Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3266/2022 24.05.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3942/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinət əşyaları, cehiz əşyaları və ya onlar olmadıqda dəyəri 20154 (iyirmi min yüz əlli dörd) manat məbləğində pulun alınaraq iddiaçıya verilməs ini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(061)-996/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və X1 2550 manat dəyərində yataq dəsti, 50 manat dəyərində ütü 110 manat dəyərində elekriklə işləyən saj 120 manat dəyərində elektrik sobası 1600 manat dəyərində 8 ədəd gəbə 400 manat dəyərində 4 ədəd xalça 800 manat dəyərində yemək dəsti 50 manat dəyərində 2 ədəd qaşıq dəsti, 390 manat dəyərində çay dəsti, 150 manat dəyərində qazan dəsti 60 manat dəyərində 2 ədəd meyvə qabı, 36 manat dəyərində dolma boşqabı, 36 manat dəyərində souz boşqabı, 25 manat dəyərində 1 ədəd tiyan 40 manat dəyərində 2 ədəd şirəli böyük mürəbbə ləyəni, 100 manat dəyərində 1 ədəd közlə işləyən samovar 15 manat dəyərində xamır ləyəni 90 manat dəyərində qənd qabları, 90 manat dəyərində mürəbbə qabları 90 manat dəyərində şəkər qabları, 300 manat dəyərində 20 ədəd yastıq 300 manat dəyərində 12 ədəd stol süfrəsi 640 manat dəyərində 8 ədəd döşək 500 manat dəyərində 10 ədəd yorğan 1540 manat dəyərində çarpayı örtüyü 80 manat dəyərində 1 ədəd sandıq 60 manat dəyərində 20 çay dəsmalı 112 manat dəyərində 14 ədəd əl-üz dəsmalı 80 manat dəyərində 8 ədəd yataq üzü 300 manat dəyərində 14 dəst yorğan üzü 100 manat dəyərində 20 ədəd yastıq üzü 150 manat dəyərində 5 ədəd yun ədyal 120 manat dəyərində 12 ədəd qətifə 180 manat dəyərində pərdə 30 manat dəyərində tort qabı 150 manat dəyərində 6 ədəd güldan 240 manat dəyərində 8 ədəd meyvə qabı 80 manat dəyərində suvenir 300 manat dəyərində 12 ədəd səbət 25 manat dəyərində güzgü 15 manat dəyərində lampa 60 manat dəyərində 4 ədəd şamdan 60 ədəd dəyərində 2 ədəd gece lampası və ya həmin əşyalar olmadıqda dəyəri 12224 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3942/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-996/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya 17 noyabr 2021-ci il tarixli 2(104)-3942/2021 nömrəli qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegi yalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddianın qiyməti 4850 manat həddində olmuş, cavabdeh hazırki kassasiya şikayətində həmin məbləği mübahisələndirmişdir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası mə hkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə, o cümlədən həmin Məcəllənin 402.1-ci maddəsinə dəyişiklik edilmiş, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əs asən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3942/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3266/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3266/2022
24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver