Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3204/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, tərçüməçi X4, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli qətnaməsi ilə (hakim X.Mərdanova, iş № 2(00 6)-xx/16)İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi”tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ziyanın əvəzi olaraq 88 489 ABŞ dolları məbləğində pulun, qətnamənin icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, X.Sarıyev və H.Həmidov, iş № 2 (103)-xx/18) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xx 2016-ci il tarixli qətnaməsi apellyas iya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il qərarı ilə (hakimlər V.İbayev-sədrlik edən və məruzəçi, A.Kalbalıyev və Ə.Əliyev, iş № 2 (102)xx/18) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov iş № 2(103)xx/18) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli q ətnaməsi dəyişdirilmiş, Cavabdeh 74 350 (yetmiş dörd min üç yüz əlli) ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə təhvil verilmiş malların dəyərinin ödənilməmiş qalan hissəsini təşkil edən 88.489 ABŞ dolları, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə hesablanan dəbbə pulunun (cərimənin) ödənilməsi məqsədi ilə 11.172 A BŞ dolları, cəmi isə 99.661 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili Y.Allahverdiyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçı və vəkili Vəkil k assasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən müqavilə üzrə ödənilməmiş qala n 88.489 ABŞ dolları məbləğində əsas vəsaitin, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə hesablanan 11.172 ABŞ dolları dəbbə pulunun, cəmi 99.661 ABŞ dolları məbləğində pulun tutulması barədədir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, xx xx 2015-ci il tarixdə tərəflər arasında “malların (avadanlıqların) sifarişi və çatdırılmasına” dair müqavilə bağlanmış və müqavilə notarial qaydada təsdiq olunmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh gözəllik salonu üçün nəzərdə tutulmuş avadanlıqların alınması və sifarişçiyə çatdırılması öhdəliyini üzərinə götürmüşdür, İddiaçı isə öz növbəsində bunun müqabilində Cavabdeh ümumilikdə 98.054 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Cavabdeh iddiaçıya cəmi dəyəri 12498 Çin yuanı, təqribən 1800 ABŞ doll arı dəyərində malları təhvil versə də, üzərinə götürdüyü öhdəliyi tam və lazımınca icra etməmiş, müqavilə ilə nəzərdə tutulan avadanlıqları sifarişçiyə təhvil verməmiş və bu səbəbdən iddiaçı cavabdehə ödəmiş olduğu pulları geri tələb etmişdir. Həm iddiaçı, həm də cavabdeh tərəfin məhkəmədə verdikləri izahatlarla cavabdeh tərəfindən iddiaçıya 7600 ABŞ dollarının ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarını və Azərbaycan Respublikası Mülki Məcəllə 385.1, 386.1, 425.1, 777.1 və s. maddələrini rəhbər tutaraq iddia tələbini qismən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün deyil, qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyy əti yoxdur. Hazırki iş üzrə iddia tələbinin faktiki əsası, faktiki hallar tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətlərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq olunmuş xx xx 2015-ci il tarixli “malların (avadanlıqların) sifarişi və çatdırılması” müqaviləsi ilə sifarişçi təşkil etdiyi gözəllik salonu üçün avadanlıqların xaricdən alınması və Bakı şəhərinə çatdırılmasını icraçıya tapşırmış, icraçı isə razılaşdırılmış şərtlər, müddət və qiymət müqabilində tapşırığı icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, sifariş olunan avadanlığın dəyəri 71400 ABŞ dolları, icraçının xidmət haqqı 24000 ABŞ dolla rı, icraçının viza və yol xərcləri 4464 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 2.6-cı bəndindən görünür ki, tərəflər razılaşmış və təsdiq emişlər ki, müqavilə imzalandığı günə sifarişçi tərəfindən icraçıya 98054 ABŞ dolları pul ödənilmişdir. İcraçı bu məbləği almasını müqavilənin sonunda müvafiq qeyd aparmaqla öz imzası ilə bir daha təsdiq etmişdir. İşdə olan iltizam və qəbzlərdən görünür ki, xx xx 2014-cü il tarixdən xx xx 2015-ci il tarixədək İddiaçı tərəfindən müxtəlif vaxtlarda Cavabdeh müxtəlif məbləğlərdə pul vəsaitləri verilmiş, pulun verilməsi onların imzaları ilə təsdiq edilmişdir. Cavabdeh başqa bir işdə xx xx 2015-ci il tarixli “malların (avadanlıqların) sifarişi və çatdırılması” müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla həmin müqaviləni mübahisələndir miş, lakin Yasamal Rayon Məhkəməsinin 11.04.2016-cı il tarixli 2(004)-xx/2016 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, şikayətlər təmin olunmamış və qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılan xüsusi qərardada əsasən Cavabdeh barəsində cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun xx xx 2017-ci il tarixdən xx xx 2017-ci il tarixə qədər həbsdə saxlandığı 04 (dörd) günün təyin edilmiş cəza müddətində n çıxılmaqla çəkilməli cəzanın müddətinin 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, X5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilərək üzərində 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddəti ərzində Cavabdeh üzərinə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə yaşayış yeri üzrə qeydiyyata alınmaq vəzifəsinin qoyulması, onun davranışı üzərində nəzarətin həyata keçirilməsinin Nəsimi rayonu İcra Şöbəsinə həvalə edilməsi, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilərək dərhal məhkəmə zalında həbsdən azad edilməsi, zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın 27142 manat hissəsinin ödənilməsinin nəzərə alınması, zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manatın ödənilməsinin Cavabdeh həvalə edilməsi, zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manat ödənilərkən, onların hər birinin; payına düşən ödəmə məbləğlərinin müəyyənləşdirilməsinin zərərçəkmiş şəxslər İddiaçı və X2 üzərilərinə qoyulması hökm edilmişdir.həmin Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, hökmdən zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manatın ödənilməsinin Cavabdeh həvalə edilməsi, zərərç əkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manat ödənilərkən, onların hər birinin payına düşən ödəmə məbləğlərinin müəyyənləşdirilməsinin zərərçəkmiş şəxslər İddiaçı və X2 üzərilərinə qoyulmasına dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3, 82.4, 233.3-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə tərəflər arasında bağlanmış müqavilənin etibarsız müqavilə olmadığına, həmin müqavilə bağlananadək hazırkı iş üzrə cavabdehə 98054 ABŞ dollarının verildiyinə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən hal ın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bununla yanaşı, işdən də görünür ki, cinayət mühakimə icraatı zamanı da, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də cavabdehin iddiaçıdan məhz 98054 ABŞ dolları məbləğində pul alması sübuta yetirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-xx/2018 saylı xx xx 2018-ci il tarixli qərarında isə göstərilmişdir ki, Cavabdeh cinayət əməlləri nəticəsində İddiaçı və X3 vurulmuş ziyan mülki mühakimə icraatı qaydasında artıq zərərçəkmiş şəxslərdən F.Babayevin xeyrinə tutulduğuna görə, maddi ziyanın təkrarən məhkumdan zərərçəkmiş şəxslərin xeyrinə məhkəmənin hökmü ilə tutulması son nəticədə, məhkəmə aktlarının icrasında qeyrimüəyyənliyinin yaranması, məhkumun mülki hüquqlarının pozulması və zərərçəkmiş şəxslərin məhkumun hesabına əsass ız varlanması ilə nəticələnə bilər. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli, 1(001)-xx/2017 sayli hökmündən zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manatın ödənilməsinin Cavabdeh həvalə edilməsi, zərərçəkmiş şəxslər İddiaçı və X3 dəymiş maddi ziyanın qalıq hissəsini təşkil edən 55195,50 manat ödənilərkən, onların hər birinin payına düşən ödəmə məbləğlərinin müəyyənləşdirilməsinin zərərçəkmiş şəxslər İddiaçı və X2 üzərilərinə qoyulmasına dair müddəalar ona görə xaric edilmişdir ki, bununla bağlı mülki mühakimə icraatı qaydasında hazırki iş vardır və bu iş üzrə tələb edilən məbləğin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qismən təmin edil mişdir. Apellyasiya baxışı zamanı iddiaçı qeyd edilən müqavilə üzrə ona qaytarılmış məbləğlər çıxıldıqdan sonra hal-hazırda cavabdehin ona 74350 ABŞ dolları borcu qaldığını bildirmişdir. Cavabdeh isə apellyasiya baxışı zamanı iddiaçıya 30000 