Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3221/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X2, X4 qarşı “əmlakın və öhdəliklərin bölünməsi, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə yaranmış borcun bölünməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)116/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İddiaçı 1996-cı ilin avqust ayında nikaha daxil olmuşlar.
2. İş materiallarında olan “X13 Azərbaycan” QSC-nin iddia ərizəsinə və maliyyə arayışlarına əsasən həmin QSC və İddiaçı arasında 05 noyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq, sonuncuya 36 ay müddətinə 150000 manat məbləğində kredit xətti ayrılmış, 03 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən kredit xəttinin məbləği 705000 manat məbləğində, müddət isə 05 noyabr 2018-ci ilədək müəyyən edilmişdir. “X13 Azərbaycan” QSC tərəfindən İddiaçı 03 dekabr 2015-ci il tarixli Sazişlə illik 18%-lə 35 ay müddətinə 398000 manat, 22 yanvar 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50000 Avro, 17 noyabr 2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100000 Avro və 75000 Avro, 19 fevral 2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50000 Avro kredit verilmişdir. 19 aprel 2019-cu il tarixə İddiaçı banka ümumilikdə 312967,39 manat və 302830,87 Avro borcunun qaldığı hesablanmışdır. 3. “X13 Azərbaycan” QSC İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 397301,44 manat kredit borcunun İddiaçı tutulmasını və tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinə yönəldilməsini tələb etmişdir. QSC ilə İddiaçı arasında əldə olunmuş razılığa əsasən sonuncu banka ümumilikdə 176000 manat ödəniş həyata keçirmiş və kredit müqaviləsi üzrə qalan borc öhdəliyi silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X1 və X3 iş üzrə cavabdeh qismində cəlb edilməklə, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 30 nömrəli mənzilin bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı **-BB*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin bərabər bölünməsi; X3 adına olan “VAZ-21214 Urban” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu il tarixdə bağlanmış və X1 adına olan “X12” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02 aprel 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02 aprel 2019-cu il tarixədək iddiaçı tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi ödənilmiş 1584162,99 manat vəsaitin 1/2 hissəsinin, yəni 792081,50 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi; 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki övladları anadan olmuşlar. Tərəflərin aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Birgə nikah dövründə tərəflər yuxarıda qeyd olunan əmlakları əldə etmişlər. 02 aprel 2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X12” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçının razılığı olmadan, ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir. Həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli və özgəninkiləşdirilən əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, iddiaçı cavab dehlə birgə nikahda olduqları müddətdə müxtəlif banklardan müxtəlif həcmli kreditlər götürmüş, həmin kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. "xxxx" MMCdən alınan çıxarışdan görünür ki, 09 oktyabr 2009-cu il tarixdən 02 aprel 2019-cu il tarixə kimi tam ödənilmiş kredit məbləği 1387237,43 manat təşkil etmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 29 mart 2019-cu il tarixli hesabdan çıxarışa əsasən iddiaçının banka 29 mart 2019-cu il tarixə borcu cəmi 128046,20 manat, kreditin icra müddəti bitəcəyi tarixə, yəni 13 dekabr 2021-ci il tarixə 170138,43 manat təşkil edir. Bundan əlavə, “X13 Azərbaycan” QSC tərəfindən 05 aprel 2019-cu il tarixdə verilmiş maliyyə arayışına əsasən iddiaçının onun həmin banka olan borcunun ümumi məbləği 312967,39 manat təşki l edir. Bundan əlavə, “X11 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları Ayşa Mədətovanın adına bağlanmışdır. Həmin müqavilələrə əsasən 01 aprel 2019-cu il tarixə satıcıya 102464 Avro (manatla ekvivalenti 196925,56 manat) pul ödənilmişdir. Həmin tarixə şirkətə olan borc məbləği 127536 Avro (manatla ekvivalenti 245111,43 manat) təşkil edir. İddiaçının adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi cavabdeh tərəfindən səsyazma studiyası qurulması üçün alınmış, xərclənmiş vəsaitdən qalan məbləğlər isə cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev döngə 11 ünvanda yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən tərəflərin birgə tikdirdikləri evin, “Range Rover” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “X10” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olaraq, birgə nikahları dövründə qeyd olunan əmlakları əldə etmişlər.
8. Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin 05 sentyabr 2019-ci il tarixli, 2(006)3432/2019 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanda yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, birgə nikah dövründə əldə edilmiş “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, X3 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu i l tarixdə bağlanmış və X1 adına olan “X12” minik markalı 99-MA- 990 dövlət qeydiyyat nişanlı avtomobilə dair 02 aprel 2019-cu il tarixdə bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilmiş, ilk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.3-cü, Mülki Məcəlləsinin 225.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı m ənzili; “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı 90- NH-065 dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillər; X3 adına rəsmiləşdirilmiş “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil və X1 adına rəsmiləşdirilmiş “X12” minik markalı 99-MA990 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə etdikləri əmlaklar olduğundan, ilk və qarşılıqlı iddia tələbi onlara aid hissədə əsaslıdır. Cavabdeh sonuncu iki avtomobili digər şəxslərin adına özgəninkiləşdirərkən, ümumi birgə mülkiyyətçi olan həyat yoldaşı İddiaçı razılığını almamış, eyni zamanda bu avtomobillər tərəflər ar asında nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi məhkəmə qaydasında mübahisələndirilən zaman özgəninkiləşdirilmişdir. Bu səbəbdən, onunla digər cavabdehlər X6 və X5 arasında qeyd olunan avtomobillərə dair bağlanmış əqd özü-özlüyündə etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələr istisna olmaqla, digər hüquqi nəticələr yaratmır. Bu səbəbdən, həmin alğı-satqı əqdləri etibarsız hesab edilməlidir.
10. Daha sonra məhkəmə iş materiallarında olan “Amrahbank ASC” və “X13” ASC tərəfindən təqdim edilən hesabdan çıxarış və maliyyə arayışlarına istinad edərək, ilkin iddia üzrə iddiaçının borcunun müvafiq olaraq 128046,20 manat və 312967,39 manat, habelə 27850,87 avro təşkil etməsini qeyd etmiş və hesab etmişdir ki, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış məbləğin iddia tələ bində göstərilən həcmdə hissəsi – 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli, 2(006)-3432/2019 nömrəli qətnaməsinin ləğv edərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)2390/2020 nömrəli qərardadı ilə İddiaçı “02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X13 Azərbaycan” QS C arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsi ayrıca icraata ayrılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)116/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və V.N.Sadıqovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)3432/2019 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “onunla “X13 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmiş, İddiaçı həmin iddia tələbi qismən təmin edilmiş, İddiaçı 2018-ci ilin dekabr ayında n sonra “X13 Azərbaycan” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin ½ hissəsi, yəni 88000 manatın Cavabdeh onun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Elnurə Ağayeva ilə Elnur Mədətov 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 2018-ci ilin sonlarında münasibətləri pozulmuş və sonradan Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Tərəflər arasında davam edən hazırkı məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır.
15. Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrinə, “Azərbaycan Resp ublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı ilə “X13 Azərbaycan” QSC arasında 05 noyabr 2013-cü il tarixdə İddiaçı 705000 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmış, bu müqavilə çərçivəsində ona 03 dekabr 2015-ci il tarixli sazişlə illik 18%-lə 35 ay müddətinə 398000 manat, 22 yanvar 2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50000 Avro, 17 noyabr 2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100000 Avro və 75000 Avro, 19 fevral 2015ci il tarixli qarantiya müqaviləsi üzrə 50000 Avro kredit verilmiş, 2018-ci ilin noyabr ayına qədər həmin kreditlər üzrə ümumi likdə 285832,09 manat ödəniş həyata keçirilmiş, 19 aprel 2019-cu il tarixinə onun ümumilikdə 312967,39 manat və 302830,87 Avro borcunun qaldığı hesablanmışdır. Tərəflərin ailə münasibətlərinin 2018-ci ilin sonlarında pozulduğu və Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı işin müəyyən olunan halıdır (iş üzrə Ali Məhkəmə tərəfindən qəbul olunan 24 iyun 2021-ci il tarixli qərarda tərəflərin ailə münasibətlərinin 2019-cu ilin fevral ayında pozulduğu ehtimalının mövcudluğu qeyd olunsa da, bu ehtimal işdəki sübutlarla öz təsdiqini tapmamışdır). Həmçinin müəyyən edilmişdir ki, “X13 Azərbaycan” QSC sözügedən müqavilələrə istinadla tərəflərə (İddiaçı və Cavabdeh) qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq cəmi 397301,44 manat kredit borcunun İddiaçı tutulmasını və tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinə (tərəflərin bərabər paylarının tanındığı mənzil) yönəldilməsini tələb etmiş, sonradan bankdan göndərilən sənədlər əsasında bankla İddiaçı arasında əsas borc üzrə 125045 manat, faiz borcu üzrə 48955 manat, cəmi 174000 manat ödəniləcəyi təqdirdə qalan borcun silinməsinə dair razılıq əldə olunduğu, 2018ci ilin dekabr ayından sonra İddiaçı banka ümumilikdə 176000 manat ödəniş həyata keçirdiyi və kredit müqaviləsi üzrə borc öhdəliyinin qalmadığı aydın olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin hallarına görə “X13 Azərbaycan” QSC-dən götürülmüş kreditləri tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirmək, habelə bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkündür və buna görə də həmin borcun bölünməsinə dair İddiaçı iddiası qismən – onun 2018-ci ilin dekabr ayından sonra məhz özü tərəfindən ödənilmiş məbləğə münasibətdə əsaslıdır. Nəzərə alınmalıdır ki, “X13 Azərbaycan” QSC-dən götürülmüş kreditlərin ailənin ümumi ehtiyacları üçün sərf edilməməsi barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış və həmin öhdəlik üzrə onun ipoteka qoyan qismində iştirakı da kreditin tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsini zəruri edir.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı müvafiq iddia tələbində banka qalan borcun bölünməsini tələb etsə də, hazırkı halda İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və banka ödəmiş olduğu birgə borc məbləğinin Cavabdeh aid hissəsini ondan tələb etmək barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Qeyd olunmalıdır ki, İddiaçı müvafiq iddia tələbini irəli sürdüyü zaman banka olan borc tam ödənilməmiş və o, məhz bu səbəblə qalıq borcun bərabər hissədə bölünməsi tələbini irəli sürmək məcburiyyətində idi – ötən müddət ərzində isə borc tam şəkildə ödənildiyindən İddiaçı iddia tələbinin, “ödəmiş olduğu borcun Cavabdeh aid hissəsinin sonuncudan öz xeyrinə tutulması” kimi qəbul edilməsi məqsədəuyğundur. İddiaçı hazırda baxılan iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə yaranmış borcun bölün məsi, yəni onun bir hissəsinin Cavabdeh aid edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)-116/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3, 36.3, 37.1-ci və Mülki Prosessual Məcəllənin 7.1, 88, 218.1-ci maddələri pozulmuşdur.
20. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının banklar qarşısında yaranmış borc öhdəliyinin ailə ehtiyacları üçün istifadə olunduğunu necə müəyyən etdiyinə dair heç bir qanuni əsas göstərməmişdir. İddiaçı götürülən kredit məbləğlərini öz şəxsi maraqları naminə və ailəsinin mənafeyi ziddinə xərcləmişdir. Həmin məbləğin bir hissəsi, İddiaçı “PashaHolding” şirkətlər qrupuna olan borcunun ödənilməsinə yönəldilmiş, digər hissəsi isə qardaşı oğlunun mənimsədiyi vəsaitin ödənilməsinə xərcələnmişdir.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. İddiaçı Emreli (Mədətova) Elnurə Şaban qızı nümayəndəsi, Vəkil2 vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r.
23. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. “X14 Azərbaycan” QSC-dən kredit məbləği tərəflərin hər ikisinin təşəbbüsü ilə götürülmüş və ailənin ümumi ehtiyaclarına sərf edilmişdir. Əksinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh öhdəlik üzrə ipoteka qoyan qismində iştirak etmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi hazırki icraatda iddianın ayrılmış hissəsi üzrə: iddiaçının “X13 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsində hüquqi dəyərləndirmə apararaq, həmin tələb üzrə yeni qətnamə qə bul etmiş və iddianı qismən təmin etmişdir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində maddi və prosessual hüquq normalarına uyğun olmasının yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən mü əyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 27. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
28. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğ unu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanun lar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əs aslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilmə li olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
31. Belə ki, işin mübahisəsiz hallarına əsasən tərəflərin birgə nikahları dövründə “X13 Azərbaycan” QSC ilə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı kredit verilmiş və həmin kreditin 176000 manat hissəsi tərəflərin ailə münasibətləri pozulduqdan sonra iddiaçı tərəfindən banka ödənilmişdir.
32. İddiaçı qeyd olunan krediti ailə ehtiyacları üçün alındığını iddia edərək, ailə münasibətləri pozulduqdan sonra qalan borcun tərəflər arasında bölünməsini xahiş etmişdir.
33. Cavabdeh isə borcun ailəyə deyil, iddiaçının şəxsi ehtiyaclarına sərf olunduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
34. İddianı qismən təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, “X13 Azərbaycan” QSC-dən götürülmüş kreditlər tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış ailənin ümumi ehtiyacları üçün sərf olunmuş kimi qiymətləndirilməli və borcun iddiaçı tərəfindən artıq ödənilməsi nəzərə alınmaqla, prosessual qənaət prinsipi rəhbər tutularaq tərəflərin ailə münasibətləri pozulduğu tarixdən sonrakı dövrdə ödənilmiş vəsaitin ½ hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi ilə razılaşır ki, Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrinə uyğun olaraq, ər-arvaddan birinin nikah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsi zəruridir. Tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birini n borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir.
36. Lakin məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi özünün də ifadə etdiyi hazırki qərarın 35-ci bəndində qeyd olunan mövqeyə əsasən qətnaməni əsaslandırmamışdır.
37. Belə ki, iddiaçı alınan kreditin ailə ehtiyacları üçün sərf olunduğunu iddia etdiyi h alda, cavabdeh həmin vəsaitin iddiaçının biznes fəaliyyətinə və ailədənkənar (qohumlarının borclarının ödənilməsi) yönəldilməsini bildirir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə alınan borcun təyinatını kredit müqaviləsi ilə müəyyən etmək mümkün olduğu halda, iş materiallarına kredit müqaviləsinin surəti əlavə olunmamışdır.
39. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən “X13 Azərbaycan” QSC-nin 17 yanvar 2022-ci il tarixli məktubunda iddiaçıya verilmiş kredit vəsaitləri barədə məlumat verilməklə qeyd olunmuşdur ki, “İddiaçı (Emreli) 2015-ci ildə iqtisadi böhrandan mənfi təsirləndi. Bu səbəbdən zəmanət məktubları üzrə kompensasiya tələbi daxil olub, dövriyyə vəsaiti kredit xəttinin ödənilməsində gecikmələr olmuşdur. Ən son olaraq qeyri-nağd və nağd kreditl ər 2017-ci ildə restrukturizasiya edilib. 2017-ci ilin may ayında cəmi 636000 manat əsas kredit borcundan 450000 manat hissəsi İddiaçı o zamankı şəriki Əfqan Həmidova verilib və bu məbləğ 2 il ərzində Əfqan Həmidov tərəfindən tam ödənilib. İddiaçı (Emreli) üzrə qalan 186000 manat əsas borcun 61000 manatı məhkəməyə müraciət olunan günə kimi ödənilməmişdir”. Həmin məktubun sonunda İddiaçı 3 sahibkarlıq və 2 fiziki şəxs hesabları üzrə məlumatlar qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının başqa şəxslərlə şərikli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması və alınan borcun bir hissəsinin məhz sahibkarlıq fəaliyyətindən irəli gələrək alınması bankın təqdim etdiyi məlumatda əks olunmuşdur.
40. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halları və cavabdehin apellyasi ya şikayətinin bununla bağlı dəlilləri, o cümlədən alınan kreditin təyinatı araşdırılmamış, kredit sahibkarlıq fəaliyyəti ilə bağlı alındığı halda isə onun ailənin ümumi ehtiyaclarına aid edilməli olması məsələsinə hüquqi qiymət verilməmiş, yalnız kreditlərin ailənin ümumi ehtiyacları üçün sərf edilməməsinin cavabdeh tərəfindən sübut edilməməsinə istinad edilməklə iddia mübahisələndirilən hissədə təmin edilmişdir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan qaydada mübahisəni həll edən apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 14.2, 88, 217.3, 217.4 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur.
42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabs ız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
45. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə n ail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisənin əsasını təşkil edən kredit müqaviləsinin sürətini tələb edərək təhlil etməli, alınan kreditin məqsədini müəyyən etməli, həmin kredit üzrə alınan vəsaitin son nəticədə ailə ehtiyaclarının üçün sərf olunması məsələsinə hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2(103)-116/2022 nömrəli qətnaməsi qismən, yəni həmin qətnamə ilə iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.