Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3181/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Кollegiyasının İddiaçınun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (avtomobilinin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), hakimlər Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçınun Cavabdeh qarşı “avtomobilin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2941/2022 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 2010-cu ildə VAZ-21074 markalı avtomaşını kreditlə almışdır. Avtomaşını aldıqdan qısa müddət sonra iddiaçı onu etibarnamə ilə başqa şəxsə satmış və şifahi razılaşmaya görə kredit öhdəliyini avtomaşını alan şəxsə ötürmüşdür. Bundan sonra avtomaşını alan şəxs elə həmin qaydada avtomaşını üçüncü şəxsə satmış və beləliklə avtomaşın eyni qaydada bir neçə nəfərə satılmış və bankın kredit öhdəliyi isə ödənilməmiş qalmışdır. Ona görə bank 2013-cü ildə iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq kredit borcunun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin avtomaşına yönəldilməsini tələb etmiş və onun tələbi təmin edilmişdir. Hal-hazırda iddiaç ı mübahisə açaraq avtomaşını etibarnamə ilə qeyri-rəsmi olaraq satdığı X6 geri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X8 qarşı avtomobilin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, VAZ-21074 markalı Az **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə “Nikoyl” X7 6 saylı filialından 19 mart 2010-cu il tarixli kredit müqaviləsi əsasında 26 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə 5200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən o əsas məbləğdən əlavə, faiz borcu kimi 2336 manat məbləğində pul ödəməli idi. Kreditin qaytarılmasının təminatı kimi həmin avtomo bil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 13 fevral 2011-ci il tarixdə o həmin avtomobili tanışı Cavabdeh satmışdır. Qarşılıqlı razılaşmaya əsasən, Cavabdeh onun banka olan borcunu ödəməli idi. Lakin cavabdeh öhdəliyə əməl etməmiş, buna görə də “Nikoyl” İKB kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və avtomobilin acıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5982,05 manat pul vəsaitinin ondan “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan VAZ-21074 markalı Az **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh nəinki banka olan borcu ödəməmiş, hətta avtomaşını qaytarmaqdan da boyun qaçırmışdır. Ona görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilərək iddiaçıya məxsus olan "VAZ-21074" markalı, Az **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilin özündə saxlaması qanunsuz olması, lakin onun bu hərəkətindən iddiaçıya maddi zərərin vurulmaması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası k imi Mülki Məcəllənin 157 və 362-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının avtomobilə dair onun adına vermiş olduğu 11 fevral 2011-ci il tarixli etibarnamə ilə 12 gün sonra 23 fevral 2011-ci il tarixdə bütün səlahiyyətləri X11 ötürmüş və avtomaşını da onun sahibliyinə vermişdir. Həmin tarixdən avtomobil onun sahibliyindən çıxmışdır. Başqasının sahibliyində olan avtomaşını onun tərəfindən qaytarması fiziki cəhətdən mümkün deyil.
8. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya in stansiyası məhkəməsi) 15 fevral 2021-ci il tarixli 2(105)-539/2021 saylı qətnaməsi ilə (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, yekun qərar qəbul edərkən Mülki Məcəllənin 157.2 və 362-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayə ti onunla əsaslandırmışdır ki, 2011-ci ildə avtomobili satın alandan 12 gün sonra x2a satmışdır. x2un prosesə cəlb edilməsi barədə vəsatət irəli sürsə də məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Sonradan araşdırma aparmış və məlum olmuşdur ki, həmin avtomaşın artıq x2da deyil. Sonnucu avtomaşını X5, xx2 X3, 22 isə X2. Ona görə də avtomobilin yeni sahibləri işə cəlb edilməli və həmin şəxslərə qarşı onun reqres iddia qaldırmaq hüququnun tanınması barədə qərar qəbul edilməlidir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5613/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilərək, apellyasiya i nstansiyası məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
13. İşi yeni apellyasiya baxışına qaytaran kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, avtomaşının cavabdehin sahibliyində olması halı təkzib olunur. Cavabdeh bu barədə apellyasiya icraatı zamanı sübut təqdim etmiş, eyni zamanda izahatında həmin dəlili irəli sürmüşdü. “Elktron notariat” avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışda qeyd olunurdu ki, cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçının adında çıxış edərək həmin avtomaşını X1 vermişdir. Deməli, həmin tarixdən avtomaşın Cavabdeh sahibliyindən çıxmışdır. Çünki ona verilən səlahiyyətlər artıq 3-cü şəxsə ötürülmüşdür. Belə olan halda Cavabdeh iddiaya cavab verə bilməzdi.