ABŞ dolları ödədiyni bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Çünki, bu halı, yəni iddiaçıya həqiqətən həmin məbləğdə pul qaytarmasını sübut etmək yükü artıq onun üzərinə düşür, o, isə bu halı sübuta yetirə bilməmişdir. Qeyd olunan məhkəmə hökmündə dəymiş maddi ziyandan 27142 manatın iddiaçı tərəfə ödənilməsi müəyyən edilsə də, iddiaçı tərəf ABŞ dolları ilə nisbətdə cavabdehin daha çox, 23700 ABŞ dolları qaytardığını və 74350 ABŞ dolları borc qaldığını etiraf etmişdir. Ona görə də, iddiaçının göstərdiyi məbləği nəzərə alan apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas və yeganə dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verilməsi, cavabdehin iştirakının təmin olunmaması, cavabdehin tərcüməçi və vəkillə təmin olunması üçün şərait yaradılmaması barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini əsassız sayır və iş materiallarına əsasən qeyd edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən apellyasiya şikayətinə baxılması ilkin olaraq 19.10.2018-ci il tarixə təyin olunmuş, bu barədə işdə iştitak edən bütün şəxslərə, o cümlədən Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, göstərilən tarixdə Cavabdeh məhkəmə iclasında iştirak etmiş, məhkəmə onun rus dilli olduğunu nəzərə alınaraq tərcüməçi dəvət etmiş və Cavabdeh məhkəmə iclasında tərcüməçi ilə təmin olunmuşdur. Cavabdeh 16.11.2018-ci il və 30.11.2018-ci il tarixli növbəti məhkəmə iclaslarında da tərcüməçi ilə təmin olunmuşdur. Mübahisənin sülh yolu ilə həll edilməsi, tərəflərin barışması üçün məhkəmə iclası 06.12.2018-ci il tarixə təxirə alınmış, lakin həmin tarixdə Cavabdeh teleqram göndərərək vəkilin işlə tanış olması üçün məhkəmə iclasının daha 10 gün təxirə salınmasını xahiş etmişdir. Halbuki, işdə onun vəkillə müqavilə bağlamasını, yaxud vəkillə təmsil olunmasını təsdi q edən hər hansı sənəd (müqavilə, order) yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmin teleqramı (vəsatəti) məhkəmə iclasında müzakirə etmiş və işin uzun müddət məhkəmənin icraatında olduğunu, lakin bu müddət ərzində vəkillə müqavilə bağlanmadığını nəzərə alaraq vəsatəti əsassız saymış və rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mülki iş 07.09.2018-ci ildən 06.12.2018-ci ilədək, yəni 3 ay işə apellyasiya qaydasında yenidən baxan məhkəmənin icraatında olmuş, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, sonuncu məhkəmə iclası istisna olmaqla bütün məhkəmə iclaslarında iştirak etmiş, tərcüməçi ilə təmin olunmuş, tərcüməçinin iştirakı ilə izahat vermiş və vəkillə müqavilə bağlamaq üçün kifayət qədər vaxta, imkana və şəraitə malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd olunanları nəzərə almış və sonuncu məhkəmə iclasında cavabdehin iştirakı olmadan işə baxmaqla yekun qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübu t etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutları n qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülk i prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş o lduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə mahiyyəti üzrə həll edilmiş, mübahisəli hüquq münasibətinə qiymət verilmiş və iş üzrə yekun qərarla yanaşı xüsusi qərardad da çıxarılaraq işdə iştirak edən şəxslərdən hər hansı birinin əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurorluğa məlumat verilmişdir. Prokurorluq tərəfindən Cavabdeh barəsində cinayət işi başlanmış, istintaq aparılmış, istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün m əhkəməyə göndərilmiş, məhkəmənin hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş, sonradan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmə müvafiq dəyişiklik edilmişdir. Göründüyü kimi, cinayət işi üzrə məhkəmə qərarları birinci instansiya məhkəməsində mülki mühakimə icraatı qaydasında işə baxılıb yekun qərar qəbul edildikdən sonra qəbul edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə nə kimi halların müəyyən edilməsindən asılı olmayaraq mülki mühakimə icraatı qaydasında işin halları düzgün məyyən edilmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3204/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3204/2019
14.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver