Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3277/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpağın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-404/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil 1) tərəfindən verilmiş kassasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışına əsasən, Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 5,2862 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 fevral 2015-ci il tarixli çıxarışına əsasən, Cavabdeh, X2, X3 və X4 Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3,0207 hektar torpaq sahəsi vardır.
3. Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Qaçqın ların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Yevlax şəhəri bölməsinin 4 oktyabr 2022-ci il tarixli 594 saylı arayışına əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Yevlax rayonu, Köyük kəndində məskunlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 23 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5,2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50 sot hissəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etm işdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Nəmərli kəndində 5,2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsini cavabdeh zəbt etmişdir və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaqdan çıxmaqdan imtina etmişdir. Ona görə də bu iddia ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, torpaqlar islahata gedən zaman ona torpaq verilmişdir. Torpaqların koordinatları düzgündür. O, öz torpağından istifadə etmişdir. Heç kimin də torpağını zəbt etməmişdir. 7. 17 aprel 2023-cü il tarixli 3-21-3-35/2-1408/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əsasən Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,28 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir.
8. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 iyul 2023-cü il tarixli rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 17 aprel 2023-cü il tarixli 3-21-3- 35/2-1408/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Yevlax rayonu Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən hissəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
9. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(039)97/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5,2862 ha torpaq sahəsinin zəbt edilmiş 0,28 ha hissəsindən cavabdehin çıxarılması, cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin tutularaq X1 və Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 5,2862 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,28 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə etmişdir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 5,2862 ha torpaq sahəsinin 0,28 ha hissəsindən cavabdeh çıxarılmalıdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyi ni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 121.1, 124.1, 217.4 və 88ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
13. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, mütəxəssis rəyinə və ekspert rəyinə istinad etmişdir. Hər iki rəy, birmənalı olaraq ü st-üstə düşür. Əslində, iş üzrə verilmiş ekspert rəyi mütəxəssis rəyinin təkrarıdır. Belə olan halda, ekspert rəyi formal xarakter daşımışdır. Həm mütəxəssis rəyi və ekspert rəyi, iddiaçı tərəfin sifarişi ilə tərtib edilmişdir. Ekspertin mövqeyinə görə, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması səbəbindən, sırf mütəxəssis rəyinə istinad edilmişdir. Bu isə mötəbər sübut edilə bilməz. İş üzrə təkrar ekspertiza keçirilməsi zəruridir. Məhkəmə mübahisə ilə bağlı heç bir araşdırma aparmadan iş materiallarında olan rəylərə istinad etməklə, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. O, iddiaçı tərəfə məxsus torpaq sahəsini zəbt etməmişdir. İşin nəticəsinə dair qəbul edilmiş qətnamə işin hallarına uyğun olmamış və həqiqəti əks etdirməmişdir.
15. Məhkəmə kollegiyası tər əfindən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4704 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə İddiaçı mülkiyyətinə **********32 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 5,2662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə koordinatlar müəyyən edildikdən sonra **********32 Reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5,2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 3-cü sual üzrə Cavabdeh mülkiyyətinə **********26 reyestr nömrəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ç ıxarışa əsasən 3,0207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. 4cü sual üzrə koordinatlar müəyyən edildikdən sonra **********26 reyestr nömrəsi 1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən verilmiş 3,0207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. 5-ci sual üzrə İddiaçı mülkiyyətində reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5,2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan reyestr nömrəsi **********26 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 3,0207 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. 6-cı sual üzrə iddiaçıya məxsus reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlə t Reyestrindən çıxarışa əsasən 5,2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31,63 kv.m. hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdehlər tərəfindən istifadə edilən 31,69 kv.m. torpaq sahəsi hansı hissədən olması mütəxəssis rəyinə əlavə yerqurluşu planında ətraflı göstərilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-129/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5,28 62 ha torpaq sahəsinin zəbt edilmiş 31,63 kv.m. hissəsindən çıxarılması, qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi nəzərdən keçirilərkən müəyyən etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Həm in rəylə müəyyən edilmişdir ki, iddiaçıya məxsus reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5,2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 31,63 kv.m. hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddianın qismən təmin olunması üçün yuxarıda qeyd edilən normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya istansiyası məhkəm əsindəki birinci icraat:
20. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsinə dəyişiklik edilərək, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu Nəmərli kəndində yerləşən 5,2862 ha torpaq sahəsinin zəbt edilmiş 3.169 kv.m. (və ya 0,3169 ha) hissəsindən çıxarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)253/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə qaytarılması qərara alınmışdır.
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini əsaslı hesab edərək, qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki instansiya məhkəməsində alınmış ekspert rəyi ilə apellyasiya icraatı zamanı alınmış ekspert rəyi arasında kifayət qədər ziddiyyətlərin olmasını nəzərə alaraq müvafiq prosessual hərəkətlərin yerinə yetirməli olduğu halda belə prosessual hərəkətləri yerinə yetirməmiş və nəticədə isə faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, belə ziddiyyətin olması iddiaçı tərəfindən vəsatət verilərək məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə vəsatəti prosessual qanunvericiliyin tələbi baxımından qiymətləndirməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə alınan mütəxəssis və eksper t rəylərini Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmədiyi aşkar olaraq görünmüş olur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin əlavəsi olan yerqurluşu planından görünür ki, iddiaçının mülkiyyətində 5,02862 ha torpaq sahəsi olsa da faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 5,0 ha ibarətdir. Cavabdeh tərəfin mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 3,0207 ha olsa da, faktiki sahəsi 3,34 ha olmuşdur. Belə olan halda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qətnamənin nəticə hissəsində göstərilən ölçüdən daha artıq, iddiaçının torpaq sahəsinin isə müəyyən olunmuş ölçüdən dah a az olması, rəyin nəticə hissəsində göstərilən ölçülər ilə yerqurluşu planında olan ölçülər arasında uyğunsuzluqlarla bağlı müvafiq dəyərləndirmə aparılmadığı aşkar olaraq görünür. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
25. Yeni apellyasiya baxışı zamanı, ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün apellyasiya instansiyası məhkəməsinin 17 aprel 2025-ci il tarixli qərardadı ilə hаzırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.
26. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 11 iyun 2025-ci il tarixli, 10/3434 nömrəli rəyindən görünür ki, 23 mart 2025-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilən 5,2862 ha torpaq sahəsinin 3169 kv.m. (0,3169 ha) hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-404/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), Tural Həsənov və Taleh Musayev) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5,2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m. (0,3169 ha) hissəsindən çıxarılması qət edilmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Belə ki, həmin rəylə müəyyən edilir ki, iddiaçıya məxsus Reyestr nömrəsi **********32 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 5,2862 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin 3169 kv.m. (0,3169 ha) hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddianın qismən təmin olunması üçün müvafiq normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Ona görə də kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında və “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə kollegiyasına müraciət edərək təyin edilmiş ekspertiza zamanı ekspertlər qarşısında suallar qoyulmasını xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası sualların ekspert qarşısında qoyulacağını bildirsə də, ekspert qarşısında həmin suallar qoyulmamışdır. Bu hal da məhkəmə Kollegiyasının işə birtərəfli və səthi yanaşdığını göstərir. Məhkəmə kollegiyası, ekspert qarşısında sualları qoymamış olsa belə, əlavə və ya təkrar ekspertiza keçirə bilərdi. Çünki, mübahisə tam, hərtərə fli və obyektiv araşdırılmalı idi.
33. Məhkəmə mülki qanunvericliyinin tələblərinə istinad etməklə ədalətli, qanuni və əsaslı məhkəmə aktı qəbul etməli idi. Əfsuslar olsun ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı səthi və birtərəfli qəbul edilmiş, əsaslandırılmamışdır. Əsaslandırmaq vəzifəsi qanunla müəyyən olunmuş qayda olmaqla yanaşı ədalət mühakiməsinin hüquqi dövlətə xas elementar prinsipidir. Bu öncə mübahisənin tərəflərinə və xüsusilə uduzan tərəfə xidmət edir. Tərəflər əslində bilməlidirlər ki, nə üçün məhkəmə işi başqa cür deyil, məhz qətnamənin nəticə hissəsində göstərildiyi kimi həll edib. Yaxşı əsaslandırılmış qərar həm də ictimaiyyət arasında ədalət mühakiməsinin nüfuzunun artırılmasına xidmət etməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. İddiaçı cavabdeh tərəfind ən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılması, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
35. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan R espublikasının Mülki Məcəlləsi.
37. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
40. Maddə 152.5. Mülkiyyət çi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
43. Mad də
68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
44. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
45. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
46. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
47. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
59. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya b axışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı madd ələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
66. Məhkəmə kollegiyası bundan başqa qeyd edir ki, iddiaçı iddia tələbində xüsusi mülkiyyətində olan torpaq sahəsinin 50 sot hissəsindən cavabdehin çıxarılmasını xahiş etsə də, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0,28 ha hissəsindən çıxarılması barədə birinci instansiya məhkəməsini n qətnaməsi iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə cavabdehin apellyasiya şikayətinə əsasən baxılarkən apellyasiya baxışının hədləri pozularaq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehin iddiaçıya məxsus Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5,2862 ha torpaq sahəsinin zəbt edilmiş 3169 kv.m. (0,3169 ha) hissəsindən çıxarılması qət edilmişdir. Bununla belə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunan hal mübahisələndirilmədiyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə yoxlamağa zərurət görmür.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-404/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.