14. Bundan başqa, Apelyasiya Məhkəməsi avtomaşının cavabdehin sahibliyində olmaması ilə bağlı dəlilini qəbul etməmiş, dəlili əsassız hesab etmiş (qətnamənin 4-cü səhifəsi) və bunu avtomaşının ipotekada olması, cavabdehin adına etibarnamə verilməsi ilə əsaslandırmışdır. Apelyasiya Məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərindən 2-cisi (cavabdehin avtomaşına sahiblik etməsi) öz təsdiqi tapmamışdır. Həmin şərt təsdiq olunmadığından normanın 3-cü şərti ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Çünki həmin şərt 2-ci şərtin mövcudluğu halında yoxlanılır.
15. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, avtomaşın kimin sahibliyindədir və bununla bağlı əlavə araşdırma aparılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Apelly asiya instansiyası məhkəməsinin 2(105)-2491/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
17. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomobilin cavabdehin sahibliyində olması öz təsdiqini tapmamışdır. Belə ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışda qeyd olunur ki, cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçının adından çıxış edərək həmin avtomaşını x2un sahibliyinə vermiş və bununla da avtomaşın həmin tarixdən Cavabdeh sahibliyindən çı xmışdır. Çünki ona verilən səlahiyyətlər artıq üçüncü şəxsə ötürülmüşdür.
18. İddiaçı avtomobilin cavabdehin qanunsuz və faktiki sahibliyində olduğunu sübut etməli olduğu halda bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
19. Apellyasiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü, MPM-nin 14.2, 77.1, 76.1, 76.2 və 106.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında işə birinci dəfə baxılan zaman cavabdeh iddiaçıdan avtomobili aldığını və aralarında bağlanmış şifahi müqaviləyə əsasən bu avtomobil üzrə “Nikoyl Bank”a olan borcu hissə-hissə ödəməyi üzərinə götürdüyünü etiraf etmişdi. Yəni, cavabdeh məhkəmə iclasında iddiaçı ilə aralarında həmin avtomobilə dair alqı-satqı müqaviləsinin yarandığını etiraf etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən işin bu halları nəzərə alınmamış və bununla da MM-nin 385-ci maddəsinin tələbləri pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsindən görünür ki, məhkəmə İddiaçı tərəfindən cavabdehin adına verilmiş etibarnaməyə istinad edərək cavabdehin İddiaçınun adından həmin avtomobili n başqa şəxsə satılması qənaətinə gəlmişdir. Təbii ki, qanunsuz və əsassız nəticədir. Avtomobil bankda girovda olduğu üçün iddiaçı ilə cavabdeh arasında avtomobilə dair alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilə bilməmiş, yalnız avtomobillərin alqı-satqısında geniş qaydada tətbiq olunan etibarnamə verilməsi üsulu ilə bu alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı qarşısında həmin avtomobilə görə qalan borcun ödənməsi ilə əlaqədar hal-hazırki iş üzrə cavabdeh olan Cavabdeh öhdəlik götürmüşdür. Lakin o, öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini pozaraq, üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. Təbii ki, İddiaçı həmin avtomobili birbaşa Cavabdeh verdiyi üçün hal-hazırda tələb etmək hüququ da yalnız Cavabdeh qarşı yönələ bilər. Cavabdeh tərəfindən həmin avtomobilə dair digər şəxslərin adına etibarnamənin verilməsi onun bu iş üzrə məsuliyyətdən yayınması üçün əsas deyildir. Mülki işin faktiki halları ilə və cavabdehin özünün məhkəmə iclasında etirafı ilə iddiaçı ilə cavabdeh arasında bu avtomobilə dair alqı-satqı müqaviləsinin bağlandığı tam sübuta yetirilir. Amma cavabdeh tərəfindən bu alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar heç bir əməli tədbir görmədiyi halda, məhkəmə tərəfindən buna düzgün hüquqi qiymət verilməmiş və bunun nəticəsində də iddiaçı həm əmlakından məhrum olmuş, həm də əlavə olaraq bank qarşısında borclu qalmışdır. Bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 448- ci maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçini n əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərinə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da iddiaçı tərəfindən irəli sürülmüşdür, apellyasiya məhkəməsi həmin dəlilləri obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla araşdırmış və hüquqi qiymət vermişdir. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2941/2022 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.