Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-328/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4397/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddia tərəfindən v erilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli, 2021/000832 nömrəli istehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən İddiaçı illik 30 faiz hesablanmaqla 24 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.9-cu bəndinə əsasən borc alan borc verənə müqavilə məbləğinin 11% həcmində birdəfəlik komisyon haqqı ödəyir. Komisyon haqqı kredit verilərkən ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% qədər dəbbə pulu ödəyir.
2. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı, 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli sonrakı ıpoteka müqaviləsi ilə "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. "xxxx" BOKT MMC xx.xx.2022-ci il tarixli, 627 nömrəli bildirişlə İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu göstərməklə öhdəliklərin icra edilmədiyi təqdirdə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacağı barədə xəbərdar etmişdir.
4. Bildiriş İddiaçı ünvanına xx.xx.2022-ci il tarixdə göndərilmiş və həmin ünvanda xx.xx.2023-cü il tarixində “Camalova” qeydi edilməklə və imzalanmaqla qəbul edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pulblik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, "xxxx" BOKT MMC-yə ipoteka predmetin ə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. 6. ünvan 3si notariusu Şəhla Hüseynova tərəfindən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi (öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30.533,61 manat əsas, 6.036,12 manat faiz borcu, 15.120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51.689,73 manat təşkil edir) barədə xx.xx.2022-ci il tarixində icra qeydi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi, "xxxx" BOKT MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40 saylı Notariat Ofisinin icra qeydinin ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 15.120 manat məbləğində dəbbə pulunun silinməsi, eləcə də iddiaçıya məxsus olan Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 71 nömrəli mənzillə bağlı qiymətləndirmə bazar qiymətindən aşağı hesablandığı üçün pozulmuş hüququnun bərpası məqsədi ilə "xxxx" MMC tərəfindən verilmiş qanunsuz qiymətləndirmə rəyinin ləğv edilərək yenidən qiymətləndirmənin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, 40 saylı Notariat Ofisinin icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsasland ırılmışdır ki, xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli istehlak kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli sonrakı ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmiş, ipoteka müqaviləsində əmlakın likvid dəyəri 70.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinədək ödənişlər mütəmadi olaraq həyata keçirilmiş, maddi vəziyyətindən irəli gələrək növbəti ödənişləri həyata keçirə bilməmişdir. BOKT-un xx.xx.2022-ci il tarixli bildirişinə əsasən əsas borcu 30.533,61 manat, 6.036,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 15.1 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 51.688,88 manat məbləğində borcu yaranmışdır. BOKT-un müraciəti əsasında xx.xx.2022-ci il tarixdə 40 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən ödənilməmiş borcun əmlaka yönəldilməsi icra qeydi verilmişdir. xx.xx.2023-cü il tarixdə 5.000 manat ödəniş etmiş, müqavilə üzrə tərtib edilmiş cədvələ uyğun ödəniş etmək və normal faizdən başqa dəbbə pulunun silinməsi ilə bağlı müraciət etsə də, müsbət cavab verilməmişdir. Ümumi olaraq BOKT-a 21.817 manat məbləğində ödəniş etmişdir. Müqavilə bağlanan zaman 40.000 manat rəsmiləşdirilsə də, BOKT həmin puldan 5.000 manat müqavilə bağlaması müqabilində iddiaçıdan almış və aldıqları pulu həm faiz, həm dəbbə pulunun hazırkı vaxtadək götürdüyü məbləğin üstünə qanunsuz olaraq hesablamışlar. Əsas borca h esablanmış dəbbə pulu düzgün hesablanmamışdır, bu məbləğ tənasübsüz və şişirdilmiş sürətdə yüksəkdir. Dəbbə pulunun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın rəyi alınması vacibdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)692/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər notariusa təqdim edilmiş, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri 40 saylı Dövlət Notariat Ofisinin notariusu tərəfindən İddiaçı barəsində aparılmış 8i-3427 nömrə il ə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur.
13. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4.1, 36.4.2, 37.1, 37.3-cü maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1 və 1.1-ni bəndlərinə istinadla əsaslandırmışdır. e) Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini araşdırarkən işə səthi yanaşmış, icra qeydinin verilməsi ilə bağlı notariat işi qətnamə elan edildikdən sonra məhkəməyə daxil olduğu təqdirdə məhkəmə məhkəmə iclasında araşdırılmamış sənədlərə istinad edərək iddia tələbini rədd etməsini əsaslandırmağa çalışmışdır. Məhkəmənin mövqeyindən belə nəticəyə gəlmək olar ki, əgər cavabdeh "xxxx" BOKT ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi iddiaçıya vaxtında çatdırmışdırsa, demək icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Halbuki, məhkəmənin özünün də istinad etdiyi “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsinin 1-ci abzasına əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həm in Təlimatın 161-ci hissəsinin 2-ci abzasına əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci hissəsinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə icra qeydi aparılır. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci hissəsinin “c” bəndinə əsasən alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məblə ğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı icra qeydi aparmaq üçün təqdim olunmalıdır. Göründüyü kimi, iş materiallarında borcun mübahisəsizliyini sübut edəcək heç bir sübuta rast gəlinmədiyi təqdirdə məhkəmə iddia ərizəsini rədd edərək maddi hüquq normasını pozmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək ödənişlər mütəmadi olaraq həyata keçirildiyi halda xx.xx.2022-ci il tarixə 387 gün dəbbənin hesablanması nəinki ağlabatan deyil, hətta BOKT tərəfindən onsuz da əlverişsiz şərtlərlə bağlanmış müqavilə üzrə əlavə yüklənməyinə səbəb olmuş, işə baxan məhkəmə isə bu hissədə heç bir araşdırma aparmamış, BOKT-dan lazımi sənədlərin təqdim edilməsini tələb etməmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini tələb etsə də, bu tələb i də gözardı edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4397/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İsgəndərov) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4397/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh 40 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin t ələblərinə əməl olunmuşdur.
18. İddiaçı icra qeydində qeyd olunan məbləğin əsassız olduğunu, müqavilə bağlanarkən BOKT tərəfindən ondan 5.000 manat alındığını həmin məbləğin həm faiz, həm dəbbə pulunun hazırkı vaxtadək götürdüyü məbləğin üstünə qanunsuz olaraq hesabladığını bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumatın əks olunduğu bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir.
19. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4.1, 36.4.2, 37.1, 37.3-, 38.1, 38.2, 39.2-cü maddəl ərinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1 bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(103)-4397/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandı rılmış, əlavə olaraq göstərilmişdir ki, iş materiallarından və qətnamənin məzmunundan da göründüyü kimi işə baxan məhkəmələr işin faktiki halları üzrə işə baxmamış, cavabdehin heç bir sübutla təsdiqini tapmayan mülahizə və istəklərini əsas tutaraq, gəldiyi nəticəni əsaslandırmağı da özünə vacib saymamış, maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin maddi hüquq normalarının mübahisə ilə bağlı əlaqəsini əsaslandırmamışdır.
22. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 218.1 maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh "xxxx" BOKT MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmə məsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(103)-4397/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi g ündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
25. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
26. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
27. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
28. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanın a təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
29. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
30. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
31. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəs inə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
32. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Qanuna uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpotek a predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
33. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hiss əsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
35. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabı na yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
36. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
46. Belə ki, iddiaçı onunla bağlanmış kredit müqaviləsi üzrə vaxtında ödənilməyən 30.533,61 manat əsas borcun, hesablanmış 6.036,12 manat faiz borcu və 15.120 manat dəbbə pulunun tutulması üçün mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə ünvan 3si notariusu tərəfindən xx.xx.2022-ci il tarixind ə verilmiş icra qeydinin ləğvini tələb edir.
47. İşin faktik halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
48. İddia tələbinin düzgün həlli üçün işin halları “Notariat haqqında” Qanunun 76-cı maddəsi, “İpoteka haqqında” Qanunun 36-37-ci maddələri, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəaları əsasında təhlil olunmalıdır. 49. “Notariat haqqında” Qanunun 76-cı maddəsindən göründüyü kimi icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır:
1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi;
2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi.
50. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tələbkar ın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırılmasının müəyyən edilməsidir.
51. Baxılan iş üzrə iddiaçı tələbin mübahisəsiz olmadığını bildirmişdir. İşin halları baxımından iddiaçının bu dəlili aşıq-aşkar əsassız deyildi. Çünki borcluya kredit müqaviləsi üzrə hesablanan əsas borc 30.533,61 manat, faiz borcu 6.036,12 manat olduğu halda, 15.120 manat dəbbə pulu hesablanmışdı. Bu məbləğ müqavilə şərtlərinə uyğun olsa da, formalaşmış məhkəmə təcrübəsində tətbiq edilən cərimə məbləğindən dəfələrlə çoxdur. Borclunun bildirişi aldığı halda, kreditorun həmin məbləğdə dəbbə pulu tələb etməsinə borclunun etiraz etməməsi ağlabatan görünmür.
52. Məhkəmə isə “Azari express”in xx.xx.2022-ci il tarixdə “Camalova” qeydi edilmiş göndəriş sənədinə istinad edərək, bildirişin cavabdehə çardırıldığı və tələb qarşı etiraz etmədiyi barədə nəticəyə gəlmişdir. Lakin iddiaçı əvvəldən ipotekaya tutmanın yönəldilməsi barədə bildirişdən məlumatı olmadığını bildirmiş, bildirişin çatdırılması barədə işə əlavə olunmuş çatdırılma xidmətinin qəbzinə münasibətdə isə göstərmişdir ki, məktubu almamışdır. Kreditorun nümayəndəsi bildirmişdir ki, 2022-ci ilin mart ayında da borcluya bildiriş göndərilmiş, lakin borclu bildirişi almaqdan imtina etmişdir. Buna görə də cavabdehin bildirişin ona çatdırılmadığı barədə dəlili xüsusi olaraq araşdırılmalı idi. Lakin vababdehin həmin dəlili tam araşdırlmamışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, bor cun mübahisəsiz olması (iddiaçının borc tələbinə dair bildirişi alması və borcu mübahisələndirməməsi) barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır. Məhkəmə iddiaçının bu dəlilini onunla müzakirə etməmişdir.
54. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitə lərdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
55. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
56. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhk əmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə o nun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
58. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4397/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.