Məhkəmə qərarları › İş №2(102)-3275/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3275/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3275/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələri aradan qaldıraraq küçəyə çıxışa şərait yaradılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyas ının 02 may 2023-cü il tarixli, 2(108)39/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2496 inventar nömrəli texniki pasporta əsasən İddiaçı məxsusdur.

2. X7, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qardaşı, mərhum X4 və sonuncunun övladı, mərhum X5 ailə üzvləridirlər.

3. Cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, həmin tikilinin yerləşdiyi 53 kv.m torpaq sahəsi və mübahisəli tikilidən dəmir qapıya qədər yol kimi istifadə olunan 168 kv.m torpaq sahəsinin 83 kv.m hissəsi İddiaçı məxsus torpaq sahəsinə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı Zalxan vəfatından bir müddət öncə, yəni 2020-ci ilin ortalarında iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsində onun razılığı olmadan tikililər tikməyə başlamışdır. O, həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq üzərində aparılmasını deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirsə də, onların tikintini dayandırmayaraq inşanı davam etmişlər. Qardaşının vəfatından sonra sonuncunun oğlu Vüqar və ailəsi iddiaçını eşitməyərək, onun narazılıqlarına məhəl qoymayaraq, qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus torpaq sahəsi üzərində tikililər tikməyə davam etmişlər. 2021-ci ilin əvvəlində Vüqarın da vəfatından sonra, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 qanunsuz tikilini başa çatdıraraq, iddiaçının hüquqlarını pozmağa davam etmişlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə cavabdehlərə, polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etmiş, nəticə etibarilə cavabdehlər onu dinləməmiş, dövlət qurumlarının isə ona “ qarşı tərəf bizi dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır” demişlər. Cavabdehlərin inşa etdikləri özbaşına tikili qanuni olaraq iddiaçıya məxsus olan torpaq sahəsi üzərində yerləşir, həmin tikili onun özünə aid həyətyanı torpaq sahəsindən istifadə edərək, küçəyə çıxışına mane törədir.

6. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X10 Dövlət Xidmətinin sədr müavini N.Fətəliyevin imzası ilə təsdiq edilmiş 20 sentyabr 2022-ci il tarixli, 14/89 saylı məktuba, eləcə də, mülki iş materiallarında olan həmin idarənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ümumi şöbəsinin dövlət sirrinin mühafizəsi üzrə baş mütəxəssisi S.Qasımovun şəxsi imzası ilə təsdiq edilmiş 28 iyun 2022-ci il ta rixli mütəxəssis rəylərinin və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Cavabdeh2 istifadəsində olan 53 kv.m yaşayış evinin yerləşdiyi mübahisəli sahə İddiaçı aid, 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən, lakin faktiki vəziyyətlə uyğun olmayan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsi və torpaq sahəsi üzərində olan tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 1962ci ildə iddiaçının adına tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin sərhədləri daxilində Cavabdeh2 aid 53 kv.m yaşayış evi və cavabdehlərin uzun müddət yol kimi istifadəsində olan 83,65 kv.m torpaq sahəsi yerləşir və həmin fərdi yaşayış evlərinə başqa yerdən gediş-gəliş yolu yoxdur. İddiaçının həyətyanı torpaq sahəsinin küçəyə piyada olan çıxışı olmasına baxmayaraq, yol kimi mübahisələndirilən əraziyə Cavabdeh2 və Cavabdeh3 yaşadığı yaşayış evi və X2 mülkiyyətində olan həyətyanı torpaq sahənin əsas girişinə, yəni iddiaçının avtomobil yolundan istifadə etməsinə maneə yaradır. Cavabdehin istifadəsində olan mübahisəli tikilidən küçəyədək olan məsafədə yerləşən torpağın ümumi sahəsi 168,0 kv.m təşkil edir. Həmin ərazinin 83,65 kv.m hissəsi iddiaçının adına 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinə aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi V.Kazımovun imzası ilə təsdiq edilmiş 08 sentyabr 2022-ci il tarixli, 14/83 saylı məktuba və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyi və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində aparılmış cavabdehlərin istifadəsində olan mübahisəli tikililərin sökülməsi həmin tikililərin bitişik olduğu digər tikililərin (mübahisəli torpaq sahəsində yerləşməyən) konstruksiyalarına zərər vurmadan mümkün olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən küçəyə çıxış (avtomobil yolu olmaqla) cavabdehlərin istifadəsində olan mübahisəli tikililər sökülmədən torpaq sahəsinin digər hissələrindən açılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olmadığı müəyyən edilmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsi ilə (hakim Q.N.Məmmədov) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli tikili inşa edilərkən iddiaçı buna razılıq vermiş və buna heç bir şəkildə etiraz etməmişdir. Bu fakt iş üzrə tərəflərin izahatı ilə öz təsdiqini tapır. İş üzrə cavabdehlərin izahatından məlum olur ki, 2009-cu ildə iddiaçının razılığı əsasında, münasibətlərinin yaxşı olduğu vaxtda, iddiaçının özü tərəfindən torpaq sahəsinin sərhədi müəyyən olunmaqla əvəzsiz olaraq ayrılıb onlara verildiyindən mübahisəli tikililəri inşa edib neçə illərdi orada yaşadıqlarını bildirirlər. İddiaçı m übahisəli tikililərin 2019-cu ildə inşa edilməsinə başlanmasını, bunun qarşısını almaq üçün müraciətlər etməsini bildirsə də, bu faktın təsdiqi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin həmin tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır və bu cavabdehlər tərəfindən də mübahisələndirilmir.

10. Birinci instansiya məhkəməsi həmçi nin qeyd etmişdir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları vardır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz hesab edilir.

11. Məhkəmə iddiaçı və cavabdehlərin qohumluq münasibətinin olmasını, zamanında yaxşı münasibətlərinin olmasını və torpaq mülkiyyətçisi kimi tikintiyə icazə verməsini əsas tutaraq qeyd etmişdir ki, binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə mün asibətdə qanunsuz hesab edilə bilməz və həmin şəxs vicdansız sahib sayıla bilməz. Bundan başqa izahatlardan məlum olmuşdur ki, iddiaçı tikinti aparılarkən material verməklə, cavabdeh tərəfin tikintisinə köməklik etmiş, sonradan torpaq sahəsinin əvəzində ona müəyyən qədər pul vəsaiti ödənilməsi barədə söhbətləri də olmuş, cavabdehin maddi imkanı olmadığından bu fakt reallaşmamışdır. Bu hal iddiaçının məhkəmə iclasında verdiyi izahatında da öz əksini tapır. Belə ki, iddiaçı izahatında cavabdehlərin tikililərinin sökülməsini istəmədikləri halda zəbt etdikləri torpağın əvəzində torpaq vermələrini və ya qonşuluqda 25000 manata satılan torpaq sahəsinin olduğunu alıb vermələrini istədiyini qeyd etmişdir.

12. Məhkəmə həmçinin iddiaçının öz hüququna əsaslanıb verdiyi razılığı hazırda geri götürməkl ə, tikililərin sökülməklə inşa etmiş şəxslərin çıxarılmasını tələb etməsini mülkiyyətçinin hüquqları ilə yanaşı tikililəri inşa etmiş şəxslərində qanuni mənafeyini nəzərə almağı və ədalətli tarazlığın təmin olunmasının vacibliyini qeyd etmişdir. Belə ki, torpağın mülkiyyətçisinin razılığına və rəftarına güvənərək müvafiq vəsait sərf etməklə inşa etmiş şəxslərin əmlak mənafeləri nəzərə alınmalıdır. İddiaçının razılığı ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində cavabdeh tərəf maddi zərərə düşəcək. Məhkəmə mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılmasını ədalətin təmin olunması üçün vacib saymışdır. Məhkəmə iddiaçının əvvəl verdiyi razılığı, buna etimad etməklə cavabdeh tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüquq una istinadən tikililərin sökülməsini tələb etməsini dürüstlük qaydasına uyğun olmadığını qeyd edir. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüququndan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 135.4,135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 180.1, 180.4, 560.1, 560.2, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 2.1, 14.1, 14.2, 77.1, 80, 88, 89, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunma sı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(108)-39/2023 nömrəli qətnaməsi ilə (hakim M.D.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.G.Kulimovadan və V.K.Quliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. To rpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikililəri torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, uzun zaman kəsiyində orada tikililərin aparılmasına səssiz qalması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla ti kinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikililər sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf ver məli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarınd an geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Məhkəmə mülki işin mübahisəli halı kimi, işin düzgün və ədalətli həlli üçün mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq veribverməməsi ilə bağlı halların araşdırılmasını zəruri hesa b etmişdir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına istinad etməklə müəyyən etmişdir ki, İddiaçı tərəfindən hazırda sökülməsini tələb etdiyi tikililərin yerləşdiyi mübahisəli torpaq sahəsi məhz onun öz razılığı əsasında 12 ildən artıq bir müddət əvvəl qardaşı oğlu mərhum Vüqar Quliyevə yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə verilmiş və təxminən 2012-ci ildən etibarən mübahisəli sahədə tikililər aparılmağa başlanmışdır. İddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı hazırkı mübahisələndirilən tikililərin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə 2019-cu ildə başlanıldığını, bundan sonra tikililərin dayandırılması üçün əvvəl qardaşı Zalxan və onun oğlu Vüqara xəbərdarlıq etdiyini, lakin onların bu xəbərdarlıqlara məhəl qoymayaraq işi d avam etdirdiklərini gördükdən sonra tikililərin dayandırılması üçün bir sıra dövlət qurumlarına müraciət etdiyini bildirsə də, bu halları təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işə apellyasiya qaydasında baxılan zaman verilən sualları cavablandırarkən iddiaçı qardaşı Zalxanla təxminən 2014-cü ildən etibarən küsülü olduğunu, qardaşı ilə küsməsinə səbəb onun bu tikililəri aparması üçün bünövrə qazması olduğunu bildirmiş, daha sonra Cavabdeh2 tərəfindən verilən sualları cavablandırarkən hazırkı tikililərdən olan salonun dam örtüyünü örtmək üçün onun tərəfindən cavabdehlərə könüllü olaraq dəmir lövhələr və klyonka verildiyini etiraf etmişdir ki, bu hallar da onu deməyə əsas verir ki, iş üzrə İddiaçı həmin mübahisəli torpaq sahəsini özü könüllü olaraq uzun illər öncə qardaşı oğlu mərhum Vüqar Quliyevə vermiş və hazırki tikililərin aparılmasına razılığını ifadə etmişdir. Apellyasiya baxışı zamanı izahat verən iş üzrə Cavabdeh2 həmin evə gəlin gəldikdən sonra mübahisəli torpaq sahəsini 2010-cu ildə mərhum həyat yoldaşı Vüqarın əmisi Əzizxanın könüllü olaraq onlara verdiyini, hətta bunun üçün əvvəlcədən aralarında məftil setka ilə mövcud olan sərhədi özünə tərəf geriyə çəkərək onlara verdiyi hissəni ayırdığını, mərhum qayınatası Zalxanın sağlığında elə həmin ildən etibarən Əzizxanın verdiyi torpaq sahəsində hissə-hissə tikililər tikməyə başladıqlarını, maddi imkanları ilə bağlı bir hissəsində yaşamaqla ümumilikdə tikililəri 2018-ci ildə tamamilə başa çatdırdıqlarını, tikililərin aparılmasına Əzizxanın özü tərəfindən bir neçə dəfə m aterialla kömək belə olunduğunu, keçən bu uzun illər ərzində aralarında heç bir narazılıqlarının olmadığını, Əzizxanın qayınatası Zalxanla küsülü olmasına baxmayaraq, Vüqarı çox istədiyini, yalnız qayınatası Zalxanın 2020-ci ildə vəfatından sonra iddiaçının birdən-birə bu məsələ ilə bağlı onları məhkəməyə verdiyini və mübahisə yaratdığını, bunun səbəbinin isə bu torpaq sahəsinə görə onlardan həmin il 25000 manat istəməsi, onların isə bu pulu ödəməyə heç bir halda imkanlarının olmadığını ona bildirmələri olduğunu bildirmişdir. İş üzrə Cavabdeh2 izahatında qeyd etdiyi iddiaçının könüllü olaraq 2010-cu ildə mübahisəli torpaq sahəsini onlara, yəni mərhum həyat yoldaşı Vüqara verməsinə dair faktlar eyni tərəflər arasında hazırkı mübahisə ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində 2(078)-209/2021 nöm rəli mülki iş üzrə iddia tələbinin predmetində və işə baxılarkən (iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)209/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi) həmin iş üzrə iddiaçı olmuş İddiaçı verdiyi izahatda da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş həmin mübahisə üzrə çıxarılmış qətnamənin təsviri hissəsində verilmiş iddia tələbinin predmetindən (İddiaçı cavabdeh X6 qarşı 2021-ci ildə iddia qaldıraraq onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və 12 il ərzində torpaq sahəsi zəbt edildiyindən hər ili 1000 manat olmaq şərtilə vurulmuş zərərin ödənilməsi tələbi) və proses zamanı İddiaçı verdiyi izahatdan görünür ki, həmin işə baxılarkən İddiaç ı izahatında ünvan 2-də yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisi olduğunu, onun torpaq sahəsinin 1200 kv.m olduğunu, daha sonra onun da razılığı ilə qardaşı Zalxana 600 kv.metr torpaq sahəsi verildiyini, həmin torpaq sahəsində Zalxanın evi olduğunu, ayrıca bir otaq da köhnədən qaldığını, qardaşı Zalxan oğlu Vüqarı evləndirdikdən bir müddət sonra evdən çıxarıb həmin tək otağı verdiyini, onun da qardaşı oğluna rəhmi gəldiyi və ona özünə şərait yaratsın deyə 3 sot torpaq sahəsi verdiyini, daha sonra qardaşı Zalxanla münaqişələri olduğundan torpaq sahəsinin çox hissəsini geri aldığını, setka ilə sərhəd müəyyən etdiyini, qalan torpağın da Vüqarda qaldığını, tikintinin aparılmasına qardaşı Zalxan başlasa da Vüqarın tikintini davam etdirib başa çatdırdığını, Vüqar vəfat etdiyi ni və onun ailəsinin həmin evdə yaşadığını, neçə illərdir ki, torpağını zəbt edib, ona ziyan vurduqlarını, həmin torpaq sahəsini başqasına satmış olsaydı ən azından gəlir əldə edəcəyini, ona görə də ilini 1000 manatdan hesablamaqla 12 il ərzində qanunsuz torpaq sahəsini tutduqlarına görə ona vurulmuş ziyanın ödənilməsini bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-39/2022 nömrəli qərardadının surətindən göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi prosessual pozuntular səbəbindən tamamilə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, faktlar nöqteyi-nəzərindən həmin işə baxılarkən İddiaçı qaldırdığı iddia üzrə tələbin predmeti və məhkəmə iclası zamanı verdiyi izahat işin həqiqi hallarını özündə əks etdirən məlumatlardan ibarət olduğundan sübut növü digər sübutlarla yanaşı qiymətləndirilərək qəbul olunmalıdır. Beləliklə, iş üzrə müəyyən olunan bu xüsusatlardan da İddiaçı mübahisəli torpaq sahəsini hələ 12 il bundan əvvəl mərhum qardaşı oğlu Vüqara könüllü olaraq verdiyi öz təsdiqini tapır.

19. Bundan başqa apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının öz iradəsi əsasında verdiyi torpaq sahəsinin əvəzində sonradan, yəni 2020-ci ildə ona müəyyən qədər pul vəsaiti ödənilməsi barədə cavabdehlərə təklifi olmuş, cavabdeh tərəf maddi imkanlarının olmadığını iddiaçıya bildirdiyindən bu fakt reallaşmamışdır. Belə olan halda isə iddiaçı yuxarıda qeyd olunan tələblə məh kəməyə müraciət etmişdir. Bu hal iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarda da öz əksini tapmışdır. Belə ki, iddiaçı izahatında cavabdehlərin tikililərinin sökülməsini istəmədikləri halda zəbt etdikləri torpağın əvəzində torpaq vermələrini və ya qonşuluqda 25000 manata satılan torpaq sahəsinin olduğunu alıb vermələrini və ya ümumiyyətlə həmin məbləği ona vermələrini istədiyini qeyd etmişdir. Beləliklə mülki işin qeyd olunan tədqiq olunmuş hallarından məlum olur ki, mübahisələndirilən tikililərin altında yerləşən torpaq sahəsi 12 ildən artıq bir müddət əvvəl iş üzrə İddiaçı öz razılığı və iradəsi əsasında mərhum qardaşı oğlu Vüqar Quliyevə və onun ailəsinə yaşayış şəraitini yaxşılaşdırmaq və əlavə tikililər aparmaq məqsədilə ona verilmiş, bu illər ərzində həmin hissədə aparılan tik ililərə onun tərəfindən hər hansı bir etiraz olunmamış, əksinə bəzi hallarda cavabdehlərə tikililərin ərsəyə gəlməsi üçün müəyyən materiallar verilməklə açıq şəkildə razılıq ifadə olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən tərəflərin arasında qohumluq münasibətinin olmasını, əvvəllər aralarında xoş münasibətlərinin mövcudluğunu da nəzərə almışdır.

20. Beləliklə, apellyasiya kollegiyası bir daha qeyd etmişdir ki, iddiaçının tələbində və şikayətində istinad etdiyi kimi, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilə bilməz. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikililər sökülmə dən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Qanunvericiliyə əsasən yalnız mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin (şəxslərin) hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nə zərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi eyni zamanda dürüstlük qaydasına da uyğun gəlmir.

21. Nəhayət apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun izahatını təhrif etdiyini qeyd etsə də, işə baxılarkən keçirilən məhkəmə iclas protokollarına dair hər hansı qeyd verməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 135.4, 135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 180.1, 180.4, 560.1, 560.2, 560.3, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 82.3, 88, 217.3, 272.7, 273-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(108)-39/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 6, 146.1, 152.1, 180.4-ü, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş tikililər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçı tərəfindən cavabdehlərə verilməsini təsdiq edən heç bir sənəd, sübut, dəlil və ya m ötəbər ifadə (cavabdehlərin ifadələri maraqlı şəxs olduqları üçün nəzərə alına bilməz) yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə, torpağın sahibi olan iddiaçı faktiki olaraq, həmin torpaqdan istifadə etmək və barəsində sərəncam vermək hüququndan məhrum edilmişdir. İddiaçının şəxsi mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparılarkən, cavabdehlər nə mülkiyyətçidən, nə də ki, müvafiq qaydada lazımı qurumlardan heç bir icazə və ya razılıq almamışlar. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin ifadələrinə əsaslanaraq nəticə çıxarması iş üzrə məhkəmə baxışlarının prinsipini pozur.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz veril məmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mü bahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan ha llar istisna olmaqla, icazə verilmir. 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etd iyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.

32. Belə ki, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirməklə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə tam razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması.

34. Qeyd olunan şərtlərin birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmur. Üç üncü şərt üzrə isə işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və tərəflərin izahatlarına əlaqəli hüquqi qiymət verməklə, belə nəticəyə gəlmişlər ki, cavabdehlər tərəfindən tikili iddiaçının razılığı ilə inşa olunmuşdur. Belə olan vəziyyətdə isə tikilinin sökülməsi cavabdehlərə mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçı tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(108)-39/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar