Məhkəmə qərarları › İş №2(102)-3286/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3286/2025

04.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3286/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-5533/2024 nömrəli qərardadından Cavabdehn kassasiya şikayətinə 04 n oyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, bina 334, 158 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3505/2024 nömrəli 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2-2(103)-221/2025 nömrəli 03 oktyabr 2024- cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Bakı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2-2(103)-221/2025 nömrəli 03 oktyabr 2024-cü il tarixli qətnaməsi cavabdehin elektron məhkəmə sistemində olan kabinetinə 04 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

6. Cavabdeh həmin qətnamədən 09 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5533/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti, elektron qaydada verilmədiyinə, dövlət rüsumu ödənilmədiyinə və vəkil tərəfindən imzalanmadığına görə geri qaytarılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5533/202 4 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı cavabdehin elektron məhkəmə sistemində olan kabinetinə 12 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

9. Cavabdeh həmin qətnamədən 03 mart 2025-ci il tarixdə yenidən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5533/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti və şikayət üzrə müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Əsas: kassasiya şikayəti, elektron qaydada verilməyib, vəkil tərəfindən imzalanmayıb, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməyib.

11. Cavabdeh 19 iyuı 2025-ci il tarixdə qətnamədən kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə ilə yenidən məhkəməyə müraciət edilmişdir.

12. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xəstə olduğu və maddi imkanı olmadığı üçün vəkil tuta bilməmiş və vaxtında şikayət verə bilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5533/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5533/2024 nömrəli 3 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat (xx.xx.2025-ci il tarixli, **********66 nömrəl i qəbz) dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən xx.xx.2024-cü tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Qətnamədən cavabdehin xx.xx.2024-cü il tarixdə verdiyi kassasiya şikayəti xx.xx.2024-cü il tarixli qərardad ilə geri qaytarılmışdır. Qətnamədən cavabdehin xx.xx.2025-ci il tarixdə verdiyi kassasiya şikayəti üçün buraxılmış müddətin bərpası və kassasiya şikayəti isə xx.xx.2025-ci il tarixli qərardad ilə geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə qətnaməsi cavabdehin elektron məhkəmə informasiya sistemində yaratdığı kabineti vasitəsi ilə ona t əqdim edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin səhhəti ilə əlaqədar və maddi imkanın olmaması səbəbindən kassasiya şikayətinin verə bilməməsinə münasibətdə göstərmişdir ki, bu dəlillər müddətin bərpası üçün əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh qətnaməni aldıqdan sonra müxtəlif vaxtlarda iki dəfə kassasiya şikayəti vermiş, şikayətlər Mülki Prosessual Məcəlləyə uyğun verilmədiyindən geri qaytarılmışdır. Bundan əlavə, cavabdeh səhhəti ilə əlaqədar şikayət verə bilməməsini hər hansı sübutla əsaslandırmamışdır.

16. Həmçinin maddi imkanı aşağı olan şəxslər müraciət etdikləri təqdirdə Mülki Prosessual Məcəllənin 67-1.4-cü maddəsinə əsasən dövlət hesabına vəkillə təmin olunurlar. Cavabdeh isə belə bir ərizə ilə məhkəməyə müraciət e tməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin dəlilləri müddətin bərpası üçün əsas ola bilməz. Çünki kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfdən hər hansı üzürlü səbəb olmadan baş vermişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki prosessual Məcllənin 67-1.4 və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-5533/2024 nömrəli qərardadının ləğv olunmasını və müddətin bərpa olunaraq işin Ali Məhkəməyə baxılması üçün göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mə qanunsuz olaraq müddəti bərpa etməmişdir. Belə ki, cavabdehin elektron kabineti olmamış və qətnamənin surətini poçt vasitəsi ilə aldığı vaxtdan şikayət etmiş, həmçinin əvvəlcə vəkil tutmağa maddi imkan olmadığı üçün kağız formasında vermiş və kabinetdə şikayət qaydasını bilməmişdir. Həmçinin cavabdehin səhhətində problemlər olmuş, buna görə də vaxtında vəkildə tuta bilməmişdir. Ali Məhkəməyə müraciət yalnız vəkil vasitəsi ilə mümkün olduğu üçün və onun maddi imkanı vəkil tutmağa çatmadığı üçün vaxtında şikayət verə bilməmişdir. Əslində göstərilənlər üzrlü səbəblərdir və müddət bərpa olunmalıdır. Lakin məhkəmə ədalətsiz qərardad qəbul etmiş və müddəti bərpa etməmişdir. Mülki Prosessual Məcəlləyə əsasən sənədin çatdırılması vaxtı təqdim olunma anıdır. Ona da sənəd poçt vasitəsi ilə çatdır ılmışdır, o da həmin vaxt şikayət etmişdir. Buna görə də, müddət üzrlü səbəbdən ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydad a verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin bu raxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılı r. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkə məsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü he sab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

27. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə göstərilən dəlillərlə – cavabdehin səhhətində problem olması, vəkil tutmağa maddi imkanının olmaması – bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qəırarın 14-17-ci bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır və bu baxımdan kassasiya şikayətində göstərilən eyni dəlillərə əlavə qiymət verməyə zərurət görmür.

28. Məhkəmə kollegiyası cavabdehin elektron kabinetinin olmaması və qətnamənin surətini poçt vasitəsi ilə aldığı vaxtdan şikayət verməsi barədə kassasiya şi kayətinin dəlillərini də qəbul etmir.

29. Belə ki, əvvəla, cavabdehin “Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabineti var və barəsində şikayət verilən qətnamə, eləcə də digər məhkəmə aktları həmin kabinetə yeləşdirilib.

30. Bundan əlavə, qətnamənin surətini poçtla aldığı vaxtdan hesablanmaqla vaxtında şikayət verməsi barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, bu dəlil yeni olmadla həm də əsassızdır. Çünki cavabdeh müddətin bərpası barədə ərizə verməklə müddəti ötürməsini özü də qəbul etmiş və ərizəsində bu hala istinad etməmişdir. Eyni zamanda cavabdehin istinad etdiyi bu hal, ümumiyyətlə, müddətin keçməməsinə yönələn dəlil olmaqla, müddətin bərpası barədə ərizə verilməsini zəruri etmirdi. Cavabdeh elə həmin hala istinadla müddətin ötməməsini də bildirə bilərdi.

31. Prosessual müddətin elektron kabinetə yerləşmə vaxtından sayılmalı olmaması barədə dəlillə bağlı isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələblərinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.

32. Cavabdehin kassasiya şikayətinin həmin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhk əmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir.

33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5533/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar