Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-33/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-33/22 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin likvid qiyməti, ekspert rəyi, mübahisələndirilən hissənin yoxlanması) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı xxx, Cavabdeh2 vəkili Vəkil iştir akı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-232/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin və Cavabdeh2 kassasiya şikayətlərinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə bağlanmış 16 iyul 2015-ci il tarixli, 152667-1-17634 saylı “Baş kredit Razılaşması”na əsasən Cavabdeh1 120 ay müddətinə 500 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-117634/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən sonuncuya illik 18 faizlə 36 ay müddətinə 95 min ABŞ dolları məbləğində kredit verilib. 3. 16.07.2015-ci il tarixli 152667-1-17634/1 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 nömrəli Razılaşmaya əsasən Cavabdeh1 08.02.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 87.110 ABŞ dolları məbləğində borcun illik 18 faiz hesablanması şərti ilə müqavilə 29 ay müddətinə uzadılıb.
4. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 özünə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni 16.07.2015-ci il tarixli 152667-NEDVİJ3831 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə y üklü edib. İpoteka predmetinin bazar dəyəri müqavilədə 300 min manat qiymətləndirilib.
5. Digər Cavabdeh2 Talib oğlu 16.07.2015-ci il tarixli 152671-7-9284 nömrəli zaminlik müqaviləsi əsasında borclu Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə zamin kimi üzərinə öhdəlik götürüb. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 08 fevral 2016-cı il tarixli 152667-1-17634/1/1 nömrəli kredit müqaviləsinə əsasən 82035,66 ABŞ dolları əsas, 7892,68 ABŞ dolları faiz, 15070 ABŞ dolları cərimə borcu olmaqla borcu olmaqla, cəmi 104998,34 ABŞ dolları məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 268000 manat müə yyən edilməklə, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, borclu Cavabdeh1 10.10.2016-cı il tarixdən öhdəliyi icra etmir.
8. Borc məbləği 14 noyabr 2017-ci ilə hesablanmışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.7, 319.1, 385.1, 462.1, 472, 739.1-ci “İpoteka haqqında” Qanunun 34 və 39.3.3-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi 17 yanvar 2018-ci tarixli qərardadı ilə ipoteka predmeti olan ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (Ülfət” kafesi) bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir.
11. Qiymətləndirmə və Audit” MMC-nin 20 iyul 2018-ci il tarixli 80 nömrəli hesabat aktına (rəyinə) əsasən ipoteka predmetinin tarixə bazar dəyəri ******* manat təşkil etmişdir.
12. İddiaçı bankın nümayəndəsinin rəylə razı olmayaraq, qiymətin yüksək müəyyən edildiyini göstərmişdir.
13. Cavabdeh qiymətləndirmə razı ilə razı olduğunu, eyniza zamanda faiz orcunun düzgün hesablanmadığını bildirmişdir.
14. Birinci instansiya məhkəməsi 17 yanvar 2018-ci tarixli qərardadı ilə əmlakın təkrar qiymətləndirməsini keçirmiş, qiymətləndirməni "xxxx" MMC-yə həvalə etmişdir. 15. "xxxx" MMC-nin 21 oktyabr 2019-cu il tarixli 0675/19/VTB nömrəli hesabat aktına (rəyinə) əsasən əmlakın hazırkı bazar qiyməti 750000 manat təşkil etmişdir. tməsi müəyyən edilmişdir.
16. İddiaçı tələbi azaltmış, digər tələblər öz yerində qalmaqla, 08 fevral 2016-cı il tarixli 152667-1-17634/1/1 nömrəli kredit müqaviləsinə əsasən 19 iyun 2019-cu il tarixinə 80681,87 ABŞ dolları əsas, 7762,43 ABŞ dolları faiz borcu olmaqla borcu olmaqla, cəmi 88444,30 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2019 nömrəli, 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 08 fevral 2016-cı il tarixli 152667-1-17634/1/1 nömrəli kredit müqaviləsi üzrə 80.681,87 ABŞ dolları əsas borc, 7762,43 ABŞ dolları faiz borcu olmaqla, cəmi 88.444,3 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 750.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığınin halda, Cavabdeh1 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin boşaldılması, ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 100 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq, "xxxx" MMC-nin hesabına ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Məzahir Sadıqov)
18. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 Talib oğlu arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1-17634 nömrəli “Baş kredit razılaşması” əsasında bank kredit alana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır, həmin kredit razılaşmasının şərtlərinə uyğun olaraq bank ilə Cavabdeh1 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-1- 17634/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 95.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan və borc alan) arasında bağlanmış 16.07.2015-ci il tarixli 152667-NEDVİJ-3831 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə əsasən ipoteka qoyan özünə məxsus ünvan 1 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni həmin tarixli kredit müqaviləsi üzr ə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Bundan başqa, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2015-ci il tarixli 152671-7-9284 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 16 iyul 2015-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə pulu “Bank VTB (Azərbaycan)” ASC-dən nağd olaraq almışdır. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır.
19. Birinci instansiya məhkəməsi he sab edib ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 16 iyul 2015-ci il tarixli kredit müqaviləsi və ona dair 08 fevral 2016-cı il tarixli razılaşma üzrə götürdüyü öhdəliyə əməl edib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Cavabdeh2 də Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada öhdəliyin icrası üçün məsuliyyət daşıyır.
20. Birinci instansiya məhkəməsi borcun miqdarına münasibətdə Cavabde h2 dəlillərini əsassız sayaraq qeyd edib ki, tələb olunan borc məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olması barədə bu dəlillərin əsası yoxdur, hazırkı tələb üzrə tələb olunan əsas və faiz borcunun hesablanması xüsusi bilik tələb etmir, bununla yanaşı, iddia edən tərəf kimi cavabdeh də borcun düzgün hesablanmaması barədə irəli sürdüyü dəlillərin əsasını təşkil edən hər hansı sübutunu təqdim etməmişdir.
21. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, tələb ipoteka predmeti olan əmlaka yönəldilməli və əmlak boşaldılmalıdır.
22. İpoteka predmetinin hərracda ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia tələbində ipoteka predmeti olan mənzilin hərracda ilkin satış qiymətinin 268.000 manat müəyyən olunması xahiş etsə də, iddiaçının nümayəndəsinin vəsatəti ilə məhkəmənin qərardadına əsasən əmlakın təkrar qiymətləndirilməsi keçirilmiş, əmlakın hazırkı bazar dəyərinin 750.000 manat məbləğində olmasına dair akt (rəy) verilmişdir.
23. Birinci instansiya məhkəməsi müstəqil qiymətləndiricinin istinad olunan hesabat aktını (rəyini) mötəbər sübut qismində qəbul edərək hesab edib ki, mənzilin hərracda ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. İddiaçı tərəfin qiymətin 268.000 manat məbləğində müəyyən edilməli olması, habelə cavabdehin də əmlakın təkrar qiymətləndirilməsinin aparılmalı olması barədə göstərdiklərinin əsası yoxdur.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 279, 295, 296.1, 385.1, 448.1, 470.1, 472.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 34.1, 47.4, 59.3- cü, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC apellyasiya şikayəti verərək, ipoteka predmetinin ilkin satş qiymətinin müəyyən edilməsi hissəsində qətnamənin dəyişdirilməsi və bankın həmin hissədə tələbinin tam təmin edilməsini xahiş etmişdir.
26. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin dəyəri "xxxx" MMC tərəfindən reallığı əks etdirmir, artıq dərəcədə yüksək müəyyən olunmuşdur; - MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması əvəzinə qiymətləndirmə hesabatında daşınmaz əmlakın hazırki bazar qiyməti müəyyən olunmuşdur. Qanunun tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyə ri ilə deyil, likvid dəyəri ilə müəyyən olunmalıdır.
27. Cavabdehlər də apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
28. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - "xxxx" MMC əmlakın bazar qiymətini 1.494.433 manat, "xxxx" MMC isə 750.000 manat müəyyən etmişdir. Amma məhkəmə "xxxx" MMC tərəfindən verilmiş hesabat aktına yox, "xxxx" MMC tərəfindən verilmiş hesabat aktına əsaslanmışdır; - əmlak kompleksi kimi müəssisənin qiyməti çox aşağı məbləğdə müəyyən edilib.
29. Apellyasiya baxışı zamanı 27 yanvar 2020-ci il tarixli qərardadla ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, qiymətləndirmənin aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.
30. Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.11.2020-ci il tarixli 274-01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 09.10.2020-ci il tarixinə bazar dəyəri 830000 manat təşkil edir.
31. Rəydə ipoteka predmetinin bazar dəyəri müəyyən olunduğundan, apellyasiya məhkəməsi 25.01.2021-ci il tarixli 2(103)-232/2021 saylı qərardadı ilə ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi məqsədi ilə əlavə qiymətləndirilmə təyin edilmişdir.
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli 274 -01 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 09.10.2020-ci il tarixinə bazar dəyəri 830.000 manat, likvid dəyəri isə 747.000 manat təşkil edir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-232/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-82/2019 saylı iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 747.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəy işdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad imanov)
34. Apellyasiya instansiyası qeyd edib ki, hər iki apelyasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirilmişdir, cavabdehlər borc məbləğlərinə və zaminlik və poteka müqaviləsinə etiraz etməmişlər, buna görə də qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
35. Apellyasiya instansiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini likvid dəyəri ilə götürməklə 747000 manat müəyyən etmişdir.
36. Apellyasiya instansiyası “İpoteka haqqında” 1.0.9 və 39-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC (vəkil Kərimov Əsgər Elyaz oğlu) kassasiya şikayəti verərək, qətnamənin qismən – ipoteka predmetinin ilkin satş qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
38. Cavabdeh2 də (Vəkil) kassasiya şikayəti verib, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində qətnamənin ləğv edilməsi, 09.10.2020-ci il tarixinə əmlakın real bazar dəyəri nəzərə alınmaqla likvid qiymətinin müəyyən edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
39. Hər iki kassasiya şikayətində tərəflər öz mənafelərinə müvafiq şəkildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli rəyinin əsassız olmasına istinad etmişlər. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
40. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin vəkili Kərimov Əsgər Elyaz oğlu kassasiya şikayətini müdafiə edərək, bankın şikayətinin təmin, cavabdehin şikayətinin rədd edilməsini xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, cavabdehin şikayətinin təmin, bankın şikayətinin rədd edilməsini xahiş etdi.
43. İşə baxılmasının vaxtı və yeri barədə digər Cavabdeh1 lazımi qaydada xəbərdar edilsə də, məhkəmə kollegiyasının iclasına gəl məmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiym ət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
45. Kassasiya şikayətində tərəflər cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğvini xahiş ediblər. Apellyasiya baxışının predmeti də həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
48. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkn satış qiymətini 750 min manat müəyyn etmişdir. İddiaçı ipoteka predmetinin qiymətinin yüksək, cavabdehlər isə aşağı müəyyən edilməsini əsas göstərərək, birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
49. Barəsində kassasiya şikayəti verilən qətnamədən isə görünür ki, apellyaisya məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağlı tərəflərin apellyasiya şikayətinin dəlillərini yoxlamaq, qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirməni dövlət orqanına tapşırmış və ipoteka predmetinin ilkin satış qiymətini də həmin orqanın rəyinə əsasən likvid dəyəri ilə müəyyən etmişdir.
50. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tət biq edilən 1.0.9. və 39.3.3-cü maddələrinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən və likvid dəyəri ilə müəyyən edilir, belə olan halda həmin maddələrə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
51. Məhkəmə kollegiyası qiymətləndirmə rəyinin düz olmaması barədə kassasiya şikayətlərinin dəlillərini qəbul etmir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə tərəflər ekspert rəyi il razı olmamalarını ümumi sözlərlə ifadə etmiş, apellyasiya məhkəməsinin bununla bağlı hansı pozuntuya yol verm əsini əsaslandıra bilməmişlər.
54. Bu baxımdan, ipoteka predmetinin daha az qiymətdə olması barədə iddiaçının və daha artıq qiymətdə olması barədə cavabdehin kassasiya şikayətlərinin dəlilləri əsasızdır.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-232/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.