Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3251/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3664/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdak ıları müəyyən etdi: İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 15 nömrəli Əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, müqavilə 06 oktyabr 2021ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək bağlanır. Müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilə müxtəlif vaxtlarda xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək uzadılmışdır. 15 saylı əmək müqaviləsinə 2 nömrəli Əlavəyə əsasən əmək müqaviləsi 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmışdır; 3. xx.xx.2024-cü il tarixli İddiaçı barəs ində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən İddiaçı töhmət elan edilmişdir. Əmrdə qeyd edilmişdir ki, Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə məktub daxil olmuşdur. Sözügedən məktubda xx.xx.2024-cü il tarixli icra sənədinin daxil olduğu, lakin icrası barədə hərəkət və məlumat olmadığı qeyd edilmişdir. Bununla əlaqədar olaraq araşdırma aparılmış və daxil olmuş sənədin aşkara çıxarılmaması həmçinin qeydiyyata alınmaması halı müəyyən edilmişdir. DRİ-də müvafiq sənəd dövriyyəsinin proseduruna əsasən icra məktubunu Sənədlər və müraciətlərlə iş şöbəsinin mütəxəssisi X4 tərəfindən qəbul edilmiş və şöbə müdiri İddiaçı təqdim edilmişdir. G.Seyidbəyli öz izahatında İddiaçı tərəfindən qeydiyyata alınmaması barədə təlimat verildiyini bildirmişdir; 4. xx.xx.2024-cü il tarixli İddiaçı b arəsində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən İddiaçı töhmət elan edilmişdir. Əmrdə qeyd edilmişdir ki, Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə məktub daxil olmuşdur. Sözügedən məktubda xx.xx.2024-cü il tarixli icra sənədinin daxil olduğu, lakin icrası barədə hərəkət və məlumat olmadığı qeyd edilmişdir. Bununla əlaqədar olaraq araşdırma aparılmış və daxil olmuş sənədin aşkara çıxarılmaması həmçinin qeydiyyata alınmaması halı müəyyən edilmişdir. DRİ-də müvafiq sənəd dövriyyəsinin proseduruna əsasən icra məktubunu Sənədlər və müraciətlərlə iş şöbəsinin mütəxəssisi X4 tərəfindən qəbul edilmiş və şöbə müdiri İddiaçı təqdim edilmişdir. G.Seyidbəyli öz izahatında İddiaçı tərəfindən qeydiyyata alınmaması barədə təlimat verildiyini bildirmişdir; 5. 28 dekabr 2024-cü il tarixli x əbərdarlığa əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir; 6. 10 yanvar 2025-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir; 7. 04.02.2025-ci il tarixli X4 barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən X2 töhmət elan edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024- cü il tarixli, 3-27-119/3-15-1/2024 nömrəli və 10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatlar, 120 manat məbləğində mediasiya xərcləri və 300 manat məbləğində hüquqi yardıma görə ödənilmiş və kil xərclərinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı işin faktiki hallarına istinad edərək tələbini belə əsaslandırmışdır ki, o, hər iki şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq prosedurlar hazırlanmış, elektron sənəd dövriyyəsi, arxiv işlərinin təşkili, korporativ idaretmə və işgüzar yazışmalara dair səmərəliliyin artırılması istiqamətində onun tərəfindən müntəzəm təlimlər keçirilmişdir. İddiaçı, həmçinin, 2022-ci ildən 2024-cü ilin sentyabr ayına qədər Cavabdeh (bundan sonra İdarə) üzrə Məşvərət Şurasının korporativ katibi vəzifəsinə aid olan işləri aparmışdır. 2023-cü ildə şöbənin fəaliyyətinə yeniliklər edilməsi, çatışmamazlıqların aradan qaldırılması məqsəqilə Nazirliyin Sənədlər və müraiciətlərlə iş şöbəsinin komissiyası tərəfindən yoxlamalar aparılmış heç bir nöqsan halı aşkar edilməmişdir. Lakin 2023-cü ilin sentyabr ayında Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən İdarədə yoxlamalara başlanılmış, iddiaçı aidiyyəti məlumatların təmin olunması üçün koordinator kimi həmin yoxlamalarda iştirak etmişdir. 2023-cü ilin noyabr ayında yoxlama yekunlaşdıqdan sonra iddiaçıya qarşı idarənin rəhbərliyi tərəfindən birbaşa və dolayı yolla təzyiqlər başlanmışdır. Belə ki, rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlham Əhədov tərəfindən bu yoxlamadan sonra əmək müqaviləsində göstərilən 450 azn əlavə ödənişin verilməsi dayandırılmış və 2024-cü ilin sentyabr ayından “Daxili nəzarət və audit” şöbəsinə keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinin həvaləsinə xitam verilmişdir. Bununla yanaşı iddiaçı hər iki vəzifənin icrasına görə həmin vaxta qədər ona həvalə olunmuş vəzifə üzrə almalı olduğu əmək haqqına əlavəni almamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində qeydiyyat nömrəsi 3-27-119/3-15-1/2024 olan əmrlə iddiaçıya töhmət verilərək barəsində intizam tənbehi tətbiq edilmişdir. İki gün sonra isə xx.xx.2024- cü il tarixində iddiaçı ilə 12 iyul 2024-cü il tarixdə bağlanmış və 12 yanvar 2025-ci il tarixində bitməsi nəzərdə tutulan əmək müqaviləsinə xitam veriləcəyi haqqında bildiriş verilmişdir. İntizam tənbehinin tətbiq olunması ilə əlaqədar bildiririk ki, əmr şöbənin mütəxəssisi X1 xx.xx.2024-ci il tarixli izahatı əsasında tələsik verilmiş, izahatı alındıqdan 1 gün sonra işin araşdırılmaması üçün həmin işçi növbəti əmək məzuniyyətinə göndərilmişdir. İddiaçının izahatı isə xx.xx.2024-cü il tarixində alınmışdır. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, iddiaçının izahatı bir gün sonra alındığı üçün aidiyyəti üzrə araşdırma aparılmamış və baş vermiş nöqsan üzrə onun təqsirinin olubolmaması araşdırılmamış, iddiaçıya onun rəhbərlik etdiyi şöbəyə daxil olmuş məktubun itirilməsi əsası ilə töhmət verilmişdir. Halbuki, iddiaçıya, ümumiyyətlə, şöbə müdiri kimi həmin məktub təqdim edilməmişdir. İddiaçı izahatında işin qeyd edilən halları barədə rəhbərliyə bildirmiş, şöbənin mütəxəssisi X1 məktubu götürməsi və icra etməməsi barəsində məlumatının olmadığını göstərmişdir. Bununla yanaşı iddiaçı rəhbərliyə təqdimat verərək, ona intizam tənbehinin tətbiq edilməsi ilə bağlı halın araşdırıl ması üçün rəhbərlik etdiyi şöbənin işçisi X3 əmək məzuniyyətindən geri çağırılmasını tələb etmiş, lakin işəgötürən onun bu tələbini yerinə yetirməmişdir, iddiaçıya 27 dekabr 2024-cü il tarixli, qeydiyyat nömrəsi 3-27-119/3- 15-1/2024 olan əmrlə töhmət vermişdir. Bundan sonra rəhbərlik qərəzli şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi haqqında bildiriş vermişdir. Bundan sonra iddiaçı məcburiyyət qarşısında qalaraq intizam tənbehinin ləğv edilməsi və əmək hüquqlarımın qorunması üçün xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət etmişdir. Həmçinin, iddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə mediasiyaya müraciət etmiş, mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh vermiş olduğu hər iki əmrlə bağlı xx.xx.2025-ci il tarixli, 3- 27-119/2-42/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-27-119/2-126/2025 saylı məktubları ilə mübahisənin mediasiya vasitəsilə həllindən imtina etmişdir. Məlumat üçün bildirir ki, iddiaçı kifayət qədər ixtisaslı və peşəkar mütəxəssisdir, o, “Korporativ idarəetmə və işgüzar təşkilatların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 oktyabr 2014-cü il tarixli (№ 25-K) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş və ona 25 yanvar 2019-cu il tarixli qərarı ilə “Menecment və marketinq” kafedrası üzrə dosent elmi adı verilmişdir. Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ("xxxx" QSC) Milli Aviasiya Akademiya sının “Menecment” kafedrasında 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışaraq magisrtlərə elmi rəhbərliklə yanaşı “Avianəqliyyatda risklərin idarəedilməsi”, “Korporativ idarəetmə” və “Yerüstü nəqliyyatda əmək menecmenti” fənləri üzrə mühazirələr keçir. Həmçinin, iddiaçının ilk dəfə çalışdığı şöbədə (Daxili nəzarət və audit şöbəsi) 3 vakant vəzifə olmasına baxmayaraq, onun şöbənin fəaliyyətini təşkil etməsi, buna görə də 1 ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyət istiqamətlərinin təkmilləşdirmək üçün həmin şöbənin müdiri vəzifəsinin də ona həvalə iddiaçının işində nöqsanlar olmadığını, onun peşəkar işçi və mütəxəssis olduğunu təsdiq edir. Bununla yanaşı iddiaçı İdarənin Əmək və icra intizamı qaydalarını, Əməkdaşlar üçün etik davranış qaydalarını da hazırlayıb İdarənin əv vəlki rəhbərliyinə təqdim etmişdir. Həmin “Qaydalar” 2022-ci ildə təsdiq edilmişdir və cari ildə də bu “Qaydalar”dan istifadə olunur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı Sənədlərlə və Müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən onun əmək haqqından alimentin tutulması bağlı icra məmurunun məktubu daxil olmuş, məktubu işçi Gülnar Seyidbəyli qəbul etmiş, lakin iddiaçı Gülnar Seyidbəyliyə həmin məktubu qeydiyyatdan keçirməməsi ilə bağlı göstəriş vermişdir. Daha sonra icra məmuru yenidən məktub göndərərək nəyə görə alimentin əmək haqqına yönəldilməməsini sorğulamışdır. Bundan sonra araşdırma aparılmış və məlum olmuşdur ki, "xxxx" MMC- nin əməkdaşı məktubu Gülnar Seyidbəyliyə təqdim etmişdir. Gülnar Seyidbəyli izahatında bildirmişdir kİ, müvafiq əməli törətməsi barədə iddiaçı şöbə müdiri kimi ona göstəriş vermişdir. Daha sonra iddiaçıya izahat verilməsi təklif edilmiş, iddiaçı izahat verməkdən imtina etmiş və bu da aktlaşdırılmışdır. Nümayəndə eyni zamanda məhkəmə iclasında 15 saylı əmək müqaviləsinə 2 nömrəli Əlavənin əslini təqdim edərək bildirmişdir ki, Əlavəyə əsasən əmək müqaviləsi 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmış və iddiaçının özü tərəfindən də imzalanmışdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) xx.xx.2025-ci il tarixli, 2(009)-723/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə işin fakitiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı 06 oktyabr 2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı şöbə müdiri vəzifəsinə keçirilmiş və müxtəlif vaxtlarda onunla bağlanmış əmək müqaviləsinin müddətləri uzadılmışdır. İddiaçı şöbə müdiri vəzifəsininin səlahiyyətlərini həyata keçirərkən işdə yol verdiyi nöqsan səbəbindən ona 27 dekabr 2024-cü il tarixdə töhmət elan edilmişdir. 15 yanvar 2025-ci il tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 13. “Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024-cü il tarixli, 3-27-119/3-15-1/2024 nömrəli əmrinin ləğv edilməsi” üzrə iddia tələbini əsassız hesab edən məhkəmə mövqeyin i belə əsaslandırmışdır ki, iddiaçı Sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə daxil olan icra sənədinin icrası ilə bağlı məktub həmin şöbənin əməkdaşı Seyidbəyli Gülnar tərəfindən qəbul edilmiş və bu barədə şöbə müdiri kimi iddiaçıya məruzə edilmişdir. Lakin iddiaçı həmin sənədi bilərəkdən qeydiyyata aldırmayaraq gizlətmiş və bununla vəzifə öhdəliklərini yerinə yetirməmişdir. Bununla cavabdeh qurumun iş nizamı pozulmuşdur. İddiaçı ərizəsində G.Seyidbəylinin ərizəsi əsasında qərəzli olaraq iddiaçı barəsində töhmət verildiyini və G.Seyidbəylinin məsuliyyətdən yayınması üçün tələsik məzuniyyətə göndərilməsini qeyd etsə də, işdən görünür ki, sözügedən pozuntu barəsində iddiaçının özünün iştirakı ilə daxili araşdırma aparılmış və nəticədə iddiaçı ilə yanaşı eyni zamanda G.Seyidbəyli barəsində də intizam tənbehi tətbiq edilmişdir. Burdan belə nəticəyə gəlmək mümkündür ki, cavabdeh qurumun rəhbərliyinin iddiaçıya qarşı qərəzi və bununla əlaqədar ona töhmət elan edilməsi həqiqəti əks etdirmir.
14. Məhkəmə iddia tələbinin “10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajın a, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatların cavabdehdən tutulması” hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmış və müxtəlif tarixlərdə müqavilənin müddəti uzadılmışdır.
15. Ümumilikdə isə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti 5 ildən az olduğuna görə tərəflər arasında əmək münasibətləri 5 ilə kimi davam etdiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli olaraq bağlanmış hesab edilir. Beləliklə, işçi ilə sonuncu dəfə 12 iyul 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, həmin əmək müqaviləsi müddətli olmaqla 12 yanvar 2025-ci il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə uzadıldığından və müddətli olduğundan iddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə qabaqcadan xəbərdar edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 12 yanvar 2025-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1, 45.3, 45.5, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 186.1, 186.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, uzun müddətli iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsi zdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək kifayət qədər yüksək iş stajına malik olan və peşəkar işçi ilə müddətli əmək müqaviləsi bağlamış, sonra da işçinin müəssisəyə” ümumiyyətlə, daxil olmamış bir məktubu itirməsini bəhanə edərək, müqavilə müddətinin bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında da iddiaçının nümayəndəsi və vəkilinin s ualına cavab olaraq cavabdehin nümayəndəsi Nümayəndə3 apardıqları daxili araşdırmanın nəticəsi olaraq İddiaçı İcra Şöbəsindən daxil olmuş məktubu qəsdən itirdiyi müəyyən edildiyi üçün rəhbərliyin əmək münasibətlərini davam etdirmək istəmədiyini, buna görə də, onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsinə görə xitam verildiyini göstərmişdir. Lakin məhkəmə həmin halı qətnamənin təsviri-əsaslandırıcı hissəsində tərəflərin izahatlarında göstərməmiş, cavabdehin nümayəndəsinin izahatı təhrif olunmuş formada verilmişdir. Halbuki, MPM-in 76.2-ci maddəsinin tələbləri baxımından tərəflərin işin halları ilə bağlı izahatları da sübutlar siyahısına daxildir və məhkəmə qeyd edilən izahatı da başqa sübutlar kimi qiymətləndirməli olduğu halda həmin halı qətnamədə qeyd etməmiş və göstə rilən hala qiymət verməmişdir. Bununla yanaşı qeyd edilən izahatın qətnamədə göstərilməməsi həm də MPM-in 220.1-220.4-cü maddələrinin tələblərinin pozulması anlamına gəlir. Göstərilən hallar qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır:
1. İddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin əsl səbəbləri;
2. İşəgötürənin işçi ilə bağladığı əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin və AR Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarın tələblərinə müvafiq olub-olmaması;
3. Ə mək müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin gözlənilib-gözlənilməməsi;
4. İşəgötürən tərəfindən daxili araşdırma aparılarkən AR Əmək Məcəlləsinin tələblərinə riayət edilibedilməməsi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan aşağıdakı hallar işdə olan sübutlarla öz təsdini tapmır: 1.İşəgötürənin işçi ilə tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin gözləməklə əmək müqaviləsi bağlaması, 2.İşəgötürən tərəfindən daxili araşdırma aparılarkən AR Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə aparılması, 3.İşəgötürənin qərəzsiz olaraq əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə həmin müqaviləyə xitam verməsi. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşa ğıdakı hallarına uyğun deyil: 1) İşçinin kifayət qədər yüksək ixtisaslı və peşəkar işçi olması, 2) İşəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin və AR Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarının tələblərinə zidd olaraq tərəflərin qarşılıqlı razılığı və iradə ifadələri prinsiplərinin şərtlərini pozmaqla onunla müddətli əmək müqaviləsi bağlaması; 3) İşəgötürən tərəfindən daxili araşdırmanın qanunvericiliyin tələbləri pozulmaqla aparılması və işçiyə töhmət verildikdən bir gün sonra ondan izahat alınması, 4) İddiaçı tərəfindən İcra Şöbəsinin məktubunun qəsdən itirilməsi barədə onun əleyhinə heç bir mötəbər sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, 5) xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilin in sualına cavab olaraq cavabdehin nümayəndəsi Nümayəndə3 apardıqları daxili araşdırmanın nəticəsi olaraq İddiaçı İcra Şöbəsindən daxil olmuş məktubu qəsdən itirdiyi müəyyən edildiyindən rəhbərliyin əmək münasibətlərini davam etdirmək istəməməsi barədə izahatı və izahatda qeyd edilən hala məhkəmə tərəfindən qiymət verilməməsi, 6) İşəgötürənin hər iki əmrinin qanunvericiliyin tələblərinə zidd olması.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2025-ci il tarixli, 2(103) 3664/2025 saylı qətnaməsi ilə (hakim Günay Axundova sədrliyi və məruzəsi ilə, hakimlər Akif İsgəndərov və Fərrux Qasımov) apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-723/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Kollegiya qe yd etmişdir ki, iddiaçı cavabdeh idarədə sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin şöbənin mütəxəssisi X5 izahatında İddiaçılə bağlı göndərilmiş məktubu sonuncuya təqdim etdiyini bildirmişdir. İşdə olan akta əsasən İddiaçı məktubun ona tədim edilməsini təsdiq etmiş, lakin boş olduğunu bildirmiş və yazılı izahat verməkdən imtina etmişdir. İşəgötürən əmək qanunvericiliyinə uyğun olaraq 1 ay ərzində işçiyə töhmət vermişdir.
21. Kollegiya qeyd etmişdir ki, iddiaçı şöbənin mütəxəssisi G.Seyidbəylinin ərizəsi əsasında qərəzli olaraq onun barəsində töhmət verildiyini və G.Seyidbəylinin məsuliyyətdən yayınması üçün tələsik məzuniyyətə göndərilməsini qeyd etsə də, işdən görünür ki, sözügedən pozuntu barəsində iddiaçının özünün iştirakı ilə daxili araşdırma aparı lmış və nəticədə iddiaçı ilə yanaşı eyni zamanda G.Seyidbəyli barəsində də intizam tənbehi tətbiq edilmişdir. Eyni zamanda cavabdeh müəssisənin iddiaçıya qarşı qərəzli münasibətini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
22. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh tə.kilat arasında bağlanan əmək müqaviləsi müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
23. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmış və müxtəlif tarixlərdə müqavilənin müddəti uzadılmışdır. Ümumilikdə isə iddiaçının cavabdeh idarədə işlədiyi müddət 4 ildən az olmuşdur. 24. 28 dekabr 2024-cü il tarixli xəbərdarlığa əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.20 25-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən həmin məktub xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır.
25. Kollegiyanın öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmamışdır.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35 maddəsinin 2-4 hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinın 2.3, 45.1, 47ci maddənin “f” bəndinə, 68.1, 68.2-ci hissəsinin “b” bəndinə, 73.1, 186.1, 187.1, 190.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(103)-3664/2025 saylı qətnaməsi ləğv edilsin və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı hər iki vəzifənin icrasına gör ə həmin vaxta qədər ona həvalə olunmuş vəzifə üzrə almalı olduğu əmək haqqına əlavəni almamışdı. Eyni zamanda, xx.xx.2024-cü il tarixində qeydiyyat nömrəsi 3-27-119/3-151/2024 olan əmrlə iddiaçıya töhmət verilərək onun barəsində intizam tənbehi tətbiq edilmişdi. İki gün sonra, xx.xx.2024-cü il tarixində isə iddiaçı ilə 12 iyul 2024-cü il tarixdə bağlanmış və 12 yanvar 2025-ci il tarixində başa çatmalı olan əmək müqaviləsinə xitam veriləcəyi haqqında ona bildiriş təqdim edilmişdi. İntizam tənbehi ilə bağlı bildirilirdi ki, əmrin verilməsi şöbənin mütəxəssisi X1 xx.xx.2024-cü il tarixli izahatı əsasında tələsik şəkildə həyata keçirilmiş, izahat alındıqdan cəmi bir gün sonra həmin işçinin işin araşdırılmasına imkan verməmək məqsədilə növbəti əmək məzuniyyətinə göndərilməsi təmin edilmişdi. İd diaçının izahatı isə yalnız xx.xx.2024-cü il tarixində alınmış və bununla da işçi intizam məsuliyyətinə cəlb edildikdən sonra izahat alınmaqla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdu. xx.xx.2024-cü il tarixli əmrdə də göründüyü kimi, iddiaçının izahatı bir gün sonra alındığından aidiyyəti üzrə araşdırma aparılmamış, baş vermiş nöqsana görə onun təqsirli olub-olmaması müəyyən edilməmiş və iddiaçıya rəhbərlik etdiyi şöbəyə daxil olmuş məktubun guya itirilməsi əsası ilə töhmət verilmişdi. Halbuki, iddiaçıya həmin məktub ümumiyyətlə, şöbə müdiri qismində təqdim edilməmişdi. Məhkəmə iclasında da cavabdeh tərəf məktubun iddiaçıya təqdim edilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdi.
29. Bundan başqa, cavabdehin iddiaçının bilərəkdən itirdiyi ni iddia etdiyi həmin məktub iddiaçının 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışdığı "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasına da daxil olmamışdı. Bu isə sual yaradırdı: əgər İcra İdarəsi həmin məktubu həqiqətən göndərmişdisə, nə üçün məktub iddiaçının əvəzçiliklə çalışdığı quruma da göndərilməmişdi? İddiaçı izahatında qeyd edilən hallar barədə rəhbərliyə məlumat vermiş, şöbənin mütəxəssisi X1 məktubu götürməsi və icra etməməsi barədə məlumatının olmadığını bildirmişdi. Həmçinin iddiaçı rəhbərliyə təqdimat verərək, tətbiq edilmiş intizam tənbehi ilə bağlı halların araşdırılması üçün həmin işçinin əmək məzuniyyətindən geri çağırılmasını tələb etmişdi. Lakin işəgötürən bu tələbi yerinə yetirməmişdi. Mübahisənin araşdırılmasına müəssisənin daxili nəzarət xidməti və həmkarlar ittifaqı c əlb edilməmiş, işçidən izahat alınması isə yalnız bir gün sonra İnsan resursları xidmətinin işçisi tərəfindən tələb edilmişdi ki, bu da qanunvericiliyin tələblərinə zidd idi.
30. Daha sonra iddiaçıya xx.xx.2024-cü il tarixli və qeydiyyat nömrəsi 3-27-119/3-151/2024 olan əmrlə töhmət verilmişdi. Ardınca rəhbərlik qərəzli şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə bildiriş təqdim etmişdi. Daha sonra isə iddiaçının məktubu itirməsi bəhanə edilərək onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə qərəzli olaraq xitam verilmişdi. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli ilkin hazırlıq iclasında da cavabdehin nümayəndəsi Nümayəndə3 iddiaçının guya daxil olmuş məktubu qəsdən itirdiyinin daxili araşdırma nəticəsində müəyyən edildiyini, buna görə də rəhbərliyin əmək münasibətlərini davam etdirmək istəmədiyini və həmin səbəbdən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirmişdi. İddiaçı Nazirliyin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsini tutmuşdu. Şöbənin fəaliyyəti müəssisənin kargüzarlıq işinin və sənəd dövriyyəsinin təşkilindən ibarət olduğundan, bu fəaliyyət daimi xarakter daşıyırdı. Belə olan halda iddiaçının əmək funksiyası da daimi olmuş və cavabdehin onunla müddətli əmək müqaviləsi bağlaması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməli idi.
31. Əgər müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanmışdısa, mübahisə zamanı bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipi əsasında əldə edilibedilməd iyi araşdırılmalı idi. Çünki son illərdə işəgötürənlər əsassız olaraq müddətli müqavilələr bağlayaraq gələcək əmək mübahisələrindən yayınmağa çalışırlar. İddiaçı kifayət qədər ixtisaslı və peşəkar kadr olduğundan onunla müddətli müqavilə bağlanmasının real və əsaslı səbəbi mövcud deyildi. İddiaçı “Korporativ idarəetmə və işgüzar təşkilatların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda dissertasiya müdafiə etmiş, xx.xx.2014-cü il tarixli qərarla iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, xx.xx.2019-cu il tarixli qərarla “Menecment və marketinq” kafedrası üzrə dosent elmi adına layiq görülmüşdü. O, "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasında 0,5 ştatla dosent vəzifəsində çalışaraq magistrlara elmi rəhbərlik edir, “Avianəqliyyatda risklərin idarə edilməsi”, “Kor porativ idarəetmə” və “Yerüstü nəqliyyatda əmək menecmenti” fənləri üzrə mühazirələr oxuyurdu.
32. İddiaçı əvvəlcə Daxili nəzarət və audit şöbəsində çalışarkən 3 vakant vəzifənin mövcud olmasına baxmayaraq, şöbənin fəaliyyətini uğurla təşkil etmiş və bir ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə həmin şöbənin müdiri vəzifəsi də ona həvalə edilmişdi ki, bu da onun peşəkar və səriştəli mütəxəssis olduğunu təsdiq edirdi. Bundan başqa, iddiaçı İdarənin Əmək və icra intizamı qaydalarını, həmçinin əməkdaşlar üçün etik davranış qaydalarını hazırlayıb rəhbərliyə təqdim etmişdi və bu qaydalar 2022-ci ildə təsdiq olunaraq bu günə qədər istifadə edilirdi. Belə yüksək iş stajı və peşəkarlığa malik işçi ilə müddətli əmək müqaviləsi bağlanması həm real deyild i, həm də işçinin hüquqlarına uyğun gəlmirdi.
33. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də göstərirdi ki, əslində onunla bağlanmış əmək müqaviləsi müddətsiz xarakter daşımalı idi. Müddətin müqaviləyə daxil edilməsi isə yalnız cavabdehin iddiaçını istənilən vaxt işdən çıxara bilməsi məqsədinə xidmət etmişdi. Nəticə etibarilə, iddiaçının yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsiz idi və belə olan halda onunla əmək müqaviləsi müddətsiz bağlanmalı idi. Tərəflərin qarşılıqlı razılığı prinsipi də işəgötürənin üstün mövqeyi fonunda obyektiv şəkildə təmin edilməmişdi. İşin hallarından aydın görünürdü ki, cavabdeh qanunun ona verdiyi hüquqlardan sui-istifadə edərək peşəkar və təcrübəli işçi ilə müddətli müqavilə bağlamış, sonra isə müəssisəyə üm umiyyətlə daxil olmamış bir məktubun itirilməsi bəhanəsi ilə müqaviləyə müddətin bitməsi əsası ilə xitam vermişdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
35. Maddə 45, hissə 1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
36. Maddə 47, “f” bəndi- tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
37. Maddə 68, hissə 1.Əmək müqav iləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
38. Maddə 68, hissə 2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
39. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri müddətli olmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsi müxtəlif vaxtlard a uzadılmış, sonuncu dəfə 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmışdır.Cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək münasibətlərinə xitam veriləcəyi barədə 28 dekabr 2024-cü il tarixli xəbərdarlıq edilmişdir. 10 yanvar 2025-ci il tarixli əmrlə əmək müqaviləsinin müddəti qurtardığına görə iddiaçı xx.xx.2025-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir.
49. Məhkəmələr iddiaçının cavabdeh təşkilatda beş ildən artıq işləmədiyini də nəzərə alaraq, müqavilə müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğv edilməsini əmək qanunvericiliyinə zidd saymamışlar.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhk əməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir.
52. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3664/2025 nömrəl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.