Məhkəmə qərarları › İş №2(102)-3303/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3303/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3303/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, birgə əmlakın satışından əldə olunan pul vəsaitinin paya uyğun hissəsinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(107)394/2024 nömrəli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və İddiaçı 22 may 2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Yevlax Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Cavabdeh adına aşağıdakı əmlaklar qeydə alınmışdır: 2.1.07 sentyabr 2019-cu il tarixdən “QAZ 3110” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil, 2.2.31 may 2020-ci il tarixindən “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil. Sonuncu avtomobil 25 fevral 2022-ci il tarixində Cavabdeh tərəfindən qardaşı X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qiyməti 17800 manat olan “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı avtomobilin dəyərinin ½ hissəsinin – 8900 manat və qiyməti 6500 manat olan “QAZ-3110” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı avtomobilin dəyərinin ½ hissəsinin – 3250 manat məbləğində pulun, həmçinin əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğində və dövlət rüsumu olaraq ödənilən 164 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər ər-arvad olduqları mərhələlərdə cavabdeh 07 sentyabr 2019-cu il tarixində “QAZ-3110” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili adına almışdır. Eyni ilə, keçmiş əri ticarətlə məşğul olduğundan “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2020-ci il tarixində alınmış, iddiaçının xəbəri olmadan 25 fevral 2022-ci il tarixində adından qeydiyyatdan çıxarılaraq qardaşının adına sənədləşmişdir. Hər iki avtomobil tərəflərin birgə nikahları dövründə əldə olunan daşınar əmlakdır. “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, ağ rəngli, furqon tipli avtomobil "xxxx" MMC tərəfindən qiymətləndirilərək, 22 iyun 2023-cü il tarixə real bazar qiyməti 17800 manat müəyyən edilmişdir. “QAZ-3110” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı avtomobilinin real bazar qiyməti 6500 manat müəyyən edilmişdir. “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobil boşanm a ərəfəsində tez-tələsik bir addan digər ada keçirilmişdir.

5. Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(014)-1200/2023 nömrəli qətnaməsi ilə (hakim C.R.Sultanov) iddia təmin olunmuş, İddiaçı ilə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 17800 manat dəyərində olan “Ford” markalı, “Transit” modelli, **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Ağ” rəngli, furqon tipli, yük avtomobilinin yarı dəyəri 8900 manat və 6500 manat dəyərində olan “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli, minik avtomobilinin yarı dəyəri 3250 manat məbləğində pulun, əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun və 164 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaç ı verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni işin faktiki halları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 220.1, 220.2, 220.3, 225.1-ci, Ailə Məcəlləsinin 31.1, 32.1-ci, mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 89.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində yarı dəyərini tələb etdiyi “QAZ-3110” markalı minik avtomobilini 07 sentyabr 2019-cu ildə almışdır. “Ford Transit" markalı yük avtomobili isə qardaşı X4 Yevlax rayonunda yaşayan Namiq a dlı kürəkəninə məxsus olmuşdur. İddiaçı ilə evlənməmişdən əvvəl qardaşı X5 mərhum atasına məxsus olmuş, onun ölümündən sonra özü idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilini kəndə gedib-gəlmək üçün etibarnamə ilə ona vermişdir. 2020-ci ilin yaz aylarında o qardaşının kürəkəninin “Ford Transit” markalı yük avtomobilini almaq istədiyindən şəxsən iddiaçının razılığı ilə “QAZ-3110” markalı minik avtomobilini 1000 manata Yevlax rayon sakininə satmışdır. Həmin avtomobil sərnişin daşımaq və minik avtomobili kimi istifadəyə yararsız olduğundan salon hissəsi kəsilmiş və yük daşımaq üçün yararlı olmuşdur. Bu avtomobilin demək olar ki heç bir maddi dəyəri yoxdur. “Ford Transit” markalı yük avtomobilini Namiqlə 14000 manata razılaşmışlar. Lakin onun pulu çatmadığına görə “Vaz-2106” markalı minik avtomobilinin sahibi olan qardaşı X7 razılaşaraq və avtomobili 4000 manat qiymətləndirməklə Namiqə vermişdir. Bundan sonra Namiq “Vaz-2106” markalı minik avtomobilini qardaşından aldığına görə ondan 10000 manat pul alaraq “Ford Transit" markalı yük avtomobilini 31 may 2020-ci il tarixdə onun adına rəsmiləşdirmişdir. 2022-ci ilin əvvəllərində ailənin maddi vəziyyəti ağır olduğundan və pula ehtiyacı olduğundan şəxsən iddiaçının özünün razılığı ilə “Ford Transit” markalı yük avtomobilini 12000 manata qardaşı X2. İddiaçı ilə ailə münasibətləri pozulduğu zaman yaranmış ev və digər mübahisələr barədə 23 fevral 2023-cü il tarixdə barışıq sazişi bağlayaraq imzalamışlar. Həmin sazişə əsasən yaşadığı evdən istifadə hüququna xitam verilməsi və çıxması müqabilində onun tərəfindən ona 15000 manat pul verilmiş və iddiaçı əmlakları aparmışdır. Saziş bağlanan zaman mübahisə predmeti olan hər iki avtomobillər müvafiq olaraq rəsmi qaydada və faktiki (etibarnamə ilə) satıldığından heç biri həmin əmlakları mübahisələndirməmişlər. Alqı-satqı müqaviləsi məhkəmə tərəfindən tələb edilsəydi “Ford Transit” yük avtomobilinin dəyərinin 17800 manat yox, 12000 manat olması sübut olunardı.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(107)-394/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehdiyevdən və M.A.Əsədlidən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Ağdaş Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(014)-1200/2023 nömrəli qətnaməsi dəyişdirilərək, “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli minik avtomobilinin dəyəri 6000 manat, həmin avtomobilə görə Cavabdeh alınaraq İddiaçı verilməli olan pulun məbləği isə 3000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətində “Ford Transit” markalı avtomobilin iddiaçının razılığı ilə satıldığı barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında nikahın pozulması barədə Yevlax Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, tərəflər 11 aprel 2022-ci ildə nikahın pozulması üçün mediatora müraciət etmişlər. Həmin vaxt tərəflərin faktiki ailə münasibətləri mövcud olmamış, ayrı yaşamışlar. “Fo rd Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 fevral 2022-ci il tarixində Cavabdeh tərəfindən qardaşı X1. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.4-cü bəndinə görə reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Apellyasiya kollegiyası qeyd etmişdir ki, avtomobilin alqısatqısının olduğu vaxt iddiaçı və cavabdehin birlikdə yaşadığını, o cümlədən cavabdehin müqavi ləyə razılıq verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, cavabdeh isə bu barədə apellyasiya şikayətində qeyd etməklə kifayətlənmiş, hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində avtomobili 12000 manata satdığını qeyd etsə də, onun nümayəndəsi və vəkili Nümayəndə kollegiya göndərdiyi 25 fevral 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətində avtomobilin 9500 manata satıldığı görünür. Bu hal, cavabdehin iddia etdiklərinin inandırıcı olmadığı barədə kollegiyanın gəldiyi daxili inamı təsdiqləmişdir. Göstərilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı -satqısı müqaviləsinin onun razılığı olmadan bağlandığını bildirməklə müqaviləni bəyənmədiyini ifadə etmişdir. Belə olan halda, avtomobilin hansı qiymətə satılmış olması deyil, avtomobilin orta bazar qiyməti əhəmiyyət kəsb edir.

12. Həmin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertiza tədqiqatının nəticə olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən avtomobillərin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 2006-cı il buraxılışlı “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı, furqon tipli avtomobil – 22.5 00,00 manat - 2006-cı il buraxılışlı, “QAZ-3110"D dövlət qeydiyyat nişanlı avtomobil – 6000,00 manat.

13. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspert rəyində göstərilmiş qiyməti iddia tələbi həcmindən artıq olduğundan, həmin hissədə ekspert rəyi sübut qismində qəbul edilməməklə, apellyasiya şikayəti həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 14. 2006-cı il buraxılışlı, “QAZ-3110” dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti isə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən 500 manat aşağı olduğundan həmin hissədə ekspert rəyi sübut qismində qəbul edilməli, apellyasiya şikayəti həmin hissədə qismən əsaslı hesab edilməlidir.

15. İd diaçı və cavabdeh arasında 23 fevral 2023-cü il tarixdə barışıq sazişi olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də hazırkı apellyasiya baxışında məhkəmə kollegiyasına belə bir saziş təqdim etməmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəf onlar arasında elə bir saziş olduğu etiraf etsə də, bildirmişdir ki, həmin saziş iddiaçının cavabdehə məxsus evdən istifadə hüququ ilə bağlı olmuş, hazırkı mübahisə üzrə avtomobillərlə bağlı həmin sazişdə heç bir qeyd mövcud olmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.4-cü, Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, 36.9, 37.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 218.3, 372.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(107)-394/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 31.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.

19. Belə ki, iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri yük və minik avtomobilləri faktiki olaraq nikah dövründə satıldığından və iddiaçı ilə aralarında əmlak bölgüsünə dair barışıq saz işində həmin avtomobillər mübahisələndirilmədiyindən avtomobillər mübahisə predmeti olan bilməz. Tərəflər arasında əmlak bölgüsünə dair barışıq sazişi bağlanarkən, iddiaçı tərəf mübahisə predmeti olan avtomobilləri mübahisələndirməmiş, bu barədə təklif və ya tələbini bildirməmiş, lakin sonradan həmin avtomobillərin yarı dəyərini tələb etməklə məqsədi əsassız varlanma olmuşdur. Yevlax Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflər 11 aprel 2022-ci ildə faktiki olaraq ayrılmış və nikahın pozulması üçün mediatora müraciət etmişlər. “Ford Transit” markalı, **UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə onların nikahları mövcud olduğu dövrdə, yəni 25 fevral 2022-ci il tarixində satılmışdır. Bu zaman iddiaçı tərəfin həmin daşınar əmlakın satılmasında n faktiki olaraq məlumatı olmuş və buna etirazını bildirməmişdir. Ona görə də, həmin avtomobilin qiymətləndirilməsi işə baxılan zaman mövcud olan real bazar qiyməti ilə yox, rəsmi alqı-satqı müqaviləsi bağlanan zaman avtomobilin vəziyyətinin texniki cəhətdən yoxlanılmasının nəticəsində müəyyən edilmiş satış qiyməti ilə tənzimlənməlidir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsi qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun mü bahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə gö rə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödən ilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxs lərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsa sən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

30. Kassasiya şikayətinin dəlilləri əsassızdır.

31. Belə ki, şikayətin birinci dəlili tərəflər arasında əmlak bölgüsünə dair barışıq sazişinin mövcud olması ilə bağlıdır. Kassasiya kollegiyası bununla bağlı ilk olaraq qeyd edir ki, həmin barışıq sazişi iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəflər arasında belə sazişin olduğunu etiraf etsə də, onun yalnız yaşayış sahəsindən istifadə hüququ ilə bağlı olduğunu qeyd etmişdir. Gör ündüyü kimi, hazırda mübahisələrdirilən avtomobillərlə bağlı tərəflər arasında qüvvədə olan barışıq sazişinin mövcudluğu məhkəmələr tərəfindən müəyyən olunmamış və belə sazişə istinad etməklə, iddianın rədd edilməsinə dair kassasiya şikayətinin dəlili əsassızdır.

32. Kassasiya şikayətinin digər dəlili avtomobillərin tərəflərin birgə nikahları dövründə iddiaçının razılığı ilə satılmasından ibarətdir.

33. Şikayətin bu dəlili sübutetmə ilə bağlıdır. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imk an verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Cavabdeh avtomobillərin satışından iddiaçının razılığının olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. “Ford Transit” markalı avtomobil iddiaçı tərəfindən özgəninkiləşdirilərkən tərəflərin formal nikahda olmaları iddiaçının razılığının mövcudluğu kimi qiymətləndirilə bilməz. Belə ki, kassasiya şikayətində də göstərildiyi kimi, həmin avtomobil 25 fevral 2022-ci il tarixdə satılmış və cəmi 1 ay 15 gün sonra Cavabdeh nikahın pozulması ilə bağlı mediatora müraciət etmişdir. Odur ki, avtomobil özgəninkiləşdirərkən tərəflərin ailə münasibətlərinin hələ pozulmamasının və müvafiq olaraq iddiaçının buna razılıq verməsinin sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. 35. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 7.19-7.20-ci bəndlərində izah olunmuşdur ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz... Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pu l şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır.

36. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(107)-394/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar