Məhkəmə qərarları › İş №2(102)-3295/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3295/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3295/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3295/2023 ( Açar sözlər: mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaa, mənzilin boşaldılması və sökülməsi, hüquqi müəyyənlik prinsipi) Bakı şəhəri, 07 sentyabr 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(103)-411/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görü nüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır.

2. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi hazırki iş üzrə iddiaçı "xxxx" MMC-yə (bundan sonra – iddiaçı və ya MMC) həvalə edilmişdir. 3.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçə lərinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir. 1:3000 miqyaslı cizgi məktuba əlavə edilmişdir. 4. 17 aprel 2020-ci il tarixli 1576 saylı müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəs səl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: 1.4. Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X4, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMCnin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi - İddiaçı MMC; Layihəçi – Bakı Dövlət Layihə İnstitutu).

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrin in əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. 7. 59 saylı MKİS tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, ünvan 1 ünvanda cavabd eh X3 və sonuncunun övladları Günay və Tural yaşayırlar.

8. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, bina və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. 9. ünvan 2 ünvandakı daşınmaz əmlakı n ümumi sahəsi 98 kv.m olan fərdi yaşayış evinin istifadəçiləri cavabdeh X3 və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsindəki 61 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, MMC tərəfindən mübahisəli yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kv.m ümumi s ahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək MMC tərəfindən Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-35 0 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 3 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 98 kvm olan fərdi yaşayış evinin sahibi cavabdeh X3 və istifadəçiləri digər cavabdehlər Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməkl ə öz qanunazidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər.

12. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert tərəfindən yerində baxış keçirilmiş və hesabat hazırlanaraq Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Hesabatla tanış olduqları zaman bəlli olmuşdur ki, qərardadda qeyd olunmuş ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi (faktiki) sahəsi nə qədər təşkil etməsindən əlavə olaraq fərdi yaşayış evinin köməkçi sahələri də ölçülmüşdür. Beləliklə, hesabata əsasən müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin sahəsi 175,03 m2, köməkçi sahəsi isə 177,04 m2 təşkil edir. Lakin, köməkçi sahənin nədən ibarət olması açıqlanmamışdır. Belə ola n halda, iddiaçı tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-798/2022 saylı qərardadı ilə "xxxx" MMC-nin cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi və s.» tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası aparılan zaman hesabatda qeyd olunmuş Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 61 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin ayrıayrılıqda nədən ibarət olması və ölçüləri barədə onlara rəsmi cavab verilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 61 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin 18,08 m2 qeyriyaşayış sahəsi (otaq), 20,08 m2 sanuzel (hamam-tualet), 13 8,88 m2 həyətyanı sahə (boş torpaq sahəsi) təşkil edir. Belə olan halda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa qeyd edirlər ki, ünvan 1 ünvanda yerləşən f ərdi yaşayış evi özbaşına tikintidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə (Özbaşına tikinti və onun nəticələri) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mə nafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızı və Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatlarında bildirmişlər ki, iddiaçı tərəf onları danışıqlara dəvət etməmiş və məsələ ilə bağlı danış ıqlar aparmamışdır. Belə ki, şirkət onlarla əlaqə yaratmamış və razılıq əldə etmək üçün hər hansı bir tədbir görməmişdir. Bundan əlavə iddiaçı tərəfin təklif etdiyi şərtlərlə razı deyildir. Şirkətin təklif etdiyi mənzilin sahəsi onları qane etmir. Bununla yanaşı evlərinin müqabilində onlara pul məbləğinin təklif edilməsini istəyir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmənin qərardadına əsasən alınmış "xxxx" MMC-nin 25 aprel 2022-ci il tarixli H/01-PLS saylı fərdi yaşayış evinin ümumi sahəsinin ölçülərinin müəyyən edilməsinə dair qiymətləndirici ekspert tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil, faktiki ölçü və hesablamalar nəticəsində məlum olmuşdur ki, ü nvan 1 saylı fərdi yaşayış evinin ümumi sahəsi 352,07 m2 təşkil edir, yaşayış sahəsi 175,03 kv.m, köməkçi sahə 177,04 kv.m 15. "xxxx" MMC-nin "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli sorğusuna cavab olaraq verilmiş 10 may 2022-ci il tarixli M/01-PLS saylı məktubundan görünür ki, hesabatda göstərilmiş və sorğuda qeyd olunan ünvan 1 saylı mənzilin 177,04 m2 köməkçi sahəsinin 18,08 m2 -i qeyri-yaşayış sahəsi (otaq), 20,08 m2 sanitar qovşaq, 138,88 m2 həyətyanı sahə (boş torpaq sahəsi) təşkil edir.

16. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC-nin 06 iyun 2022-ci il tarixli H/01-PLS saylı fərdi yaşayış evinin ölçülərinin müəyyən edilməsinə dair qiymətləndirici ekspert tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil, faktiki ölçü və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 saylı fərdi yaşayış evinin ümumi sahəsi 213,19 m2, yaşayış sahəsi 175,03 kv.m, köməkçi-qeyriyaşayış sahəsi 38,16 kv.m təşkil edir.

17. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə (müəyyən) edilmiş, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi faktiki yaşayış və istifadə üçün əlverişsizdir.

18. Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(006)-798/2022 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilmiş, onların evdən çıxarılması, fərdi yaşayış evi boşaldılması və s ökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 m2 ümumi sahəsi olan təmirli yeni mənzil cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən cavabdeh Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına hər ay 500 manat kirayə haqqı ödənilməsi qət edilmişdir. araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

20. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16, 18, 152, 180 və 560-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaş ayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Yəni həmin fərdi yaşayış evinin sahibləri və istifadəçiləri tərəfindən onlara məxsus evlə bağlı sərbəst şəkildə sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Həmin 61 saylı fərdi yaşayış evi və əlavə tikililərin divarlarının ölçüsündə ciddi fərqlər olmasına, yəni evin uzunluğunu müəyyən edən divarlarının (həmçinin evin enini müəyyən edən divarların) birinin ölçüsünün digərinə nisbətən qısa olmasına baxmayaraq, ölçü adi üstəgəl formasında aparılmışdır. Eyni zamanda evin və əlavə tikililərin ölçüləri içdən-içə aparılmaqla ev çöldən-çölə ölçülməmişdir. Hazırki iş üzrə tikinti-texniki ekspertizasının məhkəmə tərəfindən məhz "xxxx" MMC-yə həvalə edilməsi cavabdeh tərəf olaraq onlarda şüb hə yaradır. "xxxx" MMC-nin hesabatında evin ümumi sahəsinin 213,19 kv.m olduğu göstərilmişdir. Lakin həmin fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv metrdir. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı hazırkı iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməli və həmin ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Ondan sonra həqiqətən həmin fərdi yaşayış evinin ümumi sahəsinin ölçüləri müəyyən olunacaq. 24. "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş 4,2 ha torpaq sahəsində cəmi 244 ailə yaşamış və bunlar dan 210-u ilə razılıq əldə edilərək müvafiq müqavilələr bağlanmışdır. Həmin tarixdə razılıq əldə edilməyən cəmi 34 ailə (ev) qalmışdır. Sonuncu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi arayış təqdim edərək “Pilot 16“MMC-nin mübahisəli evin sökülməsi ilə əlaqədar olaraq cavabdehə 179 kvm sahəsi olan 4 otaqlı və 82 kvm sahəsi olan 2 otaqlı mənzillər, yaxud 215 kvm sahəyə görə 350 000 manat pul vəsaiti verməyə hazır olduğunu göstərdi. Lakin cavabdeh bu təklifə razı olmadığını bildirdi.

25. Apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7456 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin (əlavə tikililərlə birlikdə) ümumi (tikinti altı) sahəsinin 217,4 kvm və həmin evə aid həyəty anı torpaq sahəsinin ümumi sahəsinin 130 kvm olduğu müəyyən edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) 2(103)-411/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvm ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi” hissəsində dəyişdirilsin və Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsi 260,88 kvm müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdir ilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyator qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnaməni faktiki olaraq söküntü müqabilində ona veriləcək mənzilin sahəsi hissəsində mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv metrdir. Cavabdehlərin istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlardan və eləcə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər əslində evin sökülməsinə razıdırlar. Onların narazılığı mütəxəssis tərəfindən evin sahəsinin düzgün ölçülməməsindən və sahəyə görə kompensasiya məbləğinin ödənilməməsindəndir. Məhkəmə kollegiyası qeyd olunanları nəzər ə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, söküləcək mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Göstərilən hissədə işin halları düzgün müəyyən edilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə veriləcək yeni mənzilin sahəsini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab etmşdir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə - sökülmüş mənzillərin sahələrindən 20 faiz artı q sahəli mənzillər təklif olunması ilə bağlıdır. Cavabdehlərə fərdi yaşayış evinin əvəzi olaraq, həmin evin ekspert rəyi ilə müəyyən olunmuş sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil ilə təmin edilməlidir.

29. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehlərə məxsus 217,4 kvm ümumi sahəsi olan tikilinin sökülməsi ilə bağlı onlara pul formasında deyil, natura şəklində 260,88 kvm sahəyə malik təmirli mənzil verilməsi ədalətli kompensasiyadır. İddiaçı natura şəklində kompensasiya ödəməklə cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin sahəsindən 20% artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada təmirli mənzili onların mülkiyyətinə verir. İddiaçının şəhərin müasir tələbinə cavab verməyən cavabdehə məxsus fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 20 faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaradır.

30. Cavabdehin narazı qaldığı əsas məsələlərdən biri də həyətyanı torpaq sahəsinə görə kompensasiya ödənilməməsindəndir. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi ilə mübahisəli evə aid həyətyanı torpaq sahəsinin ümumi sahəsinin 130 kvm olduğu müəyyən edilsə də, cavabdehlər həmin torpaq sah əsinin hər hansı hüquqla (mülkiyyət, icarə və s.) onlara məxsus olduğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Ona görə də həmin həyətyanı torpaq sahəsinin veriləcək yeni mənzilin sahəsinə daxil edilməsi və yaxud onun əvəzinin (dəyərinin) pul kompensasiyası şəklində ödənilməsi üçün hüquqi əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 152.1, 152.6, 180.1, 180.2. 180.4, 560.1, 560.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh3 (Vəkil2 Cəlal oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdırki, məhkəmə qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, cavabdeh öz hüququndan sui istifadə edir. Lakin cavabdehin mülkiyyətini müdafiəsi yönündə etdiyi hərəkətlər və Konstitusion hüqunun müdafiəsini tələb etməsi məhkəmə tərəfindən hüququndan sui-istifadə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Qanunun tələbinə baxdıqda belə aydın olur ki, Dövlət Ehtiyacları üçün həmin sahə tələb edildikdə yalnız onun dəyəri ədalətli şəkildə ödənilən zaman cavabdehin mülkiyyət hüququ məhdudlaşdırıla bilərdi. Ancaq iş materialların baxdıq belə bir hal məlum olmur və hüquqi şəxsin yəni iddiaçının mə nafeyi mülkiyyətçidən üstün tutularaq mülki işə hüquqi qiymət verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

36. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istif adə edilməsi yolverilməzdir.

38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 tərəfindən bütövlükdə mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin sökülən evin müqabilində Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsinin 260,88 kv.m müəyyən etsə də, işdə cavabdehə təklif edilən mənzilin yerləşdiyi yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə 260,88 kv.m sahəsi olan mənzilin olmasını müəyyən etmək mümkün deyildir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsi, hansı nömrəli mənzil olmasının dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də cavabde hə 260,88 kv.m sahəsi olan qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.

50. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbayc an Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun ol sun.

52. Həmçinin həmin qərarın 8 və 10-cu bəndlərində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstərilməlidir.

53. Hazırkı halda qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı mərtəbədə, hansı girişdə, neçənci mərtəbədə, neçə otaqlı mənzilin təklif etməsi dəqiqləşdirilməli, mənzilin y erləşdiyi binanın yeri, layihəsi, mənzilin planı və s. bu kimi halları araşdıraraq iddiaya qiymət verməli, cavabdehin mülkiyyət hüquqlarının qorunmasını təmin etməlidir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(103)411/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar