Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3219/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(104)-191/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında 17 fevral 1986-cı ildə rəsmi nikah qeydə alınmışdır. 2. ünvanndə yerləşən 4 otaqlı fərdi yaşayış evi (bundan sonra – fərdi yaşayış evi) mülkiyyət hüququ əsasında bütünlüklə cavabdehin adına qeydə alınmışdır.
3. Bərdə Rayon Məhkəməsinin 2(021)-1708/2019 nömrəli, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında qeydə alınmış nikah akt qeydinin pozulması qət edilmişdir. 4. “Mercedes - Benz C 240” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) 10 aprel 2019-cu ildə mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır.
5. XXX RİHB-in XXX kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 817 saylı 03 iyun 2019-cu il tarixli arayışa əsasən, cavabdehin adına XXX kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi vardır.
6. Bərdə şəhər "xxxx" MMC tərəfindən verilmiş 59 saylı 11 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia ərizəsində qeyd etdiyi əmlakların istismar müddətləri nəzərə alınmaqla hazırkı bazar qiymətləri aşağıdakı kimidir: 650 manat dəyərində qeyd edilmiş “Blomberq” markalı kondisionerin hazırkı bazar qiyməti 200 manat, 110 manat dəyərində qeyd edilmiş 5 kv-lıq tok artırıcının hazırkı bazar qiyməti 30 manat, 800 manat dəyərində qeyd edilmiş 107 ekran “Samsung” markalı televizorun hazırkı bazar qiyməti 150 manat, 70 manat dəyərində qeyd edilmiş televizor altının hazırkı bazar qiyməti 20 manat, 60 manat dəyərində qeyd edilmiş 2 ədəd güzgünün hazırkı baz ar qiyməti 25 manat, 165 manat dəyərində qeyd edilmiş 3 ədəd lüsturun hazırkı bazar qiyməti 45 manat, 400 manat dəyərində qeyd edilmiş soyuducunun hazırkı bazar qiyməti 150 manat, 550 manat dəyərində qeyd edilmiş mətbəx mebelinin hazırkı bazar qiyməti 160 manat, 400 manat dəyərində qeyd edilmiş LG markalı paltaryuyanın hazırkı bazar qiyməti 200 manat, 1200 manat dəyərində qeyd edilmiş yataq dəstinin hazırkı bazar qiyməti 650 manat, 130 manat dəyərində qeyd edilmiş qaz sobasının hazırkı bazar qiyməti 40 manat, 60 manat dəyərində qeyd edilmiş aspiratorun hazırkı bazar qiyməti 20 manat, 180 manat dəyərində qeyd edilmiş 2 ədəd gəbənin qiyməti 90 manat, 30 manat dəyərində qeyd edilmiş duxovkanın hazırkı bazar qiyməti 15 manat, 120 manat dəyərində qeyd edilmiş 2 ədəd peyk antenasının hazırkı baz ar qiyməti 50 manat, 40 manat dəyərində qeyd edilmiş ütü stolunun hazırkı bazar qiyməti 25 manat, 350 manat dəyərində qeyd edilmiş stol-stulun (dəstin) hazırkı bazar qiyməti 150 manat, 630 manat dəyərində qeyd edilmiş kombi-241-in (istilik aparatının) hazırkı bazar qiyməti 400 manat, 120 manat dəyərində qeyd edilmiş su matorunun hazırkı bazar qiyməti 30 manat, 30 manat dəyərində qeyd edilmiş suvinirin hazırkı bazar qiyməti 15 manat, 350 manat dəyərində qeyd edilmiş servisin hazırkı bazar qiyməti 150 manat, 250 manat dəyərində qeyd edilmiş elektrik generatorunun hazırkı bazar qiyməti 150 manat, 60 manat dəyərində qeyd edilmiş tozsoranın hazırkı bazar qiyməti 15 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, paylı mülkiyyətlərində olan əmlaklarının hərracda satılaraq, yəni manat dəyərində əmlakın ½ hissəsi, manat dəyərində cehiz əşyalarının natura və ya pul formasında Cavabdeh alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə yaşayış dövründə əldə etdikləri aşağıda qeyd edilən əmlaklarının ½ hissəsinin və aşağıda qeyd edilən cehiz əşyalarının cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Birgə nikah dövründə əldə olunmuş əmlakları:- 42000 manat dəyərində 6 otaqlı, uzunluğu 17 metr, eni 7 metr olan ev, 800 manat dəyərində avtomobil üçün qaraj, 1000 manat dəyərində hamam, 9000 manat dəyərində Mercedes C klas markalı 99 XX-XXX dövlət qeydiyyat nişanlı 2012-ci il də alınmış avtomobil, 7 kq-lıq avtomat paltaryuyan, “Svirer” markalı soyuducu, “Samsung” markalı 107 dioqanallı televizor, televizor altı, “Blomberq” markalı 80 kv.m-lik kondisoner, qoruyucusu aparat Anadele svs 5000n, 4 gözlü qaz peçi, aspirator, 50 litirlik ariston, mətbəx mebeli, duxovka, mikser, böyük stol və 10 ədəd stul, 3 ədəd böyük lüstur, 3 ədəd kiçik lüstur, 1 ədəd tablo naçnik, yataq mebel dəsti, 3 ədəd xalça, yemək servizi dəsti, 2 ədəd çay servizi dəsti, 2 ədəd güzgü, 24 ədəd qaşıq, çəngəl, bıçaq dəsti, 0.12 ha həyətyanı torpaq sahəsi, 90 manat dəyərində ütü və ütü stolu, 40 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində tozsoran, “Evro Max” markalı kombi imerqas, generator, 2 ədəd su matoru marqus, 2 ədəd krosnu, ptiminutqa (32 litr), xüsusi bağlanmış həyət stolundan (3 metr); cehiz əşyaları:- stenka mebel, 2 ədəd mebel kravat, 3 ədəd xalça, 4 ədəd meyvə vazı, 4 ədəd gül qabı, 2 ədəd şirniyat qabı dəsti, 6 ədəd döşək, 6 ədəd yorğan, 11 ədəd yastıq, divan-kreslo, tikiş maşını, 2 ədəd qabaq stolu, 1 ədəd çay servizi, 1 ədəd yemək servizindən ibarətdir. Odur ki, paylı mülkiyyətlərində olan 79202 manat dəyərində əmlakın ½ hissəsi, 4235 manat dəyərində cehiz əşyalarının natura və ya pul formasında cavabdehdən alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(021)-2077/2019 nömrəli qərardadı ilə fərdi yaşayış evinin bazar qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. 10. "xxxx" MMC-nin L -P-Y-34/19 saylı 18 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin bazar qiyməti 20.000 manat təşkil etmişdir.
11. Cavabdeh 29 may 2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatında avtomobili 9000 manata satdığını və məbləğin yarısını iddiaçıya verməyə razı olduğunu bildirmişdir.
12. Bərdə Rayon Məhkəməsinin 2(021)-2077/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) iddia tələbi qismən təmin edilərək, ümumi dəyəri 20.000 manat olan fərdi yaşayış evinin cavabdehin mülkiyyətində saxlanılması, birgə nikah dövründə əldə edilmiş, XXX rayonu XXX kəndində yerləşən 6000 manat dəyərində 0.06 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmaqla onun istifadəsinə verilməsi, 200 man at dəyərində «LC» markalı 7 kq-lıq avtomat paltaryuyan, 150 manat dəyərində “Svirer” markalı soyuducu, 150 manat dəyərində “Samsung” markalı 107 diаqоnallı televizor, 20 manat dəyərində televizor altı, 200 manat dəyərində “Blomberq” markalı 80 kv.m-lik kondisoner, 350 manat dəyərində qoruyucu aparat «Anadele svs 5000n», 40 manat dəyərində 4 gözlü qaz peçi, 20 manat dəyərində aspirator, 130 manat dəyərində 50 litirlik ariston, 160 manat dəyərində mətbəx mebeli, 15 manat dəyərində duxovka, 30 manat dəyərində mikser, 150 manat dəyərində böyük stol və 10 ədəd stul, 45 manat dəyərində 3 ədəd böyük çilçıraq, 180 manat dəyərində 3 ədəd kiçik çilçıraq, 50 manat dəyərində 1 ədəd tablo naçnik, 2800 manat dəyərində yataq mebel dəsti, 90 manat dəyərində 2 ədəd xalça, 150 manat dəyərində yemək servizi dəsti, 360 manat dəyərində 2 ədəd çay servizi dəsti, 25 manat dəyərində 2 ədəd güzgü, 72 manat dəyərində 24 ədəd qaşıq, çəngəl, bıçaq dəsti, 90 manat dəyərində ütü və ütü stolu, 40 manat dəyərində paltar asılqanı, 15 manat dəyərində tozsoran, 400 manat dəyərində “Evro Max” markalı kombi «İmerqas», 150 manat dəyərində generator, 30 manat dəyərində 2 ədəd su matoru «Мarqus», 120 manat dəyərində 2 ədəd krosnа, 130 manat dəyərində ptiminutqa (32 litr), 150 manat dəyərində xüsusi bağlanmış həyət stolu (3 metr), 800 manat dəyərində stenka mebel, 320 manat dəyərində 2 ədəd mebel kravat, 400 manat dəyərində 2 ədəd xalça, 120 manat dəyərində 4 ədəd meyvə vazı, 100 manat dəyərində 4 ədəd gül qabı, 50 manat dəyərində 2 ədəd şirniyyat qabı dəsti, 480 manat dəyərində 6 ədəd döşək, 300 manat dəyərində 6 ədəd yorğan, 165 manat dəyərində 11 ədəd yastıq, 450 manat dəyərində divan-kreslo, 160 manat dəyərində tikiş maşını, 300 manat dəyərində 2 ədəd qabaq stolu, 140 manat dəyərində 1 ədəd çay servizi, 250 manat dəyərində 1 ədəd yemək servizi, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri, həmçinin «Mercedes C klas» markalı 99 XX-XXX dövlət qeydiyyat nişanlı, 2012-ci ildə alınmış avtomobilin yarı dəyəri olan 4500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, XXX rayonu, XXX kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan 4 otaqlı 137.50 kv.m ümumi, 108.52 kv.m yaşayış, 28.98 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin dəyərindən 3.744 manat və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəm ə hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin və qeyd olunan əmlakların qiymətləri mütəxəssis rəylərinə uyğun qaydada, iddia ərizəsində göstərilən digər əmlakların qiymətləri isə iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi avtomobilin yarı dəyərinin iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddianı həmin hissədə etiraf etdiyindən qeyd olunan avtomobilin yarı dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
15. Məhkəmə iddianın birgə nikah dövründə tikilən 800 manat dəyərində avtomobil üçün qaraj və 1000 manat dəyərində hamamın yarı dəyəri tələbi ilə bağlı qeyd etmişdir ki, həmin əmlaklar cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsinə daxil olmadığından, yəni həmin tikililər te xniki pasportda göstərilməməklə özbaşına tikili hesab edildiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2, 76.1, 77.1, 106.1, 217.4, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2, 36.3, 37.1, 37.2, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 225.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin evin qiymətləndirilməsi hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərardadı ilə fə rdi yaşayış evinin real bazar qiymətini müəyyənləşdirmək üçün məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-191/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qətnaməni əsaslandırarkən bildirmişdir ki, iddiaçı ekspertizanın aparılması üçün tələb olunan vəsaiti ekspertiza aparan orqanın hesabına ödəmədiyindən qərardad icrasız qalmışdır. Bu əsasla da, MPM-in 97.5-ci maddəsinə istinad edən məhkəmə kollegiyası hesab etmişdir ki, fərdi yaşayış evinin hazırkı bazar qiyməti 20.000 manat təşkil edir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 97.5, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş), apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi fərdi yaşayış evinin real bazar qiymətini müəyyən etmək üçün ekspertiza təyin etmiş, lakin eks pertizanın keçirilməsi üçün tələb olunan vəsait ödənilmədiyi üçün ekspertiza keçirilməmiş və beləliklə evin real bazar qiyməti müəyyən edilməmişdir ki, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
24. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Ailə Məcəlləsinin 36, MPM-in 47, 77, 88, 97-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
30. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
31. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan bi rinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
32. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
33. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. İddiaçının kassasiya şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, apellyasiya icraatı zamanı mübahisə predmeti olan fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən olunması üçün məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, ekspertizanın keçirilməsi üçün ödənilməli olan məbləğ iddiaçı tərəfindən ödənilməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
46. Mə hkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin real bazar qiymətinin 20.000 manat olduğu müəyyən edilmişdir. Görünən odur ki, cavabdeh həmin qiymətlə razılaşmış və qiyməti sonradan mübahisəndirməmişdir. Lakin, iddiaçı həmin qiymətlə razı olmadığını bildirərək, əmlakın real bazar qiymətinin müəyyən olunması üçün yenidən ekspertiza keçirilməli olduğunu, bu əsasla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
47. Nəzərə almaq lazımdır ki, iş üzrə təkrar ekspertiza keçirilməsi iddiaçının vəsatəti əsasında aparıldığından ekspertizanın keçirilməsi üçün lazım olan vəsaiti ödəmək öhdəliyi də vəsatəti verən şəxsin üzərinə düşür. Ona görə cavabdeh tərəfi n ekspertiza xərclərini ödəməkdən yayınması ilə bağlı dəlillər keçərli deyil. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(104)-191/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.