Məhkəmə qərarları › İş №2(102)-32/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-32/2022

03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-32/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1 oğıunun, Cavabdeh2 vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6480/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, xxx, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə ("X" avtotexniki xidmət müəssisəsi) 07.11.2006-cı il tarixli çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyətində olmuş, həmin əmlaka dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən hədiyyə verən qismində Cavabdeh1 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh2 bağışlamış, sonuncunun əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda mübahisə predmeti olan əmlak ın mülkiyyətçisi qismində Cavabdeh2 çıxış edir.

2. Həmçinin iş materiallarından görünür ki, xxx ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisə (X" avtotexniki xidməti müəssisəsi) üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xxx ünvan 3 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisənin ünvan 44 reyestr nömrə ilə qeydiyyatdan keçirilməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və xxx ünvan 3 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisəni n 25%-nə onun mülkiyyət hüququmun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınmasına dair iddia qaldırılaraq, xxx ünvanda yerləşən, 2309 kv.m. ümumi sahədən, 1543.9 kv.m. köməkçi sahədən ibarət olan X avtotexniki xidmət stansiyasının 25%-nə onun mülkiyyət hüququnun tanınması və həmin əmlakın açıq hərracdan satılmaqla əldə edilən vəsaitlərin 25%-nin ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra verilmiş vəkil sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.10.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “xxxx ünvan 3 ünvanda yerləşən, əmlak kompleksi kimi müəssisə 20 saylı DNK-nın 02.09.2006-cı il tarixli 4Ə/1-138 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 04.11.2006-cı il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 54 saylı DNK-nın 4Ə/374 reyestr nömrəli 25.08.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir”. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən yuxarıda qeyd edilən mülkiyyət hüququna dair çıxarışın arxa hissəsində yazılmaqla imzalanmış 17.12.2009-cu il tarixli qəbzlə o, təsdiq etmişdir ki: “Bununla təsdiq edirəm ki, cənab İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən, göstərilən obyektin 25% (iyirmi beş faizi) cən ab İddiaçı məxsusdur, realizə edilməsindən sonra bundan irəli gələn bütün nəticələrlə. ” Belə olan halda həmin əmlak onun razılığı olmadan özgəninkiləşdirilə bilməzdi, Həmçinin nəzərə almaq lazımdır ki, mübahisəli əmlakın tələm-tələsik Cavabdeh2 (yəni, öz bacısına) özgəninkiləşdirilməsi məhz mənim həmin əmlakı ondan tələb etməyimdən dərhal sonra baş vermişdir ki, bu da Cavabdeh1 onun qarşısında olan öhdəliklərindən süni surətdə yayınmaq məqsədi daşıyır. Onun payı olan daşınmaz əmlak Cavabdeh1 tərəfindən bağışlana bilməzdi.

5. Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin (hakim G.Əhmədova) 2(002)170/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq bağışlama müqaviləsinin predemti qismində çıxış edə əmlaka dair pay hüququnun olduğunu əsas gətirərək, müvafiq müqavilənin bağlanılmaısnın onun hüquqlarını pozduğunu bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının müvafiq bağışlama müqaviləsinin predmeti qismində çıxış edən əmlaka dair hər hansı pay hüququnun olması halı müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair hüquq barəsində əqd notarial qaydada təsdiq edilməli və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Lakin məhkəmə araşıdrması zamanı iddiaçının mübahisə predmeti olan əmlaka dair pay hüququnun olmasına dair tərəflər arasında hər hansı notari al qaydada təsdiq edilmiş əqdin bağlanılması halı, habelə paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar edilməmişdir.

7. Göründüyü kimi, müvafiq bağışlama müqaviləsi və həmin müqvailədən əmələ gələn öhdəlik hüquq münasibətlərinin iddiaçının hüquq və maraqlarına toxunması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının müvafiq bağışlama müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin subyekti-hədiyyə verən və ya hədiyyə alan qismində çıxış etməsi, həmin hüquq münasibətlərinin obyekti qimsində çıxış edən əmlaka dair hər hansı hüququ müəyyən edilmədiyindən,habelə iddiaçı barəsində həmin hüquq münasibətlərindən irəli gələn hər hansı hüquq və vəzifəsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının müvafiq bağışlama müqaviləsinin onun mar aqlarına toxunan şəxs kimi həmin müqvailəni mübahisələndirmək hüququ mövcud olmamışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddiaçının müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququ olmadığından, iddia tələbi rədd olunmalıdır.

8. Həmçinin, məhkəmə iddia tələbinin paya mülkiyyət hüququnun tanınması və payın açıq hərracdan satılaraq paya uyğun vəsaitinin alınması tələbinə dair hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas tələb təmin eidlmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 139.1, 139.3, 146.1, 146.2, 324.1, 337.1, 337.2, 389.1, 390.1, 394, 405.1, 666.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6480/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Мəhkəməsinin 2(002)-170/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X ünvan 2 ünvanında ye rləşən ümumi sahəsi 2309 kv\m olan əmlak kompleksi kimi müəssisəsinə (X avtotexniki xidməti müəssisəsi) dair verilmiş çıxarışın arxa tərəfində Cavabdeh1 tərəfindən edilmiş qeydlər həmin əmlaka dair iddiaçının pay hüququnun yaranması demək deyil. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair hüquq barəsində əqd notarial qaydada təsdiq edilməli və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Lakin iddiaçının mübahisə predmeti olan əmlaka dair pay hüququnun olmasına dair tərəflər arasında hər hansı notarial qaydada təsdiq edilmiş əqdin bağlanılması halı, habelə paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının mübahisə predmeti olan əmlakın paya mülkiyyət hüqu qunun tanınması və payın açıq hərracdan satılaraq paya uyğun vəsaitinin alınması üçün əsaslar müəyyən edilməmişdir.

13. Digər tərəfdən hazırki mülki iş üzrə iddiaçı müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmamışdır.

14. Belə ki, iddiaçı müvafiq bağışlama müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin subyekti-hədiyyə verən və ya hədiyyə alan qismində çıxış etməmiş, həmin hüquq münasibətlərinin obyekti qismində çıxış edən əmlaka dair hər hansı hüququ müəyyən edilməmiş, habelə iddiaçı barəsində həmin hüquq münasibətlərindən irəli gələn hər hansı hüquq və vəzifəsi müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

19. Cavabdeh2 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Cavabdeh1 vəkili məhkəmə iclasının təxirə salınması barədə yazılı vəsatət versə də vəsatət təmin edilməmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (maddə 139.1)

27. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyət i orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139.3)

28. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (maddə 146.1)

29. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (maddə 146.2)

30. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

31. Bu Məcəllədə müəyyənləşdirilmiş şər tləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)

32. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

33. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. (maddə 389.1)

34. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)

35. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. (maddə 394)

36. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (maddə 405.1)

37. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidmə ti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1)

38. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. (maddə 668.1.1) Mülki Prossesual Məcəllə

39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alara q belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6480/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar