Məhkəmə qərarları › İş №2(102)-3296/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3296/2023

13.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3296/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "X12" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, kommersiya sirri, bank sirri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(103) -3191/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-nin (bundan sonra – cavabdeh və ya bank) “Mərdəkan” filialına “mikromaliyyələşdirmə üzrə baş mütəxəssis” vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə “10 saylı (Əhmədli)” filialının “mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi” vəzifəsinə, xx.xx.2021-ci il tarixdə “10 saylı” (Əhmədli) filialının “mikromaliyyələşdirmə üzrə qrup rəhbəri” vəzifəsinə keçirilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli, 1787-K/10 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləs inə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdən etibarən 3 ay sınaq müddəti müəyyən olunmaqla “X12”nın “Mərdəkan” filialına mikromaliyyələşdirmə üzrə mütəxəssis vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən “X12”nın “Xalqlar dostluğu” filialının mikromaliyyələşdi rmə üzrə mütəxəssisi vəzifəsinə keçid etmişdir. xx.xx.2016-cı il tarixdən isə “X12”nın “10 saylı (Əhmədli)” filialının gecikmədə olan mikro kreditlərin yığımı üzrə mütəxəssisi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən mikro kreditlər yığımı departamentinin Bakı-Abşeron şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra o, xx.xx.2017-ci il tarixdən mikro kreditlərin yığımı departamentinin BakıAbşeron şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən “19 saylı” (Bakıxanov) filialının mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı “19 saylı” (Bakıxanov) filialın mikromaliyyələşdirmə üzrə aparıcı mütəxəssisi kimi xx.xx.2018-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə o, "xxxx" QSC-də “mikro və pərakəndə müştərilər üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdən etibarən 3 ay sınaq müddəti olmaqla cavabdeh Bankın “Mərdəkan” filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdən “10 saylı (Əhmədli)” filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə, xx.xx.2021-ci il tarixdə həmin filialın mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bank iddiaçının xaric olunmasına səbəb kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini göstərmişdir. İddiaçı bu günə qədər bir neçə yerdə və fərqli vəzifələrdə işləmişdir. Bu günə qədər işlədiyi heç bir yerdən onun öz iş öhdəliklərini yerinə yetirməməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. İddiaçının işdən çıxarılması barədə əmr əsaslandırılmamış və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməmiş, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmamışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür, ailəlidir və himayəsində üç azyaşlı övladı vardır. Ailənin yeganə işləyən üzv üdür.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən bankdaxili korporativ sənədlərin tələblərinin pozulması ilə nəticələnmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə bankın Əcəmi filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X11 ilə əlaqə saxlamış və ondan sistem kodunu verərək bank sirri təşkil edən müştəri məlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X3 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının elektron poçt ünvanına - Elektron ünvan göndərməsini xahiş etmiş, bu zaman Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmadan həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuş və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından iddiaçının elektron poçt ünvanına göndərilmişdir. Adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar iddiaçıya münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır.

7. Mülki işin materiallarında olan cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli 28 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı “Mərdəkan” filialına “mikromaliyyələşdirmə üzrə 1-ci dərəcəli mütəxəssis” vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 6 ay müddətinə bağlanmış, 3 ay sınaq müddəti tətbiq olunmuşdur. Əmək müqaviləsinin 7.1, 7.1.6-cı bəndindən görünür ki, işçi üzərinə işəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X17 Qaydalarına, Davranış Məcəlləsinə və s. və ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək barədə öhdəlik götürmüşdür. Əmək müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki, işçi b ununla razılaşır ki, onun tərəfindən bu əmək müqaviləsində və xüsusilə maddə 7də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizamı qaydalarının pozulması və ya digər şəkildə işəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də işçinin öhdəliklərinin icra edilməməsi sayılaraq maddə 10.4-ün müddəalarının tətbiqi ilə nəticələnir. Əmək müqaviləsinin 9-cu bəndi məxfilik barədə işçinin öhdəliklərini, 10-cu bəndi isə müqavilənin xitamı hallarını təsbit etmişdir.

8. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə “Mərdəkan” filialına mikromaliyyə ləşdirmə üzrə 1-ci dərəcəli mütəxəssis vəzifəsinə qəbul edilmişdir.

9. Mülki işin materiallarında olan Bankın “Etik və peşəkar davranış” Məcəlləsinin (xx.xx.2021-ci il tarixli versiya) 2.6.5-2.6.6-cı yarımbəndlərində göstərilmişdir ki, işçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquqmühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir.

10. Mülki işin material larında olan Bankın “İntizam” Qaydalarının (xx.xx.2021-ci il tarixli versiya) 2.2.1-ci yarımbəndindən görünür ki, işəgötürən Azərbaycan Respublikasının əmək qanunverciliyini və bankdaxili korporativ aktları pozan, vəzifəsinin icrası zamanı ciddi nöqsan və diqqətsizliyə yol verən hər bir işçi barəsində intizam tənbehi tədbiri ilə bağlı qərar qəbul edə bilər.

11. Mülki işin materiallarında olan Bankın “İntizam” Qaydalarına (xx.xx.2021-ci il tarixli versiya) Əlavə 1 – intizam xətaları və onlara görə tətbiq edilən intizam tədbirləri haqqında Təlimat cədvəlinin 12, 13 və 18-ci bəndlərində göstərilmişdir ki, login və şifrənin digər əməkdaşa və ya kənar şəxsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması, məxfi məlumatların e-mail və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılm ası (16cı bənddə qeyd olunanlar istisna olmaqla) informasiya təhlükəsizliyinə, kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək, məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olmasa belə məxfi məlumatları bankdan çıxarmaq və ya açıqlamaq isə məxfilik və işəgötürənin nüfuzuna xələl gətirən yüksək dərəcəli pozuntu kimi qeyd edilmişdir.

12. Mülki işin materiallarında olan Bankın İnsan kapitalının idarə edilməsi Departamentinin direktoru, İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru, Təhlükəsizlik Departamentinin direktoru və Hüquq və təşkilati işlər Departamentinin Direktoru tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli işin nəticələrinə dair arayışdan görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhb əri iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən bankdaxili korporativ sənədlərin tələblərinin pozulması ilə nəticələnmişdir. Baş vermiş hadisənin faktiki və hüquqi tərəfləri barədə məlumat aşağıdakı kimidir: İddiaçı xx.xx.2022-ci il tarixində “Əcəmi” filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssisi X11 ilə əlaqə saxlamış və ondan sistem kodunu verərək bank sirri təşkil edən müməlumatlarını 10 saylı filialın digər əməkdaşı olan X3 göndərməsini xahiş etmişdir. İddiaçı daha sonra Leyla Ağamirzəyeva ilə əlaqə saxlayaraq ona göndərilmiş məlumatları həyat yoldaşının Elektron ünvan elektron poçt ünvanına göndərməsini xahiş etmişdir. Leyla Ağamirzəyeva məlumatların məzmununa baxmad an həmin xahişi yerinə yetirmiş və məlumatları həmin elektron poçt ünvanına göndərmişdir (göndərilən məlumatların siyahısı arayışa əlavə olunur). Araşdırma zamanı məlum olmuşdur ki, göndərilmiş məlumatlar 844 müştəri barədə məlumatı əhatə edən bank sirri məlumatları olmuşdur və daha sonra həmin məlumatlar həyat yoldaşının elektron poçt ünvanından İddiaçı elektron poçt ünvanına göndərilmişdir. Bank sirrini təşkil edən məlumatların yayılmasından xəbər tutan kimi, bankdaxili qaydaların (Bankın “İntizam” Qaydaları) tələblərinə müvafiq olaraq filialın müdiri Rəşad Hətəmov tərəfindən dərhal lazımi tədbirlərin görülməsinə başlanılmış, xidməti məlumat tərtib edilərək pozuntu barədə İnsan kapitalının idarə edilməsi Departamentinin Biznes Partnyorluq Şöbəsinə məlumat verilmiş, Şöbə tərəfindən məsələ nin araşdırılmasına başlanılmış və Bankın Təhlükəsizlik Departamentinin iştirakı ilə iddiaçı, Kamal Rüstəmli və Leyla Ağamirzəyevanın hadisə barədə izahatlarının alınması təmin edilmişdir. Adları qeyd olunmuş şəxslərdən alınmış izahatlar bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş və zəruri tədbirlərin görülməsini labüd etmişdir. Bank sirri təşkil edən məlumatların qorunmasının zəruriliyi nəzərə alınaraq, həm Bankın əməkdaşları ilə imzalanan əmək müqaviləsində, həm də bankdaxili korporativ sənədlərdə həmin məlumatların qorunması öhdəliyi, öhdəliyin pozulması halında görülməli olan tədbirlər və həmin öhdəliklər pozulduğu halda Bankın malik olduğu hüquqlar ətraflı şəkildə tənzimlənir. Bankın “İntizam” Qaydalarına əsasən “Login və şifrənin digər əməkdaşa və ya kənar şə xsə ötürülməsi və ya müxtəlif kanallarla sızdırılması”, “Məxfi məlumatların email və ya digər kanallarla Bankdan kənara göndərilməsi/sızdırılması”, “Kommersiya və ya ticarət sirrini yaymaq, bu sirri qorumamaq, ifşa etmək və məlumatların məxfiliyi qaydalarına əməl etməmək, vəzifəsi ilə əlaqədar olması belə məxfi məlumatları Bankdan çıxarmaq və ya açıqlamaq”, “Əmək fəaliyyəti dövründə yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, Bankın və ya mülkiyyətçinin qanuni mənafeyinə, Bankın imicinə və nüfuzuna cidd xələl gətirmək” kimi pozuntuların törədilməsi Banka onun tərəfindən Qaydalarda qeyd olunmuş müvafiq intizam tənbehinin tətbiq olunması hüququ yaradır. Qaydalara əsasən intizam tədbiri tətbiq edilərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi v ə onun törətdiyi xətanın xarakterini nəzərə alaraq Qaydalarda qeyd olunanlardan fərqli intizam tədbirinin tətbiq edilməsi barədə qərar (əmr) qəbul edilə bilər. "xxxx" X18 Səhmdar Cəmiyyətinin “Etik və peşəkar davranış” Məcəlləsinə əsasən Bank işçiləri tərəfindən Bankın maddi və intellektual resusrlarından şəxsi məqsədlər üçün istifadə edilməsinə yol verilmir. İstehsalat, kommersiya və ya dövlət sirinin qəsdən yayılması və yaxud bu sirrin qorunması üzrə öhdəlikləri yerinə yetirməmək, habelə iş vaxtı bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibli ictimai-təhkükəli hərəkətlərə yol vermək işçi tərəfindən əmək öhdəliklərinin kobud şəkildə pozulması halları hesab edilir. İşçilərdən heç biri iş və ya qeyri-iş saatlarında Bankın və ya onun müştərilərinin işgüzar yazışması, hesabları və ya əməliyyatları üzrə məxfi informasiyadan, eləcə də işlə bağlı istənilən məlumatdan öz şəxsi maliyyə mənafeyi üçün istifadə etmək hüququna malik deyildir. Heç bir işçi müştəriyə aid olan məlumatı, bu kimi informasiyanın yerli məhkəmə, hüquqmühafizə və ya vergi orqanlarına təqdim edilməsinin tələb olunduğu hallar istisna olmaqla, müştərinin özünün yazılı razılığı olmadan üçüncü şəxs üçün açıqlamaq hüququna malik deyildir. Hər bir işçi müştəri məlumatlarının və təşkilat sirlərin məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır. İddiaçı ilə bank arasında imzalanmış xx.xx.2018- ci il tarixli 28 saylı əmək müqaviləsinin 7-ci maddəsində isə qeyd olunmuşdur ki, işəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X17 Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi d avranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və o cümlədən bununla məhdudlaşmadan bank qanunverciliyinə riayət etmək işçinin öhdəliklərinə daxildir. Habelə əmək müqaviləsinin 7.4-cü maddəsində qeyd olunmuşdur ki, işçi bununla razılaşır ki, onun tərəfindən əmək müqaviləsində və xüsusilə maddə 7-də nəzərdə tutulmuş hər hansı öhdəliklərin pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə işəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də işçinin öhdəliklərinin icra edilməməsi sayılaraq maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. Qanunvericiliyin, ban kdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar iddiaçıya münasibətdə bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır.

13. Mülki işin materiallarında olan Bankın 10 saylı filialının X16 xx.xx.2022-ci il tarixində İnsan kapitalının idarə edilməsi Departamentinin Biznes partnyorluğu şöbəsinə ünvanladığı xidməti məlumatdan görünür ki, öz ərizələri ilə işdən azad olunmaları ilə əlaqədar olaraq banka aid sənədləri və əşyaları təhvil vermək məqsədilə 10 saylı filialın mikromaliyyələşdirmə üzrə qrup rəhbəri iddiaçı və mikromaliyyələşdirmə üzrə mütəxəssisi X4 xx.xx.2022-ci il tarixində onun otağına yaxınlaşmışlar. Baş ofisdən gələn e-mailə əsasən iddi açını əvəz edən Mikromaliyyələşdirmə biznesi Departament Mikrokreditlərin təhlili şöbəsinin eksperti X9 iddiaçı və Xəyaldan bankın inventarına aid olan əşyaları (mobil telefon, planşet və s.) təhvil almalı idi. Otaqda təhviltəslim prosesinin necə həyata keçiriləcəyi barədə qısa müzakirə aparıb adları qeyd olunan əməkdaşlara yalnız aid olan şəxsi əşyalarını götürə biləcəklərini bildirmişdir. Hər üç şəxs otağı tərk edib təhvil-təslim prosesinə başladılar. Təhvil-təslim prosesi zamanı Rəşad Hətəmovun elektron-poçt ünvanına İnformasiya Təhlükəsizliyi Departamentindən məlumat daxil olmuş və həmin məlumatda səhər saatlarında Əcəmi filialının mikromaliyyələşdirmə üzrə kiçik mütəxəssis X11 tərəfindən 10 saylı filialın korporativ xidmətlər üzrə aparıcı mütəxəssisi X3 excel formatında sənədi göndərd iyi, sonuncunun isə həmin sənədi banka aid olmayan kənar emailə göndərdiyi bildirilmişdir. Həmin sənəd Rəşad Hətəmov tərəfindən açıldıqda məlum olmuşdur ki, sənəd 800-dən çox mikro müştərisini əhatə edən siyahıdır. Məsələ ilə bağlı Leyla Ağamirzəyeva ilə aparılmış danışıqlar nəticəsində məlum olmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixində saat 09:12-də whatsapp vasitəsilə öz e-mailinin yaddaşının dolduğunu, buna görə də digər filialdan Kamalın ona (Leylaya) göndərəcəyi sənədi Elektron ünvan mail ünvanına göndərməsini Leyladan xahiş etmişdir. Məsələni araşdırmaq məqsədilə Rəşad Hətəmov təhvil-təslim prosesini bitirmiş, Namiq Mehdiyev və iddiaçını xidməti otağına dəvət etmiş, iddiaçı ilə aparılmış söhbət zamanı məlum olmuşdur ki, o, xx.xx.2022-ci il tarixdə 08:00-09:00 saatlarında whatsapp vasitəsilə Kamala yazaraq bildirib ki, ona (Kamala) mikro müştərilərin bazasına daxil olmaq məqsədilə özünün istifadəçi adı və sifarişini verərək, ilk olaraq gecikməyə düşmüş mikro müştərilərin, daha sonra isə bütün mikro müştərilərin siyahısını excel formatında Leyla Ağamirzəyevaya göndərməsini istəyir. Kamal sənədi Leylaya, o isə öz növbəsində sənədi açmadan (Leylanın sözlərinə görə) iddiaçının bildirdiyi elektron poçt ünvanına göndərmişdir. Həmin ünvanın iddiaçının həyat yoldaşına məxsus olduğu və göndərilən sənədi idddiaçının öz emailinə göndərdiyi məlum olmuşdur. Bu zaman otaqda Rəşad Hətəmov, iddiaçı və Namiq var idi. Rəşad Hətəmov iddiaçıdan həyat yoldaşı ilə əlaqə saxlayıb məlumatların olduğu telefonu filiala gətirməsini xahiş etdikdən sonra iddiaçı həyat yoldaşını filiala çağırm ışdır. Rəşad Hətəmov həm onun, həm də həyat yoldaşının mobil telefonlarından müştəri məlumatlarını özündə əks etdirən sənədlərin həmin şəxslərin məlumatı olmaqla video müşayiət ilə silmiş, iddiaçı otağı tərk etmədən əvvəl onda banka aid olan sənədlər (təqib etdiyi müştərilərə verilmiş kreditlərlə bağlı siyahı, e-maillər, qeyd dəftərinə yazılmış müştəri məlumatları və s.) aşkar edilmiş və götürülmüşdür. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

14. Mülki işin materiallarında olan Bankın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 saylı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bunu nəzərə alaraq, əmək kitabçasını təhvil almaq üçün Banka (ünvan: Rəşid Behbudov 55) yaxınlaşması xahiş olunmuşdur.

15. Mülki işin materiallarında olan Bankın xx.xx.2022-ci il tarixli 549- Ü/10 saylı əmrindən görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan iddiaçıya xx.xx.2021-xx.xx.2023-cü il iş dövrü üçün xx.xx.2022ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək 15 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdən işə başlamalıdır.

16. Mülki işin materiallarında olan Bankın xx.xx.2022-ci il tarixli 595- Ü/10 saylı əmrindən görünür ki, bankın 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan iddiaçıya xx.xx.2022- xx. xx.2023-cü il iş dövrü üçün xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixinədək 1 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdən işə başlamalıdır.

17. Mülki işin materiallarında olan Bankın xx.xx.2022-ci il tarixli 1787- K/10 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Bankda 10 saylı (Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan işçi (iddiaçı) xx.xx.2022-ci il tarixdə özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, bank sirrini təşkil edən məlumatların qorunması rejiminin hüquqi tələblərini pozmuş və həmin hal qanunverciliyin, bankdaxili korporativ sənədlərin və Bank və İşçi arasında bağlanılmış əmək müqaviləsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məsələ ilə əlaqədar Bank dax ilində araşdırmalar aparılmış və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Həmçinin, bununla bağlı İşçi və digər əməkdaşlar tərəfindən verilmiş yazılı izahatlarda da sözügedən faktlar təsbit olunmuşdur. Bank və İşçi arasında bağlanılmış Əmək Müqaviləsinin 7-ci bəndində qeyd olunduğu kimi, İşəgötürən tərəfindən müəyyən edilmiş iş intizamı, daxili iş qaydaları, o cümlədən X17 Qaydalarına, Davranış Məcəlləsinə və digər ümumi davranış qaydalarına, bankdaxili korporativ aktlara riayət etmək, habelə Azərbaycan Respublikasının qanunverciliyinə, o cümlədən bununla məhdudlaşmadan bank qanunverciliyinə riayət etmək İşçinin öhdəliklərinə daxildir. Habelə, Əmək Müqaviləsinin 7.4-cü maddəsinə əsasən İşçi onun tərəfindən Əmək Müqaviləsində və xüsusilə 7-ci maddədə nəzərdə tutulmuş hər hansı öhdəliklər in pozulması iş yerində normal iş ahənginin və ya normal işgüzar prosesinin, əmək və icra intizam qaydalarının pozulması və ya digər şəkildə İşəgötürənin, onun müştərilərinin və ya iş yoldaşlarının maraqlarına zərər yetirir və buna görə də İşçinin öhdəliklərinin icra edilməməsi sayılaraq Maddə 10.4-ün tətbiqi ilə, yəni əmək müqaviləsinin xitam olunması ilə nəticələnir. İşçi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin, Bankın “İntizam Qaydaları”nın və “Etik və peşəkar davranış” Məcəlləsinin tələblərini pozmuş, Əmək Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və Bankın qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Qeyd olunanları nəzərə alaraq və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərini rəhbər tutaraq, 10 saylı ( Əhmədli) filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, “işçi özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsası ilə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin surəti, işçinin əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla) işçiyə təqdim edilmiş, əmrdən irəli gələn məsələlərin həllinin İnsan kapitalının idarə edilməsi Departamentinə tapşırılması əmr edilmişdir. Əmrin əsasını iddiaçının xx.xx.2022-ci il tarixli izahatı, Bankın əməkdaşları X6 və X2 xx.xx.2022-ci il tarixli izahatları, 10 saylı (Əhmədli) filialın X16 xx.xx.2022-ci il tarixli “Xidməti Məlumat”a dair sənədi, “İşin nəticələrinə dair” xx.xx.2022-ci il tarixli Arayış təşkil etmişdir.

18. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Bank tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 1787-K/10 saylı, xx.xx.2022-ci il tarixli əmr əsasında “70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir.

19. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 10-13 nömrəli qeydlərdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli əmrə əsasən 02 iyul 2018-ci il tarixdən eti barən 3 ay sınaq müddəti müəyyən olmaqla Mərdəkan filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli 169-K nömrəli əmrə əsasən 10 saylı Əhmədli filialının mikromaliyyələşdirmə üzrə baş mütəxəssisi vəzifəsinə, xx.xx.2021-ci il tarixli 413-K nömrəli əmrə əsasən “10 saylı (Əhmədli)” filialının mikromaliyyələşdirmə üzrə qrup rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 1787-K nömrəli əmrə əsasən “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, “İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi” səbəbi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

20. Mülki işin materiallarında olan Mediasiya Şurası Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli MŞB-18-00148 nömrəli i lkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının cavabdehə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbi üzrə mediasiya işi ilə bağlı 15 dekabr 2022-ci il tarixə, saat 17:30-a Sumqayıt şəhəri Sülh küçəsi (məhkəmə kompleksinin yanında yerləşən) 60A saylı bina, 2-ci mərtəbə, 21-ci otaq ünvanında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi Vəkil1 iştirak etmiş, cavabdehə ilkin mediasiya sessiyası barədə xx.xx.2022-ci il tarixdə göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə çatdırılmış, lakin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir.

21. Mülki işin materiallarında olan Bankın sosial şə bəkələrdə davranış qaydalarının informasiya təhlükəsizliyinin qorunması haqqında öhdəlik adlı bölməsinin 4-cü bəndindən görünür ki, iddiaçı xx.xx.2018-ci ildə öz imzası ilə təsdiq etmişdir ki, Bankın daxilində şəxsi poçt ünvanından istifadə etməyəcək, Bankdan kənarda şəxsi poçt ünvanından istifadə edərkən xidməti məlumatları kənar şəxsə göndərməyəcək.

22. Mülki işin materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Kamal Rüstəmlinin və Leyla Ağamirzəyevanın, xx.xx.2022-ci il tarixdə isə iddiaçı izahatları alınmışdır. İddiaçının izahatı ilə təsdiq olunur ki, o, müştərilər barədə olan məlumatların toplandığı kredit portfelini götürmüşdür.

23. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 mart 2023-cü il tarixli, 2(006) -1008/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh banka məxsus müəyyən istifadəçi adı və şifrə ilə daxil oluna bilən sistemdən qanunla qorunan məlumatlar hesab edilən 844 müştərinin məlumatlarını əhatə edən elektron faylın digər işçilərin etibarından sui-istifadə edərək korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərilməsinə səbəb olması, həmin elektron məlumatlarla yanaşı, müştərilərə dair məlumatların əks olunduğu dəftərləri başqa işə girərkən təqdim etməsi məqsədilə götürməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ ondan ibarətdir ki, bankdan götürülən məlumatlar qanunla qorunan sirr deyildir, iddiaçı həmin məlumatları yaymamış və ya məlumatların yayılmasına şərait yaratmamış, cavabdehə isə bunun nəticəsində hər hansı məbləğdə ziyan dəyməmişdir. Buna görə də iddiaçı tərəf hesab edir ki, cavabdehin iddiaçının bu əməli nəticəsində onu işdən azad etməsi barəsində əmri qanunazidd olmaqla törətdiyi əmələ görə iddaçının işdən azad edilməsi nəticə etibarilə adekvat olmamış, həmçinin, onun qanunla qorunan əmək hüquqlarını pozmuşdur.

25. Qeyd olunanlarla bağlı məhkəmə vurğulamışdır ki, işin mübahisəsiz halını təşkil edən müştərilərə məxsus məlumatların iddiaçı tərəfindən götürülməsi faktı onunla cavabdeh arasında olan əmək müqaviləsinin müvafiq bəndlərinin, cavabdehin öz işçilərinə aşıladığı “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın müvafiq yarımbəndlərinin kobud şəkildə pozulması, eyni zamanda, “İntizam” Qaydalarına əlavə edilmiş Təlimatda göstərilən yüksək dərəcəli pozuntuların iddiaçı tərəfindən törədilməsi ilə nəticələnmiş, beləliklə, cavabdehi həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur. Belə ki, kommersiya sahibi olan cavabdeh bank iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatla rının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

27. Bununla da iddiaçının götürdüyü məlumatların qanunla mühafizə edilən sirlərin siyahısına aid olmaması və həmin məlumatların yayılmaması, habelə, yayılmasına onun tərəfindən şərait yaradılmaması, cavabdehə ziyan dəyməməsi barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən əsassız hesab olunmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının götürdüyü məlumatlar cavabdehin kommersiya sirrini təşkil edir, kommersiya sirri isə həm qanunvericiliklə, həm də cavabdehin qəbul etdiyi müvafiq sənədlərlə qorunur. Məlumatların yayılması və ya yayılmasına iddiaçı tərəfindən şəraitin yaradılması halı tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmədiyi kimi, təkzib də edilmir (iddiaçının həyat yoldaşının şəxsi elektron poçt ünvanına göndərilməsi nəzərə alınmalıdır), buna görə də işin mübahisəli halını təşkil edir. Cavabdehə ziyan vurulması halı hazırkı vaxtda mövcud olmasa da, gələcəkdə cavabdehə ziyan vurulma riskinin mövcud olması istisna olunmur. Hazırkı situasiyada məhkəmənin iddiaçının gətirdiyi dəlillərə əsaslanaraq onun əməlini kobud pozuntu hesab etməməsi, cavabdehin əmrini qanunsuz hesab edərək ləğv etməsi ədalət balansının, işçilər tərəfindən iş yerlərində olan məlumatların məxfiliyinin qanunla müəyyən edilmiş qorunma qaydalarının rahatlıqla pozulması və buna görə heç bir cəza almaması ilə nəticələnə, gələcəkdə belə halların artmasına məhkəmə tərəfindən rəvac verilməsi kimi qiymətləndirilə bilər.

28. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur. Əmrin verilməsi və rəsmiləşdirilməsi prosesində, habelə əmrin məzmununda əmək qanunvericiliyinin tələblərini pozan, qanunazidd hesab oluna bilən hal aşkar edilməmişdir.

29. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddia rədd edilməlidir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

30. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 10-cu maddəsinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “d” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsinə, 199-cu maddəsinin “c” və “e” bəndlərinə, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0, 2.0.1, 2.0. 3-2.0.4, 2.0.7-ci, 4.2-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 41.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 967.1-967.3cü maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslan dırılmışdır ki, cavabdehin etirazında bir halda bank sirri təşkil edən məlumatların yayılmasına şərait yaratmış ifadəsindən, digər halda isə bank sirrini təşkil edən məlumatların yayılması faktını sübut etmiş ifadəsindən istifadə olunmuşdur. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanmış suallara verilən cavablardan aydın olmuşdur ki, iddiaçının əldə etdiyi informasiyaları yayması, həmin informasiyadan hər hansı formada istifadə etməsi və bunun nəticəsində banka hər hansı formada ziyan dəyməsi barədə heç bir məlumat yoxdur. Hətta onun həyat yoldaşının e-mail adresinə göndərilmiş materiallar bank işçilərinin gözü qarşısında silinmişdir. Lakin bank ehtimal edir ki, məlumatlar silinənədək iddiaçı onları başqa yerdə saxlaya və gələcəkdə həmin informasiyaları yaya bilər ki, nət icədə banka hansısa formada ziyan dəyməsi mümkündür. Sual-cavab əsnasında işin müəyyən olunan faktiki hallarından biri də ondan ibarətdir ki, iddiaçı bankın sirr hesab etdiyi məlumatları qoruyub saxlamağa borclu olan şəxs deyildir, həmin məlumatların əldə olunmasında ona kömək etmiş şəxslər X11 və X5 onun tabeçiliyində olan işçilər deyillər. Həmin şəxslərə münasibətdə, hətta sonuncunun həmin məlumatları qoruyub saxlamaq öhdəliyi olmasına baxmayaraq, daha yüngül intizam tənbeh tədbiri tətbiq olunmuş və həmin şəxslər bankda əvvəlki vəzifələrində əmək fəaliyyətinə davam etmişlər. Digər bir məsələ, bank sirri anlayışının dəqiq müəyyən edilməsidir. Cavabdeh tərəf iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatlar olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, işçi yalnız qanunla və əmək müqaviləsində qeyd edilmiş əsaslarla işdən çıxarıla bilər. Vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərini yerinə yetirməməsi işçinin işdən çıxarılması üçün əsas deyildir. İddiaçının işdən azad edilməsi barədə əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmamışdır. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanan suallara verilən cavablardan da aydın olur ki, onlar bunu eh timal edirlər. İşçinin işdən azad edilməsi ehtimallara deyil, dəqiq, qərəzsiz faktlara əsaslanmalıdır. Əmək Məcəlləsi əmək müqaviləsinin ehtimallar əsasında ləğv edilməsini qadağan edir. Bu konstitusion əmək hüququnun pozuntusudur. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, onları səhv təfsir etmişdir.

33. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, ilk növbədə məhkəmənin iddiaçının cavabdehin kommersiya sirrini yayması ilə bağlı yanaşması qanunauyğun deyil, belə ki, hadisədə sirrin yayılması faktı yoxdur. İddiaçı müştəri məlumatlarını sadəcə özünə məxsus başqa bir elektron mail ünvanına göndərib, məlumatları yaymayıb. Qeyd olunan məlumatlar iddiaçının özünə məlum olan və qanuni əsaslarla sahib olduğ u məlumatlardır. İddiaçının həmin məlumatları özünün e-mail ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır ki, hadisədə belə bir fakt yoxdur. Eləcə də, email ünvanının iddiaçının həyat yoldaşına aid olması faktı da məlumatların yayılması olaraq təfsir edilməməlidir. Çünki həmin e-mail ünvanı iddiaçı tərəfindən, evdə aktiv olaraq işlədilməyən telefonda “play market” tətbiqinin aktivləşdirilməsi məqsədilə yaradılmış və iddiaçının həyat yoldaşının istifadəsində olmamışdır. Ümumiyyətlə həyat yoldaşı Pərişan Salmanovaya bu məlumatlar lazım deyildi. O tamamilə başqa sektorda, Azərbaycan Milli Elmlər X7 adına X1 Əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Telefonun onun tərəfindən filiala gətirilməsinə səbəb isə həmin e-mail ünvanın aktiv olduğu telefonun evdə olması idi. Pərişan Salmanova şəxsi istifadəsi üçün başqa e-mail ünvandan istifadə edir. Məsələyə daha dərindən yanaşılsa, heç həmin məlumatlar iddiaçı tərəfindən də göndərilməyib. İddiaçının göndərmədiyi və dolayısı ilə də “yaymadığı” məlumata görə əmək müqaviləsinin ləğv edilməsi absurddur.

34. Məhkəmə “bank sirri” ilə “kommersiya sirri” anlayışlarını qarışdırır. Belə ki, bank sirrini yaymağa görə işəgötürənlərin işçilərlə əmək müqaviləsini ləğv etmək hüququ barəsində Əmək Məcəlləsində heç bir norma yoxdur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.5-ci maddəsindən də göründüyü kimi işçilərlə onların əmək müqaviləsinin ləğvi nəzərdə tutulmayıb. Bu baxımdan “bank sirrini yaymaq” anlayışının işçinin əmək müqaviləsinin ləğv edilməs i ilə heç bir əlaqəsi yoxdur və qətnamədə bu anlayışa istinad edilməsi qanunauyğun deyil. Məsələyə yalnız kommersiya sirri baxımından yanaşmaq lazımdır. Bundan əlavə, cavabdeh iddiaçının müştəri məlumatlarını e-mail ünvanına köçürməsi səbəbilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş, iddiaçı idarəyə dəvət edilərək dindirilmişdir. Lakin prokurorluq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar vermişdir. Yəni prokurorluq iddiaçının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 202-ci maddəsinin tərkibini görməmişdir.

35. Məhkəmə Əmrin qanuniliyini işəgötürənin daxili qaydalarının pozulması ilə əsaslandırır. Halbuki, Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə görə, “əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsasla rla və qaydada xitam verilə bilər”. Bu baxımdan cavabdehin qəbul etdiyi daxili tənzimləmələr olan “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın işçi tərəfindən pozulmasının cavabdehə əmək müqaviləsini ləğv etmək hüququnu verməsinin Məhkəmə tərəfindən tanınması tamamilə əsassızdır.

36. Məhkəmə iddiaçının əməlinin əmrdə bu bəndə istinad olunmadığı halda Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinin tələblərini pozduğunu bildirir. Halbuki Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi “işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” aydın şəkildə göstərilib və orada Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndində qeyd edilən əmək vəzifəsinin pozulmasına istinad olunmayıb. Məhkəmə bilməli idi ki, Əmək Məcəlləs inin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin 3 əsası müəyyənləşdirilib. Cavabdehin işçi ilə əmək müqaviləsini ləğv etməsini qeyd olunan əsaslardan 2-cisi ilə əsaslandırmasına baxmayaraq, məhkəmənin qeyd olunan əsaslardan 3-cüsünə istinad etməsi qanunauyğun deyil.

37. Həmçinin, cavabdeh əmri əsaslandırmamışdır. Belə ki, əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandırma hesab oluna bilməz. Ona görə də cavabdeh iddiaçının hansı öhdəliklərini və hansı formada yerinə yetirməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını Əmrin məzmununda göstərməli idi. Ancaq cavabdeh Əmrdə yalnız iddiaçının “bank sirrini təşkil edən məlumatların qorunması rejiminin hüquqi tələblər ini pozmuş” qeyd etməklə əsaslandırma tələbini yerinə yetirdiyini düşünür. Halbuki bu Əmrdə iddiaçının hansı hərəkətləri etməsi və bu hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əhatə dairəsinə girdiyini əsaslandırmalı idi. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən də cavabdehin İdarə heyətinin sədri iddiaçının davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Bundan başqa, iddiaçı çox peşəkar bir mütəxəssisdir. İşlədiyi müddət ərzində bir sıra vəzifə və şöbələrdə çalışmış, mikro və xırda sahibkarların kreditləşməsi üzrə qarşısına qoyulan hədəflərin icrasında daima yüksək nəticələr əldə etmiş, özünü bacarıqlı, işgüzar və savadlı bir əməkdaş kimi ta nıtmışdır. İş müddətində verilmiş mükafat və təltiflər bunları deməyə əsas verir. Həmçinin, iddiaçının anadangəlmə hidronefroz xəstəliyi olan 2 yaş 8 aylıq qızı var. O, 1 yaş 3 aylıq olarkən böyrəyindən əməliyyat olunub və yetkinlik yaşına çatana qədər davamlı, yüksək xərc tələb edən müayinə və müalicələrdən keçməlidir. İddiaçı artıq 6 aya yaxındır ki, işsizdir və bununla uşağın sağlamlığı təhlükə altına düşür. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması, ümumiyyətlə, iddiaçının gələcək kariyerasını təhlükəyə salır, belə ki, heç bir müəssisə bu maddə ilə əmək müqaviləsi ləğv edilmiş şəxsləri işə götürmür. Cavabdehin yersiz prinsipi bir şəxsin, bir ailənin həyatını məhv etməməlidir.

38. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş apellyasiya şikayətinə eti raz ərizəsi belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində tamamilə əsassız bir sıra formal mülahizələr qeyd olunmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə bank sirrini təşkil edən məlumatların yayılmasına şərait yaradılmış və həmin hal qanunvericiliyin, o cümlədən, bankdaxili korporativ sənədlərin və onunla bağlanmış əmək müqaviləsinin tələblərinin pozulması ilə nəticələnmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Bankın informasiya təhlükəsizliyinin qorunması haqqında yazılı öhdəlik götürmüş və elektron poçt ünvanını istifadə etdiyi zaman bankın adından göndərəcəyi bütün məktublar üçün, həmçinin Bankda əmək fəaliyyəti ilə əlaqədar ona məlum olar, məlumatların qeyri-qanuni açıqlanmasına görə qanunvericiliklə məsuliyyət daşıdığını təsdiq etmişdir. Həmçinin, xx.xx.2022-c i il tarixdə onun tərəfindən verilmiş yazılı izahatdan da aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ilk olaraq problemli kreditlərlə bağlı müştəri portfelinin, ardınca isə ümumi müştəri portfelinin Bankdan kənara çıxarılmasına şərait yaratmışdır. Lakin o bununla da kifayətlənməyərək həmin gün ərzində növbəti pozuntuya cəhd edərək Bankın müştəriləri barədə məlumatları kağız daşıyıcıda özü ilə götürməyə çalışmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyin və bankdaxili aktların tələblərini dəfələrlə pozmuş və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı Əmək Məcəlləsinin 71.2-ci maddəsində qeyd olunan “ziyanın dəyməsi”nin Bank tərəfindən sübuta yetirilə bilməməsinə istinad edərək, həmin maddənin əlavə olaraq “işçi tərəfindən normal iş ahənginin pozu lması” halında da əmək müqaviləsinin ləğv edilə bilməsini qeyd etməkdən yayınmışdır. Qeyd olunan maddəyə əsasən işçi tərəfindən normal iş ahənginin pozulması onun əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçı bank və kommersiya sirri təşkil edən müştəri məlumatlarını digər əməkdaşlar vasitəsilə yaymağa çalışmış və həmin proses Bankın aidiyyatı struktur bölmələri tərəfindən aşkar edildikdən sonra ilk öncə digər əməkdaşlarla müzakirə edilərək müvafiq araşdırma aparılmış və həmin müddətdə qeyd edilən əməkdaşlar, həmçinin müvafiq struktur bölmənin əməkdaşları normal iş prosesindən kənarlaşmalı olmuşlar. Bu isə öz növbəsində normal iş ahənginin pozulmasına səbəb olmuşdur. Müştəri məlumatlarının Bankdan kənara çıxarılması əmək və icra intizamının normal ahəngini, eləcə də əmək müqaviləsinin şərtlərini pozur. İddiaçı bank sirrini yaymağa görə işəgötürənlərin işçilərlə əmək müqaviləsini ləğv etmək hüququ barədə Əmək Məcəlləsində heç bir norma olmadığını əsas gətirməyə çalışsa da, əmək müqaviləsi üzrə öhdəliklərin pozulmasının Əmək Məcəlləsinə müvafiq olaraq işçinin işdən azad edilməsi üçün əsas olduğunu nəzərə almamışdır. Qanunvericiliyin, bankdaxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq məlum olmuşdur ki, qeyd olunanlar iddiaçıya münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini xitam etmək hüququ yaradır. İddiaçı, həmçinin, onun işdən azad edilməsi barədə əmrin qanuniliyinin məhkəmə tərəfindən Bankın daxili qaydalarının pozulması ilə əsaslandırıldığını qeyd etmişdir. Lak in nəzərə almaq lazımdır ki, daxili qaydalara əməl edilməməsi işçi tərəfindən pozulmuş öhdəliklərin yalnız bir hissəsidir. Həmçinin, əmək müqaviləsi və bank sirri və kommersiya sirrinə dair qanunvericiliyin tələbləri də işçi tərəfindən kobud şəkildə pozulmuşdur. Əlavə olaraq iddiaçı, Bankın daxili qaydalarının tələblərinin “qanunsuz” olmasını və bu tələblərə əməl edilməməsinin işçinin işdən çıxarılması ilə nəticələnməməli olduğunu qeyd etsə də, qanunsuzluğun nədə ifadə olunmasını müəyyən edə bilməmişdir. Halbuki, bu öhdəliklər normal iş prosesində işçi üçün əlavə vaxt və maliyyə tələb etməyən və bütün işçilər tərəfindən icra edilə bilən və qanunvericilikdən irəli gələn bank təcrübəsində formalaşmış öhdəliklərdir. Eyni zamanda, iddiaçı onun işdən çıxarılmasına dair əmrin əsaslandırılmadığın a istinad etməyə çalışsa da, həmin əmrin mətnindən də aydın olur ki, işçinin işdən çıxarılmasının səbəbi əmrdə tam əsaslandırılmışdır. Həmçinin, əmrin verilməsinə əsas kimi işçinin izahatı, Bankın əməkdaşları X6 və X2 izahatları, 10 saylı (Əhmədli) filialının X16 “Xidməti Məhımat”a dair sənədi və “İşin nəticələrinə dair” arayışa istinad edilmişdir. Bundan əalvə, göndərilən məlumatlar kommersiya dəyərinə malikdir. Bank ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatların məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatların məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahib i tərəfindən qorunması üçün hüquqi, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi faktı aydındır. Cavabdeh tərəfindən göndərilən məlumatların heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir, yəni, göndərilən məlumatlar sərbəst şəkildə əldə edilməsi məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir. Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onlan daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı isə sadəcə həmin məlumatların konfidentidir və cavabdeh tərəfindən müəyyən edilmiş kommersiya sirri re jiminə əməl etmək öhdəliyi daşıyır. Hazırkı iş üzrə iddiaçının hərəkətləri nəticəsində Bankın kommersiya sirri ilə əlaqədar hüquqları da pozulmuş və ona ziyan dəymişdir. Belə ki, kommersiya sirri sahibinə ziyan vurmaq üçün yeganə yol onu yaymaq deyil. Kommersiya sirrindən kommersiya sirrinin rejimini pozmaqla istifadə etməklə, habelə onu qeyri-qanuni yolla əldə etməklə də kommersiya sirri sahibinin hüquqları pozula bilər. İddiaçı kommersiya sirlərini özünə göndərərkən əmək müqaviləsini, yəni kommersiya sirri rejimini müəyyən edən müqavilənin şərtlərini pozmuş, həmçinin, sənədləri elektron poçtla özünə göndərməklə texniki cəhətdən onların surətini də çıxarmaq imkanına malik olmaqla öhdəliklərini pozmuşdur. Bütün bunlar isə onu göstərir ki, iddiaçı surətini çıxarma və kommersiya sirrinin rej iminə riayət olunması öhdəliklərini pozmaqla Banka məxsus kommersiya sirlərini qeyri-qanuni üsullarla əldə etmişdir. Göründüyü kimi İddiaçı tərəfindən ötürülməsinə şərait yaradılmış məlumatlar kommersiya və bank sirri təşkil edir və İddiaçı həmin məlumatları öz şəxsi elektron ünvanına göndərməklə Bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının işdən çıxarılmasına dair kifayət qədər hüquqi əsaslar mövcud olmuşdur.

39. İddiaçının nümayəndəsi və vəkili verilmiş etiraza cavab olaraq bildirmişdir ki, qarşı tərəfin mübahisələndirdiyi məsələ məlumatların kommersiya sirri olub-olmaması deyil, məlumatların həqiqətən yayılıb-yayılmamasıdır. İddiaçı müştəri məlumatlarını sadəcə özünə m əxsus başqa bir elektron mail ünvanına göndərmiş, məlumatları yaymamışdır. Qeyd olunan məlumatlar iddiaçının özünə məlum olan və qanuni əsaslarla sahib olduğu məlumatlardır. Bundan başqa 844 müştəri barədə məlumatın həmin e-maildən iddiaçının e-mailinə göndərilməsi faktı müəyyən olunmamış, eləcə də faktı sübut edən hər hansı material məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi hüquqi üstünlük qazanma niyyəti ilə belə bir əsassız iddia irəli sürmüşdür. İddiaçı məlumatları özü üçün götürüb və məlumatların Elektron ünvan e-mail ünvanına göndərilməsinə səbəb iddiaçının işlətdiyi e-mail ünvanın yaddaşının dolması səbəbilə göndərilənləri qəbul etməməsidir və qeyd olunan e-mail ünvanı iddiaçının həyat yoldaşı tərəfindən istifadə olunmur, sadəcə onun adınadır. Bundan başqa, cavabdehin etirazında məlumatları iddiaçıya göndərən digər əməkdaşların bankın struktur bölmələri tərəfindən sorğu-sual edilərkən işlərindən ayrılmış, dolayısı ilə də müəssisədə işin normal ahənginin pozulması ilə bağlı absurd yanaşma mövcuddur. Belə ki, müəssisədaxili qaydaları pozaraq məlumatları göndərən və buna görə intizam məsuliyyətinə cəlb edilən işçilər, onları işlərindən uzaqlaşdıran isə cavabdeh olduğu halda işin ahəngini pozan yeganə şəxs iddiaçı ola bilməz. Eləcə də işin normal ahənginin pozulması barədə Əmrdə heç bir qeyd olmaması və Nəsimi Rayon Məhkəməsində keçirilmiş iclaslarda bu hala istinad edilməməsi, cavabdehin Əmrində sadəcə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini kopyalamağın işə yaramayacağını anlayaraq belə bir absurd versiya irəli sürməsi nəticəsinə gəlməyə əsas ve rir. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 iyun 2023-cü il tarixli, 2(103)-3191/2023 nömrəli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçı cavabdeh banka məxsus müəyyən istifadəçi adı və şifrə ilə daxil oluna bilən sistemdən qanunla qorunan m əlumatlar hesab edilən 844 müştəri məlumatlarını xx.xx.2022-ci il tarixdə digər işçilərin etibarından sui-istifadə edərək korporativ elektron poçt ünvanından həyat yoldaşının elektron poçt ünvanına, daha sonra həmin elektron poçt ünvanından öz şəxsi elektron poçt ünvanına göndərmişdir.

42. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəfindən bank və kommersiya sirrinin yayılması faktı sübut edilməmiş, cavabdehə hər hansı formada ziyan dəyməmiş, iddiaçı bank sirrini qoruyub saxlamağa borclu olan şəxs deyil, iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatların olmasına dair heç bir mötəbər sübut təqdim edilməmiş, vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərin yerinə yetirilməməsi işçinin işdən çıxarılması üçün əsas deyil, iddiaçının işdən azad edilməsi barədə əmr əsaslandırılmamışdır.

43. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsasən müştəri haqqında məlumatlar bank sirrini təşkil edir və onların qorunmasına bank qarantiya verir. Həmin məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.

44. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 7-ci bəndinə əsasən iddiaçı bankdaxili korporativ aktlara, etik və peşəkar bank standartlarına və tədbiq olunan qanunvericiliyə, o cümlədən bank qanunvericiliyinə riayət etmək və s. üzərinə öhdəlik olaraq götürmüşdür.

45. Həmin müqavilənin 9-cü bəndinə əsasən işçi əmək münasibətlərinin mövcud ol duğu müddət ərzində və onlara xitam verilməsindən sonra, işəgötürənin iş yerində və ya ondan kənarda, işəgötürənin digər işçiləri də daxil olmaqla heç bir digər şəxsə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş və kommersiya sirrinin meyarlarına şamil olunan məlumatları birbaşa və dolayı yolla yaymır, bank sirrinə aid olan heç bir məlumatları açıqlamamalıdır.Bununla bağlı işçilərin öhdəlikləri bankdaxili digər sənədlərdə də öz əksini tapmışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur.

47. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan aç ıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

48. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır.

49. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədlə ri ehtiva edir.

50. Göründüyü kimi, kommersiya sirrinin sahibi olan cavabdeh Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

51. Qanunvericiliyin tələbinə əsasən kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. İddiaçı tərəfindən həyat yoldaşının şəxsi elektron poçt ünvanına banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarının göndərilməsi nəticə etibarı ilə həmin məlumatların başqa şəxsə açıqlanması hesab edilir.

52. Bundan başqa, bankın rəhbər şəxslərinə məlumat verm ədən, onların icazəsini almadan iddiaçı tərəfindən bunun edilməsi bankı həm hüquqi cəhətdən, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.

53. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdur.

55. Kollegiya həmçinin hesab edir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1787-K/10 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilmiş və əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun nəticəsində işəgötürənə zərərin vurulub-vurulmamasından asılı olmayaraq, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır.

57. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.4, 2.0.7, 4.2, 6.1.2, 10.1-ci maddələrinə, Əmək Məcəlləsinin 10-cu maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “d” və “e” bəndlərinə, 84-cü maddəsinin birinci hissəsinə, 199-cu maddəsinin “e” bəndinə, Mülki Məcəllənin 41.1, 41.2, 41.5, 41.6, 967.1, 967.2, 967.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı (Vəkil1) kassasiya şikayəti və şikayətə əlavə verərək qətnamənin ləğv olunması və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şika yəti onunla əsasıandırılmışdır ki, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanmış suallara verilən cavablardan aydın oldu ki, İddiaçı əldə etdiyi informasiyaları yayması, həmin informasiyadan hər hansı formada istifadə etməsi və bunun nəticəsində banka hər hansı formada ziyan dəyməsi barədə heç bir məlumat yoxdur. Hətta onun həyat yoldaşının e-mail adresinə göndərilmiş materiallar bank işçilərinin gözü qarşısında silinmişdir. Lakin bank ehtimal edir ki, məlumatlar silinənədək iddiaçı onları başqa yerdə saxlaya və gələcəkdə həmin informasiyaları yaya bilər ki, nəticədə banka hansısa formada ziyan dəyməsi mümkündür. Sual-cavab əsnasında müəyyən olunan işin danılmaz faktiki hallarından biri də ondan ibarətdir ki, İddiaçı bankın sirr hesab etdiyi məlumatları qoruyub sxlmağa bo rclu olan şəxs deyildir, həmin məlumatların əldə olunmasında ona kömək etmiş şəxslər X11 və X5 onun tabeçiliyində olan işçilər deyillər. X11 və X3 münasibətdə, hətta sonuncunun həmin məlumatlaı qoruyub saxlamaq öhdəliyi olmasına baxmayaraq, daha yüngül intizam tənbeh tədbiri tətbiq olunmuşdur və həmin şəxslər bankda əvvəlki vəzifələrində əmək fəaliyyətinə davam edirlər. Digər bir məsələ, bank sirri anlayışının dəqiq müəyyən edilməsidir. Cavabdeh tərəf iddiaçının əldə etdiyi məlumatların bank sirrini təşkil edən məlumatlar olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Şərti olaraq razılaşsaq ki, həqiqətən də, iddiaçının əldə etdiyi məlumatla bank sirri hesab olunan məlumatlardır, o zaman hər şeydən öncə nəzərə almaq lazımdır ki,işçi yalnız qanunla və əmək müqaviləsində qeyd edilmiş əsaslarla işdən çıxarıla bilər. Vəzifə təlimatları və buna bənzər digər sənədlərdəki öhdəliklərini yerinə yetirməməsi işçinin işdən çıxarılması üçün əsas deyildir, hətta, işçi o sənədə imza atsa da. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddə sinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin iddiaçının işdən azad edilməsi barədə əmrdə işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmayıbdır. Məhkəmə hazırklıq iclasında cavabdehin nümayəndəsinə ünvanlanan suallara verilən cavablardan da aydın olur ki, onlar bunu ehtimal edirlər. İşçinin işdən azad edilmə si ehtimallara deyil, dəqiq, qərəzsiz faktlara əsaslanmalıdır. Əmək məcəlləsi əmək müqaviləsinin ehtimallar əsasında ləğv edilməsini qadağan edir. Bu, konstitusion əmək hüququnun pozuntusudur. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, onları səhv təfsir etmişdir. Məhkəmə bu qənaətə gəlib ki, iddiaçı cavabdehin kommersiya sirrini yayıb. Məhkəmənin bu yanaşması qanunauyğun deyil. Çünki hadisədə yayılma faktı yoxdur. Kommersiya Sirri haqqında Azərbaycan RespublikasınınQanununun 2.0.7-ci maddəsinə görə, kommersiya sirrini yaymaq müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması”-dır. İddiaçı isə müştəri məlumatlarını sadəcə özünə məxsus başqa bir elektron mail ünvanına göndərib, məlumatları yaymay ıb. Qeyd olunan məlumatlar iddiaçının özünə məlum olan və qanuni əsaslarla sahib olduğu məlumatlardır. İddiaçının həmin məlumatları özünün e-mail ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır ki, hadisədə belə bir fakt yoxdur. E-mailin ünvanın iddiaçının həyat yoldaşına aid olmasına gəlincə, bu fakt da məlumatların yayılması olaraq təfsir edilməməlidir. Çünki həmin e-mail ünvan iddiaçı tərəfindən, evdə aktiv olaraq işlədilməyən telefonda “play market” tətbiqinin aktivləşdirilməsi məqsədilə yaradılmış və iddiaçının həyat yoldaşının istifadəsində olmamışdır. Yəqin ki, qeyd olunan e-mailin silinməsi zamanı filial müdiri Rəşad Hətəmov da görmüşdür ki, Elektron ünvan e-mail ünvanı üzrə başqa yazışmalar yoxdur. İddiaçı tərəfi ndən məlumatların həmin e-mail ünvana göndərilməsinə səbəb iddiaçının işlətdiyi email ünvanın yaddaşının dolması səbəbilə göndərilənləri qəbul etməməsidir. İddiaçının həyat yoldaşıPərişan Salmanovaya bu məlumatlar lazım deyildi. O tamamilə başqa sektorda, Azərbaycan Milli Elmlər AkademiyasıMəhəmməd Füzuli adına X1 Əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Telefonun onun tərəfindən filiala gətirilməsinə səbəb isə həmin e-mail ünvanın aktiv olduğu telefonun evdə olması idi. Pərişan Salmanova şəxsi istifadəsi üçün başqa e-mail ünvandan istifadə edir.

60. Məsələyə daha dərindən yanaşılsa, heç həmin məlumatlar iddiaçı tərəfindən də göndərilməyib. İddiaçının göndərmədiyi və dolayısı ilə də “yaymadığı” məlumata görə əmək müqaviləsinin ləğv edilməsi absurddur.

61. Məhkəmə “bank sirri” ilə “kommersiya sirri” anlayışlarını qarışdırır. “Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda, şəxsi məlumatları yayılmış müştərilərin banka qarşımülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.” Məhkəmə unudur ki, bank sirrini yaymağa görə işəgötürənlərin işçilərlə əmək müqaviləsini ləğv etmək hüququ barəsində Əmək Məcəlləsində heç bir norma yoxdur. Banklar haqqında Azərbaycan RespublikasınınQanununda bank işçilərinin bank sirrini təşkil edən məlumat ları qanunsuz yaymağa görə məsuliyyətləri sadalanır. Həmin qanunun 41.5-ci maddəsinə görə “Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar”. Göründüyü kimi burada onların əmək müqaviləsinin ləğvi nəzərdə tutulmayıb.

62. Bu baxımdan “bank sirrini yaymaq” anlayışının işçinin əmək müqaviləsinin ləğv edilməsi ilə heç bir əlaqəsi yoxdur və qətnamədə bu anlayışa istinad ediləsi qanunauyğun deyil. Məsələyə yalnız və yalnız kommersiya sirri baxımından yanaşmaq la zımdır. Bir məsələni də qeyd etmək istəyirik ki, cavabdeh iddiaçının müştəri məlumatlarını e-mail ünvanına köçürməsi səbəbilə Baş Prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsinə şikayət etmiş, iddiaçı idarəyə dəvət edilərək dindirilmişdir. Lakin prokurorluq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar vermişdir. Yəni prokurorluq iddiaçının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 202-ci maddəsinin tərkibini görməmişdir.

63. Məhkəmə Əmrin qanuniliyini işəgötürənin daxili qaydalarının pozulması ilə əsaslandırır. Qətnamənin 11-12-ci səhifələrində qeyd olunur:“Qeyd olunanlarla bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, işin mübahisəsiz halını təşkil edən müştərilərə məxsus məlumatların iddiaçı tərəfindən götürülməsi faktı onunla cavabdeh arasında olan əmə k müqaviləsinin müvafiq bəndlərinin, cavabdehin öz işçilərinə aşıladığı“Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davranış qaydaları”nın müvafiq yarımbəndlərinin kobud şəkildə pozulması, eyni zamanda, “İntizam” Qaydalarına əlavə edilmiş Təlimatda göstərilən yüksək dərəcəli pozuntuların iddiaçı tərəfindən törədilməsi ilə nəticələnmiş, beləliklə, cavabdehi həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.” Bildirmək istəyirik ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə görə, “əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər”. Bu baxımdan cavabdehin qəbul etdiyi daxili tənzimləmələr olan “Etik və peşəkar davranış” Məcəlləsinin, “İntizam” Qaydalarının, “Sosial şəbəkələrdə davran ış qaydaları”nın işçi tərəfindən pozulmasının cavabdehə əmək müqaviləsini ləğv etmək hüququnu verməsinin Məhkəmə tərəfindən tanınması tamamilə əsassızdır. İşəgötürən bu kimi sənədlərdə işçilər üçün istənilən ağlasığmaz tələblər müəyyənləşdirə bilər. Bu o mənaya gəlməməlidir ki, işçi işəgötürənin hər qanunsuz tələbinə əməl etməməsi nəticəsində işdən çıxarılsın.

64. Məhkəmə iddiaçının əməlinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinin tələblərini pozduğunu bildirir, əmrdə bu bəndə istinad olunmadığı halda. Qətnamənin 13cü səhifələrində qeyd olunur: “Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, kommersiya sirrinin işçi tərəfindən yayılması ilə yanaşı, sadəcə onun tərəfindən bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifə lərinin kobud şəkildə pozulması hesab edilir. Hazırki halda da, işçi işə qəbul edilən zaman ona bəyan edilmiş və məsuliyyət yaradacağı izah edilmiş daxili qaydalara zidd şəkildə kommersiya sirrini təşkil edən məlumatları başqa şəxsin elektron ünvanına göndərilməsinə səbəb olmaqla, bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur.” Halbuki əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi “işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” aydın şəkildə göstərilib və orada Əmək Məcəlləsinin 72- ci maddəsinin “d” bəndində qeyd edilən əmək vəzifəsinin pozulmasına istinad olunmayıb. Məhkəmə bilməli idi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin 3 əsası müəyyənləşdirili b: 1. işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi;

2. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 3. işçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Cavabdehin işçi ilə əmək müqaviləsini ləğv etməsini yuxarıda sadalanan əsaslardan 2-cisi ilə əsaslandırmasına baxmayaraq, Məhkəmənin qeyd olunan əsaslardan 3-cüsünə istinad etməsi qanunauyğun deyil.

65. Hadisə nəticəsində cavabdeh ona Əmək Məcəlləsinin 71.2-ci maddəsində qeyd olunan ziyanın dəydiyini sübuta yetirə bilməyib. Qətnamənin 12-ci səhifələrində qeyd olunur: “Cavabdehə ziyan vurulması halı hazırki vaxtda mövcud olmasa da, gələcəkdə cavabdehə ziyan vurulma riskinin mövcud olması istisna olunmur. Hazırki situasiyada məhkəmənin iddiaçının gətirdiyi dəlillər ə əsaslanaraq onun əməlini kobud pozuntu hesab etməməsi, cavabdehin əmrini qanunsuz hesab edərək ləğv etməsi ədalət balansının, işçilər tərəfindən iş yerlərində olan məlumatların məxfiliyinin qanunla müəyyən edilmiş qorunma qaydalarının rahatlıqla pozulması və buna görə heç bir cəza almaması ilə nəticələnə, gələcəkdə belə halların artmasına məhkəmə tərəfindən rəvac verilməsi kimi qiymətləndirilə bilər.”

66. Məhkəmə cavabdehin ona dəymiş zərəri sübut etmədiyinə baxmayaraq, hətta “ziyan dəyməyib, amma gələcəkdə dəyə bilər” şəklində əsaslandırmasını yetərli hesab edərək əmək müqaviləsinin ləğv edilməsini əsaslı hesab edib. Məhkəmə hansısa ehtimallar üzərindən yox, işin faktiki hallarına görə qərar verməlidir. Bu Əmək Məcəlləsinin 71.2-ci maddəsində nə deyilir? “Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.” Ortada ziyan varmı? Yoxdur. Bunu məhkəmə iclasında cavabdehin nümayəndəsidə etiraf edib.

67. Əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandrma hesab olunmur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Ona görə də cavabdeh iddiaçının hansı öhdəliklərini və hansı formada yerinə yetirməməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olmasını əmrin məzmununda göstərməli idi.

68. Ancaq cavabdeh Əmrdə yalnız iddiaçının “bank sirrini təşkil edən məlumatların qorunmas ı rejiminin hüquqi tələblərini pozmuş” qeyd etməklə əsaslandırma tələbini yerinə yetirdiyini düşünməkdədir.

69. Halbuki bu Əmrdə iddiaçının hansı hərəkətləri etməsi və bu hərəkətlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əhatə dairəsinə girdiyini əsaslandırmalı idi. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlar ına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də cavabdehin İdarə heyətinin sədri iddiaçının davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

70. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ümumiyyətlə iddiaçının gələcək karyerasını təhlükəyə salır. Heç kimə sirr deyil ki, demək olar, heç bir müəssisə bu maddə ilə əmək müqaviləsi ləğv edilmiş şəxsləri işə götürmür. Cavabdehin yersiz prinsipi bir şəxsin, bir ailənin həyatını məhv etməməlidir.

71. Məhkəmə Qətna mənin 21-ci səhifəsində həmçinin qeyd edir: “Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək qanunvericiliyin tələblərinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun nəticəsində işəgötürənə zərərin vurulubvurulmamasından asılı olmayaraq, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır.” Bu yanaşma Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbinə birbaşa ziddir. Kolleqiyanın görünür xəbəri yoxdur ki, ümumiyyətlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə pozuntuya görə işçi ilə əmək müqaviləsi o vaxt ləğv edilir ki, belə pozuntuya kobud şəkildə yol verilsin. Həmin bənddə bu açıq yazılıb “ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”. Yəni Əmək Məcəlləsi kommersiya sirrini yaymağı 70-ci maddənin əhatə etdiyi digər pozuntulardan ayırmır. Ancaq Məhkəmə kolleqiyası kommersiya sirrini yaymağı qanunvericiliyə zidd olaraq digər pozuntulardan ayırmaqla Əmək Məcəlləsinin 71.2-ci maddəsinin əhatə dairəsindən kənarda qalmalı olduğunu bildirir. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə əsasən, “Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respubl ikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir.” Ancaq kolleqiya qanunları bir kənara qoyaraq mübahisəni şəxsi mülahizələri əsasında həll etməyə cəhd edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətində qeyd edilənlərin tamamilə əsassız və formal olduğunu bildirərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu

73. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin isteh sal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

74. Maddə 2.0.4. Kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxsdir.

75. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.

76. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.

77. Maddə 6.1.2. Kommersiya sirrinin sahibi və konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludurlar.

78. Maddə 10.1. Kommersiya sirrini təşkil edən məlumatl arın müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

79. Maddə

10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir.

80. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

81. Maddə 72, bənd “d”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

82. Maddə 72, bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

83. Maddə 84, hissə

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzal ayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

84. Maddə 199, bənd “e”. İşəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

85. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri h aqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

86. Maddə 41.2 (əvvəlki redaksiyada). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.

87. Maddə 41.5 (əvvəlki redaksiyada). Bankların mövcud və keçmiş inzibatçıları v ə digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

88. Maddə 41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

89. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.

90. Maddə 967.2. Bank si rrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

91. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

96. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

97. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

98. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

99. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

100. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

101. Məhkəmə kollegiyası hesab edir ki, hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

102. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kass asiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

103. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

104. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

105. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3191/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar