Məhkəmə qərarları › İş №2(102)-3234/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3234/2020

07.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3234/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 və onun vəkili Əliyev Fərhad Qurban oğlunun iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı əmlak tələbinə, Cavabdeh1 İddiaçı1 qarşı çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-672/2020 nömrəli 19 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən ona 60000 manat məbləğində kompensasiya ödənilməsi ilə onun ünvanindəki 51,9 kv.metr olan yaşayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi və ya paylı mülkiyyət olan ünvaninin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətdə olan paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 da İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1in 5 otağından 51.9 kv.m olan 3 otağının özəlləşdirilməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 30 okty abr 2019-cu il tarixli, 2(060)6384/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvanin ilkin satış qiymətinin 78.000 (yetmiş səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 22.07.2011-ci il tarixli, N-90 saylı sərəncamına uyğun paylarla İddiaçı1 və Cavabdeh1 verilməsi, ilk iddia tələbi qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabde h1 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aqil Abbasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 19 fevral 2020-ci il tarixli 2(105)672/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(060)-6384/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ünvanin ilkin satış qiymətinin 78.000 (yetmiş səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşı nmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 22.07.2011-ci il tarixli, N-90 saylı sərəncamına uyğun paylarla İddiaçı1 və Cavabdeh1 verilməsi hissəsində ləğv edilmiş, İddiaçı1 iddia tələbi təmin edilməmişdir. İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-672/2020 nömrəli 19 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı cavabdehlə həmin mənzildə yaşayır, bir yerdə yaşamaları mümkün deyil, münaqişəli ailədirlər, tez-tez aralarında mübahisə olur, bu da birgə yaşayış qaydalarına ziddir. Mənzildə 1 0 ildir təbii qazdan istifadə olunmur. Belə ki, işlədilən təbii qazın ödənişləri barədə aralarında razılaşa bilmirlər, cavabdeh ödəniş etmək istəmir. Ona görə də, mənzilə təbii qazın verilməsi dayandırılmışdır. Məcbur olub evdə balon qazı işlədir. Həmçinin cavabdehin oğlunda vərəm vəstəliyi var, bu da həm iddiaçı, həm də həyat yoldaşının sağlamlığına hər an təhlükə yarada bilər. Sumqayıt Apellvasiya Məhkəməsi Sumqayıt səhər Məhkəməsinin qətnaməsini ləğv edərkən mübahisəli mənzilin iddiaçı və cavabdehin tam olaraq ümumi paylı mülkiyyətində deyil, mənzilin 2 otağının hələ də dövlət mənzil fonduna aid olduğuna əsaslanmışdır. Belə olan halda, mübahisəli mənzilə münasibətdə Mülki Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud deyil. Məhkəmənin bu yanaşması səhvdir. Çünki mübahisəli mənzil tam olaraq özəlləşdirilməsə də, iddiaçının payına düşən hissə özəlləşdirilib və mənzilin bir paylı mülkiyyətçisidir. Mənzilin tam özəlləşdirilməməsi iddiaçının payını sərbəst surətdə satılmasının qarşısını ala bilməz. Bu mülkiyyət hüquqlarına ziddir və mülkiyyət hüquqlarını tam həyata keçirməyə mane olur. Prosessual məsələlər: İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Əliyev Fərhad Qurban oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin baxış predmetini yalnız ilkin iddianın təmin edilməmiş hissəsi təşkil etdiyindən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti əsasında qətnamənin qanuniliyini tam yoxlayır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki? Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18, 5 otaqlı olmaqla, həmin mənzilin 3 otağı İddiaçı1, 2 otağı Cavabdeh1 istifadəsinə verilmiş, İddiaçı1 özünə düşən 3 otağı mənzili özəlləşdirib, mülkiyyətinə keçirsə də, Cavabdeh1 özünə düşən 2 otağı mülkiyyətinə keçirməmişdir. Cavabdeh1 la 2 otağa dair yalnız kirayə müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh1 qarşı Sumqayıt şəhəri, məhəllə 41A, 3 saylı evin ümumi sahəsi 104,4 kv.metr, yaşayış sahəsi 77,5 kv.metr olan 5 otaqlı, 18 saylı mənzilində iddiaçıya məxsus yaşayış sahəsi 51,9 kv. metr olan 3 otağın naturada ayrılıb ona verilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı1 Cavabdeh1 ünvanladığı 10.05.2019-cu il tarixli bildirişlə paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18-də onun payı 51,9 kv.metr yaşayış sahəsinə görə ona 60.000 manat məbləğində kompensasiya verməyini təklif etmiş, əks halda, Cavabdeh1 tərəfindən ona 60.000 manat məbləğində kompensasiya ödənilməsi ilə onun Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18-dəki 51,9 kv.metr olan yaşayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi və ya paylı mülkiyyət olan Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18-in açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətdə olan paylarına uyğun bölüşdürülməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. “xxxx” MMC-nin 03.09.2019-cu il tarixli “mənzilin qiymətləndirilməsi barədə hesabatın”dan görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18-in dəyəri ümumilikdə müqayisəli yanaşma ilə 78.000 (yetmiş səkkiz min) manat təşkil edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.1-200.6-cı maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinadən ilk iddia tələbini təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Mülki Məcəllənin 220.1-220.6-cı maddəsi yalnız paylı mülkiyyətin payçıları arasında paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydasını müəyyən edir. Hazırki mübahisəyə tətbiq edilməli olan Mülki Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtə görə əmlak paylı mülkiyyətdə olmalıdır. hazırki işin hallarından isə görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18, 5 otaqlı olmaqla, həmin mənzilin 3 otağı İddiaçı1 tərəfindən özəlləşdirilsə də, digər iki otağa Cavabdeh1la yalnız kirayə müqaviləsi bağlanmış, həmin otaqlar özəlləşdirilməmişdir. Həmin mənzil iddiaçı və cavabdehin tam olaraq ümumi paylı mülkiyyətində deyil, mənzilin 2 otağı hələ də dövlət mənzil fonduna aiddir. Belə olan halda, Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 18-ə münasibətdə Mülki Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2. Əşya mülkiyyət hüququnda m ülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi nə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərrac dan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014cü il tarixli qərarında əksini tapmış hüquqi mövqeyinə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cümaddələrində nəzərdə tutulmuşqaydalara əməl edilməlidir.Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarıəsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyanı almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarıəsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürü lməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İşin araşdırılan hallarından görünür ki, apelyasiya instansiya sı məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 2 otağı dövlət mənzil fonduna aid olan mənzilin hərracdan 78 min manata satılması və satışdan əldə pul vəsaitinin tərəflərin payına uyğun bölüşdürülməsi qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-672/2020 nömrəli 19 fevral 2020-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar