Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3266/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh3 Əlövsət oğluna, Cavabdeh17, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh7, Cəlil-zadə Xanım Həmzə qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh15 Firidun oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh16 və Cavabdeh1 (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və “X1 Mərkəzi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, şikayətin elektron qaydada verilməməsi, dövlət rüsumunu təsdiq edən sənədin və vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh15 və qeyrilərinə qarşı pul tələbi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1582/2024-002 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri, hazırki iş üzrə Cavabdeh1 borc öhdəliyinin Cavabdeh1la onun birgə mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən, ümumi dəyəri ******* manat qiymətləndirilən 2 ədəd yaşayış evindəki və 1 ədəd 4 mərtəbədən ibarət qeyri-yaşayış sahəsindəki payının 725355 manat olmasının müəyyən edilməsi, bu məbləğin sözügedən tikililəri 30 sentyabr 2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-də keçirilmiş hərracda qanunsuz alan 17 nəfərdən (cavabdehlərdən) onun xeyrinə tutulması, ona çatası məbləğin hərraca çıxarılmış 2 yaşayış evinin ümumi dəyəri olan 648810 manatdan 76545 manat çox olması nəzərə alınaraq, evlərin geri, onun mülkiyyətinə qaytarılması və qeyri-yaşayış binasının satışından əldə edilmiş məbləğdən də onun xeyrinə 76545 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)4786/2023 saylı qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun idd iaçıya aid edilməsi qət edilmişdir.
3. İddiaçı nümayəndəsi və vəkilləri Vəkil1, Nümayəndə və Cavabdeh1 ayrıayrılıqda apellyasiya şikayətləri təqdim edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1582/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)4786/2023 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4786/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1582/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qər ardadından kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1582/2024 saylı 27 mart 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd edilməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş elektron qaydada verilməmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 67.1, 108.1.7, 407.3, 407.4, 400, 402 və 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli № 2(103)- 1582/2024 saylı qərardadının ləğv edilməsi, Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsalandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 məhkum hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkumların əsas hüquqlarından biri də, öz hüquqları və vəzifələri barədə məlumat almaq, eyni zamanda müvafiq dövlət orqanlarına ərizə, şikayət, vəsatətlə müraciət etmək, öz əmlakları, təminatları ilə bağlı məhkəmələrə müraciət etmək hüququ və onun reall aşdırılması imkanıdır. Lakin həmin hüquqlar məhkəmələr tərəfindən təmin edilməmiş, məhkumun müraciətlərinin çoxu nəzərə alınmamış, iştirakı təmin edilməmişdir. Odur ki, hesab edirəm ki, məhkəmələr tərəfindən AR Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində təsbit edilmiş məhkumun hüquqları, həmçinin AR Mülki Prosessual Məcəlləsində təsbit edilmiş cavabdehin prosessual hüquqları kobud şəkildə pozulmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh1 onun hüquq və vəzifələri, onların müdafiəsi qaydası, həmçinin məhkəməyə müraciət etmək qaydaları və digər mülki prosessual hüquqlar düzgün və ətraflı şəkildə izah edilməmişdir. Belə ki, Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədr Eldar Mikayılov, hakimlər Əlövsət Abbasov, Mahmud Ağalarov) 1(107)-77/2013 nömrəli 01 iyul 2013-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəzasını Qobustan həbsxanasında çəkməkdədir. Cavabdeh1 azadlıqdan məhrum edilsə də, onun vətəndaş olaraq əmlak, sosial təminat və s. maddi hüquqları, həmçinin məhkəməyə müraciət etmək, məhkəmədə təmsil olunmaq və s. kimi prosessual hüquqları qorunmalıdır. Odur ki, həmin hüquqlar və onların müdafiəsi qaydası məhkəmələr tərəfindən cavabdehə izah edilməli və məhkəmə bildirişi ilə yanaşı, cavabdehin hüquq və vəzifələrinin izahı barədə bildiriş də ona təqdim edilməli idi. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquqlar, o cümlədən cavabdehin kassasiya şikayəti vermək üçün vəkillə təmin olunmalı olması, şikayətin məhz vəkil tərəfindən tərtib edilməli olması və imzalanması və s. ona izah edilməmiş, həmçinin cavabdehə hüquq və vəzifələrin izahı ilə bağlı heç bir bildiriş də təqdim edilməmişdir. Nəticədə cavabdehin hüquqi savadsızlığına görə kassasiya şikayəti düzgün formada hazırlanmamış və elektron formada təqdim edilməmişdir. Bütün bu hallar cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına və işinə kasssasiya instansiyası məhkəməsində baxılması imkanından məhrum edilməsinə səbəb olmuşdur. Hesab edirəm ki, bununla da apellyasiya instansiyasıməhkəməsi tərəfindən AR MPM-nin 14-cü, 375-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən işə baxılarkən, iş üzrə bütün faktiki hallar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamış, iddiaçının maddi və prosessual hüquqlarının r eallaşdırılma imkanının olmaması nəzərə alınmamışdır. Belə ki, apellyasiyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılarkən, cavabdehin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması və həmin vaxt Qobustan həbsxanasında saxlanılması nəzərə alınmamışdır. Halbuki şəxs azadlıqdan məhrum edildiyinə görə ona məhkəmə prosesinin keçirilməsi barədə və prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatıb-çatmaması araşdırılmalı, cavabdeh tərəfin məhkəmədə iştirakı təmin edilməli və əqrardaddan şikayət müddət və qaydası izah edilməli idi. Lakin işin faktiki halları tam araşdırılmadığından, işə səthi yanaşıldığından sözügedən prosesual hüquqlar kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
17. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir:... 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;
18. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
19. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 20. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin təl əblərinə cavab vermirsə, imzalanmamışsa, hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini ona görə qaytarmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd edilməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş elektron qaydada verilməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə ra zılaşır.
30. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2024-cü il tarixli 2(103)1582/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.