Məhkəmə qərarları › İş №2(102)-3249/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3249/2024

05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3249/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya və açar sözlər: nikah dövründə ər-arvaddan birinə hədiyyə edilmiş əşyalar, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qarşı qızıl-zinət və və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)692/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 2 uşaqları olmuşdur.

2. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-100/2021 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə 500 manat dəyərində (brilyant qaşlı) 3,5 qram 583 əyar nişan üzüyü, 810 manat dəyərində komplekt (brilyant qaşlı) 9 qram 585 əyar (sırğa, üzük), 1200 manat dəyərində komplekt (brilyant qaşlı) 15 qram 585 əyar (boyunb ağ, qolbağ), 1400 manat dəyərində 1 ədəd çəkisi 20 qram 583 əyar boyunbağı, 240 manat dəyərində 1 ədəd çəkisi 3 qram 583 əyar üzük, 160 manat dəyərində 1 ədəd çəkisi 2 qram 583 əyar üzüyü, 200 manat dəyərində 1 ədəd çəkisi 2,5 qram 583 əyar üzüyü, 200 manat dəyərində 1 ədəd çəkisi 2,5 qram 583 əyar üzüyü, 200 manat dəyərində 1 ədəd çəkisi 2,5 qram 583 əyar sırğa olmaqla, cəmi dəyəri 4910 manat qızıl-zinət əşyaları, 1750 manat dəyərində yataq dəsti, 800 manat dəyərində 1 ədəd paltaryuyan, 220 manat dəyərində 1 ədəd xalça 4x3, 100 manat dəyərində 1 ədəd tozsoran, 90 manat dəyərində 1 ədəd qoşa döşək, 50 manat dəyərində 1 ədəd döşək, 80 manat dəyərində 1 ədəd qoşa yorğan, 40 manat dəyərində 2 ədəd adyal (1 ədədi 20 manat) olmaqla, cəmi dəyəri 3310 manat olan cehiz əşyaları və cehiz əşyalarını n naturada, mümkün olmadıqda isə onların ümumi dəyəri 8820 manat məbləğində pul vəsaitinin və mediyasiya üçün ödənilmiş 50 manat rüsumun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdehlə heç bir ailə münasibəti qalmamış və bundan sonra da hər hansı bir münasibətin olması mümkün deyildir. O, cavabdehin evini tərk edərkən ona məxsus 4910 manat dəyərində qızıl-zinət əşyaları və 3310 manat dəyərində cehiz əşyaları cavabdehin evində qalmışdır. Cavabdeh könüllü olaraq həmin əmlakları ona verməkdən imtina etmişdir. 5. “X1” MMC-nin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının ümumi dəyəri 8220 manat təşk il etmişdir.

6. Ağdam Rayon Məhkəməsinin (hakim Rafiq Məmmədov) 6 dekabr 2023-cü il tarixli, 2(013)-2499/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər birgə nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin bir müddət sonra həmin nikah pozulmuşdur. Hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını iddia edir.

8. Bundan başqa məhkəmə iddia tələbi məhz iki hissədən - qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi hissədə hesab etmişdir ki, ekspert rəyində əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərlə uyğun gəlmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157, 157.1, 157.2, 225 və 225.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34 və 37.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçını qaçırdığından valideynləri tərəfindən ona hər hansı cehiz əşyası alınmamışdır. Yalnız toy ərəfəsində yataq mebeli verilmişdir. 1 ədəd çəkisi 3,5 qram olan nişan üzüyü və 1 ədəd çəkisi 9 qram olan sırğadan ibarət olan komplekt olmuşdur və onun da qiyməti 810 manata təşkil etmişdir. Digər iddia edilən qızıl əşyaları isə ümumiyyətlə mövcud olmamışdır. Həmin əşyalar isə daima iddiaçının özündə olmuşdur.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədovun (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qızıl-zinət əşyalarının, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınıb, İddiaçı verilməsi hissəsində ləğv edilərək, qətnamənin mübahisələndirilən dəyəri 1750 manat olan mebel yataq dəstinin naturada, olmadıqda isə onun dəyərinin Cavabdeh alınıb, İddiaçı verilməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh şikayətində göstərmişd ir ki, iddiaçıya cehiz kimi yalnız toy ərəfəsində yataq mebeli verilmişdir. Həmin mebeli istənilən zaman qaytarmağa razıdır. İddia ərizəsində iddia edilən qalan məişət əşyaları mövcud olmamışdır. İddiaçıya çəkisi 3,5 qram olan 1 ədəd nişan üzüyü və çəkisi 9 qram olan 1 ədəd sırğadan ibarət olan komplekt hədiyyə edilmişdir ki, həmin əşyaların qiyməti cəmi 810 manat məbləğini təşkil etmişdir. Həmin əşyalar isə daima iddiaçının özündə olmuşdur. O, iddiaçıya məxsus olan həmin əşyaları heç zaman iddiaçının əlindən almamış, onlara sahiblənməmişdir. Digər iddia edilən qızıl əşyaları isə ümumiyyətlə mövcud olmamışdır.

14. Apellyasiya məhkəməsi qızıl-zinət əşyaları hissədə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdeh deyil, onun anası tərəfindən əlindən alındığı nı göstərmişdir ki, belə olan halda iddiaya cavab verməli olan şəxs cavabdeh deyil, cavabdehin anasıdır.

15. Belə ki, iddiaçı qızıl-zinət əşyalarının, habelə dəyəri 220 manat olan 1 ədəd xalça (4m x 3m), dəyəri 800 manat olan 1 ədəd paltaryuyan maşın (reqal 7 kq), dəyəri 100 manat olan 1 ədəd tozsoran, dəyəri 90 manat olan 1 ədəd qoşa döşək, dəyəri 50 manat olan 1 ədəd döşək, dəyəri 80 manat olan 1 ədəd qoşa yorğan və dəyəri 40 manat olan 2 ədəd adyalın cavabdehdə qaldığını iddia etsə də, həmin əşyaların mövcudluğu və cavabdehdə qalması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 152.5,157.2, 225.1, 225.2-ci maddəsi, Ailə Məcəlləsinin 34.1, 37.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 78.1,217.4-cü maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan əsassız qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət verilməmişdir.

19. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatlar təhrif edilmiş, tam qeyd olunmamışdır. Məhkəmə qətnaməsində iddiaçının qızıllarını cavabdehin anasının aldığını qeyd edərək işi başqa istiqamətə çəkmişdir. Halbuki, iddiaçı dəfələrlə bildirmişdir ki, həmin qızılları cavabdehlə birgə yaşadığı evdə qalmış və cav abdeh tərəfindən satılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. M addə 225.1. ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

24. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

25. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

26. Maddə 37.1. ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əml akdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassas iya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə qızıl zinət əşyalarının verilməsi, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınıb, İddiaçı verilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası mə hkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya məhkəməsində işə baxılan zaman da iddiaçı tərəfindən irəli sürülmüşdür, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-692/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar