Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3214/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-435/2024 nömrəli iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, borcluya illik 25 % ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Zaminlik Müqaviləsi”nə əsasən, zaminlər Bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər.
3. İddiaçı ASC-nin maliyyə arayışına əsasən, Cavabdeh3 kredit müqaviləsi üzrə 10.000 manat əsas borc, 5.694,07 manat faiz borcu, 15,66 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən illik 5% hesablanmaqla 389,20 manat faiz borcu olmaqla ümumilikdə 4.555,73 manat borcu mövcuddur.
4. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək, onlardan kredit müqaviləsi üzrə borcun 3 gün ərzində tam ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 manat əsas, 5694,07 mant faiz, 15,66 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 389,20 manat borcun və 138,30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx. xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 25 % olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında isə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-501/2023 nömrəli, 19 may 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən yaranmış 10.000 manat əsas, 5.455,56 manat faiz, 15,66 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 389,20 manat olmaqla ümumilikdə 15.860,42 manat məbləğində pul vəsaiti və ödənilmi ş dövlət rüsumunun 70 manat məbləğində hissəsinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlkin Rüstəmli).
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona gö rə də, iddia tələbi əsas və faiz məbləği hissəsində təmin edilərək cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 389,20 manat zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 421, 428, 442, 445, 448, 449, 463, 467, 470, 472-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı vaxtında iddia qaldırmayaraq qəsdən 3 il gözləmiş və 3 illik iddia müddətinin bitməsinə 1 ay qalmış məhkəmədə iddia qaldırmışdır. Halbuki Mülki Məcəllə ilə hüquqdan sui-istifadə edilməsi qanunsuzdur. Məhkəməyə təqdim edilmiş qəbzə əsasən o, bankdan 9850 manat pul götürmüşdür. Lakin bank onun 10.000 manat kredit götürdüyünü iddia ərizəsində göstərmişdir. Pretenziya qaydasına əməl edilməmişdir. Belə ki, kredit borcunun ödənilməsi üçün ona və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 göndərilən bildirişlərin güya onlara çatmasını təsdiq edən qəbzlərdə imzalar onların əvəzindən çəkilmişdir. Belə ki, onun əvəzindən bildirişi qəbul edən Cavabdeh2 imzası öz imzası deyildi r. Həmin imza bankın məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsindəki imza tamamilə fərqlidir. O cümlədən Jalənin də qəbzdəki saxta imzası ilə şəxsiyyət vəsiqəsindəki imzalar tamamilə fərqlənir. Ən əsası Cavabdeh2 öz əvəzindən və onun əvəzindən guya aldığı bildirişlərin qəbzlərindəki imzalar tamamilə fərqlidir. Həm kredit və zaminlik müqaviləsində nəzərdə tutulmuş mübahisənin danışıqlar yolu ilə həll olunmasına dair müqavilə şərtləri və həm də Mülki Məcəllənin müvafiq normaları kobud şəkildə pozulmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-435/2024 nömrəli iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- S.Bəhrəmzadə sədrlik edən, X.Mərdanova və E.Həsənov) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edimiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-501/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək 5000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımı nca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
14. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, ***-*******MK270220-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 25 yanvar 2023-cü il tarixə İddiaçı ASC olan borcu o cümlədən: 27 fevral 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 5.000 manat, 25 yanvar 2023-cü il tarixə (iddia verilən tarixə): əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 5.000.60 manat, faiz borcu üzrə (5%-lə) 455.56 manat müəyyən edilir.
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 məbləğində borcdan daha az borcunun olduğunu, nədə ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Məhkəmə kollegiyası da ödənilmiş, lakin iddiaçı tərəfindən n əzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.
16. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir. Bu məbləğə münasibətdə də məhkəmə kollegiyası iddiaçının tələbi ilə də razılaşır.
17. Məhkəmə kollegiyası faiz məbləği ilə bağlı 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tər əf müqavilə üzrə faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 443.3, 443.4, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 462.1, 470.1, 472, 739.1, 739.2-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 217.1, 217.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh3 kassasiya şikayəti verərək, iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin göstərilən maddələrində nəzərdə tutulmuş Pretenziya qaydasına iddiaçı tərəfindən əməl edilməmişdir. Belə ki, kredit borcunun ödənilməsi üçün Cavabdeh3 və ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 göndərilən bildirişlərin güya onlara çatmasını təsdiq edən qəbzlərdə imzalar onların əvəzindən çəkilmişdir. Cavabdeh3 əvəzindən bildirişi qəbul edən Cavabdeh2 imzası öz imzası deyildir. Həmin imza bankın məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsindəki imza tamamilə fərqlidir. O cümlədən Jalənin də qəbzdəki saxta imzası ilə şəxsiyyət vəsiqəsindəki imzalar tamamilə fə rqlənir. Ən əsası Cavabdeh2 öz əvəzindən və Cavabdeh3 əvəzindən güya aldığı bildirişlərin qəbzlərindəki imzalar tamamilə fərqlidir. Bununla da MPM-də nəzərdə tutulmuş pretenziya qaydasına əməl edilməmişdir. Həm də kredit və zaminlik müqaviləsində nəzərdə tutulmuş mübahisənin danışıqlar yolu ilə həll olunmasına dair müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət olunaraq xahiş olunmuşdur ki, iddiaçı tərəfindən cavabdəhlərə göndərilmiş pretenziya məktubunun onlara çatmasını təsdiq edən qəbzlərdəki imzaların həqiqiliyini yoxlamaq üçün ekspertiza təyin edilsin. Çünki həmin imzalar iddiaçı və sakinlərə aid deyildir. Lakin məhkəmə prosessual hüquq normalarını pozaraq ekspertiza keçirilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. İddiaçı cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia qaldırılmasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməmişdir. Mülki işdə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsini təsdiq edən məlumat yoxdur. Həmin şəxslərin məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş almasını təsdiq edən qəbz mülki işdə yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür döv r ərzində istənilən an icra edilməlidir.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymə tlər nəzərə alınır.
26. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.”
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 29. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 30. 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ge cikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edir sə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
36. Maddə
472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kr editora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə mə şğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 7 7.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Cavabdeh3 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdud larında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmad ığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiya məhkəməsi, Cavabdeh3 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilm əməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
51. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli rəyinə əsasən, Cavabdeh3 25 yanvar 2023-cü il tarixə İddiaçı ASC olan borcu o cümlədən: 27 fevral 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 5.000 manat, 25 yanvar 2023-cü il tarixə (iddia verilən tarixə): əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 5.000.60 manat, faiz borcu üzrə (5%-lə) 455.56 manat müəyyən olunur.
52. Cavabdeh apellyasiya şikayəti nin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 10.000 məbləğində borcdan daha az borcunun olduğunu, nədə ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Məhkəmə kollegiyası da ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.
53. Tərəflər arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcə yini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir. Bu məbləğə münasibətdə də məhkəmə kollegiyası iddiaçının tələbi ilə də razılaşır.
54. Apellyasiya instansiyası məhkəməsi, faiz məbləği ilə bağlı 11 yanvar 2024-cü il tarixli, 9/9307 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul etmişdir. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə faiz borcuna aid hissədə öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu baxımdan icra edilməmiş faiz borcunun rəylə müəyyən e dilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-435/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.