Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-321/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: boşanma, aliment, uşaqların yaşayış yerinin müəyyən olunması barədə mediasiya prosesində bağlanmış barışıq sazişi olduğu halda nikah pozulduqdan sonra eyni məsələnin məhkəmə tərəfindən həll edilməsi, işə hissəvi xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 28 avqust 2024-cü il tarixli, 2(104)-1760/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh və X5 xx.xx.2014-cü ildə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlamışlar.
2. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və 16 iyul 2015-ci il təvəllüdlü X7 adlı iki uşaqları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ilə nikahının pozulması, birgə nikahdan xx.xx.2013-cü ildə anadan olm uş X2 və xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, birgə yaşadıqları müddət ərzində cavabdeh iddiaçıya qayğı göstərməmiş, üstəlik ona qarşı layiq olmadığı münasibəti göstərmişdir. Hətta iddiaçı üçüncü uşağa hamilə olarkən cavabdeh iddiaçını həkimə aparmamış, uşağın tələf olması üçün ona qarşı hərəkətlər etmişdir. İddiaçı xəstə olduqda, yaxud onun hər hansı orqanı ağrıdıqda isə cavabdeh hər kəsin gec-tez öləcəyini deyib, xəstəliyə görə ölməkdən qorxmamağı ona tövsiyyə etmişdir. Onların birgə yaşadıqları müddət ərzində cavabdehin maraq dairəsi yalnız təsərrüfa tdan və mal-qaradan ibarət olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların təhsilləri ilə də maraqlanmamış və uşaqlara ata qayğısı göstərməmişdir. İddiaçı uzun illər cavabdehin xarakterinin normallaşacağını, ona, eləcə də uşaqlara qayğı göstərəcəyini və ailə münasibətlərinin yaxşılacağını səbrlə gözləsə də, cavabdeh öz davranışlarını dəyişməmişdir. Bütün bunlar onlar arasındakı münasibətlərin bərpa olunmayacaq qədər pisləşməsinə səbəb olmuşdur. Qeyd olunan səbəbdən də iddiaçı yaşamaq üçün öz valideynlərinin yaşadığı ünvana, daha sonra isə uşaqların təhsil aldıqları məktəbin yaxınlığında valideynlərinin kirayə tutduqları mənzilə köçmüşdür.
5. Hazırda valideynləri iddiaçının və uşaqlarının yaşaması üçün fərdi yaşayış evi tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almışlar və qısa zaman ərzində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunacaqdır. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların öz yanında qalmaları üçün həmin uşaqlara mobil telefon və planşet alıb vermiş, hətta Mədinəni gəzmək üçün tək Bakı şəhərinə göndərmişdir. Mədinə onunla söhbət edərkən, atasının evi, təsərrüfatı və digər bütün əmlakı ona verəcəyini dediyini bildirmişdir. Hazırda hər iki uşaq iddiaçının yanında yaşayır.
6. Həmçinin iddiaçı mediasiyaya müraciət etmiş, mediasiyada vaxt verilmədən nikahın pozulması və uşaqların iddiaçının himayəsində saxlanması barədə cavabdehlə razılığa gəlmişdir. Bu barədə sənədləri də iddia ərizəsinə əlavə edib.
7. Məhkəmə baxışında cavabdeh ilkin olaraq iddianı qəbul etmədiyini, nikahın pozulmasına razı olmadığını bildirərək, barışıq üçün vaxt istəmişdir.
8. Birinci instansiya məhkəməsi boşanmadan sonra uşaqların hansı valideynin yanında yaşamasının onların mənafeyinə uyğunluğu barədə rəy verilməsini Gəncə Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırmış, həmçinin tərəflərin barışması üçün 3 ay vaxt vermişdir.
9. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyinə əsasən Komissiya xx.xx.2013-cü ildə anadan olmuş X2 atası Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X3 anası İddiaçı himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir.
10. Məhkəmə baxışında cavabdeh sonradan iddianı qismən qəbul edərək, bildirmişdir ki, bir müddət bundan əvvəl onun atası Sabir Məhərov vəfat etmiş və vəfat edərkən iddiaçını görmək istəmişdir. Laki n iddiaçı aralarındakı münaqişəli vəziyyəti və yaşamaq üçün bir daha həmin ünvana qayıtmayacağını bildirməklə, onun atasının son istəyini yerinə yetirməmiş və onun atası ilə görüşməmişdir. Buna görə də o, heç vaxt iddiaçını bağışlamayacaqdır. O, iddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Lakin iddiaçı valideynlərinin, yaxud hansısa qohumunun yanında deyil, kirayə tutduğu mənzildə yaşayır. O isə iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların kirayə mənzildə yaşamaqlarının onların əxlaqına mənfi təsir edəcəklərini düşünür. Qeyd olunan səbəbdən o, həmin uşaqların iddiaçının deyil, onun yanında qalmalarını istəyir.
11. Birinci instansiya məhkəməsində Gəncə şəhər XXX məktəbin ibtidai sinif müəllimi X1 iştirakı ilə dindirilən xx.xx.2013-cü il təvəllüdlü X6 göstərmişdir ki, o, Gəncə şəhər XXX məktəbin 5-ci sinfində təhsil alır. Hazırda anası ilə birlikdə yaşayır. Lakin babası vəfat etməmişdən qabaq, ağrıları olarkən anasını görmək istəsə də, anası görüşmək üçün getmədiyinə görə onu bağışlaya bilmir. Anası və atası heç vaxt onu incitməmişdir. Sonuncu dəfə o, Bakı şəhərinə getdiyinə görə anası ona əsəbləşmişdir. Atası ondan dərslərini necə oxuduğunu soruşsa da, onun kitablarına və dərslərinə, ümumiyyətlə, baxmamışdır. O, atasının yanında yaşamaq istəyir.
12. Birinci instansiya məhkəməsində Gəncə şəhər XXX məktəbin ibtidai sinif müəllimi X1 iştirakı ilə dindirilən xx.xx.2015-ci il təvəllüdlü X7 izahatında göstərmişdir ki, o, Gəncə şəhər XXX məktəbin 3-cü sinfində təhsil alır. Hazırda anası ilə birlikdə yaşayır. Anası onun dərsləri ilə maraqlanır və məşğul olur. O, bacısı Mədinə ilə telefonla danışarkən atası oxumaqla adam olunmayacağını demiş, onların təhsilləri ilə maraqlanmamışdır. O, anasının yanında yaşamaq istəyir.
13. Gəncə Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(125)-502/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 10 fevral 2014-cü il tarixdə bağlanmış nikahın pozulması, 25 sentyabr 2013-cü ildə anadan olmuş X2 və 16 iyul 2015-ci ildə anadan olmuş X3 analarının yanında qalmalarının müəyyən edilməsi, həmin uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının 16 noyabr 2023-cü il tarixdən uşaqların yetkinlik yaşına çatana qədər müəyyən edilm əsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. (hakim Camal Quliyev)
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə tərəflər arasında bağlanmış nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır.
15. Birinci instansiya məhkəməsi boşanmadan sonra uşaqların hansı valideynin yanında yaşamalı olması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasının rəyini və xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı uşağın fikrini digər sübutlarla birlikdə qiymətləndirərək, qeyd etmişdir ki, həmin rəy iş üzrə sübutlar siyahısından çıxarılmalı və Mədina adlı uşağın izahatı yaşayış yerinin müəyyən edilməsinə dair hissədə nəzərə alınmamalıdır.
16. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin müəyyən edilən hallarına görə tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü Mədinə və xx.xx.2015-ci il təvəllüdlü Xədicə hazırda iddiaçının yanında yaşayır, Gəncə şəhər XXX məktəbdə təhsil alırlar. Həmin uşaqlar məhkəmə iclasında dindirilərkən xx.xx.2013-cü il təvəllüdlü Mədinə atasının, xx.xx.2015-ci il təvəllüdlü Xədicə isə anasının yanında qalmaq istədiklərini bildirmişlər. Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə yalnız həmin xüsusat nəzərə alınmışdır. Lakin həmin rəydə işin digər halları, yəni cavabdehin (atanın) Mədinə adlı uşaqda özünə qarşı daha çox sevgi yaratmaq məqsədi ilə faydalı olub-olmamasından asılı olmayaraq, uşağın istəklərini (mələsən, mobil telefon və planşet vermək, məktəbdən verilmiş ev tapşırıqlarının uşağın arzusuna uyğun icra edib-etməməsi, uşağın sərbəst gəzintisi və s.) yerinə yetirməsi, cavabdehin iddiaçı ilə aralarında olan mübahisənin bütün ünsürlərini uşağa ötürməsi (məsələn, Mədinə Məhərovanın babasının istəyinə uyğun olaraq, anasının onu ziyarət etməməsi ilə əlaqədar anasını bağışlaya bilmədiyini deməsi ilə cavabdehin eyni səbəbdən iddiaçını bağışlaya bilməməsini bildirməsinin sözbəsöz təkar olması), cavabdehin uşaqların təhsili ilə maraqlanmaması və bu kimi digər hallar, eləcə də uşaqların ayrı yaşamaqlarının onların mənafelərinə zidd olması nəzərə alınmamışdır.
17. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və 10 yaşına çatmış uşaqların fikrini digər sübutlarla birlikdə qiymətləndirərək, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yaşını, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını, eləcə də həmin uşaqların anasının yanında qalmalarının onların mənafeyinə uyğun olmasını, hər iki valideynin öz uşaqları barəsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq, hesab etmişdir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması onların mənafeyinə uyğundur.
18. Həmçinin aliment tələbi ilə bağlı birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı, iddiaçının da uşaqları saxlamaq vəzifəsini, hab elə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia tələbi alimentin tutulması tələbinə dair hissədə qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarım saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 sabit pul məbləğində aliment tutulmalı, iddiaçı aliment tutulması barədə məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə alimentin tutulması həmin vaxtdan hesablanmalıdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 21.1, 22.2, 52, 60.4, 100.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, “Azərbaycan Respublika sında 2024-cü ildə yaşayış minimumu haqqında” Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019cu il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.5, 7.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verə rək, qətnamənin qismən – 25 sentyabr 2013cü il təvəllüdlü Mədinə adlı uşağın iddiaçının (anasının) himayəsinə verilməsi və alimentin tutulmasının 16 noyabr 2023-cü il tarixdən hesablanması hissəsində ləğv, həmin uşağın onun himayəsində saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual prossesual hüququ normalarının pozulması ilə qəbul edilib. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyinə əsasən Mədinə adlı uşağının onun himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilib. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir.
22. Gəncə Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(104)-1760/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-502/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, İslam Həsənov)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ailə qanunvericiliyinin normalarında olduğu kimi Ali Məhkəmə Plenumunun qərarında da, uşaqlara dair mübahisə həll edilərkən uşaqların üstün mənafelərinin, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması kimi halların nəzərə alınmasının zəruriliyi xüsusi vurğulanır. Birinci instansiya məhkəməsi uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı üçün id diaçı tərəfindən daha yaxşı şərait yaradıldığını, onların artıq vərdiş etdiyi şəraitdə qalıb yaşamasının uşaqların mənafeyinə daha çox uyğun olduğunu, uşaqların bir-birinə bağlılığını, ana nəvazişinə olan ehtiyaclarını, həmçinin valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, uşağın anasının yanında qalması onun qanuni manafeyinə daha yaxşı cavab verir.
24. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iş materiallarına əsasən iddiaçı Gəncə şəhərində, cavabdeh isə Gədəbəy rayonunda yaşayır. Uşaqlardan biri anada, digəri atada qaldığı halda onların bir-biri ilə müntəzəm ünsiyyət saxlamaları uşaqlar istəsələr belə, təbii ki, mümkün olmayacaq və bu, son nəticədə uşaqların psixologiyasına mənfi izini buraxmış o lacaqdır. Bu baxımdan da uşaqların mənafeyi nəzərə alınmaqla onların bir-birindən ayrılmasını məqsədəmüvafiq deyil və birinci instansiya məhkəməsi hər iki uşağı ananın yanında qalmasını müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin 25 sentyabr 2013-cü ildə anadan olmuş X4 anasının himayəsinə verilməsi hissəsində ləğv, həmin uşağın cavabdehin himayəsində saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ailə qanunvericiliyinin normalarına və Ali Məhkəmənin Plenum Qərarına istinad edilərək, uşaqlara dair mübahisə həll edilərkən uşaqların üstün mənafelərinin, onların əqli, fiziki və ps ixoloji cəhətdən sağlam inkişafının təmin olunması kimi halların nəzərə alınmasının zəruriliyi qeyd edilsə də, hazırki qətnamədə həmin maddi hüquq normaları yetkinlik yaşına çatmamış uşağın üstün mənafeləri pozulmaqla tətbiq edilmişdir. Məhkəmə qətnaməsində işin hansı xüsusiyyətlərinə görə cavabdehin uşağın saxlanılması və tərbiyəsi ilə məşğul ola bilməyəcəyi, uşaqların anasının yanında qalmasının onların mənafeyinə uyğun olmasının hansı dəlillərlə təsdiqlənməsi, hətta təsdiqlənmiş olsa belə, onların uşağın mənafeyinə mənfi təsirinin konkret nədə ifadə olunması, habelə atanın həyat tərzindəki hansı hərəkət və ya hərkətsizliyinin uşağın tərbiyəsinə, psixoloji inkişafına, həyat və sağlamlığına zərər verməsini əsaslandırmamışdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən azyaşlı uşağın artıq nə inki atasının yanında yaşaması, hətta orta məktəbdə təhsil alması, onun artıq məktəb və yaşadığı ətrafda bir mühitin formalaşması, uşağın da atasının yanında qalmaq istəyinin olması nəzərə alınmamış, hətta məhkəmə qərarının icrasının gələcəkdə azyaşlı uşağın psixoloji və mənəvi inkişafına mənfi təsir göstərəcəyi, onun mənafeyinə zidd olmamasının zəruriliyi nəzərə alınmamış, həmçinin maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla b irgə yaşamaq hüququna malikdir. Maddə
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Maddə 73.2. Müvafiq ic ra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərə flərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 305.1.17 Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməs i və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini 25 sentyabr 2013-cü il təvəllüdlü Mədinə adlı uşağın anasının (iddiaçının) himayəsinə verilməsi hissəsində mübahisələndirib, buna görə də kollegiya qətnaməni həmin hissədə yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin uşaqların nikah pozulduqdan sonra iddiaçının (ananın) yanında saxlanması barədə tələb üzrə gəldiyi nəticəni əsaslı saymır.
32. İddia tələbində iddiaçı nikahın pozulması və uşaqlar üçün aliment tutulmasını xahiş etsə də, uşaqların onun himayəsinə verilməsini xahiş etməmişdir. Həmçinin iddia ərizəsində iddiaçı mediasiyaya müraciət etdiyini, mediasiyada vaxt verilmədən nikahın pozulması və uşaqların iddiaçının himayəsində saxlanması barədə cavabdehlə razılığa gəldiyini və bu barədə sənədləri də iddia ərizəsinə əlavə etdiyini göstərmişdir.
33. İddia ərizəsinə əlavə edilən 19 oktyabr 2023-cü il tarixli barışıq sazişinə (iş v.7) görə həqiqətən də iddiaçı ilə cavabdeh qarşılıqlı razılıq əsasında vaxt verilmədən nikahın pozulmasına və birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində qalmasını müəyyən ediblər. Barışıq sazişi tərəflərin və mediatorun imzası və möhürü ilə təsdiq edilmişdir.
34. İşdə olan mediasiya prosesinə xitam verilməsi haqqında protokola (iş v.11) əsasən mediasiya prosesinə “medatorun təşəbbbüsü ilə” qrafasına “V” işarəsi qeyd edilməklə xitam verilmişdir.
35. Birinci instansiya məhkəməsi iddiaçının mediasiyada nikahın pozulması və uşaqların iddiaçının himayəsində saxlanması barədə cavabdehlə razılığa gəlməsi barədə dəlillərinə qiymət vermədən uşaqların ananın himayəsində saxlanmasını müəyyən etməklə səhvə yol vermişdir.
36. İddiaçının özünün də uşaqların onun himayəsinə verilməsi barədə xahişi olmamışdır. Boşanma tələbində uşaqların onun himayəsində saxlanmasını tələb et məyən iddiaçının belə bir tələb irəli sürməməsinin təsadüfdən olmaması nəzərə alınarsa, ən azı buna görə birinci instansiya məhkəməsi mediasiya barışığına diqqət yetirməli idi.
37. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
38. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-in tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM, 4.1, 5.1-ci maddələr)
39. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
40. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin ( şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
41. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ da mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən bəziləri Mülki Prosessual Məcəllənin 261-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraat ı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.
42. Hazırki işdən görünür ki, tərəflər 10 fevral 2014-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan onların iki uşaqları var. Tərəflər nikahlarını pozmaq qərarına gəlmiş və mediasiya prosesində vaxt verilmədən nikahın pozulmasına və uşaqların iddiaçının (ananın) yanında saxlanması barədə razılığa gələrək, 19 oktyabr 2023-cü il tarixdə barışıq sazişi bağlayıblar.
43. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternati v həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir.
44. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir.
45. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun müb ahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. 46. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil ol duqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3cü maddələri).
47. Göründüyü kimi, tərəflərin mediasiya prosesində nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə barışıq sazişi bağlandığı halda, həmin qərarın icrası ilə bağlı xüsusi icraat qaydası müəyyən edilmişdir. Buna görə də Ailə Məcəlləsində nikah pozularkən ar-arvadın uşaqlar barədə məsələləri saziş əsasında həll etmək hüququna üstünlük verilmiş və bir qayda olaraq, bu cür saziş olmadığı halda (eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda) məhkəmənin boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli olduğu təsbit edilmişdir (Ailə Məcəlləsinin 21.2, 22.1 və 22.2-ci maddələri).
48. Qeyd olunanlara əsasən, nikah pozulduqdan sonra uşaqların yaşayış yeri barədə mediasiya prosesində barışıq sazişi bağlandığına görə, hazırkı iş üzrə uşaqların iddiaçının yanında saxlanması barədə məsələyə Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Lakin birinci instansiya məhkəməsi həmin məsələyə dair Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur.
49. Eyni pozuntunu apellyasiya instansiyası məhkəməsi də təkrarlamaqla hüququn tətbiqində səhv buraxmışdır. Bu da qeyd edilən hissədə qətnamənin ləğvi üçün əsasdır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Pros essual Məcəllənin 387.2.8 və 418.4.10-cu maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsasların olubolmamasının yoxlanılması apellyasiya və ya kassasiya şikayətlərinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.
51. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi uşaqların iddiaçının (ananın) himayəsində saxlanmasına aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata iddia icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verilməlidir.
52. Məhkəmə kollegiyası uşaqların iddiaçının (ananın) himayəsində saxlanmasına aid hissədə iş üzrə icraata xitam verməklə yanaşı izah edir ki, mediasiya prosesində nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə barışıq sazişi bağlandığı halda, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, maraqlı tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1760/2024 nömrəli, 28 avqu st 2024-cü il tarixli qətnaməsi uşaqların nikah pozulduqdan sonra iddiaçının (ananın) yanında saxlanması hissəsində ləğv edilsin. Həmin tələb hissəsində iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.