəyərinin "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 müştər ək qaydada tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbində göstərilən kredit müqavilələri üzrə eyni ipoteka predmetini özündə əks etdirən 22 aprel 2005-ci il tarixli G10/SKMF saylı ipoteka müqaviləsinə 5, 7, 8 və 9 saylı Əlavələr göstərilsə də, ipoteka müqaviləsinə həmin əlavələr ilə bağlı əlavə qeydiyyat aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Bundan əlavə, 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin i crasının təminatı kimi Cavabdeh1 məxsus qeyri-yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) "xxxx" ASCyə ipotekaya qoyulmaqla müvafiq olaraq ipotekanın dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarış məhkəməyə təqdim edilsə də, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı adıçəkilən ipoteka predmeti üzrə bağlanmış İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsinin əlavə qeydiyyatı aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, 06 may 2009-cu il tarixli K002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 20 12-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə müvafiq kredit məbləğlərinin kreditor tərəfindən borcalana faktiki olaraq ödənilməsini təsdiq edə biləcək kassa məxaric orderi və ya ödəniş tapşırığının təqdim edilməsi tələb olunsa da, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəmə sorğusuna əsasən yalnız 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi təqdim edilmiş, digər müqavilələr üzrə isə hüquqi şəxs olan "xxxx" MMC-yə kreditin verilməsini təsdiq biləcək ödəniş tapşırıqları təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi adıçəkilən 06 may 2009-cu il tarixli K002/O PEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqavilələri üzrə kredit ödənişlərinin həyata keçirilməsini təsdiq edən sənədlərin təqdim oluna bilməməsinin səbəbi kimi, həmin sənədlərin müddət keçməsi ilə bağlı məhv edildiyini göstərsə də, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli müqavilə ilə eyni ildə bağlanan 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqavilə üzrə ödəniş tapşırığının məhv edilməsinin səbəbini izah edə bilməmiş, habelə 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinin əvvəlki kredit öhdəlikləri üzrə restrukturizasiya məqsədi ilə bağlandığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, borclu tərəfindən 06 may 2009-cu il tarixli K-002/O PEC nömrəli və 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqavilələri üzrə ödənişlər həyata keçirilmiş, belə olduğu təqdirdə isə müqavilələr üzrə kredit borcun faktiki olaraq götürülməsi mübahisə doğurmur. Eyni zamanda 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqaviləsi üzrə demək olar ki, borcun ödənilməsi halı təsdiq olunmadığından və müqavilə üzrə borc ödənilmədiyi halda bir neçə ay sonra 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin verilməsinin mümkünlüyü inandırıcı hesab edilmədiyindən, həmin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə faktiki olaraq kreditin verilmədiyi qənaətinə gəlməyə imkan verir. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia ərizəsinə əlavə edilmiş 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.0 0002 saylı kredit müqaviləsinin cavabdeh "xxxx" MMC tərəfindən imzalanması mübahisə doğurmasa da, iddiaçının məhkəməyə həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı əlavə sübutları təqdim edə bilməməsi, habelə cavabdehin həmin pulu almasını inkar etməsi kredit məbləğinin borcalana ödənilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda kredit müqaviləsinin imzalanması tərəflər arasında şərtləşdirilmiş öhdəlikləri nəzərdə tutan müqavilənin bağlanmasını təsdiq etsə də, kredit məbləğinin borcalana verilməməsindən ibarət işin faktiki halları borcverən tərəfindən kredit müqaviləsi üzrə götürülmüş ilkin öhdəliyin icra edilməməsinə dəlalət etməklə, borcalan "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə pulun qaytarılmasından ibarət öhdə liyinin yaranmasını və icrasını istisna edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Məhkəmə 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə əsas və faiz borcunun həcmini müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür. İlkin iddia tələbinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaklara yönəldilməsinə dair məsələ ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə kredit ödənişinin faktiki olaraq kreditor tərəfindən borcluya verilməsi təsdiq olunmadığından və bu əsasla qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulması istisna olunduğundan, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə irəli sürülmüş ilkin iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyətlərində olan daşınmaz əmlaklara yönəldilməsi hissəsi də təmin edilməməlidir. Həmçinin, 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə ilkin iddia tələbinin Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaka yönəldilməsinə dair hissəsi ilə ba ğlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 öz mülkiyyətində olan əmlakı hazırki iş üzrə cavabdeh "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq deyil, 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmadığından və hazırki mülki iş üzrə irəli sürülmüş tələblərə görə məsuliyyət daşımadığından ilkin iddia tələbinin Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilməməlidir. Bununla yanaşı, göstərilən kredit müqavilələrindən yalnız 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi ü zrə yaranmış borc 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməlidir. 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə ekspertiza rəyi ilə təsbit olunmuş əsas borc və cərimə borcu ilə bağlı ilkin iddia ərizəsində tələb irəli sürülmədiyindən, faiz borcunun isə 0,00 manat olması müəyyən olunduğundan adıçəkilən kredit müqaviləsi üzrə borcun tutulması qeyri-mümkün hesab edilməklə, mövcud olmayan borcun Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.m-dən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (14 saylı meyvə-tərəvəz mağazası) yön əldilməsi də yolverilməzdir. Cavabdeh4 tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evi "xxxx" ("xxxx") ASC-yə yalnız 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoyulması qeydiyyata alındığından, habelə məhkəmənin tələb etməsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyin hələ də mövcud olması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən, qeyd olunan öhdəliklər icra olunmuş hesab olunmaqla qarşılıqlı iddia ərizəsi təmin edilməli, 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatı ləğv edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)29/2016 nömrəli qətnaməsinin qismən, iddia tələbinin 16 aprel 2010-cu il tarixli 2290 saylı və 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqavilələri üzrə borcun tutulması hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçi nin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsinin qismən, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının Cavabdeh3, "xxxx" MMC və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi hissədə qismən, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızından digər cavabdehlərlə müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və zaminlik müqavil əsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçı "xxxx" ASC və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İl k iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)18/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizalarının rəyi ilə 16 aprel 2010-cu il tarixli və 06 may 2009-cu il tarixli kredit müqavilələri üzrə borc düzgün müəyyən edilmiş borc məbləğləri düzgün hesablanmamışdır. Bundan başqa məhkəmə 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin borcu olmaması qənaətinə gəlmiş, lakin kredit üzrə ayrılmış pulu n məxariclə deyil, vəsaitin cavabdehin digər müqavilələr üzrə banka olan borclarından silinməsini nəzərə almamışdır. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c saylı zaminlik müqaviləsi və "xxxx" MMC ilə 29 may 2012-ci i l tarixində bağlanmış 100.LN.2105.290512.00001/c saylı zaminlik müqaviləsi imzalananda krediti götürən Cavabdeh3 fəaliyyət qabiliyyətsiz olduğundan sadalanan müqavilələrə xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-l 86/2018 saylı qətnaməsi ilə "xxxx" ASC, zamin Cavabdeh4 və borcalan Cavabdeh3 arasında imzalanmış 29 may 2012-ci il tarixli zaminlik müqaviləsi etibarsız hesab edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsi 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 saylı qətnaməsi ilə 100.CL.290512.000001/c saylı, 29 may 2012-ci il tarixli zaminlik müqaviləsinə istinad edərək kassatorun üzərinə öhdəlik qoyması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1, 418.6-cı maddələrinə və Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) X5 prosesində olan "xxxx" ASC-nin kassasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan "xxxx" ASC-nin vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının vəkili Vəkil və X3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qa rşılıqlı olaraq mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallar ı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyn i növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibəti nə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli ol an, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq norma larının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ilk iddianı qismən təmin edən birinci instansiya məhkəməsi 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə borcu müəyyən edərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini əsas götürmüş, həmçinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə iddiaçının kassa məxaric orderini təqdim etməməsini əsas götürərək isə həmin müqavilə üzrə cavabdehlərin öhdəliklərinin yaranmaması nəticəsinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə bo rcun tutulması ilə bağlı hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaklara yönəldilməsinə dair məsələ ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə kredit ödənişinin faktiki olaraq kreditor tərəfindən borcluya verilməsi təsdiq olunmadığından tələbin həmin daşınmaz əmlaklara yönəldilməsi hissəsi də təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin mövqeyini mübahisələndirərək qeyd etmişdir ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış vəsait kassadan məxariclə deyil, tərəflər arasında razılıq əsasında cavabdehin digər müqavilələr üzrə banka olan borclarından silinmiş və bu dəlilinin sübutu qismində cavabdehin hesabından çıxarışını həm birinci, həm də ap ellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, o cümlədən 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin cavabdehin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanması məsələsini araşdırmamış və yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu göstərməklə apellyasiya şikayətini təmin etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbini təmin edən məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ("xxxx") ASC-yə yalnız 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoyulması qeydiyyata alındığından, məhkəmənin tələb etm əsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyin hələ də mövcud olması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən, qeyd olunan öhdəliklər icra olunmuş hesab olunmaqla qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Lakin iş materiallarından müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsinin sonuncu (01 noyabr 2016-cı il tarixli) iclasında təqdim olunmuş və həmin tarixli məhkəmə iclas protokolunda, (eyni ilə də əvvəlki protokollarda) məhkəmənin bankın nümayəndəsindən qətnamədə göstərildiyi kimi 22 aprel 2005-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin vəziyyəti barədə hər hansı məlumat istənilməsi öz əksini tapmamışdır. Qarşılıqlı iddianın məhkəmənin sonuncu iclasında verilməsi nəzərə alınaraq isə, həmin tələb üzrə cavabdehin ona qarşı etirazlarını və sübutlarını təqdim etmək imkanını istisna etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, qarşılıqlı iddia yuxarıda qeyd olunan əsaslarla təmin olunsa da, bununla bağlı hər hansı maddi hüquq normasına istinad olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 372.7-ci maddəsinə zidd olaraq qeyd olunan maddi və prosessual pozuntuları aradan qaldırmamışdır. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, hazırki iddia apellyasiya instansiyası məhkəməsinin icraatında olan dövrdə Cavabdeh4 cavabdehlər "xxxx" ASC və Cavabdeh3 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyindən hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank "xxxx" ASC, zamin Cavabdeh4 və borcalan Cavabdeh3 arasında imzalanmış 100.CL.290512.0001/c saylı, 29 may 2012-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin mübahisələndirilməsini və yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi məhz həmin zaminlik müqaviləsinə istinad edərək, 29 may 2012-ci il tarixli kredit üzrə müəyyən olunmuş borcu əsas borclu olan Cavabdeh3 ilə yanaşı, Cavabdeh4 tutulmalı olması qənaətinə gəldiyini nəzərə almayan apellyasiya instansiyası məhk əməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, tərəflərin təqdim etdikləri sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan "xxxx" ASC-nin və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3181/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3181/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver