Məhkəmə qərarları › İş №2(102)-3256/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3256/2021

18.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3256/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıAAAAAAAAAA oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: MM-nin 157.2. maddəsinin tətbiqi ilə bağlı) 18.05.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçıAAAAAAAAAA oğlunun Cavabdeh qarşı avtomobilinin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-539/2021 n ömrəli 15 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2010-cu ildə VAZ 21074 markalı avtomaşını kreditlə almışdır. Avtomaşını aldıqdan qıssa müddət sonra iddiaçı onu etibarnamə ilə başqa şəxsə satmış və şifahi razılaşmaya görə kredit öhdəliyini avtomaşını alan şəxsə ötürmüşdür. Bundan sonra avtomaşını alan şəxs elə həmin qaydada avtomaşını başqa şəxsə satmış və beləliklə avtomaşın eyni qaydada bir neçə nəfərə satılmış və bankın kredit öhdəliyi isə ödənilməmiş qalmışdır. Ona görə bank 2013-cü ildə iddiaçıya qarşı məhkəməyə iddia verərək kredit borcunun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin avtomaşına yönəldilməsini təl əb etmiş və onun tələbi təmin edilmişdir. Hal-hazırda iddiaçı mübahisə açaraq avtomaşını etibarnamə ilə qeyri-rəsmi olaraq satdığı şəxsdən geri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçıAAAAAAAAAA oğlu cavabdeh X6 qarşı avtomobilin geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, VAZ-21074 markalı Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə “Nikoyl” X5 6 saylı filialından 19 mart 2010-cu il tarixli kredit müqaviləsi əsasında 26 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərtilə 5200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən o əsas məbləğdən əlavə, faiz borcu kimi 2336 manat mə bləğində pul ödəməli idi. Kreditin qaytarılmasının təminatı kimi həmin avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 13 fevral 2011-ci il tarixdə o həmin avtomobili tanışı Cavabdeh satmışdır. Qarşılıqlı razılaşmaya əsasən, Cavabdeh onun banka olan borcunu ödəməli idi. Lakin cavabdeh öhdəliyə əməl etməmiş, buna görə də “Nikoyl” İKB kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və avtomobilin acıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5982,05 manat pul vəsaitinin ondan “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan VAZ21074 markalı Az ** HJ *** dövlət qeydiyyat niş anlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması yolu ilə banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh nəinki banka olan borcu ödənilməmiş, hətta cavabdeh avtomaşını qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilərək İddiaçıAAAAAAAAAA oğluna məxsus olan "VAZ-21074" markalı, Az ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçıAAAAAAAAAA oğluna qaytarılması qət edilmişdir.

6. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 362-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının avtomobilə dair onun adına vermiş olduğu 11 fevral 2011-ci il tarixli etibarnamə ilə 12 gün sonra 23 fevral 2011-ci il tarixdə bütün səlahiyyətləri X9 ötürmüş və avtomaşını da onun sahibliyinə vermişdir. Həmin tarixdən avtomobil onun sahibliyindən çıxmışdır. Başqasının sahibliyində olan avtomaşını onun tərəfindən qaytarması fiziki cəhətdən mümkün deyil. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 15 fevral 2021-ci il tarixli 2(105)-539/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 11 okt yabr 2013-cü il tarixli 2(012)1663/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, yekun qərar qəbul edərkən Mülki Məcəllənin 157.2 və 362-ci maddələrinə istinad etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək xahiş etmişdir: 1. qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin, 2. avtomobilin yeni sahbiləri işə cəlb edilsin, 3. həmin şəxslərə qarşı onun reqres hüqu qlarının tanınması barədə qərar qəbul edilsin.

12. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, 2011-ci ildə avtomobili satın alandan 12 gün sonra Etibar Əsgərova satmışdır. Etibar Əsgərovun prosesə cəlb edilməsi barədə vəsatət irəli sürsə də məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Sonradan araşdırma aparmış və məlum olmuşdur ki, həmin avtomaşın artıq Etibar Əsgərovda deyil. O, avtomaşını X4, sonuncu X3, sonuncu isə X2. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçının vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu kassa siya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı 2010-cu ildə VAZ 21074 markalı avtomaşını kreditlə almışdır. Avtomaşını aldıqdan qısa müddət sonra iddiaçı onu etibarnamə ilə cavabdehə satmış və şifahi razılaşmaya görə kredit öhdəliyini avtomaşını alan şəxsə ötürmüşdür. Bu ndan sonra avtomaşını alan şəxs Cavabdeh elə həmin qaydada avtomaşını başqa şəxsə satmış və bankın kredit öhdəliyi ödənilməmiş qalmışdır. Ona görə bank 2013-cü ildə iddiaçıya qarşı məhkəməyə iddia verərək kredit borcunun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin avtomaşına yönəldilməsini tələb etmiş və onun tələbi təmin edilmişdir. İddiaçı həmin qərarın icrasını təmin etmək üçün avtomaşını geri tələb edir.

25. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Apelyasiya Məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2. maddəsinə istinad etmişdir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğ unu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

27. Hazırkı halda iddiaçının avtomaşının mülkiyyətçisi olması işin mübahisəsiz halı kimi qəbul edilir. Amma, avtomaşının cavabdehin sahibliyində olması halı təkzib olunur. Cavabdeh bu barədə apelyasiya icraatı zamanı sübut təqdim etmiş, eyni zamanda izahatında həmin dəlili irəli sürmüşdü. “Elktron notariat” avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışda qeyd olunurdu ki, cavabdeh 23.02.2011-ci il tarixdə iddiaçının adında çıxış edərək həmin avtomaşını X1 vermişdir. Deməli, həmin tarixdən avtomaşın Cavabdeh sahibliindən çıxmışdır. Çünki ona verilən səlahiyyətlər artıq 3-cü şəxsə ötürülmüşdür.

28. Apelyasiya Məhkəməsi avtomaşının cavabdehin sahibliyində olmaması ilə bağlı dəlilini qəbul etməmiş, dəlili əs assız hesab etmiş (qətnamənin 4-cü səhifəsi) və bunu avtomaşının ipotekada olması, cavabdehin adına etibarnamə verilməsi ilə əsaslandırmışdır.

29. Apelyasiya Məhkəməsinin tətbiq etdiyi Mülki Məcəllənin 157.2. maddəsinin dispozisiya şərtlərindən 2-cisi (cavabdehin avtomaşına sahiblik etməsi) öz təsdiqi tapmamışdır. Həmin şərt təsdiq olunmadığından normanın 3-cü şərti ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Çünki həmin şərt 2-ci şərtin mövcudluğu halında yoxlanılır.

30. İşə yenidən baxarkən avtomaşının kimin sahibliyində olması ilə bağlı əlavə araşdırma aparılmalı və bunun nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.

31. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

32. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-539/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar