Məhkəmə qərarları › İş №2(102)-3289/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3289/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3289/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Fondunun Cavabdeh qarşı iş üzrə ləğvedicisi Əmanətlərin Sığortalanması QƏRARİ (Açar sözlər: Məhkəmə qətnaməsi qanuni olmaqla yanaşı ədalətli olmalıdır) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1487/2020 nömrəli, 22 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 may 2011-ci il tarixli 08 saylı kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən 80 ay müddətinə yaşayış sahəsinin alınması üçün 29135 (iyirmi doqquz min yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh 13 may 2011-ci il tarixdə “xxxx” MMC ilə yaşayış sahəsinin alınması ilə bağlı 07 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən Gəncə şəhəri Gülüstan qəsəbəsi Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra üçüncü binanın dördüncü mərtəbəsində yerləşən sahəsi 87.1 m2 təşkil edən 2 otaqlı m ənzil almış, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məkhəməsinə müraciət edərək, iddiaçının xeyrinə 13 may 2011-ci il tarixli 08 saylı müqaviləsi üzrə 29135 manat əsas, 0.00 manat faiz borcu, 21568.71 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8638.00 manat, ümumilkdə isə 59341.71 manat və 30 manat dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsalsandı rlmışdır ki, Cavabdeh həmin andan başlayaraq müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)-2477/2019 saylı qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia qismən təmin edilmiş, Cavabdeh 29135.00 manat əsas, 11568.00 manat cərimə borcu, cəmi 40703.00 manat borc və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 445.1-ci maddələrinə istinad etmişdir.

6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək cavabdehdən əlavə faiz tələbinin (əldən çıxmış fayda və illik 5%) rədd edilməsi hissəsində qətnamənin ləğv olunaraq idddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apelyasiya Məhkəməsi MK-nın 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Əliyeva (sərlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)-2477/2019 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyi şdirilmədən saxlanılmşdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 449.1, 449.4, 458.1, 465.2, 467ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları d) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətərin Sığortalanması Fondu kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

1. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Mülki Məcəllənin 445.7 və 449-cu mad dələrinə əsasən cavabdeh öhdəliyi gecikdirdiyi üçün cərimədən başqa əlavə faizlər ödəməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin bununla bağlı müvafiq qərarı tətbiq olunaraq faizlər tutulmalı idi. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

2. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

3. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6. 2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

6. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

7. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

8. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

9. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

10. Maddə 449.1. özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

11. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha bö yük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

12. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır. (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. İddiaçı bankın mübahisələndirdiyi məsələ ondan ibarətdir ki, cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən illik 5% pul ödəməlidir.

19. İddiaçının istinad etdiyi normanın dispozisiya şərtlərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

20. Cavabdehin öhdəliyi vaxtında icra etməməsi işin mübahisəsiz halıdır və buna görə iddia təmin olunaraq cavabdehdən əsas və cərimə məbləği tutulmuş, qətnamə həmin hissələrdə mübahisələndirilməmişdir.

21. Apelyasiya Məhkəməsi iddiaçının mübahisələndirdiyi hissəni, yəni əlavə faiz tələbini təmin etməyərkən ona əsaslanmışdır ki, iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin bü cür əsaslanması ilə razılaşmır. Çünki, qanunverici müəyyən etmişdir ki, borclu öhdəliyi ondan asılı olan səbəblərdən icra etmədikdə kreditor digər əsaslardan çıxış edərək (məs:əldən çıxmış fayda) daha böyük məbləğ tələb edə bilər. Yox, əgər kreditor belə əsasların mövcudluğunu sübuta yetirə bilmirsə, onda borclu ən azından illik 5% ödəməlidir. Yəni, öhdəliyin borclu tərəfindən pozulması halının sübuta yetməsi kifayət edir ki, borcludan ən azından illik 5% pul tələb olunsun, bunun üçün əlavə sübutetməyə zərurət yoxdur. Son vaxtlar kassasiya məhkəməsinin bu məsələ ilə bağlı formalaşdırdığı vahid məhkəmə təcrübəsi də bundan ibarətdir.

22. Lakin, məhkəmə kollegiyasını həmin faiz məbləğinin hazırkı işdə tutulmasından çəkindirən məsələ başqadır və bununla bağlı qiymətləndirməyə zərurət var.

23. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 29135.00 manat əsas, 11568.00 manat cərimə borcu tutulmuşdur. Cavabdehin əsas borca hesablanmış ödənilməyən faiz borcu olmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və ounun tərəfində n qətnamə mübahisələndirilməmişdir.

24. Tutulan cərimə məbləğinin açıq-aşkar cavabdehin mənafeyinə uyğun olmaması aşkardır. Cavabdeh həmin hissədən şikayət vermədiyi üçün kassasiya məhkəməsi qətnaməni həmin hissədə yoxlamır. Cavabdehdən tutulan cərimə məbləği (11568.00 manat) iddiaçının faiz borcu kimi (illik 5%) tələb etdiyi məbləğindən (8638.00 manat) təqribən 3000 manat çoxdur.

25. Ona görə məhkəmə kollegiyası mübahisəyə başqa mövqedən yanaşır. Tələb olunan faiz (illik 5%) məbləğinin təyinatı kreditorun zərərini qarşılamaq üçündür. Qanunverici bu yolla bank-kredit fəaliyyətini hər cür risklərdən qorumağı qarşıya məqsəd qoyur. Bütün bunlar hamısı ona hesablanmışdır ki, öhdəlik vaxtında icra edilmədikdə kreditor müqavilə bağlayarkən əsas götürdükləri minimum şəraiti əldə edə bilsin, itiri lmişləri qaytara bilsin.

26. Kollegiya qeyd edir ki, dəbbə pulu, əlavə cərimə faizləri heç bir halda kreditoru varlandırmaq üçün tətbiq edilə bilməz. Təsadüfi deyil ki, bu qərarın 12-ci bəndində qeyd olunan maddi hüquq normasına görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Bu qərarın 6,7,8-ci bəndlərində nəzərdə tutulan maddi hüquq normalarına görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Hüquqdan dürrüst istifadə etmə, sui-istifadə etməmə, başqalarına ziyan vurmama, vicdanlı davranma, işgüzar adətlərə riayət etmə kimi şərtlər müqavilə münasibətlərində həm də onu ehtiva edir ki, hətta öhdəlik münasibətləri tərəflərin birinin günahından pozulduqda belə, zəif tərəfin (borclu tərəfi) əsassız olaraq daha ağır vəziyyətə salınması, ədalətli tarazlığın pozulması qorunsun.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhk əmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X1rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

30. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad edir və bildirir ki, həmin qərara əsasən bank azından illik 5% faiz pul tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, həmin qərarın başqa bəndində deyilir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar.

31. Məhkəmə kollegiyasının hazırkı işlə bağlı mövqeyi ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş məbləğ, öhdəliyin pozulması ilə bağlı bankın mənafeyinə uyğun əldə edə biləcəyi bütün məbləği (ödənilməmiş əsas, cərimə və faiz) əhatə edir və onun zərərini kompensasiya etmiş olur. Ona görə əlavə olaraq cavabdehdən illik 5% faiz hesablamaqla pul tutulması ədalətsiz olmaqla hüquqdan sui-istifadəyə yol açmış olar.

32. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, nəticə etibarı ilə Apelyasiya Məhkəməsinin qətnaməsi düzgün olduğundan onun ləğv edilməsi üçün əsaslar yoxdur.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1487/2020 nömrəli, 22 iyul 2020-ci il tarixli qətnaməsi iddiaçı bankın kassasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar