Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-330/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2(103)5474/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı krediti müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən cavabdehə illik 15 faiz olmaqla 83 ay müddətinə 20913.60 manat məbləğində kredit verilmişdir. 2. 27 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin kredit müqaviləsi üzrə 27 fevral 2024-cü il tarixə 20913.60 manat əsas, 1727.68 manat faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində borcu vardır.
3. Bankın cavabdehə ünvanladığı məktuba əsasən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 20913.60 manat əsas, 1727.68 manat faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində borcun utulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
6. Cavabdeh məhkəməyə “elektron məhkəmə” informasiya sistemi vasitəsi lə məktub ünvanlayaraq, maddi durumu pis olduğundan, başqa borcları olduğundan ödəniş edə bilmir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-2597/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi aşağıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən 14 avqust 2023-cü il tarixli, RGTK3001122B126 saylı kredit müqaviləsinə əsasən 20913.60 manat əsas, 1727.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 22641.28 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyətinə əməl edilməyib. Belə ki, cavabdeh faktiki olaraq Sumqayıt şəhərində işləməsinə və yaşamasına baxmayaraq işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılıb. Həmçinin iş materialarında və qətnamənin özündə də qeyd edilib ki, cavabdehin krediti ödəməməsinə səbəb onun anasının gözlənilmədən xəstələnməsi və həmin xəstəliklə əlaqədar cavabdehin əvvəlcədən planlaşdıra bilməyəcəyi xərclərə məruz qalması olub. Bu barədə iddiaçıya cavabdeh tərəfindən dərhal məlumat verilib, iddiaçı isə yalnız kredit müqaviləsinin faizlərinin artırıb və müddətini uzadıb. Bundan başqa öhdəlik hər iki tərəfin (iddiaçı və cavabdehin) təqsiri üzündən pozulub. Belə ki, cavabdeh iddiaçıya ödəmə imkanının məhdudlaşması barədə vaxtında məlumat verməsinə baxmayaraq iddiaçı onunla bağlanmış kredit müqaviləsini ləğv etmək əvəzinə, onun faiz dərəcəsini və müddətini uzatmaqla başqa bir kredit müqaviləsi bağlamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5474/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi il ə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tələb edilən borc tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinə hesablanmaqla iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdeh həm də tələb edilən borcun məbləğini də mübahisələndirməmişdir.
14. Həmçinin cavabdehin apellyasiya şikayətində Mülki Məcəllənin 448.4-cü maddəsinə istinad etmə klə krediti ödəməməsinə səbəbin onun anasının gözlənilmədən xəstələnməsi və həmin xəstəliklə əlaqədar cavabdehin əvvəlcədən planlaşdıra bilməyəcəyi xərclərə məruz qalması və cavabdehin iddiaçıya ödəmə imkanının məhdudlaşması barədə vaxtında məlumat verməsinə baxmayaraq sonuncunun onunla bağlanmış kredit müqaviləsini ləğv etmək əvəzinə onun faiz dərəcəsini və müddətini uzatmaqla başqa bir kredit müqaviləsi bağlaması kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, istinad edilən maddənin tələblərindən göründüyü kimi borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra bil əcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Lakin cavabdehin istinad etdiyi hallar pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsini deməyə əsas vermir, çünki cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir.
15. Digər tərəfdən cavabdeh öhdəliyin hər iki tərəfin (iddiaçı və cavabdehin) təqsiri üzündən pozulmasını qeyd etsə də, öhdəliyin məhz iddiaçı tərəfindən pozulması barədə mötəbər sübutlar təqdim edə bilməmiş, həmin hallar isə iş materialları ilə müəyyən edilməmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulması ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin olduğu yerə görə verilir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi Cavabdeh, elektron məlumatlarına əsasən müəyyən edilir ki, onun ünvanı Sumqayıt ərazisinə daxil deyildir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 739.1, 739.2, 741.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya ş ikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiyi sübutları araşdırmamış və cavabdehin əsassız olaraq böyük məbləğdə öhdəliyə cəlb olunmasına xidmət edən qətnamə çıxarmışdır. Məhkəmə əvvəlki müqavilə üzrə cavabdeh tərəfindən aparılmış ödəmələrə və onun yenidən böyük məbləğdə borcunun hansı səbəbdən yaranmasına aydınlıq gətirməmiş və bu ziddiyyətlər araşdırılmamışdır. İşin halları bundan ibarətdir ki,iddiaçı tərəfindən kredit müqaviləsində qeyd olunan məbləğdə kredit faktiki olaraq ona verilməmiş və həmin vəsait əsas borcla yanaşı faiz və cərimələrdən hesablanan məbləğ olmuşdur. Cavabdehin banka olan borcunun dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertiza təyin edilməmiş və bununla da məhkəmə cavabdehin banka olan rea l borcunu müəyyən etmədən qətnaməni qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 25.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 27.Maddə 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandı rılma ilə razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2(103)-5474/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.