Məhkəmə qərarları › İş №2(102)-3241/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3241/2024

11.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3241/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X4rşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): inzibati tənbeh verilməsi barədə əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X4rşı töhmət verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3213/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 nömrəli əmrə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 X2 heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n 2023-cü il 20 noyabr tarixli 3-17-4/3-1-93662/2023 nömrəli razılaşdırılması olmuşdur.

2. Pansionatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə qəbul şöbəsində kargüzar vəzifəsində çalışan X18, X1 13:00 radələrində BRM-də keçiriləcək təlimə getdikləri üçün X5 direktoru X16 qəbul şöbəsinə yaxınlaşıb kompüter operatoru vəzifəsində çalışan İddiaçı pansionatdan xidmət alıb çıxan Ə.O.Ş-lərin jurnalda qeydiyyatının aparmasını tapşırmışdır. Cavab olaraq İddiaçı qızı “Xeyr, mən bu işi səhv edərəm, ona görə qeydiyyat işini icra etməyəcəyəm” deyə cavab vermiş, direktor ona “siz diqqətli olub işləsəniz səhviniz olmayacaq, bu çıxış yolu deyil” deyə iki dəfə təkrar tapşırıq vermişdir. Cavabında isə yenidən “Xeyr, mən bu işi icra et məyəcəyəm” deyilmişdir. Direktor ona “Bu işi əgər icra etmirsinizsə, bu barədə izahat yazmalı olacaqsınız” deyə bildirmiş, o isə “izahat da yazmayacağam” deyib yenidən etiraz etmişdir. Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması mütəxəssis Paşayev G.B. oğluna tapşırılmışdır.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X6 nəzarət, audit, monitortinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsinin müdiri, baş mütəxəssisi, aparıcı mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, X5 kompüter operatoru vəzifəsində işləyən Ağayeva X14 direktoru Təranə Quliyevanın xx.xx.2023-cü il tarixdə 3-17-4/3-1-91443/2023 nömrəli xidməti məktubunda qeyd edilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədi ilə Agentliyə dəvət olunmuşdur. A.Ağeyeva qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən aşkar şəkildə imtina etmişdir.

4. İntizam tənbehinin verilməsinin razılaşdırılması haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Heyətinin sədri Anar Bayramov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış Xidməti məruzədə aşağıdakılar göstərilmişdir: “...Agentliyin X5 direktoru Təranə Quliyeva xx.xx.2023-cü il tarixdə 3-17-4/3-191443/2023 nömrəli xidməti məktubla Pansionatın kompüter operatoru vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixində əlilliyi olan şəxslərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi barədə tapşırıq verilməsinə baxmayaraq, İddiaçı tapşırığı icra etmə kdən aşkar şəkildə imtina etdiyini, digər işçilərin də şahidliyi ilə ona kobud şəkildə cavablar verdiyini, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətdiyini, tapşırığı icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyni bildirmişdir. Həmçinin məruzədə İddiaçı daimi olaraq subordinasiya qaydalarını pozduğunu, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda isə hədəqorxular gəldiyini və təhdidedici sözlərlə digər əməkdaşlara qarşı da eyni hərəkətlər etdiyini, onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq, heç bir nəticəsi olunmadığını bildirmişdir. Məruzədə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X15 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbə si tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair Pansionatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizam-intizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir aktın tərtib olunduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk etmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə tərəflərindən müvafiq akt tərtib olunmuşdur. Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də X5 kompüter operatoru vəzifəsində işləyən İddiaçı şifahi olaraq qeyd edilən faktları etiraf etməsi, onun tərəfindən rəhbərinin tapşırıqlarını icra etməkdən imtina etməsi tərtib olunmuş aktlarla da öz təsdiqini tapmışdır. Həmçinin İddiaçı tərəfindən həm Pansionatın direktorunun, həm də Agentliyin yazılı izahat tələbini rədd etməsi onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi, bundan başqa Agentliyin xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin intizam, etik və davranış” qaydalarının 4.2.2 bəndinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması aşkarlanmışdır”.

5. X5 direktoru Təranə Quliyeva tərəfindən Dövlət TibbiSosial Ekspertiza və X9 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzəsində aşağıdakıar göstərilmişdir: “... X7 kompüter operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində pansionatın direktoru tərəfindən Ə.O.Ş-lərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi tapşırılmışdır, lakin o bu işi icra etməyəcəyini bildirmişdir. Bu işi icra etməyəcəyini izah atla əsaslandırması söylədildikdə isə izahat da yazmayacağını bildirmişdir. Barəsində akt tərtib olunub müvafiq işçilər tərəfindən təsdiqlənmişdir. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, əməkdaş daim subordinasiya qaydalarını pozur, pansionat daxili qaydaların icrasını tələb etdikdə isə “mən məhkəmə ilə işə bərpa olunmuşam, heç kim mənə söz deyə bilməz,lazım gələrsə mən sizi işdən çıxartdıraram“ deyərək təhdidedici sözlərlə digər əməkdaşlara hədə qorxu gəlir. Dəfələrlə tərəfimdən söhbət aparılmasına baxmayaraq həm rəhbərliklə həm də digər əməkdaşlarla özünü adekvat aparmır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən töhmətin verilməsi barədə 20 noyabr 2023-cü il tarixli əmrinin əsassız olduğundan ləğv edilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 X2 heyətində kompüter operatoru vəzifəsində çalışır. Son bir neçə il ərzində adı çəkilən Pansionatda işləməyi əsl mənasında bir istiraba çevrilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayında məhkəmə qaydasında işə bərpa olunduqdan sonra pansionatının rəhbərliyi onunla sanki ədavət aparır. Məqsədləri bütün təsir vasitələr dən istifadə etməklə onun işdən kənarlaşdırılmasıdır. Bunun əyani nəticəsidir ki, 05 dekabr 2022-ci il tarixdə rəhbərlik tərəfindən ona əsassız olaraq töhmət verilmişdir. X5 hazırkı direktoru olan Təranə Quliyevanın ona qarşı münasibəti daha şiddətli olmuşdur. Sonuncu kollektiv içində onu təhqir edir, hətta xəstələrinin yanında onu alçatmaqdan çəkinmir, “paranoid” xəstəsi adlandırır. Təranə Quliyeva çalışdıqları pansionatın foyesinə daxil olan zaman ayağa qalxmalıdırlar və oranı tərk edənə kimi ayaq üstündə qalmalıdırlar. 20 noyabr 2023-cü il tarixdə Təranə Quliyeva ona heç bir əsas olmadan töhmət verilməsini təşkil etmişdir. Əmrin surəti təqdim olunanda məzmunu onu lap təcübləndirmişdir. Çünki yazdıqları “əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmir, əm ək intizamına və müəssisədəki intizam qaydalarına əməl etmir, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verir” kimi ifadələr heç bir sərhəd çərçivələrə sıxmır. Onun əmək müqaviləsində aşağıdakı funksiyalar nəzərdə tutulmuşdur: ƏOŞ-nin (əlilliyi olan şəxslər) Mərkəzə dəvət və qəbulunu təmin etmək. Reabilitasiya alt sistemində ƏOŞlə saxlamaq. Sistemdə adları olan ƏOŞ-i proqram təminatına köçürmək. Qəbul olunmuş ƏOŞ-in qeydiyyat jurnalında qeydiyyatını aparmaq. Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. ƏOŞ-in qəbulunu reabilitasiya alt sistemində qeyd etmək. Müəssisəyə daxil olan zənglərə cavab verməsi, pasientlərin yaxınlarının suallanna cavab vermək. Çıxan xəstələrin qeydiyatını jurnalda aparmaq. Kartları arxivə yığmaq. Mətni daxi l etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək. Kompüter şəbəkəsində iş aparmaq. İddiaçı əmək müqaviləsində qeyd olunan funksiyalardan yanız - “Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. Mətni daxil etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək” vəzifələrini yerinə yetirir. Qalan vəzifələri mərkəzləşdirilmiş internet vasitəsi ilə 1C proqramına girişi olmadığından icra etmir. Bunun səbəbi belə bir təminatın rəhbərlik tərəfindən ona verilməməsidir. Həmin vəzifələri rəhbərlik tərəfindən təminat verilən kargüzar aparır. X7 üç k ompüter operatoru və bir kargüzar vəzifə ştatı var. Kompüter operatorunun vəzifəsi əmək müqaviləsində göstərilən vəzifələr olsa da, Pansionatın rəhbərliyi tərəfindən üç kompüter operatoru arasında iş bölgüsü aparılmışdır. Faktiki olaraq onun çalışdığı pansionatda kompüter operatoruna aid işləri iki kompüter operatoru və bir kargüzar tərəfindən aparılır. Halbuki, kargüzarın əlilliyi olan şəxslərin (ƏOŞ-nin) pansionata qəbuluna heç bir aidiyyəti yoxdur. Həmçinin kompüter operatoruna aid vəzifələr rəhbərlik tərəfindən digər şəxslərə də həvalə olunmuşdur.

8. Cavabdeh iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci m addəsinə əsasən əmək müqaviləsi bağlanmış və iddiaçı Agentliyin X5 kompüter operatoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı fəaliyyəti ərzində rəhbərliyin tapşırıqlarını icra etməkdən aşkar şəkildə imtina etmiş, digər işçilərin də şahidliyi ilə öz rəhbərinə kobud şəkildə cavablar vermiş, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətmiş, tapşırıqları icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyini bildirmişdir. Həmçinin daimi olaraq subordinasiya qaydalarını pozaraq, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda hədə-qorxular gəlmiş və təhdidedici sözlərlə digər əməkdaşlara qarşıda eyni hərəkətlər etmişdir. Onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu hallarla bağlı X3 Agentliyin aparatına daxil olan aktlar və məruzələrdə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X15 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizam-intizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir akt tərtib olunduğu müəyyən olunmuşdur. Məruzədə göstərilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk e tmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə müvafiq akt tərtib olunmuşdur. Nəticədə, iddiaçının əmək fəaliyyəti zamanı öz vəzifə öhdəliklərini ardıcıllıqla pozduğuna görə barəsində aktlar tərtib olunmuş və 20 noyabr 2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq töhmət verilmişdir. Töhmət verildikdən sonra da iddiaçı barədə davam edən şikayətlər olmuşdur. Onun öz iş yoldaşının ünvanına istifadə etdiyi təhqiramiz ifadələrə görə Agentliyin əməkdaşı və onun anası tərəfindən şikayət Agentliyə daxil olmuşdur.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(001)1841/2024 nömrəli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı intizam tənbehinin verilməsi haqqında 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 saylı əmrin ləğv edilməsi, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və X5 direktoru Təranə Quliyeva tərəfindən Dövlət TibbiSosial Ekspertiza və X9 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzə məhz xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və müəssisə tərəfindən pozuntu hesab edilmiş fakt ilə bağlıdır. Belə olan halda intizam tənbehinin verilməsi haqqında əmrin bir ay keçdikdən sonra – xx.xx.2 023-cü il tarixdə verilməsinin hüquqi əsasları məhkəməyə təqdim edilmiş sənədlərdən aydın deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 buna cavab olaraq bildirmişdir ki, fakt xx.xx.2023-cü il tarixdə baş versə də, rəhbərlik tərəfindən iddiaçının tapşırılmış işi icra edilməməsi xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. Halbuki xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, xx.xx.2023cü il tarixdə İddiaçı ona tapşırılmış işi icra etməkdən imtina etdikdən sonra X5 direktoru X16 tərəfindən “Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması mütəxəssis Paşayev G.B oğluna tapşırıldı”. Yəni, tapşırığın iddiaçı tərəfindən icra edilməməsi direktor tərəfindən dərhal aşkar edilmiş və gündəlik icra edilməli olan həmin işin icrası digər əməkdaşa tapşırılmışdır. Məhkəmə cavabdeh “Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi” X22 nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuş X18 və X13 şikayət ərizələrinə hazırkı iş çərçivəsində istinadını ümumiyyətlə anlaşılan hesab etmir. Belə ki, həmin ərizələr xx.xx.2023-cü il tarixdə verilmiş intizam tənbehinin əsası kimi qəbul edilə bilməz.

11. Məhkəmə göstərmişdir ki, iddiaçıya intizam tənbehi verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. İntizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilmədiyindən, digər məsələlərin araşdırılmasına zərurət yaranmasa da, kompüter operatorunun vəzifə təlimatı formasında “Reabilitasiya alt sistemində” icra edilən müxtəlif funksiyalar sadalansa da, İddiaçı həmin sistemə çıxışının olması (*cavab deh tərəf bunun əksini məhkəmə araşdırılması gedişatında sübut edə bilməmişdir) və olmadığı təqdirdə qeyd olunan funksiyaların icrasının ondan tələb edilməsi ağlabatan deyil.

12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 186.1, 186.2, 187.1, 187.2, 189.1, 189.4, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti və əlavə onunla əsaslandırılmışdır ki, işçinin əmək funksiyalarından olan - “qəbul olunmuş ƏOŞ-in qeydiyyat jurnalında qeydiyyatını aparmaq; müəssi səyə daxil olan zənglərə cavab verməsi, pasientlərin yaxınlarının suallarına cavab vermək; çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaq; rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək kimi vəzifələrinin icra edilməsi üçün işçiyə heç də mərkəzləşdirilmiş internet vasitəsi ilə 1C proqramına girişinin olması və xüsusi səlahiyyətinin olması tələb edilmir. İddiaçı pansionatda xidmət alıb çıxan əlilliyi olan şəxslərin məlumatlarını kağız daşıyıcıda olan jurnalda qeydiyyatını aparmaq vəzifəsi daşıyırdı və bu əmək vəzifəsini icra etməyib. Elektron sənədlərin imzalanması üçün nəzərdə tutulan elektron imzanın olmaması kağız daşıyıcıda olan jurnalda qeydiyyatın aparılmasına maneə olan hal sayıla bilməz. İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli töh mət əmri prosessual müddət çərçivəsində müddət ötürülməməklə 1 ay ərzində verilmişdir. Belə ki, 2023-cü ilin 18 və 19 noyabr tarixləri qeyri-iş günləri olduğundan və müddətin axımının sonuncu günü bu qeyri-iş günlərinə düşdüyündən intizam tənbehi barədə əmrin xx.xx.2023-cü ildə verilməsi qanunidir.

15. İddiaçı və nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişlər. İddiaçı qeyd ettmişdir ki, Təranə xanım onu yanına çağıraraq birbaşa tapşırıq verməmişdir, sadəcə keçərkən və qayıdarkən soruşmuşdur ki, “bu jurnalı kim yazacaq”, bildirilmişdir ki, “Gündüz müəllim”, o da Yaşar müəllimin sözünün üstünə bildirmişdir ki, “Gündüz müəllim”, Təranə xanım soruşmuşdur ki, “Siz niyə yazmırsız”, o da girişi olmadığını bildirmişdir. Təranə xanım da demişdir ki, “onda izahat yazın”, o isə heç nə deməmiş, fikirləşmişdir ki, izahat yazmalı nəsə yoxdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1841/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “töhmət verilməsinə dair əmrin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən fakta dair Pansionatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində qəbul şöb əsində kargüzar vəzifəsində çalışan X18, X1 13:00 radələrində BRM-də keçiriləcək təlimə getdikləri üçün X5 direktoru X16 qəbul şöbəsinə yaxınlaşıb kompüter operatoru vəzifəsində çalışan İddiaçı pansionatdan xidmət alıb çıxan Ə.O.Ş-lərin jurnalda qeydiyyatının aparmasını tapşırdı. Cavab olaraq İddiaçı qızı “Xeyr mən bu işi səhv edərəm ona görə qeydiyyat işini icra etməyəcəyəm” deyə cavab verdi, direktor ona “siz diqqətli olub işləsəniz səhviniz olmayacaq bu çıxış yolu deyil” deyə ona iki dəfə təkrar tapşırıq verdi. Cavabında isə yenidən “Xeyr mən bu işi icra etməyəcəyəm”. Direktor ona “Bu işi əgər icra etmirsinizsə bu barədə izahat yazmalı olacaqsınız” deyə bildirdi, o isə “izahatda yazmıyacam” deyib yenidən etiraz etdi. Ə.O.Şlərin jurnalda çıxış qeydiyyatının aparılması Mütəxəssis Paşayev G.B. oğluna tapşırıldı. 18. 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 nömrəli əmrlə Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 X2 heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı töhmət verilmişdir.

19. Göründüyü kimi qanunvericiliyin tələbinə görə müddətin axımı təqdim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən başlanır və müddətin son günü qeyri-iş günü olaraq ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

20. Baxılan iş üzrə icra intizamının pozulması xx.xx.2023-cü ildə aşkar edilmiş, müddətin axımı ertəsi gün, yəni 20 oktyabr tarixindən başlanılmış və 20 noyabr 2023-cü il tarixli əmrlə isə töhmət verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, 19 noyabr 2023-cü il tarixi qeyri-iş günü olmuşdur.

21. İddiaçı sistemə çıxışının olmamasına istinadən qeyd edilən funksiyanın icrasının ondan tələb edilməsinin ağlabatan olmaması ilə bağlı məhkəmənin qeyd etdikləri də əsassızdır.

22. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin “İşçinin əmək funksiyaları” adlı 3-cü paraqrafının 3.1.1-ci bəndində işçinin əmək funksiyaları sadalanmışdır, həmin funksiyalardan biri də “Çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaq”dır.

23. Hazırda iddiaçıya töhmət verilməsinə səbəb olmuş hal məhz bu funksiyanın icrası ilə bağlı olmuşdur.

24. İddiaçı birinci instansiya məhk əməsində cavabdehin nümayəndəsinin sualına cavab olaraq göstərmişdir ki, “Yeməkxanaya nəzarət üçün gələn Təranə xanım proqrama girişi olan 3 xanımın təlimdə olduğunu bildiyindən çıxış jurnalını kimin yazacağını soruşduqda “Gündüz müəllim yazacaq” deyə cavab vermişəm.”

25. Apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, Təranə xanım onu yanına çağıraraq birbaşa tapşırıq verməyib, sadəcə keçərkən və qayıdarkən soruşmuşdur ki, “bu jurnalı kim yazacaq”, bildirilmişdir ki, “Gündüz müəllim”, o da Yaşar müəllimin sözünün üstünə bildirmişdir ki, “Gündüz müəllim”, Təranə xanım soruşmuşdur ki, “Siz niyə yazmırsız”, o da girişi olmadığını bildirmişdir. Təranə xanımda demişdir ki, “onda izahat yazın”, o isə heç nə deməmiş, fikirləşmişdir ki, izahat yazmalı nəsə yoxdur.

26. Göründüyü kimi göstərilən vəz ifəsinin icrası tapşırılmış, iddiaçı isə sistemə girişi olmadığını bildirmişdir, bununla bağlı ona izahat yazması bildirilmiş, o isə izahat yazmamışdır.

27. Yuxarıda qeyd edildiyi kimi tapşırılan funksiya “çıxan xəstələrin qeydiyyatını jurnalda aparmaqdır” və aydın məsələdir ki, qeydiyyatın jurnalda aparılması üçün iddiaçının sistemə girişinin olmasına ehtiyac olmamışdır, yəni bu hala istinadən göstərilən funksiyanı icra etməməsi əsassızdır.

28. İddiaçının birbaşa ona belə bir tapşırıq verilməməsi ilə bağlı qeyd etdikləri də əsassızdır, belə ki, özü bildirmişdir ki, jurnalı yazmadığına görə direktor ona izahat yazmasını demişdir, o isə izahat yazmalı bir hal olmadığını ehtimal edərək yazmamışdır. Buradan aydın olur ki, ona tapşırılmış vəzifəni icra etmədiyi üçün bununla bağlı izahat yazmas ı tələb edilmişdir.

29. Göründüyü kimi işçi əmək funksiyasına daxil olan vəzifəni icra etməmiş və işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi olaraq töhmət verilmişdir.

30. Töhmət verilməsinə dair əmrin əsassız olması barədə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8-ci maddəsinə, 186-cı maddəsinin 1 və 2, 187-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2,77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3213/2024 saylı, 4 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh töhmət verilməsi üçün əsas olan faktı 19 oktyabrda müəyyən etmiş olsa belə, töhmət 20 noyabrda yəni 1 aylıq müddət keçdikdən sonra verilmişdir. Göründüyü kimi iddiaçı barəsində əsassız və qanunsuz qəbul edilən töhmət həmçinin, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmaqla verilmişdir. Beləliklə, hazırki mübahisə də apellyasiya instansiya məhkəməsi qanununvericiliyin tələbini həmçinin, maddi və prossesual hüquq normaları düzgün tətbiq edə bilməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

34. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edi lmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Ümumiyyətlə iddiaçı çalışdığı müddət ərzində əmək məcəlləsində qeyd edilən əmək funksiyalarını vicdanla yerinə yetirmiş və əmək intizamına, müəssisə daxili intizam qaydalarına əməl etmişdir. Lakin, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X7 çalışdığı vəzifədən daha öncə qanunsuz olaraq işdən çıxarılmış və məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur. Bu səbəbdən də cavabdeh qurumunun rəhbərliyi tərəfindən İddiaçı qərəzli münasibət göstərilmiş, onun vəzifəsindən yenidən kənarlaşdırmaq üçün əsassız töhmət verilmişdir. Belə ki, iddiaçı Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 X2 heyətində komputer operatoru vəzifəsində çalışır. İddiaçıya töhmət verilməsinə əsas kimi əlilliyi olan şəxslərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirmək barədə tapşırıq verilməsinə baxmayaraq İddiaçı tapşırığı yerinə yetirməkdən imtina etməsi olmuşdur. Lakin, qeyd edim ki, ümumiyyətlə İddiaçı həmin tapşırığı yerinə yetirmək üçün müvafiq sistemə daxil ola bilməsinə icazə (çıxışı) rəhbərlik tərəfindən verilməmişdir. Kompüter operatorunun vəzifə təlimatında “Reabilitasiya alt sistemində” icra edilən müxtəlif funksiyalar sadalansa da, İddiaçı həmin sistemə çıxışı olmamışdır. Sistemə çıxışı olmadığı təqdirdə, qeyd olunan funksiyaların icrasının ondan tələb edilməsi ağlabatan deyil. Nə birinci instansiya məhkəməsində nə apellyasiya məhkəməsində cavabdeh tərəfindən bunun əksi məhkəmə araşdırılması gedişatında sübut edilə bilməmişdir.

35. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən kassasiya şikayətinə əlavə verilərək qeyd edilmişdir ki, 19 oktyabr 2023-cü il tarixində X5 direktoru Təranə Quliyeva İddiaçı əlilliyi olan şəxslərin yeməkxanada olarkən yoxlanışa getdiyi vaxt yəni, məhz işçinin əmək müqaviləsində nahar fasiləsi göstərilən saatda - 13:30 radələrində iş tapşırmışdır. Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Lakin, X5 direktoru qərəzli şəkildə qeyri iş saatında, İddiaçı nahar fasiləsində ona iş tapşırmış və əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, İddiaçı hətta nahar fasiləsində ona əlillikləri olan şəxlərin çıxışlarının hazırlanması tapşırığının verilməsinə baxmayaraq işi görməkdən imtina etməmiş və onu yerinə yetirməyəcəyini bildirməmişdir. Sadəcə olaraq həmin tapşırığın yerinə yetirilməsi üçün sistemə çıxışının olmadığını qeyd etmişdir. Həmçinin, onun verilən tapşırığı yerinə yetirmək üçün kağız daşıyıcı ilə paralel olaraq sistemdən də həmin insanlar çıxarılmalıdır. Çünki, sistemdən çıxış edilmirsə kitaba qeyd etmək əhəmiyyət daşımır. Pansionatda müalicə alan əlilliyi olan şəxslərə qida sifarişli gəldiyindən mütləq proq ram vasitəsi ilə çıxışın qeydi aparılmalıdır. Digər şəxslərə axşam yeməyi üçün saat 3də sifariş verilir. Say dəqiq olmadıqda artıq və ya əskik gələn sifarişə görə məsuliyyət daşınır. Lakin bunun üçün rəhbərlik tərəfindən ona qərəzli şəkildə şərait yaradılmamışdır. Yaradılmama səbəbi isə İddiaçı daha öncədən işə məhkəmə qərarı ilə bərpa olunmasıdır. Həmçinin, əlavə edim ki, İddiaçı tərəfindən qeyri-iş saatlarında ona tapşırılmış əlillikləri olan şəxlərin çıxışlarının hazırlanması jurnala qeyd olunsa idi belə ona bu zaman bununla əlaqədar töhmət veriləcəkdi. Çünki, daha əvvəldə buna bənzər hadisə olmuş və İddiaçı bu səbəbdən töhmət verilmişdir. Göstərilənlərdən aydındır ki, X5 rəhbərliyi tərəfindən İddiaçı kəskin şəkildə qərəzli mövqe var və onun konstitusion hüququ olan əmək hüququ kobud şə kildə pozulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenumun Qərarında qeyd edilir ki, əmək hüququ şəxslərin heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Əmək münasibətlərində tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst ifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3213/2024 saylı 4 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətn amə qəbul edilməlidir.

36. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının MPM-in 217.1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh (Nümayəndə1) kassasiya şikayətinə və ona əlavəyə etiraz edərək, şikayətin təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 8.

1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

2. Müddət a xımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.

3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.

39. Maddə 186.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikd ə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

40. Maddə 187

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozul duğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 iyun 2024-cü il tarixli 2(103)3213/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar