Məhkəmə qərarları › İş №2(102)-3227/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3227/2023

03.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3227/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Elbrus qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınıb verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Elbrus qızının Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınıb verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2475/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Elbrus qızı (bundan sonra-iddiaçı) cavabdeh X1 (bundan sonra-cavabdeh) ilə 05 oktyabr 2015-ci ildə ail qurmuşlar. Həmin nigahdan 2016 və 2019-cu il təvəllüdlü iki övladları var. 2021-ci ilin iyul ayından faktiki olaraq ayrı yaşamağa başlamışlar. 2. 16 noyabr 2021-ci il tarixli, 00296537 saylı qiymətləndirmə və kassaya təhvil verilmə aktına əsasən, ümumi çəkisi 51.4 qram, 583 əyar, dəyəri 2827 manat, bazar dəyəri 4188 manat olan 2 ədad sep, ümumi çəkisi 40.1 qram, 583 əyar, dəyəri 2205 manat, bazar dəyəri 3267 manat olan 3 ədəd braslet cavabdeh tərəfindən banka girov qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əyarı 583, cəmi çəkisi 51,4 qram olan 4.188 manat dəyərində iki ədəd boyunbağı (sep) və əyarı 585, cəmi çəkisi 40,1 qram olan 3.267 manat dəyərində 3 ədəd bilərzikdən ibarət qızıl-zinət əşyalarının və ya onların cəmi dəyəri olan 7.455 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə anasına məxsus olan, toyda ona hədiyyə verilmiş, əyarı 583, cəmi çəkisi 51.4 qram, 4188 manat dəyərində iki ədəd boyunbağı (sep) və əyarı 585, cəmi çəkisi 40.1 qram, 3267 manat dəyərində 3 ədəd bilərzikdən ibarət qızıl-zinət əşyaları cavabdeh tərəfindən banka girov qoyularaq kredit götürülmüş, cavabdeh qızılları ona qaytaracağına inandırmışdır. Bir müddət keçdikdən sonra qızılları israrla tələb etsə də, cavabdeh ödənişləri bitirmədiyini, iki il “RabitəBank”a ödəniş müddətinin qaldığını bildirmişdir. Sonuncu dəfə mediasiya iclasında qızılları tələb etsə də, cavabdeh yalnız borcunu ödədikdən sonra qızılları qaytaracağını bildirmişdir. Tələb etdiyi qızıl-zinət əşyaları anasına məxsusdur, məhkəməyə təqdim etdiyi fotoşəkillərdə həmin əşyalar yoxdur. Özünə verilmiş qızılları istəmir. İddia ərizəsinə əlavə etdiyi qiymətləndirmə aktı ona cavabdeh tərəfindən verilib.

5. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə faktiki evli olduqlarını, birgə evlilikdən iki övladları olduğunu, 2021-ci ildə ayrıldıqlarını, iddiaçıya məxsus hər hansı qızıl-zinət əşyasının ona qalmadığını, iddiaçının anasına aid olduğu deyilən qızıl əşyalarından xəbəri olmadığını, bankdan anasına məxsus qızıl-zinət əşyalarını girova qoymaqla pul götürdüyünü bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Samux Rayon Məhkəməsinin 1 iyun 2022-ci il tarixli 2(058)-437/2022 saylı qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməmişdir. İddiaçı tərəfindənh isə tələb etdiyi qızılzinət əşyalarının anasına məxsusluğu ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçı 2021-ci ilin iyul ayından cavabdehdən ayrıldığını bildirsə də onun təqdim etdiyi qiymətləndirmə aktına əsasən iki boyunbağı və üç bilərzikdən ibarət qızılzinət əşyalarının xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən girov olaraq banka qoyulması öz əksini tapmışdır.

8. Məhkəmə hesab etmişdir ki, tələb edilən qızıl-zinət əşyalarının iddiaçıya və anasına məxsus olmasına dair sübutlar təqdim edilmədiyindən iddia təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edilmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin məhkəmədə verdiyi ifadəyə əsasən qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh və onun nümayəndəsi məhkəməyə heç bir dəlil və sübut təqdim etməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2475/2022 nömrəli iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apelllyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.

13. Kollegiya qızılları banka girov qoyaraq, kredit götürməsi və hər dəfə 6-7 aydan bir müqaviləni təzələnməklə yenidən kredit götürərək, qızılları da girov qoyması barədə cavabdehin izahatını işin faktiki halları ilə birlikdə araşdıraraq, hesab etmişdir ki, iddiaçı həqiqətən də cavabdeh tərəfindən qızıl əşyalarından məhrum edilmişdir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixdə banka 2 ədəd sep (boyunbağı) və 3 ədəd braslet (bilərzi k) girov qoymuş, tərəflər isə 2021-ci ilin iyul ayında ayrılmışlar. Bu halda, tərəflərin ayrıldıqları vaxtda qızılların bankda girovda olması aşkardır və 2021-ci ilin noyabr ayında cavabdehin iddiaçının razılığı olmadan ona məxsus qızılları yenidən banka girov qoymuşdur.

14. Cavabdehin banka girov qoyulmuş qızılların öz anasına məxsus olması barədə dəlillərini kolelgiyası ona görə səmimi və inandırıcı hesab etmir ki, əvvəla, öz evində arvadına məxsus qızıllar olduğu halda, anasının qızıllarını qoyması ağlabatan deyil. İkincisi isə, iddiaçı cavabdehə qarşı qərəzli iddia qaldırmış olsaydı, tək öz anasının ona hədiyyə etdiyi qızılları deyil, eyni zamanda cavabdeh və ailəsinin də hədiyyə etdiyi qızılları da tələb edərdi.

15. Kollegiya qızıl-zinət əşyalarının dəyəri və çəkisi ilə bağlı qeyd e tmişdir ki, xx.xx.2021-ci il tarixli 00296537 saylı qiymətləndirmə və kassaya təhvil verilmə barədə aktda girov qoyulmuş 583 əyarlı, ümumi çəkisi 51,4 qram olan 2 ədəd sepin bazar dəyəri 4.188 manat, 583 əyarlı, ümumi çəkisi 40,1 qram olan 3 ədəd brasletin bazar dəyəri 3.267 manat dəyərində göstərilmişdir. Cavabdeh tərəfindən isə qızıl əşyalarının çəkisi və dəyəri mübahisələndirilməmişdir.

16. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 1.4, 4, Mülki Məcəllənin 157.2, 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmış və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, h ədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübah isələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutların qiymətləndirilməsi baxımından belə nəticəyə gəlinmişdir ki, cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyala rı iddiaçıya məxsusdur. Onlar ilk dəfə girov qoyulması birgə nikah müddətinə düşmüş olsa da, sonradan girov münasibətləri yenilənmiş və əşyalar yenidən girov qoyulmuşdur. Mübahisə edilən qızıl zinət əşyalarının isə cavabdehin anasına məxsus əşyalar olması işin halları ilə təsdiq olunmamışdır.

36. Məhkəmə tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsi nin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416- cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassa siya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2(104)-2475/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar