Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3272/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 2(*22)-368/2*22 nömrəli iş üzrə 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadlarından iddiaçı X “İddiaçı”ın verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ Bilasuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim R.Ə.Əliyev) id diaçı X “İddiaçı”ın və Cavabdeh2 Cavabdeh1 qarşı “Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən sahəsi 5*,* kv.metr olan mağaza binasına dair bağlanmış 3* dekabr 2**5-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktının ləğv edilməsi, əmlakın qeyri-qanuni istismarına son qoyulması, həmin sahədən çıxarılma və əmlak üzərində mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Eyni zamanda, iddiaçının nümayəndəsinə izah edilib ki, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında hazırkı mübahisə sahibkarlın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranı b. Belə ki, iddiaçı müstəqil balansa malik olan hüquqi şəxsdir, onun fərdi və müştərək əmlakı və sair vəsaitləri vardır, onu təsis edən hüquqi şəxslərin ittifaqıdır, qeyri-kommersiya təşkilatıdır. Habelə, iddiaçının əmlakı üzvlərin verdiyi üzvlük və pay haqqları, təsərrüfat fəaliyyətindən əldə edilən gəlir, cəlb edilən vəsaitlər, ianə və qanunvercilikdə qadağan edilməyən diər gəlir mənbələri hesabına yaradılır. Cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir və vergi ödəyicisi olmaqla onun adına 41**318732 nömrəli VÖEN vardır. Göründüyü kimi işdə iştirak edən şəxslərin tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “İddiaçı” şikayət verərək, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il tarixli qərardadanın ləğv edilib, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsi xahiş edib. Şikayət belə əsaslandırılıb ki, mülki prosessual qanunverciliyə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırkı halda, kooperativ üzvlərinin hüquq və vəzifələrinin sahibkarlıq fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Mübahisəli əmlakı payçı kimi almış cavabdehin sahibkarlıq fəaliy yəti yalnız 2**9-cu ildən əmələ gəlib. 2**9-cu ildən cavabdehin sahibkar olması, onun payçı kimi 2**5-ci ildə kooperativdən əmlak almasına heç bir aidiyyəti yoxdur. Çünki, cavabdehin əmlakı payçı olaraq kooperativin üzvü kimi aldığı iddia edilir. Payçı kimi əmlakın alınması və yaxud almaq məqsədilə hərəktələrin edilməsinin sahibkarlıq fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Biləsuvar Rayon Məhkəməsinin 17 mart 2*22-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə həmin Məhkəmənin 23 fevral 2*22-ci il tarixli qərardadından iddiaçı X “İddiaçı”ın verdiyi şikayət geri qaytarılıb. Eyni zamanda, həmin qərardadla iddiaçı Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “İddiaçı”a izah edilib ki, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il tarixli qərardadından onun surətini aldığı vaxtdan 1* gün müddətində vəkilin orderini və şikayət verən şəxsin səlahiyyətlərini təsdiq edən sənədləri əlavə etməklə şikayət vermək hüququ vardır. İddiaçı X “İddiaçı” şikayət verərək, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli qərardadlarının ləğv edilib, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Biləsuvar Rayon Məhkəməsinin 14 aprel 2*22-ci il tarixli qərardadı ilə iddiaçı X “İddiaçı”ın şikayəti təmin edilməyib və həmin Məhkəmənin 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılıb və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şika yətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4*3-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçıların cavabdehə qarşı hazırki tələbləri “Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən sahəsi 5*,* kv.metr olan mağaza binasına dair bağlanmış 3* dekabr 2**5-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktının ləğv edilməsindən, əmlakın qeyri-qanuni istismarına son qoyul masından, habelə cavabdehin həmin sahədən çıxarılmasından və əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququnun bərpa edilməsindən ibarətdir. İşə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı müstəqil balansa malik olan hüquqi şəxsdir, onun fərdi və müştərək əmlakı və sair vəsailəri vardır, onu təsis edən hüquqi şəxslərin ittifaqıdır, qeyri-kommersiya təşkilatıdır. Habelə, iddiaçının əmlakı üzvlərin verdiyi üzvlük və pay haqqları, təsərrüfat fəaliyyətindən əldə edilən gəlir, cəlb edilən vəsaitlər, ianə və qanunverciliklə qadağan edilməyən digər gəlir mənbələri hesabına yaradılır. Cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir və vergi ödəyicisi olmaqla onun adına 41**318732 nömrəli VÖEN vardır. Kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə razılaşmayıb hesab edi r ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlib və aşağıda sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə ic raatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən f iziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilməyə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli, 1* saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 13-cü b əndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-arılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı kooperativ mübahisələr aiddir. Sözügedən Qərarda həmçinin göstərilir ki, mübahisə tərəflərinin subyektiv tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrində baxılmalıdır (Qərarın 26-cı bəndi və Qərara əlavə edilmiş cədvəl). Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki halda, iddiaçıların tələbləri onlarla cavabdeh arasında məhz iddiaçıların fəaliyyətindən irəli gələn tələblər (sahibkarlıq fəaliyyəti) olduğundan, şikayətin dəlilləri əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsi işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 4*3-1.3-cü maddəsinin mənasına görə, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət həmin Məcəllənin 4*7.1-4*7.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi əlavə olunur. İşdən görünür ki, iddiaçı iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il tarixli qərardadından verdiyi şikayətə vəkilin orderini əlavə etməyib və ümumiyyətlə şikayət vəkil tərəfindən imzalanmayıb. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının sözügedən qərardaddan verdiyi şikayəti geri qaytarmaqda da haqlı olub. Azərbaycan Respublikası MPM-nin 4*3-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 4*3-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli qərardadları dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X “İddiaçı”ın şikayəti təmin edilməsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin 23 fevral 2*22-ci il və 17 mart 2*22-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3272/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3272/2022
24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver