Məhkəmə qərarları › İş №2(102)-3268/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3268/2024

01.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3268/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3170/2024 nömrəli iş ü zrə 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ö dənilməsi qət edilmişdir;

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)651/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1710/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(103)651/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 4. “General” Hospital tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli ******* saylı əmək qabliyyətinin olmaması vərəq əsinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix 9 oktyabr 2023cü il müəyyən edilmişdir.

5. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Təşkilatına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Lakin bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətləri Abşeron-Xızı Regional Təhsil idarəsinə daxil olmuşdur. Bu səbəbdən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcə lləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir;

6. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023cü il tarixli, 89 nömrəli protokolundan çıxarışına əsasən, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 2017-2021-ci ilə qədər məktəbin direktoru vəzifəsində işləmiş İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunmasına baxmayaraq, məktəbin pedaqoji və texniki kollektivi onun yenidən fəaliyyətini davam etdirməsinə e tiraz edərək, Səkinə Abbasovanın fəaliyyətinin davam etdirməsini ciddi surətdə israr etiraz etməsi məsələsi müzakirə olunmuşdur. Səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir.

7. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin sədri tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 11 nömrə ilə qeydiyyata alınmış məktuba əsasən, məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı Balakişiyev Boran ilə bağlanmış əmək müqavilə sinə xitam verilməsi məsələsinə AbşeronXızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv olunması məqsədəmüvafıq hesab edilmişdir;

8. Azərbaycan Respublikasının Elm və Təhsil nazirinə ünvanlanmış məktuba əsasən, Nazirlik tərəfindən aparılmış yoxlama nəticələrinə əsasən Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı işə bərpa iddiasi ilə məhkəmələrə müraciət etmiş və müvafiq məhkəmələrin qərarına əsasən işə bər pa olunmuşdur. Lakin məktəb kollektivi AbşeronXızı Regional Təhsil İdarəsinə müraciət edərək İddiaçı işə bərpa olunmasına kəskin şəkildə öz etirazlarını bildirmiş və onun məktəbə təkrar rəhbər təyin edilməsini istəmədiklərini qeyd etmişlər. Həmçinin onun işə bərpa olunması bəzi valideynlər tərəfindən də etirazla qarşılanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, X4 Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsəduyğun hesab edilmişdir;

9. A zərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında 3-29/3-1-1189K/2023 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi, İnsan resursları şöbəsi (Eşqi Bağırov) və AbşeronXızı Regional Təhsil İdarəsinin (İlhamə Abdullayevə) bu əmrdən irəli gələn məsələləri həll etməsi, İnformasiya və vətəndaşlara xidmət şöbəsinin (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir; 10. 08 oktyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısının qərarına əsasən, ünvan 3 ünvanında yaşayan İddiaçı, xx.xx.2023-cü il tarixdə DİN-nin “102" xidmətinə zəng vuraraq və Abşeron RPl-nin Saray PB-ne ərizə İlə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində yerləşən 2 saylı məktəbdə Validə və Vəsilə adlı müəllimələrin, onu söyüb təhqir edərək qolundan tutub dartaraq üz nahiyyəsinden vurmaları barədə məlumat vermişdir. Toplanmış m aterialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqa zidd hadisələrin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktik söhbətlər aparmaq məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Abşeron RPlnin Saray PB-nə göndərilməsi qərara alınmışdır (iş səh. 9, 13, 17, 111, 117, 118-119, 125). İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29/3-11189K/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Nuriyeva) 2(005)709/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-29/3-11189K/2023 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bun unla belə, iş materiallarına əlavə edilmiş "General Hospital” klinikası tərəfindən verilmiş SN00008 seriyalı ******* saylı əmək qabliyyətinin olmaması vərəqəsi ilə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi öz təsdiqini tapır. Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ("a” bəndi istisna olmaqla) ləğv edilməsini birbaşa qadağan edir. Göründüyü kimi cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qabiliyyətli olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur. Həmçinin iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əvvəllər də işə götürənin xx.xx.2022-ci il tarixli K- 239 saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı qeyd olunan əmrin ləğv olunması və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanmışdır. Qanunvericiliyə əsasən (AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndi) əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş, vəzifəsinin icrası məqsədilə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbinə yaxınlaşmışdır. Lakin, qətnamənin icrası zamanı iddiaçı və məktəbin bəzi əməkdaşları arasında İddiaçı məktəbə bərpa olunmasına etiraz etmələri səbəbindən mübahisə yaranmışdır. Bununla bağlı İddiaçı Abşeron RPİ-nin Saray PB-nə müraciət etmiş, baş vermiş had isə barədə məlumat vermişdir. Qeyd olunanlar məhkəmə iclasında dindirilmiş şahid - xx.xx.1955-ci il təvəllüdlü X1 ifadəsi ilə də təsdiq olunur. Şahid İddiaçı məktəbə gələrkən müəllimlərin onu dövrəyə-mühasirəyə aldığını, mübahisə yarandığını, bunu öz gözləri ilə kənardan gördüyünü bildirmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsinə əsasən direktor vəzifəsinə bərpa olunmasına baxmayaraq, məktəbin birneçə əməkdaşı tərəfindən təzyiqə məruz qalmış və İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023- cü il tarixli əmri ilə direktor vəzifəsinə bərpa edilməsinə baxmayaraq, kənar şəxslərin təsiri nəticəsində məhkəmə qətnaməsi ilə bərpa olunmuş hüququnu faktiki olaraq reallaşdıra bilməmişdir. Digər tərəfdən Abşeron-Xızı Regional Təhsil İdarəsi xx.xx.2023-cü il tarixdə Həmk arlar Təşkilatına müraciət edərək, iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmiş, İddiaçı oglu ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolu ilə məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qar şısının alınması məqsədi ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 25 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əsas kimi Nazir müavini Həsən Həsənlinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx-3920 nömrəli xidməti məlumatı, ATİAHİ-nin AbşeronXızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarış və müvafiq sənədlər göstərilmişdir. G öründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrində İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 25 sentyabr 2023-cü il tarixdən ləğv edilməsi barədə qərara gəlsə də, əmrin əsası kimi əlavə edilmiş sənədlərdə belə hallar müəyyən olunmamışdır. İşəgötürən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bərpa olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə iş yeri olan Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbə getmiş, lakin məktəb kollektivinin təzyiqi ilə qarşılaşmışdır. Təhsil İdarəsi isə iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olduğu səbəbi ilə Abşeron rayon Saray qə səbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Halbuki iddiaçı bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətlərinin daxil olması iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsinə əsas deyildir. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur. Bu səbəbdən də iddiaçı barəsində qəbul edilmiş əmr Əmək Məcəlləsinin imperativ tələbləri pozulmaqla qəb ul edildiyindən ləğv edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 329/3-1-1189K/2023 saylı əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda İddiaçı işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi üçün qanuni əsaslar yaradır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli 3-29/3-1-1189K/2023 saylı əmri ilə qanunvericiliyin tələblərin pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdir. Qeyd olunan hal isə Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin ləğv olunması kimi hüquqi nəticəyə səbəb olur.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 70, 71, 72, 74, 79, 300; Mülki Prosessual Məcəllənin 14.2, 15.2, 77.1, 218.3; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-709/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işçi əmək müqaviləsinin şərtlərini pozaraq sentyabr ayının 9-dan 21 sentyabra qədər iş yerinə gəlməmiş və bu barədə məlumat verməmişdir. İddaçı tərəfindən məhkəməyə xəstəlik vərəqəsi təqdim edilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, “E-TEBİB” elektron qeydiyyat sistemində vətəndaş İddiaçı TƏBİB tabeli tibb müəssisələrinə müraciəti aşkar olunmamışdır. Əmək qanunvericiliyinin işçi tərəfindən pozulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, işə baxan məhkəmə bu sənədlərə əhəmiyyət verməmiş və nəticədə yanlışlığa yol verərək qərar qəbul etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla, eyni zamanda cavabdehin müddətin tətbiqi barədə ərizəsinə əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə tərəfindən müddətin düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmə Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməklə kifayətlənmiş, lakin xəstəlik vərəqəsinin hə qiqiliyinin yoxlanması məqsədilə TƏBİB-ə sorğu verməmişdir. Sonradan məlum olmuşdur ki, elektron qeydiyyat sistemində iddiaçının adı aşkarlanmamışdır.Digər tərəfdən iddiaçının iş yerində olmaması barədə məhkəməyə təqdim edilən aktlara da hüquqi qiymət verilməmişdir. İddiaçının işə buraxılmaması ilə bağlı dəlilləri məhkəmə prosesində sübuta yetirilməməsinə baxmayaraq, məhkəmə qarşı tərəfin izahatlarını sübut kimi qəbul etmiş, lakin təqdim olunmuş aktlara hüquqi qiymət verməmişdir. Məktəb sənədlərinin tələbkara təhvil verilməsinə baxmayaraq, sonradan o işə çıxmamış və nəticədə iş yerində onun işdə olmaması barədə aktlar tərtib edilmişdir. İddiaçı sonrada xəstəlik vərəqi açdırmasına baxmayaraq, reyestrdə onun qeydiyyatı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edild ikdən sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə” Publik Hüquqi şəxsin iddiaçının adının elektron qeydiyyat sistemində aşkar edilməməsi ilə bağlı 16.10. 2023-cü il tarixli18-1/27916/2023 saylı cavab məktubu əldə edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.İmanov) 2(103)-3170/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

19. İşəgötürən tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsinə, qəsdən və ya səhlən karlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2478/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləs inə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir; Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Təşkilatına ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən, Fikrət Balakışiyev Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş, lakin bərpa olunduğu gündən məktəbin müəllim kollektivinin kütləvi şikayətləri Abşeron-Xızı Regional Tə hsil idarəsinə daxil olduğundan Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç» bəndi ilə ləğv edilməsinin Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilərək müvafiq qərar qəbul edilməsi xahiş edilmiş; Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin 08 sentyabr 2023-cü il tarixli, 89 nömrəli protokolundan çıxarışına əsasən, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 2017-2021ci ilə qədər məktəbin direktoru vəzifəsində işləmiş İddiaçı məhkəmənin qərarı ilə işə bərpa olunmasına baxmayaraq, məktəbin pedaqoji və texniki kollektivi onun yenidən fəaliyyətini davam etdirməsinə etiraz etdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qərarına etiraz edilməmişdir və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin sədri tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 11 nömrə ilə qeydiyyata alınmış məktuba əsasən, məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi ilə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı Balakişiyev Boran ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç” bəndi ilə ləğv olunması məqsədəmüvafıq h esab edilmişdir.

20. Göründüyü kimi, qeyd edilən kargüzarlıq mübadiləsi bir gün içində - xx.xx.2023cü il tarixdə baş vermiş və xx.xx.2023-cü il tarixli əmri ilə Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilmiş iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi müzakirə predmeti «məktəbdə cərəyan edən narazılığın və sosial partlayışın, pedaqoji prosesin tamlığının pozulmasının qarşısının alınması məqsədi» olmuş, bunların araşdırılması üzrə xidməti araşdırma, zərurət olduqda müvafiq hüquq mühafizə orqanlarına aidiyyəti üzrə müraciət edilmədən əsaslandırılmamış əmr verilmişdir. Diqqətə çatdırılmalıdır ki, həmkarlar ittifaqları üzvlərinin yığıncağında iddiaçının işə gəlməməsi və ya sair qanunvericiliyin təsir altına düşən məsələlər müzakirə pre dmeti olmamışdır, əgər araşdırmanın nəticəsi adlandırmaq olarsa, iş üzrə təqdim edilmiş müvafiq araşdırma sənədləri, izahat və aktlar həmkarlar ittifaqı komitəsinin iclası tarixindən sonraki tarixlərə təsadüf etmişdir. Yəni, həmkarlar ittifaqı qərarının formal olaraq tərtib edilməsi və əsassızlığı göz qabağındadır və burada müzakirə edilməyən məsələlər əsasında işəgötürənin hərəkətləri əmək hüquqlarının pozulmasına bilavasitə dəlalət edən xüsusatlardır.

21. Əmək qabliyyətinin olmaması vərəqəsinin sistemdə qeydiyyata alınmaması isə onun saxta olmasını şərtləndirən hüquqi hal deyil, halbuki ümumiyyətlə işəgötürənin bu əsasla araşdırma aparması və əmrin əsaslandırılması müəyyən edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 7 1, 72, 79, 80, 83, 186, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim olunmuş aktlardan məlum olur ki, işçi əmək müqaviləsinin şərtlərini pozaraq sentyabr ayının 9-21 tarixlərində iş yerinə gəlməmiş və bu barədə məlumat verməmişdir. Qanunvericiliyə uyğun olaraq, iddiaçının işə gəlməməsi aktlaşdırılmış və yekunda işəgötürənə təqdim edilmişdir. Lakin, işə baxan məhkəmə həmin aktlara hüquqi qiymət verməmiş və nəticədə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.

25. İddaçı tərəfindən məhkəməyə xəstəlik vərəqəsi təqdim edilməsinə baxmayaraq, sonradan məlum olmuşdur ki, “E-TEBİB” elektron qeydiyyat sistemində vətəndaş İddiaçı TƏBİB tabeli tibb müəssisələrinə müraciəti aşkar olunmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinin qeydiyyatının olmamasına da məhkəmə münasibət bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

29. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

30. Maddə

70. Əmək müqaviləsi işəgötür ən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerind ə müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırıl ma ilə razılaşır.

42. Kassasiya şikayətinin işçinin əmək müqaviləsinin şərtlərini pozaraq sentyabr ayının 9-21 tarixlərində iş yerinə gəlməməməsi və bu barədə məlumat verməməsi və iddiaçının işə gəlməməsi aktlaşdırılması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən azad edilməsinə əsas sentyabr ayının 9-21 tarixlərdə işə gəlməməsi və bubarədə məlumat verməməsi deyil, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qərarın 5-8 bəndlərində göstərilən sənədlərdə əks edilən hallar olmuşdur. Buna görə də, həmin dəlillər qətnamənin ləğvinə əsas vermir.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfl ərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Və

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3170/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar