Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3270/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-3270/22 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi) Bakı şəhəri, 20 iyun 2022-ci il 20.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli q ətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti üzrə işə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında 3 fevral 2016-cı il tarixdə Gəncə şəhəri 3 saylı notariat kontorunda kredit müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh 13 oktyabr 2016-cı il tarixədək qaytarmaq şərti ilə 74000 manat məbləğində borc vermişdir.
2. Tərəflər arasında sözügedən borc müqaviləsinin təminatı olaraq xx.xx.2016cı ildə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. Tərəflər arasında əvvəllər m əhkəmə mübahisəsi olmuş, iddiaçı cavabdehə qarşı 3 fevral 2016-cı il tarixli borc müqaviləsi üzrə 74000, tərəflər arasında bağlanan digər – 13 aprel 2016-cı il tarixli borc müqaviləsi üzrə 24000 manat məbləğində borcun tələb edilməsinə dair iddia qaldırmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 6 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 98000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmış, 20 sentyabr 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh məxs us ünvan 2 ünvanda yerləşən MH seriya ******* nömrəli **********-10301 reyestr nömrəli ********* qeydiyyat nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyətində olan 100,3 kv.m yaşayış, 17,3 kv.m yardımçı, ümumi sahəsi 117,6 kv.m olan 3 otaqlı və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin satılması, satışdan əldə edilən puldan ona olan 74000 manat əsas kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına borcun tam ödənilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına istinad etməklə, onunl a əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmiş və borcu qaytarmamışdır. Borcun ödənilməsi barədə dəfələrlə borcluya xəbərdarlıq edilsə də, heç bir nəticə əldə olunmamışdır. İpoteka saxlayan ipoteka qoyana 05 fevral 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiş həmin idarədə qeydə alınmışdır.
6. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında verilmiş "xxxx" MMC-nin 30 oktyabr 2019-cu il tarixli 0709/19/Mİ nömrəli rəyinə görə, Cavabdeh mülkiyyətində olan Gəncə şəhər i Nizami rayonu Turgenev küçəsində 0,0418 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 100,3 kv.m yaşayış 33,7 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinin həmin ərazidə yerləşən və həmin sahəyə malik olan yaşayış sahələrinin və torpaq sahələrinin qiymətinin müqayisəli təhlili əsasında real bazar qiyməti 72000 manat təşkil edir.
7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1721/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Z.A.Hünmətov) iddia tələbi qismən təmin edilərək, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 117,6 kv.m yaşayış sahəsi 100,3 kv.m yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı qeydiyyat tarixi 15 aprel 2016-cı il tarixli 15 aprel 20 16-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi; ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 117,6 kv.m yaşayış sahəsi 100,3 kv.m yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı qeydiyyat tarixi 15 aprel 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı adına ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməklə satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh İddiaçı olan 74000 manat borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İ ddiaçı ödənilməsi qət edilmiş, iddia tələbinin satışdan əldə olunan pul məbləği kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına kredit borcunun ödənilməsinə dair hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair hissədə iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İstər kredit, istərsə də ipoteka müqaviləsi ayrı-ayrı məhkəmə mübahisəsinin predmeti olmuş, tərəflər arasında mübahisələndirilsə də, həmin müqavilələrin etibarsızlığı üçün əsaslar müəyyən edilməmiş və bununla bağlı qəbul edilmiş məhkəmə aktl arı qanuni qüvvəyə minmişdir.
9. Həmçinin birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə qeyd etmişdir ki, tərəflər arasında ipoteka müqaviləsi 3 fevral 2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə göndərilmiş və qeydiyyata alınmışdır. Ona görə də, məhkəmə bu qənaətə gəlmişdir ki, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsində iddia tələbi əsaslıdır.
10. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında bağlanmış ipoteka müqaviləsində əmlakın dəyəinin 74000 manat razılaşdırılmasını, "xxxx" MMC tərəfindən verilmiş rəydəki qiymətin bu qiymətdən az olma sını nəzərə alaraq, ipotekanın ilkin satış qiymət kimi ipoteka müqaviləsindəki qiyməti müəyyən etmişdir.
11. Məhkəmə satışdan əldə edilən vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına borcun tam ödənilməsi hissəsində iddianı təmin etməyərək bu mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin digər əmlakının olması qeyri-müəyyən olmaqla, həm də, digər hər hansı əmlaklar ipoteka müqaviləsinin predmeti olmamışdır.
12. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 14.2.1, 295, 296.1, 307.6, 317.1, 319.1, 385, 386.1, 442, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Qətnamədən narazı qalan Cavabdeh apelly asiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin rəyi ilə razı deyil və həmin rəy mötəbər hesab edilə bilməz. Fərdi yaşayış evi kənardan müşahidə olunmaqla rəy verilmişdir. Halbuki, ipoteka predmetinin real bazar qiyməti 120000 manat təşkil edir. İddiaçını tanımır və ondan borc almamışdır. İddiaçının qohumu Faxrəddinə borcu olmuş və öz aralarında yoluna qoymuşlar, lakin 2015-ci ilin əvvəlində iddiaçının təkidi ilə həmin sənədləri imza etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadı əsa sında verilmiş “AB Consulting" 027/Mİ/21 saylı, 21 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin orta likvid qiyməti 71500 manat təşkil edir.
16. Fərdi yaşayış evinin ilkin satış dəyəri baxış keçirmədən müəyyən olunduğundan apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 325/Mİ/21 saylı, 14 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 89300 manat təşkil etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-294/2021 saylı, 13 dekabr 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Me htiyev və Ə.İ,Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “İpoteka predmetinin ilkin satış qiyməti 74000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 89300 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və sonuncuya 02 avqust 2016-cı il tarixədək qaytarmaq şərti ilə 74000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı xeyrinə 13 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmişdir. İddiaçı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, lakin borcalan müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Kollegiya kredit müqaviləsi üzrə Cavabdeh Müsa oğlundan tələb olunan 74000 manatın sonuncunun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan sarılması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
19. İpoteka predmetinin ilkin satış dəyərinin 74000 manat müəyyən olunması hissəsində m əhkəmənin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası alınmış sonuncu qiymətəlndirmə rəyinə əsaslanaraq ipoteka predmetinin ilkin satış dəyərinin 89300 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 739.1, 739.2, 385.1, 425.1, 442, 443, 319.6, “İpoteka haqqında” Qanunun 33, 34, 39.2, 39.3.3, 59.3, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
21. İş üzrə cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi onların dəlillərini müzakirə edib yeni ekspertiza təyin etmək əvəzinə, başqa bir MMC-dən fərdi yaşayış evinin likvid dəyərinə aid rəy almışdır. Həmin rəylə evin likvid dəyəri 89300 manat müəyyənləşdirilmişdir. Əvvəlki mütəxəssis kimi, sonrakı mütəxəssis də, evin likvid dəyərini müəyyənləşdirərkən evə və torpaq sahəsinə yerində baxış keçirməmişdir. Ona görə də həmin rəyi mötəbər və həqiqi dəyəri əks etdirən rəy hesab etmirlər.
23. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəməsi də nəzərə almamışdır ki, müəyyən etdikləri həmin məbləğ ilkin satış qiymətidir və birinci hərracdan sonra ikinci və üçüncü hərracların hər birində qiymət 15 faiz olmaqla, yekunda 30 faiz endirilməklə evin satışı gözləniləndir. Nəticədə, onlar 120000 manatdan artıq qiyməti olan evləri üçüncü hərracda təqribən 60000 manata iddiaçı tərəfindən alınacaqdır. İddiaçının niyyəti buna yönəlmişdir və o, üçüncü hərracda evini dəyərinin yarısı məbləğində alacağını gizlətmir.
24. O, iddiaçı ilə məhkəmə mübahisəsi başlamamışdan əvvəl aralarında razılaşma olmuş, evin alqı-satqı qiymətini 105000 manata razılaşmışlar. Həmin məbləğdən 74000 manat borc çıxılmaqla, iddiaçı ona əlavə 30000 manat ödəməklə mülkü götürmək niyyətində olmuşdur. Sonradan hansısa səbəbdən razılaşmanı pozub məhkəmədə iddia qaldırmışdır.
25. Kassator şikayətində “İpoteka haqqında” Qanunun 39.3.3-cü, MPM-in 14.1, 77.1, 88, 217.3, 218.1-ci maddələrinin tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və mübahisələndirilən qətnamənin dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinə etirazda göstərmişdir ki, qətnamə tamamilə əsaslı, qanunidir, kassasiya şikayətini isə əsassız hesab edir. Kssasiya şikayətində mövqe və dəlillər formal subyektiv mülahizələrdən ibarətdir. Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi məhkəmə iclaslarına qəsdən gəlmir, məhkəməyə öz sübut və dəlillərini təqdim etmir və məhkəmə aktından şikayət verməklə vaxtı uzatmağa çalışırlar.
28. Apellyasiya instansiyasının hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdehin kassasiya şikayətində gətirdiyi dəlillər isə əsassız olduğundan qəbul edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət h üququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
31. Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
32. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yö nəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
33. Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
34. Maddə 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
35. Maddə 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
36. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:
37. Maddə 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir.
38. Maddə 39.3.2. ipoteka predmet inin təsviri;
39. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
40. Maddə 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri yalnız ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə aid olduğundan, qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipotekanın satış qiyməti müəyyən edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiymətinin 89300 manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakın qiyməti müvafiq ekspert tərəfindən qiymətləndirlmiş, rəyə əlavə edilmiş fotoşəkillərdən görünür ki, evə və torpaq sahəsinə baxış keçirilmiş, ipoteka predmeti 0,0418 ha torpaq sahəsində yerləşən 134 kv. ümumi sahəsi olan vahid daşınmaz əmlak kimi qiymətləndirilmişdir.
51. Cavabdeh həmin rəyin düzgün olmaması, əmlakın dəyərinin 89300 manatdan daha artıq olması barədə məhkəməyə heş bir sübut təqdim etmədiyindən iş üzrə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
52. Qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalıdır. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
53. Kassasiya şikayətinin məhkəmə mübahisəsi başlamamışdan əvvəl tərəflərin evin alqı-satqı qiymətinin 105000 manata razılaşması və iddiaçının bu razılaşmanı pozması barədə dəlilləri isə hər hansı bir sübutla təsdiq edilmir.
54. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.