Məhkəmə qərarları › İş №2(102)-3272/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3272/2021

29.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3272/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı cаvаbdеh qаrşı əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cаvаbdеh qаrşı əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadından cаvаbdеh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev) İddiaçı cаvаbdеh qаrşı əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadından “xxxx” Firmasının direktoru tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərar dadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadından “xxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilərək, mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən V.Həsənov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) “xxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8258/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı iş üzrə qəbul etdiyi 14.10.2020-ci il tarixli qərardadı ləğv olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru tərəfindən verilmiş şikayət təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cаvаbdеh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” firmasının istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə şadlıq sarayı inşa etdirmişdir və hal-hazırki mübahisə üzrə yekun qə rar onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneə yaradacaqdır. Hüquqi məsələlər: İddiaçı İcаvаbdеh qаrşı əmlаkın bоşаldılmаsı və ziyаnın ödənilməsi tələbinə dair iddiası ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən “xxxx” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında Cavabdeh vəsatət verərək mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “xxxx” Firmasının istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməq məqsədi ilə şadlıq sarayı inşa etdirmişdir və hal-hazırki mübahisə üzrə yekun qərar onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneə yaradacaqdır. Nizami rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarix li qərardadı ilə cavabdehin məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddia tələbinin predmetini qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi təşkil etdiyindən bu işə ümumi məhkəmədə baxılmalıdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommers iya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə işin hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflərdən həm iddiaçı, həm də cavabdeh fiziki şəxslərdir və onların hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair VÖİN -i yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia aidiyyət qaydalarına riayət edilməklə düzgün olaraq, ümumi məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən sax lanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cаvаbdеh kassasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar