Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3300/2021 15.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD ərazi aidiyyəti ilə bağlı qərardada baxılmasından imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadını nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində və faktiki sahibliyində olan və ünvan ünvanında yerləşən x yaşayış evinin boşaldılaraq cavabdehə verilməsi müqabilində cavabdehdən 50.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 202 0-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim İ.Abbasova) mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Z.Tağıyev) mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi ünvan ünvanında yerləşən x yaşayış evinin boşaldılaraq cavabdehə verilməsi müqabilində cavabdehdən 50000 manatın tutularaq ona ödənilməsi ilə bağlıdır, həmin tələbə MPM-nin 39-cu maddəsində qeyd edilən müstəsna aidiyyət (işin torpaq sahəsinin olduğu yerin məhkəməsində baxılması) qadalarına uyğun baxılması istisnadır. Məhkəmə kol legiyası aşağıdakı əsaslara görə hesab edir ki, aidiyyətlə bağlı fikir ayrılığına dair qərardad baxılmadan geri qaytarılmalıdır. Qüvvədə olan prosessual qanunvericilik aidiyyətin iki növünü müəyyən etmişdir. Məhkəmə aidiyyəti və ərazi aidiyyəti. Hazırkı fikir ayrılığı ərazi aidiyyəti ilə bağlıdır. Beləki, işin ərazi aidiyyəti üzrə baxılması üçün göndərilən məhkəmə (Xəzər məhkəməsi) həmin göndərmə ilə razılaşmır və hesab edir ki, hazırkı halda müstəsna aidiyyətın qaydaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instans iyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, MPM-nin qeyd edilən maddəsinin tələbinə görə mübahisə ərazi aidiyyəti ilə bağlıdırsa və məhkəmələr arasında fikir ayrılığı olduğu halda aidiyyət məsələsini apellyasiya instansiyası məhkəməsi müəyyən edir. Ona görə qərardada baxılmasından imtina edilməli və mülki iş MPM-nin 45.4-cü maddəsinin tələblərinə riayət olunması üçün rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 408.2, 408.3-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadına kassasiya instansiyası məhkəməsində baxılmasından imtina edilsin. Mülki iş Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinin tələblərinə riayət olunması üç
Məhkəmə qərarları › İş №2(102)-3300/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3300/2021
15.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver