Məhkəmə qərarları › İş №2(102)-3228/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3228/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3228/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(1*4)-557/2*23 nömrəli, 15 mart 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC ilə bağladığı 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi, həmçinin alğı-satqı və ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Həmin vaxt mənzilin qiyməti 53.3** manat müəyyən edilmiş və iddiaçı mənzilin dəyərinin ilkin ödənişi kimi 1*.7** manat ödəmişdir. Digər 42.6** manat məbləği isə "xxxx"ndan götürdüyü kredit hesabına ödənilmişdir. 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 416 manat təşkil etmiş və müqavilə bağlandığı vaxtdan etibarən 2*21-ci ilin iyun ayınadək cəmi 1*.816 manat kredit ödənişləri onun tərəfindən ödənilmişdir. 2. *3 iyun 2*21-ci il tarixdə İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1*-cu mikrorayon, 82A saylı evin 151 nömrəli mənzili (yeni qaydalarla Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, 82A, M13, m.7) Cavabdeh1 mülkiyyətinə vermişdir. Qarşılıqlı razılığa əsasən mənzilin satış qiyməti 399** manat müəyyən edilmiş, mənzilin dəyərinin 5** manatı cavabdeh tərəfindən birdəfəlik satıcıya, 39.4** manatı isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə razılaşdırılmışdır. 3. *3 iyun 2*21-ci il tarixdə *12 nömrəli “öhdəliklərin verilməsi barədə” müqavilə ilə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ar asında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi və Cavabdeh1 qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı əvəz etməsi barədə üçtərəfli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ilə (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsinin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2*16-cı ildə tanış olmuşdur. Münasibətləri yaxşı olduğu üçün nikaha daxil olmadan 2*18-ci ilin fevralından Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə, sonra isə ünvan 3akı mənzildə birlikdə yaşamışlar. Tanış olduqları vaxtda onların birlikdə yaşamaq üçün yaşayış yerləri olmamışdır. Həmin vaxt iddiaçı Sumqayıt şəhərində işləmiş və «Kristal Abşeron» şirkətinin tikdiyi yeni binadan ev almağı planlaşdırmışdır. «Kristal Abşeron» şirkəti isə tikdiyi mənzilləri "xxxx"nın ipoteka kreditləri he sabına satmışdır. Onunla "xxxx" arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi, həmçinin alğı-satqı və ipoteka müqaviləsi əsasında o, Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Həmin vaxt mənzilin qiyməti 53.3** manat müəyyən edilmiş və iddiaçı mənzilin dəyərinin ilkin ödənişi kimi 1*.7** manat ödəmişdir. Digər 42.6** manat məbləği isə "xxxx"ndan götürdüyü kredit hesabına ödənilmişdir. 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 416 manat təşkil etmiş və müqavilə bağlandığı vaxtdan etibarən 2*21-ci ilin iyun ayınadək cəmi 1*.816 manat kredit ödənişləri onun tərəfindən ödənilmişdir. Qeyd olunan mənzilə köçməmişdən əvvəl iddiaçı tərəfindən mənzildə təm ir işləri aparılmış və 13.*** manat vəsait sərf olunmaqla bütün ev əşyaları alınmışdır. Birlikdə yaşadıqları müddət ərzində tərəflərin münasibətləri yaxşı olduğu üçün cavabdeh iddiaçının etibarını qazanmışdır. Həmçinin onlar münasibətlərini rəsmiləşdirmək üçün nikaha daxil olmağı da qərarlaşdırmışlar. Bu müddətdə iddiaçı "xxxx" ASC-dən 14.5** manat kredit götürmüş və cavabdehin "xxxx" ASC-də olan 1**** məbləğdə olan kreditini də tamamilə ödəmişdir. Onların yaxın vaxtlarda nikah bağlamaq istəkləri olduğuna, həmçinin Bakı şəhərində yeni mənzil almaq imkanları olduğuna görə 19 aprel 2*19-cu il tarixli 33 №-li kredit müqaviləsi üzrə kredit öhdəliklərini və ünvan 3a yerləşən mənzil üzrə mülkiyyət hüququnu formal olaraq cavabdehin adına keçirməyi cavabdehlə razılaşmışlar. Bu səbəbdən iddiaçı *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi əsasında sözügedən mənzil cavabdehin mülkiyyətinə vermişdir. Bundan sonra cavabdehlə "xxxx" arasında müqavilə bağlanaraq kredit öhdəlikləri də onun adına rəsmiləşdirilmişdir. Bu zaman onun tərəfindən 4.*** manat müqavilənin rəsmiləşdirilməsi üçün ödəniş edilmişdir. Həmin müqavilələr bağlanarkən iddiaçının mülkiyyət hüququnu cavabdehə keçirmək kimi niyyəti olmamışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti pisləşməyə başlamış və onların nikahlarını qeydə aldırması mümkünsüz olmuşdur. Belə olan halda iddiaçı cavabdehdən mənzili və kredit öhdəliyini onun adına qaytarmaq üçün alğı-satqı və ipoteka müqaviləsi kredit müqaviləsi bağlamağı tələb etmişdir. Cavabdeh isə m üxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2*21-ci ilin iyun ayında münasibətləri tamamilə pisləşdikdən sonra iddiaçı Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi 82A, M13, m7 ünvanda yerləşən mənzili tərk edərək cavabdehdən ayrı yaşamağa başlamışdır. Qeyd edilənlər kredit müqaviləsinin və ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsinin uydurma əqd kimi sadəcə görünüş üçün formal olaraq bağlandığını sübut edir. Lakin 2*21-ci ilin iyul ayından Sumqayıt şəhəri, 1*-cu mikrorayon, 82A saylı binada yerləşən 151 saylı mənzillə əlaqədar onun tərəfindən heç bir ödəniş edilməmiş və həmin mənzilin açarları cavabdehdə olmuşdur.

6. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı üzərindən bir ildən artıq müddət keçməsinə baxmayaraq, *3.*6.2*21-ci il tarixli «İpoteka ilə y üklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi»nin və eyni tarixli «Öhdəliklərin verilməsi müqaviləsi»nin etibarsız hesab edilməsini tələb etmişdir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. *3.*6.2*21-ci il tarixli «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi»nin və eyni tarixli «Öhdəliklərin verilməsi müqaviləsi»nin üzərindən artıq 1 il keçmiş, müqavilələrdə bu məsələ ilə bağlı hər hansı bir şərt qeyd edilməmiş, tərəflər öz öhdəliklərini yerinə yetirmiş və indiyədək bu məsələlər barəsində hər hansı tələb və ya iddia olmamışdır. Buna görə də iddia müddətinin tətbiq edilərək, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi də iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəmə müraciət etmiş və iş üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı ilə cavabdeh əvvəllər onunla birlikdə işləmiş, buna görə də həmin şəxsləri tanımış, yaxın dostluq münasibətlərində olmuşdur. Onların 2*17-2*18-ci illərdən birlikdə yaşadıqlarını və 2*2*-ci ildə iddiaçının cavabdehə ev aldığını bilmişdir. Sonradan iddiaçı ilə cavabdeh arasında olan münasibətlər pisləşmiş və iddiaçı öz valideynlərinin yaşadığı evdə yaşamağa başlamışdır. Hətta o, həmin şəxslərlə ailəvi dost olduğuna görə öz arvadı ilə birlikdə 2*22-ci ilin aprel ayında onlarla görüşmüş, mövcud mübahisəni həll etməy ə çalışmışdır. Həmin vaxt iddiaçı cavabdehdən evi deyil, evin ilkin alınması zamanı ödədiyi ilkin məbləği tələb etmiş, lakin bununla bağlı heç bir razılıq əldə olunmamışdır.

9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 noyabr 2*22-ci il tarixli, 2(125)-1442/2*22 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, *3 iyun 2*21-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş «İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi» ilə iddiaçı mülkiyyətində olan mübahisəli mənzili cavabdehin mülkiyyətinə vermiş, iddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 39.9** manat müəyyən edilmiş, mənzilin dəyərinin 5** manatı cavabdeh tərəfindən bir dəfəlik olaraq iddiaçıya, 39.4** manatı isə kredit müqaviləsi üzrə iddiaçının hüquq və vəzifələrinin cavabdehə verilməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. Həmçinin *3 iyun 2*21-ci il tarixli, *12 nömrəli öhdəliklərin verilməsi müqaviləsinə əsasən iddiaçı, cavabdeh və "xxxx" ASC həmin müqavilənin imzalandığı tarixdən iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə iddiaçının hüquq və vəzifələrinin cavabdehə verilməsi və cavabdeh qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçını əvəz etməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra qeyd olunan mənzil üzrə "xxxx" ASC qarşısında bütün öhdəliklər cavabdeh tərəfindən icra olunmuşdur.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında *3 iyun 2*21-ci ildə bağlan mış ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin *3 iyun 2*21-ci il tarixdə öhdəliklərin verilməsi müqaviləsinin bağlanması ilə məhz cavabdeh *3 iyun 2*21-ci il tarixdən sonra mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğı-satqı müqaviləsi və öhdəliklərin verilməsi müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı cavabdehlə müqa vilələri bağlayan zaman qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir.

12. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin uydurma əqd (əhəmiyyətsiz əqd) olduğunu bildirməklə, onların etibarlılığını mübahisələndirir. B una görə də cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndələrinin öz etirazlarının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdikləri xüsusatlar iddianın rədd olunması üçün əsas deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.4, 34*.1, 354.1, 389.1, 389.2, 394, 4*7.2, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» *2 aprel 2*21-ci il tarixli qərarı və «N.Əsədovanın şikayəti üzrə» 12 aprel 2*21-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alğısatqı müqaviləsi bağlanan zaman mənzilin qiyməti 399** manat, mənzilin bazar qiyməti təxminən 6**** manat olmuşdur. Mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25516 manat tərəfindən ödənilmişdir. Belə olan halda əgər onun mənzili satmaq və cavabdehin də mənzili almaq niyyəti olsaydı, gərək mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25516 məbləğində pulun ona verilməsi lazım idi. Halbuki hər iki tərəfin alğı-satqı müqaviləsi bağlamaq niyyəti olmadığı üçün həmçinin notariusun depozit hesabına alğısatqı müqaviləsi üzrə pul qoyulmalı olduğu üçün tərəflər özləri bu prosesi asanlaşdırmaq üçün mənzilin qiymətini həmin dövrdə kreditin qalıq məbləğinə uyğun olaraq 399** manat müəyyən etmişdir. Göründüyü kimi, alğı-satqı niyyəti olmadığı üçün notariusun depozit hesabı vasitəsi ilə keçirilməli olan pul məbləğini də 5** manat olaraq müəyyənləşdirmişlər. Bundan başqa, cavabdeh sözügedən mənzilə dair indiyədək reyestr xidmətindən çıxarış almamışdır. Beləliklə, tərəflərin alğı-satqı müqaviləsi bağlamaq barəsində həqiqi iradə ifadələri olmamışd ır. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-557/2*23 nömrəli, 15 mart 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilələrin bağlanmasından sonra cavabdeh mübahisəli mənzili onun mülkiyyətçisi kimi qəbul etmiş, kredit borcu üzrə ödənişləri vaxtında ödəmiş və ona dair mülkiyyətçi hüquqlarını həyata keçirmiş, habelə bəhs edilən müqavilələrin bağlanmasından sonrakı növbəti kredit ödənişləri iddiaçı tərəfindən aparılmamış, yəni əqdin uydurma, yaxud görünüş üçün bağlanmasına dəlalət edən hər hansı əlamət olmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və ədalətli, çıxardığı qətnamə işin həqiqi hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə hazırkı işin hallarına münasibətdə əsassızdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 146.1, 152.1, 152.4, 329.1, 334.1, 334.2, 337.1, 567, 646.1, 646.2-ci maddələri, MPM-in 14.1, 77.1, 88, 217.3-cü maddələri, Azərbaycan Respub likası Kontitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının *3 iyun 2**5-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2**6-cı il tarixli Qərarı, “N.Əsədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2*21-ci il tarixli Qərarı və “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2*11-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” *3 may 2*12-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri

20. Qətnamədən iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılm ası, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib o lmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-bir inə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır

31. Maddə 34*.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

32. Maddə 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

33. Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 39*.2. M üqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasi ya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşlıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

48. Bununla belə məhkəmə k ollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ə.İbrahimovun şikayəti üzrə 2**4-cü il 12 aprel tarixli Qərarında izah etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

49. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı ir adə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2*2*-ci il 1 dekabr tarixli Qərarı).

50. Məhkəmə kollegiyası buradan çıxış edərək, həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Yuxarıda qeyd edildiyi kimi qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərt nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir. Habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur.

51. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilə nin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

52. İddiaçı iddia tələbində başqa dəlillərlə yanaşı müqavilə bağlanmasını həm də belə əsaslanndırmışdır ki, «Birlikdə yaşadıqları müddət ərzində tərəflərin münasibətləri yaxşı olduğu üçün cavabdeh iddiaçının etibarını qazanmışdır. Həmçinin onlar münasibətlərini rəsmiləşdirmək üçün nikaha daxil olmağı da qərarlaşdırmışlar».

53. İddiaçının bu dəlili, müqavilənin etibardan istifadə, yəni aldanma nəticəsində bağlanmasını araşdırmanı tələb edir.

54. Bu baxımdan qeyd edilməlidir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış t əəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

55. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

56. Qeyd olunan normanın məzmunundan da g örünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

57. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2*19-cu il 9 dekabr tarixli Qərarı).

58. Baxılan işdə iddiaçının aldatma səbəbindən iradə ifadəsinin qüsurlu olması müəyyən edilməmişdir.

59. İddiaçının iddia tələbində birbaşa istinad etdiyi başqa dəlili ondan ibarətdir ki, yaşayış sahəsinin alğı-satqı müqaviləsi uydurma əqd kimi sadəcə görün üş üçün formal olaraq bağlanmışdır.

60. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Mülki Məcəllənin 34*.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

61. Əhəmiyyətsiz əqdin başqa növü Mülki Məcəllənin 34*.2-ci maddəsində nəzərdə tutulan yalan əqdlərdir. Həmin maddəyə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

62. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yala n əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2*2*-ci il 1* mart və X.Mirzəliyevin şikayəti üzrə 2*21-ci il 17 sentyabr tarixli Qərarlar). yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2*2*-ci il 1* mart tarixli Qərar).

63. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur h əyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

64. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 34*.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

65. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir:

1. Görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;

2. Gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;

3. Yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

66. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə mü qavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2*19-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2*21-ci il 12 aprel tarixli Qərarları).

67. Bu baxımdan məhkəmlər müəyyən emişdir ki, mübahisəndirilən əqd bağlandırqan sonra evə görə ödənilməli olan kredit qalığı cavabdeh tərəfindən ödənilməyə başlanmışdır. Yəni iddiaçının mübahisəli müqavilənin uydurma əsasları ilə bağlanması barədə dəlili təsdiqini tapmır. Mənzilin satılması barədə müqavilə iddiaçının iradə ifadəsinə, habelə cavabdehin d avranışlarına zidd olmamışdır.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

69. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-557/2*23 nömrəli, 15 mart 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar