Məhkəmə qərarları › İş №2(102)-3234/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3234/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3234/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, faizi və dəbbə pulunun hesablanmasının qadağan edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun ləğv olunması və borc hesablanmasının qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus 416973******5856 №-li kart üzrə 6119.67 manat “800|Free/TAX_Q_rezident XİDMET üzrə 18% ƏDV TİKTOK, SİNGAPURE SG” ünvana məxaric qeyd olunmuşdur.

2. Tovuz rayon X3 Bölməsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı izahatına əsasən 30 noyabr 2023-cü il tarixdə saat 07:52 radələrində "xxxx" ASC-də olan plastik kart hesabından naməlum şəxs və ya şəxslər tərəfindən ümumilikdə 6124 manat məbləğində pulu oğurlanmışdır. xx.xx.2024-cü il tarixdə fakta görə Tovuz rayon prokuroru tərəfindən CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istinta q aparılması üçün Tovuz RPŞ-nin İB-yə göndərilmişdir. 3. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubunda qeyd edilmişdir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə banklar məsuliyyət daşımır. Müştərilərin daha diqqətli olmaları üçün Bank tərəfindən sosial paylaşımlar edilir. İddiaçı istifadəsində olan 416973******5856 №-li plastik kart məlumatları əsasında 30 noyabr 2023-cü il tarixdə icra edilmiş 3024 USD (milli valyutada ekvivalenti 5186,16 AZN, əməliyyat üzrə tutulmuş 18% ƏDV məbləği 933,51 AZN, əməliyyat üzrə İD **********, TİKTOK, SİNGAPORE, SG/nP 10) məbləğdə əməliyyatın araşdırılması üçün hüquq mühafizə orqanlarına mü raciət edə bilər. Plastik kart məlumatları əsasında icra edilmiş ödənişə dair hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olan sorğular Bankın aidiyyəti struktur bölməsi tərəfindən cavablandırılır. Əlavə olaraq bildirir ki, əməliyyatın sığorta hadisəsi kimi qəbul edilib-edilməməsinin araşdırılması üçün İddiaçı sığorta polisinin nömrəsini (MPSİ-0014/23) təqdim etməklə "xxxx" ASC-yə (qısa nömrə *7000) müraciət edə bilər. Müraciətdə qeyd edilən əvvəlki hadisə ilə bağlı bildirir ki, 416973******6167 №-li plastik kart məlumatları əsasında 12 noyabr 2023-cü il tarixdə əməliyyatın icra edilməsinə cəhd edilmiş, cəhd uğursuz olmuş və İddiaçı müraciəti əsasında eyni tarixdə qeyd edilən kart bağlanmışdır.

4. Cavabdeh ASC-nin Tovuz filialı ilə İddiaçı arasında xx.xx.202 3-cü il tarixdə bağlanmış birbank cashback kredit xətti müqaviləsinin 8.2-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx. 2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının Cavabdeh ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Tovuz filialı ilə bağladığı xx.xx.2023-cü il tarixli BRCB2626319B182 №-li kredit xətti müqaviləsinə əsasən bank tərəfindən ona 416973******5856 №-li kredit kartı verilmişdir. Bu kartdan heç vaxt pul çıxarmamış və internet vasitəsilə onlayn alış-veriş etməmiş, kart məlumatlarını kənar şəxslərə ötürməmişdir. xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefona Cavabdeh-dan mesaj gəlmiş və hesabından xəbəri olmadan pul silindiyi ona məlum olmuşdur. Dərhal Bankın 196 Qaynar xəttinə zəng etmiş və onunla danışan bank əməkdaşı bildirmişdir ki, kredit kart hesabından ümumilikdə 6124 manat Tiktok sosial şəbəkəsi vasitəsilə çıxarılmışdır. Bank əməkdaşından həmin kartın bloklanmasını xahiş etmiş və sonra isə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Onun müraciəti əsasında Tovuz rayon prokuroru tərəfindən xx.xx.2024-cü ildə AR CM-in 177.2.3-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və istintaq aparılması üçün Tovuz RPŞ İB-ə göndərilmişdir. Cinayət işi hazırda Tovuz RPŞ İB-nin müstəntiqi, polis kapitanı Amil Qurbanovu n icraatındadır. Kredit xətti müqaviləsinin 4.1-ci bəndinə görə müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Həmin məbləğ bu bənddə göstərilən qaydada artırılmamışdır. Müqavilənin 9.4-cü bəndinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Buna görə müştəri kredit xəttindən ilkin olaraq istifadə edilən anda, ilkin istifadə edə biləcəyi məbləğin (yəni bu müqavilənin 4.1 bəndinin ilk cümləsində nəzərdə tutulan məbləğin) 0.35%-i məbləğində pul vəsaitini banka ödəməlidir. Kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması,... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təmin olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gü ndəlik limitləri tətbiq edir. Limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin edir. Müqavilənin 1.1-ci bəndinə görə dələduzluq əməliyyatları – müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, bank tərəfindən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitlər tətbiq olunsaydı, 6124 manat pulun hesabdan çıxarılması mümkün olmazdı. Bundan başqa, bank onun müraciətlərinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda “Birbank” mobil tətbiqində köçürmə limitləri ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunmuşdur. Əgər ölkəxarici əməliyyatlar üçün gündəlik 1710 manat müəyyən olunubsa, gün ərzində bir dəfəyə 6124 manat pulun hesa bdan çıxarılması necə baş verib? Bu sualın cavabı qeyd olunan məbləğdə pulun kredit kart hesabından silinməsində onun təqsirinin olmadığını bir daha təsdiq etmişdir. xx.xx.2023-cü ildə ona məxsus debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olmuş, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmə baş tutmamış və o, bu barədə banka məlumat verərək həmin kartı bağlatdırmışdır. Debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı idi. Lakin, bank həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməmiş, o cümlədən müqavilənin 4.1 və 9.4-cü bəndlərində göstərilən limitləri tətbiq etməmişdir. Cavabdeh ASC kredit kartı hesabından xəbəri olmadan qanunsuz çıxarılan 6124 manat pulu onun k redit borcu kimi qəbul edərək ona kredit faizi və dəbbə pulu hesablayır. “Birbank” mobil tətbiqində xx.xx.2024-cü il tarixə 513.20 manat məbləğində borcunun olduğu görünür və bu məbləğ hər gün artmaqda davam edir. Kredit kartı hesabından 6124 manat xəbəri olmadan qanunsuz, yəni oğurluq yolu ilə çıxarıldığı, bu barədə faktla bağlı cinayət işi başlandığı və həmin məbləğin hesabdan çıxarılmasında təqsirinin olmadığı üçün həmin məbləği və ona hesablanan faizləri banka ödəmək öhdəliyi də yoxdur. Müqavilədə mübahisənin həllinin pretenziya qaydasına əməl olunması nəzərdə tutulmasa da, mübahisəni məhkəmədən kənar həll etmək üçün cavabdehə müraciət etsə də, lakin cavabdehin həmin müraciətə verdiyi cavab qaneedici olmamışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sent yabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, iddiaçı kartla bağlı xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açması, müştərinin isə Kartdan və kredit xəttindən istifadə etməsi, yaranmış borclarını habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməsini öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanmasının qadağan edilməsini və onun ləğv edilməsini xahiş etmişdir. Halbuki, hesab kartından məbləğin bankın səhvi nəticəsində məxaric edilməsinə dair heç bir mötəbər sübut təq dim etməmişdir.

9. Məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, halhazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir.

10. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlmiş, həmçinin qeyd etmişdir ki, göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 743.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “məhkəmə araşdırması zamanı iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının cavabdeh ə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı”. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razı deyildir.

14. İş üzrə məhkəmə-mühasibatlıq və kompüter texniki (yeni texnologiyalar) ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 316-16/1-5/1411-9/10398/2024 saylı, 07 may 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən (c.i.v 34) İddiaçı məxsus 416973******5856 N°li kredit kartından xx.xx.2023-cü il tarixdə 6.119,67 manat (5.186,16+933,51) məbləğində pul vəsaiti istifadə edilmişdir. İddiaçı məxsus 416973******58 56 N°-li kredit kartından xx.xx.2023cü il tarixdə silinən 6.119,67 manat məbləğində pul vəsaitinə görə kimin (kimlərin) məsuliyyət daşıması hüquqi xarakter daşıdığından bu xüsusata məhkəmə orqanı tərəfindən qiymət verilə bilər.

15. Ekspertiza qarşısında qoyulmuş suallar tədqiqata cəlb olunan X2 və kibertəhlükəsizlik departamentinin Təhlükəsiz əməliyyat mərkəzi şöbəsinin təhlükəsizlik analitiki Fariz Pirmətov və Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin mütəxəssisi Murad Tağıyev tərəfindən 05 may 2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır.

16. Qeyd olunan mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023- cü il tarixdə saat 07:52-də "TikTok"' platformasına 3024 dollar (5186.16 manat ekvivalentində) həcmində ödəniş həyata keçirmişdir. “TikTok” ölkədə qeyri-rezident platforma olduğuna görə, Bank tərəfındən ödənilən məbləğin 18%-i (933.51 manat) dəyərində ƏDV tutulmuşdur. “TikTok" platformasında ödəniş əməliyyatı həyata keçirilərkən iddiaçının istifadə etdiyi +**********66 mobil telefon nömrəsinə 3DS təhlükəsizlik kodu göndərilmişdir.Təhlükəsizlik kodunun göndərilməsinə əsas "TikTok" platformasından ödənişlə bağlı sorğunun olmasıdır. Kapital Bankın "sistem loglar”-da olan məlumatlara əsasən bu kodun iddiaçı və yaxud başqa şəxslər tərəfındən daxil olunduğunu müəyyən etmək mümkün olmamışdır. Silinmə ilə bağlı bu cəhdin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün isə, həm ba nkın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisasiaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilə bilər.

17. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış BRCB2626319B182 nömrəli xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 7.2 6-cı bəndinə əsasən istifadəçi kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfındən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır). Buna görə də, qeyd olunan əməliyyatlara dair məsuliyyəti Müştəri daşıyır.

18. Müqavilənin 4.1-ci bəndinə görə müştəri tərəfındən kredit xəttindən ilkin olar aq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1000 manat müəyyən olunur. Lakin iddiaçı ilə Bank arasında xx.xx.2023-cü il tarixində bağlanmış BRCB2626319B182 xx.xx.2023-cü il tarixli kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanmış və kredit xəttinin məbləği artırılaraq 10000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən Müqavilənin 4.1-ci bəndi ilə bağlı tələblər Bank tərəfindən pozulmayıb.

19. Müqavilənin 9.4-cü bəndinə görə, potensial itkilərin minimuma endirilməsi və təhlükəsizliyin artırılması məqsədilə Bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərdən aydın olur ki, iimitlər kartdan bütün istifadə halları üçün deyil, yalnız "Birbank" mob il tətbiqində həyata keçirilən köçürmə əməliyyatına təyin edilib. Həmçinin, Bankın yazılı izahatında qeyd edilir ki, müvafiq limit köçürmə limitlərinə aiddir ödəniş əməliyyatlarının aparılmasına, o cümlədən TikTok-a edilən ödənişlərə aid deyil. Həm məhkəmə qərarında, həm də Bankın yazılı izahatında qeyd edilənlər məqbul hesab edilmir. Belə ki, ''kartın istifadəsi" ifadəsi qeyd olunanlardan daha geniş məna kəsb etməklə, kartdan istənilən növ istifadəni ehtiva edir. Beləliklə, kartın istifadəsi (bütün növ ödəniş əməliyyatları) ilə bağlı limitin qoyulmaması və ya kartın istifadəsinə dair tətbiq edilən limitdən yuxarı həddə istənilən ödəniş əməliyyatının icrası Müqaviləyə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, müqavilənin 9.4-cü bəndində qeyd olunmuş kartın istifadəsinə dair gündəlik l imitlər Banka məxsus mobil bankçılıq xidməti vasitəsilə dəyişdirilə bilər. Bank tərəfindən verilmiş məlumata görə silinmələr baş verən zaman Bank tərəfındən müştəriyə tətbiq olunan (əgər varsa) və ya müştərinin müəyyən etdiyi, kartdan istifadəyə dair cari gündəlik/aylıq limitə müştəri tərəfindən dəyişiklik edilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-472/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə tərkibi Mərkəzi Bankın, "xxxx" ASC-nin prosesinq xidmətinin verdiyi mütəxəssis rəyləri (məlumatları) alınmaqla məhkəməmühasibatlıq və kompyüter texniki (yeni texnologiyalar) ekspertizası təyin etmiş, müvafiq ekspertiza rəyi və mütəxəssis rəyi alınmışdır.

22. Beləliklə, qeyd olunan mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023-cü il tarixində saat 07:52-də "TikTok"' platformasına 3024 dollar (5186.16 manat ekvivalentində) həcmində ödəniş həyata keçirmişdir. “TikTok” ölkədə qeyri-rezident platforma olduğuna görə, Bank tərəfindən ödənilən məbləğin 18%-i (933.51 manat) dəyərində ƏDV tutulmuşdur. “TikTok" platformasında ödəniş əməliyyatı həyata keçirilərkən iddiaçının istifadə etdiyi +**********66 mobil telefon nömrəsinə 3DS təhlükəsizlik kodu göndərilmişdir.Təhlükəsizlik kodunun göndərilməsinə əsas "TikTok" platformasından ödənişlə bağlı sorğunun olmasıdır. Kapital Bankın "sistem loglar”-da olan məlumatlara əsasən bu kodun iddiaçı və yaxud başqa şəxslər tərəfindən daxil olunduğunu müəyyən etmək mümkün olmamışdır. Silinmə ilə bağlı bu cəhdin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün isə, həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisasiaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Göründüyü kimi, iddiaçı bu kartdan heç vaxt pul çıxarmadığını, internet vasitəsilə onlayn alış-veriş etmədiyini, kar t məlumatlarını kənar şəxslərə ötürmədiyini, xx.xx.2023-cü ildə saat 07.52-də evdə olarkən mobil telefonuna Cavabdeh-dan mesaj gəldiyini və hesabından xəbəri olmadan pul silindiyini göstərsə də, tərəflər arasında bağlanmış BRCB2626319B182 nömrəli xx.xx.2023-cü il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 7.2.6-cı bəndinə əsasən istifadəçi kart və FİN kodu heç kimə verməməli, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görməlidir. Çünki kartın üçüncü şəxslər tərəfındən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır. Buna görə də, qeyd olunan əməliyyatlara dair məsuliyyəti müştəri olaraq iddiaçı daşıyır.

23. Bundan əlavə, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən müqavilənin 4.1 və 9.4-cü bəndinin tələblərinin pozulduğunu gö stərir və məhz həmin bəndlərin tələblərinin cavabdeh tərəfindən pozulduğu üçün xx.xx.2023 il tarixli BRCB2626319B182 №-li Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 416973******5856 №-li kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsini istəyir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, müqavilənin 4.1-ci bəndinin tələblərinin bank tərəfindən pozulmadığı Mərkəzi Bankın rəyi ilə də təsdiqlənmişdir. Çünki bu bəndlə əlaqədar tərəflər arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanmış və kredit xəttinin məbləği artırılaraq 10000 m anat məbləğində müəyyən edilmişdir. Müqavilənin 9.4-cü bəndinin tələblərinə gəldikdə isə, əvvəla cavabdeh bank tərəfindən həmin bəndin tələbləri pozulmamışdır. Belə ki, qeyd olunan bəndin tələbinə görə müştəri kartla aparılan dələduzluq (phishing, skimming və s. hallar) əməliyyatlarından qorunur. Ancaq iddiaçıya məxsus ödəniş kartından 30 noyabr 2023-cü il tarixində saat 07:52-də "TikTok"' platformasına dələduzluq yaxud başqa cinayət nəticəsində ödəniş həyata keçirilməsi bu ana qədər hər hansı bir formada və sübutla öz təsdiqini tapmamışdır. Başqa sözlə, bu fakta görə cinayət işi başlandığı qeyd olunsa da, hər hansı bir nəticəsi olmamışdır.

25. Müqavilənin şərtinə görə, kartla aparılan əməliyyatlar zamanı risklərin azaldılması,... və kartda mövcud olan pul vəsaitinin təhlükəsizliyinin təm in olunması məqsədilə bank birtərəfli qaydada kartın istifadəsinə dair gündəlik limitləri tətbiq etməli idi. Ancaq müqavilənin şərtinə görə limitlər çərçivəsində dələduzluq əməliyyatları nəticəsində baş verə biləcək maliyyə itkilərinin müştəriyə qaytarılmasını bank təmin etməlidir. Müqavilənin 1.1 bəndinə görə dələduzluq əməliyyatları - müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlardır. Göründüyü kimi, iddiaçının xəbəri olmadan və onun iradəsi ilə əhatə olunmayan hallarda ona məxsus kartla aparılan əməliyyatlar dələduzluq əməliyyatları adlanır ki, bunun da sübuta yetirilməsinə ehtiyac var idi.

26. Bununla əlaqədar, həm Mərkəzi Bankın rəyində, həm də mütəxəssislərin apellyasiya baxışı zamanı izahatlarından bəlli olmuşdur ki, silinmə ilə bağlı bu halın kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılmalıdır, belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilə bilir.

27. Bununla əlaqədar, apellyasiya baxışı zamanı iddia olunan hadisənin kibertəhlükəsizlik insidenti olub-olmadığını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada bank sisteminin və mobil cihazın ətraflı təhlili aparılması üçün ayrı-ayrı dövlət orqanlarının mütəxəssislərini cəlb etməklə ekspertiza keçirilməsi tərəflərə, o cümlədən bu məqsəd ilə mobil cihazın təqdim edilməsi iddiaçı tərəfə təklif edilmiş, cavabdeh bank ekspertizanın keçirilm əsinə etiraz etməsə də, iddiaçı tərəf mobil cihazın(telefonun) artıq mövcud olmadığını və buna görə də ekspertizanın keçirilməsinə ehtiyacının qalmadığını, iddia tələbinin əsaslılığını yalnız müqavilənin 4.1 və 9.4-cü bəndinin tələbləri baxımından dəyərləndirməklə təmin edilməsini xahiş etmişdir.

28. Göründüyü kimi, belə bir tədqiqatın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfındən həyata keçirilməsi məhz iddiaçı tərəfin mobil cihazı təqdim edə bilməməsi və bu cür tədqiqatın aparılmasını arzu etməməsi səbəbindən baş tutmamışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu cür vəziyyətdə isə müqavilənin qeyd olunan bəndlərinin bank tərəfindən pozulması halı təsdiq olunsa belə, bu hal iddianın təmin edilməsi üçün yetərli və kifayət deyil.

30. Bundan başqa, mə hkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2023-cü ildə iddiaçıya məxsus 416973******6167 №-li debet kart hesabından xəbəri olmadan pul silinməsi cəhdi olması, lakin hesabda kifayət qədər vəsait olmadığı üçün silinmənin baş tutmaması və bu barədə banka məlumat verərək həmin kartı bağlatdırması, debet kart hesabından uğursuz silinmə cəhdi barədə banka verdiyi məlumat kredit kartının təhlükəsizliyinin qorunması üçün banka siqnal olmalı olsa da, lakin bankın həmin hesabın təhlükəsizliyi üçün lazımi tədbirləri görməməsi, o cümlədən müqavilənin 4.1 və 9.4 bəndlərində göstərilən limitləri tətbiq etməməsi yuxarıda göstərilən səbəblərdən iddianı və apellyasiya şikayətini uğurlu etmir. Ən azından ödəniş kartından silinmənin həqiqətən iddiaçının iradəsindən kənar baş verdiyini yoxlamaq üçün o, mobil cihazı ətraflı tədqiqatın aparılması üçün özündə saxlamalı idi, ancaq saxlamamışdır. Bu cür vəziyyətdə isə onun arzuladığı kimi kredit kartı hesabından silinən 6124 manata görə onun adına kredit borcunun, kredit faizin və dəbbə pulunun hesablanmasının cavabdeh "xxxx" ASC-yə qadağan olunması, hesablanmış borcun ləğv edilməsi isə əsas olmadığı üçün təmin edilməsi də mümkünsüz olur.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1, 448.2, 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan), 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan), 743.1(xx.xx.2023-cü ilədək qüvvədə olan), 743.2(xx.xx.2023-cü ilədək qüvvədə olan), 957.3, 957.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkili Vəkil) kassas iya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin özünün də istinad etdiyi müqavilənin 1.1 bəndində “dələduzluq əməliyyatları”nın anlayışı müəyyən edilib və bu müştərinin xəbəri olmadan ona məxsus kartla üçüncü şəxslər tərəfindən aparılan əməliyyatlar mənasını verir. İddiaçının hazırkı tələbi də onun kart hesabından pulun məlumatı olmadan və iradəsinə zidd silinməsindən yaranıb. Yəni, bu hal elə müqavilədə nəzərdə tutulan “dələduzluq əməliyyatı” anlayışının təsiri altına düşür. Apellyasiya instansiyası məhkəməsi müqavilənin 9.4 bəndini səhv təfsir edib və məhkəmənin həmin bəndin bank tərəfindən pozulmadığına dair gəldiyi nəticə əsassızdır.

34. Kassasiya şikayəti Mülki Məcəllənin 425.1, 957.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

38. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

40. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

41. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmay araq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

42. Maddə 743.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

43. Maddə 743.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

44. Maddə 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.

45. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş m ateriallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın g örünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-472/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar