Məhkəmə qərarları › İş №2(102)-3227/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3227/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3227/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3705/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsində n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci ildə saat 21:00 radələrində Daşkəsən rayonu, Daşkəsən-Gəncə avtomobil yolunun 8-ci km-də Cavabdeh özünə məxsus, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, “QAZ-32213” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən manevr etmə qaydasını pozmuş və qarşıdan əks istiqamətdə hərəkət edən X4 idarə etdiyi “VAZ-21074” markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “QAZ-32213” markalı, **-BF-*** dövlət nömrə nişanlı mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşmış, həmin vaxt mikroavtobusda olan sərnişinlərd ən X3 hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum olunmuşdur.

2. Baş vermiş hadisə ilə əlaqədar olaraq 0113/18 saylı işlərə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 qanuni nümayəndəsi X2 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cavabdehdən 5000 (beş min) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə saat 21:00 radələrində Daşkəsən rayonu, Gəncə-Daşkəsən avtomobil yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində Cavabdeh ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, “QAZ-32213” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən manevr etmə qaydasını pozmuş və qarşıdan əks istiqamətdə hərəkət edən X4 idarə etdiyi “VAZ-21074” markalı, **-TU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “QAZ-32213” markalı, **-BF-*** dövlət nömrə nişanlı mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşmış, həmin vaxt mikroavtobusda olan sərnişinlərdən X3 hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum olunmuşdur. Bununla əlaqədar olaraq 0113/18 saylı işlərə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X1 qanuni nümayəndəsi X2 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir.

5. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 yanvar 2020-ci il tarixli 2(066)-62/2020 saylı qətnaməsi il ə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2, 936.1, 936.2, 936.3, 936.5, 936.6, 1096., 1097.1, 1108.1, 1114.1-ci, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2, 63.1-ci, Mülki Prossesual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən iddianı tam, hərtərəfli araşdırmamışdır. Bel ə ki, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə iddianı təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həmçinin cavabdehin iştirakını təmin etmədiyindən çəkişmə prinsipini pozaraq prosessual pozuntuya da yol vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3705/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Məmmədov Ədil) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(66)-62/2020 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, işdə məhkəmə bildirişinin cavabdehə çatdırılması barədə heç bir məlumat yoxdur, iş materiallarından aydın olur ki, cavabdehin iştirakı təmin olunmadan işə baxılmışdır

11. Cavabdehin birinci instansiya məhkəməsinin iddianı təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh buna dair hər hansı sübutu təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 936.1, 936.2, 936.3, 1096, 1097.1, 1108.1, 1108.2, 1115-ci, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.4, 25.1.3-cü, Mülki Prossesual Məcəllənin 4.1, 9, 14.2, 77.1, 81, 135.2, 135.3, 135.5, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüq uq normalarının tələblərini pozmuşdur.

15. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki d övriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

21. Maddə 936.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliy ə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5)

22. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin ö hdəsinə qoyula bilər.

25. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair eti barnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prossesual Məcəllə

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

39. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh hadisə yerindən yayındığından iddiaçının “İcbari Sığortalar haqqında” A zərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.

40. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda g östərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3705/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar