Məhkəmə qərarları › İş №2(102)-3245/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3245/2024

01.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3245/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd, maneələrin aradan qaldırılması (neqator tələb), ekspert rəyi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər – Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-130/2024 nömrə li, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan rayonunun Birinci Varlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. Mübahisə İddiaçı mülkiyyətindən maneəsiz istifadə ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən onun həyətyanı sahəsinə gedən Salyan rayon, Birinci Varlı kəndində yerləşən gediş-gəliş yolunun açılması və yol açıldıqdan sonra cava bdeh tərəfindən həmin yolda maneələrin yaradılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Salyan rayonu, Varlı kənd Bələdiyyəsi iddia ərizəsi üzrə üçüncü şəxsdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Salyan rayonu, Birinci Varlı kəndində 0,12 ha torpaq sahəsi vardır. Həmin torpağa dair mülkiyyət hüququ ********** nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə qonşudur. Həyətindən torpaq sahəsinə yol cavabdehin evinin yanından keçir. Həmin yol həm piyada, həm də avtomaşın yoludur. Cavabdeh həmin yolu çəpərə alaraq bağlamış və onların gediş-gəlişlərinə maneə yaratmışdır Cavabdehə yolun açılması ilə bağlı müraciət etsə belə, bunun nəticəsi olmamışdır. Cavabdehin özbaşınalığı ilə bağlı ərazi nümayəndəsinə və bələdiy yəyə müraciət etmiş, bələdiyyə gələrək cavabdehə şifahi olaraq yolu açmasını bildirmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Torpaq Məcəlləsinin 11-ci maddəsinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi 07 sentyabr 2022-ci il tarixli qərardadla mütəxəssis rəyinin alınmasını qərara almışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi xxx tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Salyan rayonu, Varlı kəndi ərazisində aparılan torpaqların elektron kadastr uçotu informasiya sistemində iddiaçının oğlunun iddia etdiyi mübahisəli ərazi həyətyanı torpaq sahəsi kimi qeydə alınmış, mübahisəli ərazi torpaqların elekt ron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmamışdır. Mübahisəli olan ərazi 1,9 x 12 metrdir. Mübahisəli hissə cavabdeh tərəfindən çəpərə alınmışdır. Mübahisəli hissə 22,9 kv.m-dir. Mübahisəli ərazidə məftil çəpərdən başqa heç bir maneə mövcud deyil.

9. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, 30 sot həyətyanı torpaq sahəsi vardır. Torpaq sahəsi mülkiyyətindədir. İddiaçı ilə qonşu deyil, iddiaçı onun həyətindən yol istəyir.

10. Üçüncü şəxs Salyan rayonu, Varlı kənd Bələdiyyəsinin sədri bildirmişdir ki, həmin yol əvvəlcədən mövcud olub, tərəflərin hər iksinin dövlət aktı vardır.

11. Birinci instansiya məhkəməsi 31 mart 2023-cü il tarixli qərardadla yenidən mütəxəssis rəyinin alınmasını qərara almışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi xxx tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının həyətyanı torpaq sahəsi sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,31 ha, cavabdehin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,17 ha faktiki olaraq 0,30 ha təşkil edir. İddiaçının iddia etdiyi gediş-geliş yolunun ölçüləri 1,9 m x12 m-dir. Elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Faktiki olaraq cavabdehin istifadəsindədir. Sahəsi 22,9 kv.m olan mübahisəli ərazi cavabdehin faktiki olaraq istifadəsindədir. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrində n ********** qeydiyyat nömrəli “Çıxarışla” xüsusi mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi Birinci Varlı ərazi vahidinin ərazisində “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsində yerləşir və həyətyanı torpaq sahəsinə yolu təmin etmək yerli icra orqanlarının səlahiyyətinə aiddir. Hal-hazırda faktiki olaraq alternativ yol mövcuddur.

13. Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN 55G saylı şəhadətnamə ilə iddiaçının həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşən 1,9 m x 12 m ölçüdə yolun açılması və yol açıldıqdan sonra cavabdeh tərəfindən həmin yolda maneələrin yaradılmasına qadağa qoyulması, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. (hakim Ağarza Səmədov)

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh özünə aid olmayan torpaq sahəsini zəbt edərək istifadə edir və iddiaçının gediş-gəliş yolunu tutmuşdur. İddiaçının iddia etdiyi gediş-geliş yolunun ölçüləri 1,9 m x12 metr olmaqla, elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

18. Apellyasiya baxışnda iddiaçının həyətyanı sahəsinə gedən yolun cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9795 nömrəli, 17 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının həyətyanı torpaq sahəsi sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.31 ha, cavabdehin həyətyanı torpaq sahəsi sənəd üzrə 0.17 ha, faktiki olaraq 0.30 ha təşkil edir. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun ölçüləri 1.9 m x 12 mdir, elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-55G saylı şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir, faktiki olaraq cavabdehin istifadəsindədir. Sahəsi 22.9 kv.m olan mübahisəli ərazi cavabdehin faktiki istifadəsindədir. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi Birinci Varlı ərazi vahidinin ərazisində “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid torpaq sahəsində yerləşir və həyətyanı torpaq sahəsinə yolu təmin etmək yerli icra orqanlarının səlahiyyətinə aiddir. Hal-hazırda faktiki olaraq alternativ yol mövcuddur.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunmuş, Salyan Rayon Məhkəməsinin 2(057)112/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 190 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun iddiaçının özünə aid edilməsi, iddiaçıdan 50 manat məbləğində ekspertiza xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tale Kərimov)

21. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsini mövqeyi ilə razılaşmayaraq, göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunaraq həmin torpaq sahəsindən istifadəyə maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçını, sahəsi 22.9 kv.m olan mübahisəli ərazinin istifadədən azad edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, id diaçının iddia etdiyi və mübahisə predmeti olan 22.9 kv.m olan mübahisəli ərazi JN-55G saylı şəhadətnamə ilə başqasının xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş materiallarında olan mütəxəssis, habelə ekspert rəyləri ilə də öz təsdiqini tapır. Həmin torpaq sahəsinin iddiaçının sahibliyində və ya istifadəsində olması ilə bağlı ümumiyyətlə iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, cavabdeh də izahatında həmin ərazinin başqasının mülkiyyətində olduğunu bildirir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən maneələ r yaradıldığı iddia edilə torpaq sahəsində iddiaçının, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbində məqsədi həyətyanı torpaq sahəsinə gedən və gediş-gəliş yolu kimi nəzərdə tutulan yolun açılmasını təmin etməkdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçının iddia etdiyi həmin ərazi elektron baza məlumatlarına görə, ümumiyyətlə, başqa şəxsin mülkiyyətində olan (o da nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarını pozan qətnamə qəbul etmədiyindən həmin şəxsin üçüncü şəxs kimi işə qoşulmasına zərurət yoxdur) ərazidir və həmin ərazi gedişgəliş yo lu kimi nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, nəinki iddiaçı, ümumiyyətlə, heç kəs başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi ilə bağlı iddia qaldırmağa haqlı deyildir.

25. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçı iddia edirsə ki, onun yaşayış sahəsinə getməsi üçün başqa alternativ yolu yoxdur (ekspert rəyi ilə iddiaçının alternativ yolunun olduğu göstərilmişdir) bununla bağlı iddiaçı ilk növbədə həmin yolun keçdiyi torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu müəyyən etməli, daha sonra həmin şəxsə qarşı servitut qaydasında (gediş-gəliş yolundan istifadə) istifadə hüququnun verilməsi ilə bağlı tələb irəli sürməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiy asının 29-cu, Mülki Məcəllənin 140, 148.2, 152.1, 152.5, 157.2, 158.1, 158.2, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 47, 68, 84, 111-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, ekspert suallara tam cavab verməmiş, eləcə də üçüncü şəxs olan Salyan rayon Varlı Bələdiyyəsinin sədrinin izahatı nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edi lir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əml ak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47 (2-ci bənd). Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ay rılır. Maddə 47 (3-cü bənd). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84 (1-ci bənd) Torpaq mülkiyyətçilərinin isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qad ağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

35. İddia tələbi mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə olmaqla, neqator tələbidir.

36. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.

37. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyət çi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. Bu iddianın təmin edilməsinin şərti həqiqətən də iddiaçının mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halının müəyyən edilməsidir.

39. İşin ekspert rəyinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tutulmayıb, cavabdeh tərəfindən tutulması iddia edilən yol, ümumiyyətlə, başqa şəxsin mülkiyyətində olan torpaq sahəsidir və yol kimi nəzərdə tutulmayıb, üstəlik, iddiaçının torpaq sahəsinə alternativ yol vardır. Başqa sözlə, iddiaçının mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halı müəyyən edilməyib.

40. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

41. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 21-24-cü bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.

42. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

43. Həmçinin apellyasiya instansiyası ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin t ələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, ekspertiza rəyinin düzgün olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

45. Qanunvericilik əlavə və ya təkrar ekspertiza k eçirilməsinin şərtlətini müəyyən etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

47. İş üzrə üçüncü şəxs olan Salyan rayonu, Varlı Bələdiyyəsinin sədrinin izahatının nəzərə alınmaması barədə dəlillə bağlı qeyd edilməlidir ki, iddiaçının mülkiyyətinə qəsdin olması ekspertiza rəyi ilə təkzib edilmişdir. Bundan əlavə, hazırkı işin halları baxımından, belə halın Bələdiyyə sədrinin izahatı ilə təsdiq və ya inkarı istisna edilir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər nor mativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. İddiaçının mülkiyyətinə qəsdin olub-olmaması halının müəyyən edilməsi xüsusi bilik tələb edən ekspertiza fəaliyyətinə aid məsələ olmuş, hazırkı işdə də həmin hal ekspert rəyi ilə təkzib edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-130/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar