Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3296/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin ləğv edilməsi, əmlakın qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı əqdin etibarsız hesab edilməsi, əmlakın qaytarılması, maddi və mənəvi ziyan tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1350/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa ediləcək binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.
3. Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır.
4. İddiaçı Bakı şəhəri Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən 28 noyabr 2011-ci il tarixdə ver ilmiş Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazisində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir.
5. Cavabdeh2 Bakı şəhəri 19 saylı Notariat Kontorunda yazılmış xx.xx.2014-cü il tarixli ərizəsi ilə, o, İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin satılmasına etiraz etməmişdir.
6. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya xx.xx.2017-ci il tarixdə ünvanlanmış ərizəyə əsasən, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilindən imtina edir, mənzilə dair bağladığı müqaviləyə xitam verilməsini xahiş edir və gələcəkdə heç bir iddia və tələbinin olmayacağına təminat verir. Ərizəni onun adından etibarnamə ilə Cavabdeh3 imzalamışdır.
7. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzili xx.xx.2017-ci il tarixdə iddiaçının və Cav abdeh2 ərizəsinə əsasən, Cavabdeh4 adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 "mənzildən imtina” kimi sərəncam hərəkətindən ibarət olan əqdin etibarsız hesab edilməsi, cavabdeh "Şərur” MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilməsi, "xxxx" MTK ilə Kooperativ mənzilin tikintisi haqqında müqavilə üzrə aldığı, ünvan 3 ünvanında yerləşən 204 nömrəli mənzilin ona qaytarılması, mənzilinin onun xəbəri olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş 10000 (on min) manat məbləğində m ənəvi ziyanın Cavabdeh2 alınaraq ona verilməsi, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 3 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günki dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin 5-ci bəndinə düzəliş etmiş, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kooperativ mənzil tikintisi h aqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 3 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günki dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)344/2021 saylı qətnaməsi ilə (Hakim: Ramilə Xəzri) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 65000 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərə k, qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 2(103)-5339/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)-344/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
14. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassa siya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: V.Həsənov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov, İ.Şəfiyev) xx.xx.2021-ci il tarixli, 2(102)6150/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddia tələbinin dəqiqləşməsinə dair ərizədən məlumatsız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddianın dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi xx.xx.2021-ci il tarixli protokolda qeyd edilmiş və müvafiq olaraq tərəflərə təqdim o lunması qərara alınmışdır. Lakin həmin iclasda cavabdeh iştirak etməmiş və ərizənin cavabdehə göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla yanaşı qeyd edilmişdir ki, 01 mart 2021-ci il tarixli iclasda yalnız Cavabdeh2 iştirak etmiş, həmin iclasda iştirak edən vəkil isə Cavabdeh2 deyil, Cavabdeh3 nümayəndəsi və vəkili olan Vəkil2 olmuşdur. Həmin iclasda da ərizənin cavabdehə rəsmi olaraq təqdim olunması müəyyən edilmir. Bu halda cavabdehin ərizənin verilməsindən və onun məzmunundan onun məlumatlı olması aşkar olaraq müəyyən olunmur.
17. Bundan başqa məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Cavabdeh3 ona verdiyi 65000 manatı Jaləyə verdiyini və sonuncunun da həmin pulu anasının evinə aparmasını Cavabdeh2 sübut etməli olduğu ilə bağlı mövqe yinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 65000 manat məbləğində pulun qaytarılmalı olmasında Cavabdeh2 məsuliyyətini müəyyən edərkən həm iddiaçının izahatına, həm də şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsinə istinad etmişdir. İddiaçının izahatlarında əsaslı dəyişikliyin olması müəyyən olunsa da Cavabdeh3 izahatında ziddiyyətli halların olması nəzərə alınmamış, şahidin ifadələri arasında ziddiyyətlərin yaranma səbəbləri aydınlaşdırılmamışdır.
18. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halı odur ki, İddiaçı məxsus olan mənzil 2014-cü ilin noyabr ayında satılmış, 2020-ci ilədək tərəflər rəsmi nikah münasibətlərində olmaqla birgə yaşamış və həmin müddət ərzində iddiaçının hazırkı tələblə çıxış etməməsinin səbəbləri, vəsaitin birgə nika h dövründə ailənin ümumi xərclərinə sərf edilməsi aydınlaşdırılmamış qalmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 2(103)-1350/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunm ası hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı pul tələbi ilə bağlı hissədə təmin edərkən qeyd etmişdir ki, mənzilin dəyəri olan 65000 manat pul Cavabdeh2 tədqim edilmiş və bu hal təsdiqini tapmışdır. Cavabdeh2 həmin pul vəsaitini təhvil aldığını etiraf edərək, keçmiş həyat yoldaşı olan iddiaçıya pulları verdiyini bildirmişdir. Lakin cavabdeh pulları iddiaçıya təqdim etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən alınaraq iddiaçıya təqdim olunmamış 65000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi xx.xx.2021-ci il tarixli iclas protokolunda qeyd edilmiş və müvafiq olaraq tərəflərə təqdim olunması qərara alınmışdır. Lakin həmin iclasda Cavabdeh2 iştirak etməmiş və ərizənin cavabdehə göndərilməsi ilə bağlı iş materiallarında hər hansı süb ut mövcud deyildir. Bununla yanaşı qeyd edilmişdir ki, 01 mart 2021-ci il tarixli iclasda yalnız Cavabdeh2 iştirak etmiş, həmin iclasda da ərizənin ona rəsmi olaraq təqdim olunması müəyyən edilmir. Yalnız həmin prosesdə iddiaçı öz izahatında 83.610 manat pulun Cavabdeh2 da tələb etdiyini bildirmişdir.
24. Mülki Prosessual Məcəllənin 168.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə iddianın dəqiqləşdirilməsinə dair ərizəni Cavabdeh2 rəsmi qaydada göndərmədiyi və ya məhkəmə iclasında təqdim etmədiyi üçün prosessual pozuntuya yol vermişdir.
26. Bund an başqa, iddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2la evli olduqları vaxt, sonuncu mübahisəli evi banka qoyub bankdan pul götürərək öz biznesi üçün xərcləməyi təklif etmişdir. Lakin evin lazımı sənədləri olmamışdır. Evin sənədlərini düzəltmək üçün Ehtiram Kərimova etibarnamə vermişdir. Onlar heç vaxt maşında Ehtiram Kərimovla görüşməmiş, sonuncu onlara hər hansı bir məbləğdə pul verməmişdir.
27. Cavabdeh2 isə verdiyi izahatında bildirmişdir ki, “...həmin vaxt maşında Etiram ona 65000 manat pulu sayıb vermiş və o da pulu Jaləyə verib, aparıb iddiaçını anasıgilə qoymuşdur. Pullar Jalədə qalmışdır...”
28. Cavabdeh Ehtiram Kərimov birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, “...o, Cavabdeh2 65000 manat vermişdir. Elçin həyat yoldaşı Jalə ilə gəlmiş, o nlar hamısı notariusun yanında maşında pulu sayıb Elçinə vermişlər...”
29. Birinci apellyasiya baxışında isə cavabdeh Ehtiram Kərimov verdiyi izahatında bildirmişdir ki, “...notariusun qabağında maşında Elçin, o və Jalə olmuşlar. Pulu o, maşında sayıb Elçinə vermişdir. Elçin də pulu yoldaşına vermişdir...”
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh Ehtiram Kərimovun verdiyi izahatlarında ziddiyyətlər mövcud deyil, və o, sonuncu verdiyi izahatla əvvəlki verdiyi izahatı tamamlamış və daha da dəqiqləşdirmişdir.
31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya məxsus mənzil 2014-cü ildə satılmış və tərəflər 2020-ci il tarixədək rəsmi nikahda olmuş və həmin tarixədək iddiaçı hazırki tələblə çıxış etməmiş, yalnız nikahları pozulduqdan sonra məhkəməyə müraciət etmişdir.
32. Məhkəm ə kollegiyası hesab etmişdir ki, keçən 6 il ərzində mənzilin satışından əldə olunmuş pul vəsaitinin ailə ehtiyaclarına sərf olunmaması inandırıcı olmamaqla sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir. Bundan başqa ailə üzvü olaraq daşınmaz əmlakın müqəddəratı barədə hər hansı bir məlumatın olmamasını da kollegiya inandırıcı hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, y axud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tər əf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 168.1 Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1350/2022nömrəli mülki iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.