Məhkəmə qərarları › İş №2(102)-3260/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3260/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3260/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı və Cavabdeh2nə qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın satılaraq pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı və Cavabdeh2nə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2025-ci il tarixli 2(103)-4102/2024 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30 D, blok D1, mənzil 54-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, b u mümkün olmadıqda həmin mənzilin açıq hərracdan qiymətləndirilərək satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 İddiaçı və Cavabdeh2 MMC-yə qarşı qarşılıqlı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, onun tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissənin (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı verilməklə, “Volkswagen Tuareg R-line” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin, mübahisəli əmlakların qiymətləndirilməsinə dair ekspert rəyi adı altında təqdim e dilmiş Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması, həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 723.000 manat müəyyən edilməsi və mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 400 manat məbləğində pulun Cavabdeh1 tutularaq, "xxxx" MMCnin hesabına keçirilməsi, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. (X15)

4. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməsi və həmin abzasda “100 dövlət rüsu mu” ifadəsinin “100 manat dövlət rüsumu” kimi oxunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. (X15)

6. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, e-2(005)-811/2023 saylı mülki işlə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə Cavabdeh1 tərəfindən qarşılıqlı iddia verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ilk iddia üzrə cavabdehin etməli olduğu hərəkətlərin nədən ibarət olması ilə bağlı məsələlər həll edilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-811/2023 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, mülki iş üzrə əlavə qətnamənin çıxarılması, Cavabdeh1 tərəfindən ödə nilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X15)

8. Cavabdeh1 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, habelə əlavə qətnamənin ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4102/2024 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)811/2023 nömrəli qətnaməsi qismən - “qarşılıqlı iddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə)

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4102/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamədən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-811/2023 nömrəli qətnaməsinin “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilməsi, 723.000 manat məbləğinin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti kimi müəyyən edilməsi, qətnamənin mübahisələndiri lən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının Cavabdeh1 aid edilməsi qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə)

11. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 qərardaddan kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilib, müddətin bərpa edilməsini və kassasiya şikayətinin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4102/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 4102/2024 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməklə, bərpa edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə)

13. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə ilə dövlət rüsumunun tam olaraq Cavabdeh1 aid edilməsinin prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan Mülki Prosessual Məcəllənin 228 və 229-cu maddələrinin tələblərini rəhbər tutaraq, təyin ediləcək məhkəmə iclasında onların iştirakının təmin olunaraq, qətnamənin nəticə hissəsinə yanlışlığın ar adan qaldırılaraq düzəliş edilməsi, bu mümkün olmadığı halda isə dövlət rüsumunun düzgün bölüşdürülməsinə dair əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4102/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

15. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4102/2024 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, bu şəxs iş üzrə tərəf və ya üçüncü şəxs olmamışdır. Qeyd edilənlər öz növbəsində kassasiya şikayətinin qaytarılmasını şərtləndirir.

18. Bununla belə, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4102/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsi qaydası Mülki Prosessual Məcəllənin 403-cü maddəsində təsbit edilmişdir. Buna baxmayaraq, Vəkil2 ilə təmsil edilən bu şəxs həmin qaydaya riayət etməyərək, kassasiya şikayətini bir başa Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Halbuki, kassasiya şikayətini tərtib edən və imzalayan Vəkil2 mülki prosessual qanunvericiliyin bu tələblərini Cavabdeh3 izah etməli idi.

19. Nəzərə alınmalıdır ki, Cavabdeh3 bu şikayətd ən əvvəl iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin göndərilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Aidiyyəti prosessual hərəkətlər yerinə yetirildikdən sonra da mülki iş qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinə göndəriləcəkdir.

20. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, mülkiyyətini müdafiə etmək (halbuki mübahisəli mənzil üzərində X5 və İddiaçı hər birinin ½ hissədə payı məhkəmə qaydasında müəyyən edilmiş, bu barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır) məqsədi ilə Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş prosessual h üquqlarından istifadə edən Cavabdeh3, eyni zamanda, həmin Məcəllənin 120-ci maddəsinin tələblərini də nəzərə almalıdır.

21. Qeyd edilən qərardaddan Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2230/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4102/2024 nömrəli qərardadından Cavabdeh3 kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə)

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. (X1 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə)

24. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 qərardaddan kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilib, müddətin bərpa edilməsini və kassasiya şikayətinin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-4102/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4102/2024 nömrəli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməklə, bərpa edilməsi və kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (X1 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

26. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(103)-4102/2024/021 nömrəli qərardadının ləğv edilmə sini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30D blok D 154 nömrəli mənzil əvvəllər Cavabdeh3 mülkiyyətində olmuşdur. Birgə nikah dövründə əldə edildiyindən həmin mənzildə Cavabdeh3 da payı mövcuddur. Lakin işə Nərimanov Rayon Məhkəməsində Cavabdeh3 iştirak olmadan baxılmış və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Bununla da, Cavabdeh3 qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Bu minvalla mülkiyyət hüququnun bərpası istiqamətində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-811/2023 nömrəli iş üzrə qəbul edilmiş qətnaməsinin ləğv edilməsi üçün apellyasiya şikayəti verilmiş və həmin şikayətdən sonra Nərimanov Rayon Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli məktubu ilə mülki iş apellyasiya instansiyası məhkəməsindən tələb edilmişdir. Lakin bu günədək həmin iş Nərimanov Rayon Məhkəməsinə göndərilməmişdir. 28. 2(103)-4102/2024 nömrəli iş üzrə Cavabdeh3 işə cəlb edilməmiş və onun iştirakı olmadan Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Nəticədə o, mülkiyyətini müdafiə etməkdən məhrum edilmişdir. Cavabdeh3 işə qoşulmuş olsaydı, öz hüquqlarını müdafiə edə və mülkiyyətdəki payına sahiblənə bilərdi. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Odur ki, qəbul edilmiş qərardadı tamamilə qanunsuz və əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinin tələbi pozulduğundan Cavabdeh3 kassasiya şikayəti verərək hüquqlarının bərpasına nail olmaq istəmişdir. Lakin iş geri qaytarıldığından hüquqlarının bərpası mümkünsüz olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

30. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya q ərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.

31. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.

32. Maddə 403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəm ə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.

33. Maddə 403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.

34. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfin dən qaytarılır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4102/2024 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsi qaydası Mülki Prosessual Məcəllənin 403-cü maddə sində təsbit edilmişdir. Buna baxmayaraq, Vəkil2 ilə təmsil edilən bu şəxs həmin qaydaya riayət etməyərək, kassasiya şikayətini birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Halbuki, kassasiya şikayətini tərtib edən və imzalayan Vəkil2 mülki prosessual qanunvericiliyin bu tələblərini Cavabdeh3 izah etməli idi.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2025-ci il tarixli 2(103)4102/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar