Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3224/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi, başqa nikahdan olan uşaqlara da aliment ödənilməsinin nəzərə alınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2949/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə xxx xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X18 xxx və xx.xx.2009-cu il təvəllüdlü X15 xxx doğulmuşlar. Nikaha Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir
2. Cavabdeh İddiaçı ilə faktiki münasibətindən X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur.
3. İddiaçı “XXX” MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir, əmək haqqı 4.323 manat təşkil edir. 4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2015-ci il tarixindən "xxxx" ASC-də çalışır. X20 blokunun baş direktor vəzifəsini tutur. Aylıq əmək haqqı gross olaraq 15.896,09 manat və 12.936,07 manat net olaraq təşkil edir. 5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli digər arayışa əsasən xxx X8 xxxnun “Bank of Amerika” bankındakı hesabına xx.xx.2020-xx.xx.2024 tarixlər arası ümumilikdə 69.000 ABŞ dolları məbləğində vəsait köçürmüşdür.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə maraqlı şəxs X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: 1.1 “Birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2008-ci il təvəllüdlü X18 xxx və xx.xx.2009-cu il təvəllüdlü xxx-zadə X21 yetkinlik yaşına çatanadək birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə ikinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1.500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur”. Qətnamənin alimentlərlə bağlı hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi maraqlı şəxs X7 ərizəçi Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) idd ia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 (bundan sonra “cavabdeh”) xx.xx.2022-ci il təvəllüdlü X2 saxlanılması üçün hər ay aylıq gəlirlərinin 1/4 miqdarında alimentin, məhkəməyə müraciət üçün ödədiyi 850 manat məbləğində xərcin, 60 manat mediasiya xidməti haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə uzun müddətli birgə münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozularaq ayrı yaşadıqları üçün iddiaçı cavabdehdən uşağın saxlanılması üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi iş yeri və müntəzəm aylıq gəliri vardır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75.1, 76.1 və 78.1-c i maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, uşağı saxlamaq yalnız cavabdehin vəzifəsi deyildir, bu, həm də iddiaçının vəzifəsidir. İddiaçının uşağın saxlanması üçün maddi vəziyyəti kifayət qədər yüksəkdir. Belə ki, iddiaçı “X4” MMC-də mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqı 4323 manat təşkil edir. İddiaçının adına Bakı şəhəri Yasamal rayonu unvan 1 var və hazırda mülkiyyətindədir. Həmin ev böyük sahəyə malikdir. Bundan başqa, iddiaçı hazırki aliment tələbinə dair iddianın baxıldığı ərəfədə öz adına bahalı son model avtomobil almışdır. Bir sözlə uşağın saxlanması üçün böyük məbləğlərdə aliment məbləğinə iddiaçının ehtiyacı yoxdur. Həmçninin iddiaçının m əhkəməyə müraciət etmək üçün çəkdiyi 850 manat xərc (vəkil xərci) tələbi də qanunsuz və əsassızdır. Çünki həmin xərcin təsdiq kimi iddia ərizəsinə “X22 ” MMC-yə 106/23 saylı müqavilə üzrə 850 manat pulun mədaxil edilməsi barədə xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi əlavə edilmişdir. Lakin hazırkı mülki işdə iddia ərizəsini imza edərək məhkəməyə “XXX” Vəkil Bürosundan Vəkil1 təqdim etmişdir. Vəkil orderində olan qeydiyyata görə isə orderin verilməsinə əsas xx.xx.2023-cü il tarixli 389 saylı müqavilə olmuşdur. İddia ərizəsinə nə “X22” MMC ilə bağlanmış müqavilə, nə də ki, vəkillə bağlanmış müqavilə əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı “X22 Company” MMC ilə müqavilə bağladığını, ödənişi həm in MMC-yə etdiyini və MMC isə onun əvəzindən Vəkil1 ilə müqavilə bağladığını bildirmiş, Vəkil1 də iddiaçı ilə müqavilə bağlamadığını, məhz həmin MMC ilə aralarında olan birgə əməkdaşlıq müqaviləsinə əsasən hazırkı işdə iddiaçının vəkili qismində iştirak etdiyini, iddia verdiyini bildirmişdir. İcraatda olan iş üzrə iddia ərizəsini və s. iddiaçının adından Vəkil1 imzalamışdır. Fiziki şəxsin nümayəndəsi yalnız onun vəkili və yaxın qohumu ola bilər. Vəkil1 ilə iddiaçı və vəkil qurumu arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmamışdır. Belə olan halda Vəkil1 iddiaçının vəkili sayıla bilməz və onu təmsil edə bilməz. Buna görə də iddiaçının aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, yox baxılacaqsa, cavabdehdən əmək haqqının 1/4 hissəsində alimentin tutulması q anunsuz olduğundan, tutulacaq alimentin miqdarı cavabadehin əmək haqqının daha az hissəsi ilə müəyyən edilməli və ya sabit pul məbləğində tutulmalıdır.
11. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının aylıq maaşı 4323 manat deyil, 3300 manatdır və hazırda iddiaçı uşağa qulluqla əlaqədar məzuniyyətdə olduğundan heç bir gəliri yoxdur. Mübahisə predmeti olmasa da, iddiaçının mülkiyyətində olan ev ona bağışlanmışdır. İddiaçı ona hədiyyə edilmiş köhnə maşınını sataraq yeni maşın almışdır. Cavabdeh hazırki işi qəsdən uzadaraq (qarşılıqlı iddia vermiş, sonra ondan əsassız şikayət vermiş) birinci nikahdan olan uşaqların aliment ödənilməsini “təşkil etmişdir”. Cavabdeh sözügedən alimenti mediasiya sa zişi əsasında könüllü ödədiyi üçün bunun hazırkı iddia tələbinin məbləğinə təsiri olmamalıdır. Çünki cavabdeh özü mediasiyada könüllü saziş bağlamış, sonra özü nəyə görə isə ərizə verərək bunu məhkəmədə təsdiqlətmişdir. Cavabdeh bacısının yetkinlik yaşına çatmış övladlarının xaricdə təhsil alması üçün külli miqdarda xərci könüllü ödəyir. Halbuki bu, 18 yaşınadək valideynlərinin, 18 yaşından sonra isə özlərinin öhdəliyidir. Bundan əlavə cavabdehin anasına dövlət tərəfindən pensiya da ödənilməkdədir, yəni onu saxlamaq öhdəliyi yoxdur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-575/2024 nömrəli iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2022ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Mə hkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-11/2024 nömrəli qərardadı nəzərə alınmaqla, hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Gülnar Babazadə)
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin əvvəlki nikahından olan iki uşağı ilə bağlı uşaqların anası ilə barışıq sazişi (alimentin məbləği və forması ilə də bağlı) könüllü olaraq bağlanmış və barışıq sazişi xx.xx.2024-cü i tarixdə məhkəmə tərəfindən təsdiq edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq ümumilikdə tutulan alimentin məbləği cavabdehin də razılığı ilə sabit məbləğdə və 3.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sözügedən saziş bağlanan zaman cavabdeh tərəf məhkəmədə iddiaçı tərəfindən belə bir iddianın qaldırılmasından məlumatlı olmuşdur. Hazırki iş üzrə 1/4 hissədə alimentin məbləği 3.974 manat təşkil etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı hər üç uşağına ümumilikdə (3.974+5.100) = 9.074 manat məbləğində aliment ödədikdən sonra ona qalan məbləğ 6.822 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf etsə də, onun üzərində həddindən artıq alimen t yükü yaranmamışdır.
14. Birinci instansiya məhkəməsi cavabdehin etirazına münasibətdə göstərmişdir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməsi zamanı uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də bütün uşaqlarının tələbat ını təmin etməlidir. Cavabdehin valideyninin və bacısının uşaqlarının saxlanılması və təhsili kimi qayğılarında iştirak etməsi bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsinin hər hansı bir formada azaldılması üçün əsas olmamalıdır.
15. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması barədə iddiası əsaslı olduğundan təmin edilməlidir.
16. Hüquqi xidmətə görə ödənilmiş 850 manat pulun qaytarılması tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X22 Company” ilə iddiaçı arasında müqavilə bağlanmış və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilə müqavilə şərtlər inə uyğun iddiaçının işi ilə əlaqədar hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlandığından, lakin müqavilə üzrə 120 manat ödənişin iddiaçının nümayəndəsi və vəkilinə ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğin ödənilməsi ilə bağlı qəbz əlavə edilmədiyindən, hüquqi xidmətə görə 850 manat pulun qaytarılması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.
17. Birinci instansiya məhkəməsi 60 manat mediasiya xidmət haqqının ödənilməsi ilə bağlı isə göstərmişdir ki, mediasiya arayışında 50 manat mediasiya xərcinin ödənildiyi nəzərdə tutulduğundan, 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya ödənilməlidir
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 3.0.4, 75.1, 75.4, 76.1, 76.2, 100.2-ci, “Uşaq Hüquqları haqqında” Qanunun 3, 4, 5, 8-ci bə Mülki P rosessual Məcəllənin 234.2.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin “cavabdehin əmək haqqından (başqa gəlirlərindən) 1/4 hissədə alimentin tutulması” hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsi uşağın təminatının əvvəlki kimi yüksək saxlamalı olduğunu qətnaməsində formal olaraq qeyd etmişdir. Lakin bununla bağlı heç bir araşdırma aparmamışdır. Hazırki halda uşağın əvvəlki təminatının səviyyəsi ilə bağlı qeyd edilməlidir ki, uşağın yenicə 2 yaşı tamam olmuşdur, o, hər hansı bir ödənişli və ya ödənişsiz təhsil almır, məktəbəqədər tərbiyə müəssisəsinə (bağçaya) və ya digər dərnəklərə getmir, idmanla, rəsmlə, rəqslə, musiqi ilə məşğul olmur. Sağlamlığı yerindədir, həm də cavabdehin tibbi sığortası olduğu üçün uşağın bütün tibbi xərcləri də pulsuzdur. Bir sözlə, uşağın saxlanması üçün böyük məbləğlərdə aliment məbləğinə, 3.234 manat alimentə ehtiyacı yoxdur. Bundan başqa, iddiaçı tərəf uşağın əvvəlki və hazırkı təminat səviyyəsi ilə bağlı hər hansı bir sübutu nə iddia ilə məhkəməyə müraciət edərkən, nə də ki, mülki işin gedişatında məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi uşağın təhsili ilə bağlı, uşağın bağçaya, dərnəyə gedib-getməməsi, sağlamlığı və xərcləri ilə bağlı verilmiş suallara cavab verməmiş, qeyd edilənlər ilə bağlı məlumatının olmadığını bildirmiş, uşağın hazırda iki dayəsinin olduğunu bildiyini məhkəməyə demişdir. Bu il üçün minimum dolanacaq xərcləri 235 manat müəyyən edilmişdir. İddiaçının tələb etdiyi məbləğ isə həmin məbləğdən dəfələrlə - 1376 %, təxminən 13 dəfədən də çoxdur. Cavabdeh tərəfindən hər ay birinci nikahından olan iki qız övladının saxlanması üçün anaları xxxx xxxnın hesabına yüksək məbləğdə aliment ödənilir.
21. Cavabdehin nümayəndəsi və vəkili həmçinin yazılı vəsatət verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və vəsatətini belə əsaslandırmışdır ki, “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023- cü il tarixli, 38 9 saylı müqavilə Vəkil1 ilə iddiaçı arasında bağlanmamış, ona görə də Vəkil1 iddiaçının vəkili sayıla bilməz və onu təmsil edə bilməz. O, iddiaçının vəkili olmadığından etibarnamədə nəzərdə tutulsa belə, iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyəti olmamışdır.
22. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz bildirmişdir ki, məhkəməyə müraciət edilən zaman digər iki uşağa aliment ödənilməsi məsələsi yox idi. Birinci instansiya məhkəməsi icraatı dövründə cavabdehin vəkili məhkəməyə bununla bağlı barışıq sazişi təqdim etdi. Hətta cavabdeh əvvəllər iddia ilə məhkəməyə müraciət edib, iddiada digər uşaqları qeyd etməyərək alimentdən yayınıb. Hazırki iddia ilə məhkəməyə müraciət edəndə barışıq sazişi bağlanılmamışdı. Belə olan halda ilk olaraq bu iddia nəzərə alın malıdır. Gəlirlərin ¼ hissəsində aliment tələbi ilə müraciət etmişlər, cavabdehin isə digər iki uşaqla bağlı sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı barışıq sazişi bağlaması, onlara münasibətdə aliment məbləğinin azaldılması məqsədini daşıyır. Cavabdeh bacısı uşaqlarına baxması, onların təhsil haqqını ödəməsi ilə bağlı sübutlar təqdim etmişdir. Halbuki cavabdeh ilk növbədə öz övladını, daha sonra isə qohumlarını düşünməlidir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2949/2024 nömrəli mülki iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)575/2024 nömrəli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilmiş, cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X 3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan alimentin miqdarı onun əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov)
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçı ilə faktiki ailə münasibətlərindən dünyaya gəlmiş uşağın saxlanması üçün alimentin tutulması barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ailə qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valid eynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. İş materiallarına əsasən cavabdehin xxx ilə rəsmi nikahından iki, iddiaçı ilə faktiki ailə münasibətlərindən bir övladı var. Buna görə də cavabdehin üç övladı olduğundan məhkəmə tərəfindən ondan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Belə olan halda hazırki cavabdehdən hər övladı üçün qazancının 1/6 hissəsində aliment tutula bilər.
26. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, ailə qanunvericiliyinə əsasən qeyd olunan payın miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Lakin hazırki iş üzrə qeyd olunan payı n miqdarının artırılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı özü də yüksək məbləğdə əmək haqqı alır. Qanunvericiliyin tələblərinə əsasən uşağı saxlamaq hər iki valideynin vəzifəsidir.
27. Apellyasiya instansiya məhkəməsi həmçinin göstərmişdir ki, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş uşaq xx.xx.2022-ci il təvəllüdlüdür, digər uşaqlar isə xx.xx.2008-ci il və xx.xx.2009-cu il təvəllüdlüdürlər. Cavabdeh tərəfindən yaşca dəfələrlə böyük uşaqların saxlanılması üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş miqdardan artıq alimentin ödənilməsi ağlabatan hesab edilməlidir.
28. İddiaçının nümayəndəsi və vəkilinin iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyətinin olmamasına dair cavabdehin dəlili ilə bağlı apellyasiya instansiya məhkəməsini n mövqeyi belə olmuşdur ki, iş materiallarına əsasən cavabdehin nümayəndəsinin səlahiyyətləri mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq etibarnamə ilə rəsmiləşdirilmiş, həmçinin, iddia ərizəsinə iddiaçı ilə vəkil arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəd – order əlavə edilmişdir. Mülki-prosessual qanunvericilikdə iddia ərizəsinə hüquqi yardımın göstərilməsi ilə əlaqədar müvəkkil ilə vəkil arasında bağlanmış müqavilənin iddia ərizəsinə əlavə edilməsi nəzərdə tutulmamışdır.
29. Alimentin sabit pul məbləğində tutulması barədə apellyasiya şikayətinin dəlillərini də qəbul etməyən apellyasiya instansiya məhkəməsi fikrini belə əsaslandırmışdır ki, ailə qanunvericiliyinə ə sasən məhkəmə tərəfindən uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması həmin vəsaitin tutulmasını tələb edən şəxsin, yəni hazırki iş üzrə iddiaçının xahişi ilə həyata keçirilə bilər, aliment ödəməli olan şəxsin xahişi ilə deyil. Bundan əlavə, cavabdeh tərəfindən yaxın qohumlarına maddi cəhətdən dəstək olması onu uşağının saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda alimentin ödənilməsi vəzifəsindən azad etmir.
30. Apellyasiya instansiya məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 55.1, 75.1, 75.4, 76.1, 76.2 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birin ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin birinci nikahda olduğu xanımla məhkəmə iclası gedə-gedə “könüllü saziş imzalaması” iddiaçıya ödənilən alimentin məbləğinə təsir etməməlidir. Ailə Məcəlləsində qeyd olunmuşdur ki, tərəflər arasında razılıq olmadıqda müvafiq norma tətbiq edilməlidir. Cavabdeh isə könüllü razılıqla aliment ödəməyə razı olmuşdur. Sırf bunu rəhbər tutaraq məhkəmənin iddiaçının uşağına müvafiq maddi normada əks olunan hissədən aşağı aliment təyin etmişdir. Məhkəmə qətnaməsində şəxsin gəlirlərinin 50%-dən çoxunun tutulmaması əsasını gətirmişdir. Halbuki müvafiq maddi normada 70%-dək hissənin tutulmasının mümkün olduğu qeyd olunmuşdur. Məhkəmə qərar qəbul edən zaman cava bdehin təqdim etdiyi əsassız sübutlara əsaslanmış, işin faktiki hallarını müəyyən edən sübutları araşdırmamış, məhkəmə qərarının icra potensialını dəyərləndirməmişdir. Apellyasiya instansiyasının qərarı əsaslı və qanuni deyildir. Çünki iddiaçının uşağının haqqını pozaraq digər uşaqların haqlarına üstünlük vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, kassasiya şikayəti tam əsassızdır, təmin (və ya qismən təmin) edilməsi üçün heç bir əsas mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-2949/2024 saylı qətnaməsi qəbul edilərkən hər hansı bir maddi və prosessual hüquq norması pozulmamışdır. Tərəflərin birgə yaşadığı dövrdə, həm də ondan sonra cavabdeh bir a ta kimi övladının qayğısına qalmış, vəzifələrini layiqincə yerinə yetirmişdir. Cavabdehin əmək haqqından, məzuniyyət pulundan, başqa gəlirlərindən iddiaçının hesabına uşağın saxlanması üçün küllü miqdarda aliment köçürülmüşdür. Lakin iddiaçı kassasiya şikayətində hesabına daxil olan aliment məbləği barədə heç nə qeyd etməmişdir. İddiaçı məhkəmədə cavabdeh barəsində mənfi valideyn obrazı yaratmaqla, kassasiya şikayətində həqiqətə uyğun olmayan məlumatlar verməklə əsassız olaraq cavabdehdən aliment adı altında daha çox pay almaq niyyəti güdmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 75.1. Valid eynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası m əhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini alimentin məbləği hissəsində mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin alimentin məbləği hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya məhkəməsi alimentin məbləği ilə bağlı iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
39. İddia tələbi alimentin tutulması barədədir. İddiaçı cavabdehdən əmək haqqının (başqa gəlirlərin) ¼ miqdarı hissəsində alimentin tutulmasını xahiş etmişdir.
40. İşdən görünür ki, cavabdehin xxx ilə rəsmi nikahından da iki uşağı var və cavabdeh həmin uşaqlara da hər birinə 1500 ABŞ dolları olmaqla aliment ödəyir.
41. Məhkəmə kollegiyası alimentin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-29-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olması kimi işin hallarına qiymət vermiş, gəldiyi nəticəni də işin müəyyən edilmiş halları ilə əsaslandırmışdır.
42. Nəzərə alınsa ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur və cavabdeh digər nikahdan olan iki uşağına da aliment ödəyir, belə olan halda, apellyasiya instansiyası məhkəməsinin hər bir uşağın (3 uşağın) aliment payını nəzərə alıb, alimentin məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
43. Həmçinin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutul an alimentin miqdarı mütləq deyil. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə həmin Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
44. Buna görə də bir uşaq üçün alimentin miqdarının əmək haqqının (başqa gəlirlərin) ¼ hissəsindən az miqdarda müəyyən edilməsi həm də qanunvericiliyin imkan verdiyi qaydadır. Hazırki işin halları baxımından da apelyasiya instansiyası məhkəməsi bunu qətnamədə əsaslandırmışdır.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2949/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.