Məhkəmə qərarları › İş №2(102)-321/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-321/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-321/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4821/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Füzuli rayon Hərbi Komisarlığının 4-cü şöbəsi tərəfindən verilmiş 4/45 saylı, xx.xx.2007-ci il tarixli arayışı görə xx.xx.1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu xx.xx.1993-cü il tarixdə hərbi xidmət keçən zaman itkin düşmüş, xx.xx.2007-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı qətnaməsi ilə S.Əsgərxanov ölmüş elan edilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gün, yəni xx.xx.2007-ci il onun ölüm tarixi kimi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş (əlavə və dəyişiklərlə) “Ş əhid adına əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Qərarın tələblərinə uyğun olaraq 1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu şəhid sayılmış və atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu və anası İddiaçı şəhid ailəsi hesab edilmişlər.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2007-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş Əsgərxanov Seymur Şahsuvar oğlunun vərəsələri kimi atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu və anası İddiaçı müəyyən edilmişdir. Şəhadətnamədə miras əmlakın Dövlət Sığorta Agentliyində olan sığorta pulu olması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ döyüşlərində şəhid olmuş oğlu, hərbi qulluqçu Əsgərxanov Seymur Şahsuvar oğluna görə 11000 manat məbləğində birdəfəlik sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və Şəhid olmuşdur. O, Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994-cü il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmiş, Sumqayıt şəhər məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. İddiaçı və onun həyat yoldaşı xəstə olduqları üçün vərəsəliklə bağlı sənədlərin toplanılmasına görə X1 etibarnamə vermişlər və həmin şəxs onların adından etibarnamə ilə çıxış edərək xx.xx.2007-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni alsa da, onlar şəhid ailəsinin üzvlərinə çatası 11000 manat məbləğində pulu almamışlar. Vərəsəliklə bağlı toplanan sənədlər cavabdeh təşkilata təqdim olunmuş və həmin vaxt sığorta ödənişi ilə bağlı dövlət səviyyəsində göstərişin olmadığı bildirilmiş və bu illər ərzində heç bir vəsait ödənilməmişdir. Sığorta ödənişinin ödənilməsinin ƏƏSMN-nin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iş üzrə cavabdeh 3-cü şəxs qismində cəlb olunmuş və həmin vaxt guya sığorta ödənişinin xx.xx.2007-ci il tarixdə onlara ödənildiyini bildirmişdir. Lakin cavabdeh onun, həyat yoldaşının və yaxud da buna səlahiyyəti olan hər hansı bir nümayəndənin imzası olan ödəniş sənədini təqdim etməmiş və bunu həmin sənədlərin vaxtının keçməsi səbəbindən məhv edilməsi ilə izah elmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Oğlu 1994-cü il tarixli qətnamə ilə hərbi əməliyyatlar zamanı itkin düşmüş, 2007-ci il tarixli qətnamə ilə isə ölmüş elan olunmuşdur, bu halda Şəhid ailə üzvünə hesablanan kompensasiya - 11000 manat məbləğində vəsait tələbi ilə bağlı cavabdeh təşkilata qarşı ümumi məhkəmə qaydasında iddia qaldırılmalıdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli 2(006)-1240/2023 saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 manat məbl əğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişinin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşıyır və hazırki mülki iş üzrə əsl cavabdehdir. İddiaçının oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan müvafiq qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən hərbi əməliyyatla əlaqədar itkin düşdüyü və bu əməliyyatların qurtardığı gündən iki ildən artıq müddətin keçdiyi üçün ölmüş elan edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmən in qənaətinə görə sığorta hadisəsi baş verdiyindən sığorta məbləğinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsəsi olan iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. İş materiallarının araşdırılması nəticəsində qeyd edilən məbləğin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsələrinə verilməsi öz təsdiqini tapmamışdır.

8. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanına, Mülki Məcəlləsi nin 41.3-cü Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Əsgərxanov Seymur Şahsuvar oğlu isə 1993-cü ildə hərbi xidmətə yollanmışdır. Mərhum 1993-cü ildə hərbi xidmətdə olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilməmiş, hərbi qulluqçuların həyat və sağlamlığının icbari qaydada sığortalanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirk əti arasında icbari sığorta müqaviləsi bağlanmamış, sığorta haqqı da ödənilməmişdir. Bununla da məlum olur ki, müvafiq icra hakimiyyəti orqanın hərbi qulluqçunun həyat və sağlamlığı icbari qaydada sığortalanmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.

11. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi 11000 manat sığorta ödənişi 2007-ci il tarixdə Şirkət tərəfindən Əsgərxanov Seymur Şahsuvar oğlunun vərəsəsinə ödənilmişdir. Lakin qeyd olunan dövrdə sığorta ödənişləri Şirkətin müvafiq rayon filialları tərəfindən həyata keçirildiyindən sığorta ödənişini təsdiq edən sənədlər məhv olmuşdur. Mülki iş materillarına F üzuli Rayon Dövlət Notariat Ofisinin 2V-1-38 saylı xx.xx.2007-ci il tarixli “Əsgərxanov Seymur Şahsuvar oğlunun sığorta puluna dair vərəsəlik işi” əlavə olunmuşdur. Vərəsəlik işində olan vərəsələr Əsgərxanov Şahsuvar Əsgərxan oğlunun və İddiaçı Füzuli rayon Dövlət Notariat Kontoruna ünvanladıqları xx.xx.2007-ci il tarixli ərizələrindən aydın olur ki, məhz miras əmlakı olan Dövlət Sığorta Agentliyində olan sığorta pulu əsasında vərəsəlik haqqında şəhadətnamə verilməsi Kontordan xahiş olunmuşdur. Bundan əlavə olaraq, iş materiallarında olan “Qanun üzrə vərəsəlik haqqında” xx.xx.2007-ci il tarixli Şəhadətnamədə miras əmlakı qismində Dövlət Sığorta Agentliyində olan sığorta pulu göstərilmişdir. Hal-hazırda sığorta ödənişinin həyata keçirilməsini təsdiq edən sənəd mövcud olmasa da, qeyd oluna n dövrdə vərəsələr tərəfindən həyata keçirilən notariat hərəkətlərindən və sığorta ödənişinin həyata keçirilməsi tarixinin (xx.xx.2007) vərəsəliyin təsdiqi tarixindən (xx.xx.2007) dərhal sonra olması sığorta ödənişinin həyata keçirilməsini təsdiq edir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)4821/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli), cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1240/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassız hesab edərək gəldiyi nətic əni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığortalanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş prinsiplərlə bir araya sığmır.

14. Bundan başqa “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Cavabdeh təşkilatın hazırki tələb üzrə cavab verməli olan şəxs olub-olmamasına gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı dah a əvvəl 11000 manatın birdəfəlik ödənc kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutulması barədə iddia qaldırsa da, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2550/2022 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, sığorta hadisəsi 2007-ci ildə baş verdiyindən həmin nazirlik göstərilən tələb üzrə cavabdehlik daşıya bilməz, iddiaçının mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır.

15. Məhkəmə öz mövqeyini Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx. 1997-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4821/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş edir.

17. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1.3 və 418.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 217.3 və 217.4-cü maddələrinə istinad edilərək qeyd olunmuşldur ki, apellyasiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılm amış, tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bu səbəbdən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istinad olunan maddi hüquq normalarının apellyasiya instansiya məhkəməsi tərəfindən pozulması halları iddia tələbinin hüquqi əsasının olmadığını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 19. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 20 18-ci il tarixli, 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. 20. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təstiq edən sən ədlərin tarixi 2021- ci ilin yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxlərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişini almaq hüququ olan şəxlərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. 21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəl iklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. 22. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. 23. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə ( toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə 100 faiz. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

35. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

36. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nə ticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4821/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar