Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3313/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan R espublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə (hakim K.Əmirxanova) İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti təmin edilərək, mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim K.Əmirxanova) şikayət təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(005)- 244/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadın ləğv edilməsini, işə aidiyyəti üzrə aidiyyət məsələsinin həll edilməsi üçün Nərimanov rayon Məhkəməsində baxılmasını, Qərardad ləğv edilmədiyi halda şikayət işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh əsassız olaraq məhkəmə aidiyyatının Nərimanov Rayon Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə aid olduğunu irəli sürərək məhkəməyə müraciət etmiş, məhkəmə isə cavabdehin vəsatətini qəbul edərək işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsinin sözügedən qərardadını aşağıdakı səbəblərə görə əsassız hesab edir. İddia ərizəsində də qeyd etdiyi kimi, cavabdeh 2 aprel 2018-ci il tarixdə iddiaçıdan 79.662 (yetmiş doqquz min altı yüz altmış iki) ABŞ dolları məbləğində borc almış, 2 aprel 2018-ci il tarixdə isə borcun etirafı haqqında iltizamı imzalamışdır. Göründüyü kimi, hazırkı mübahisənin predmeti borc hüququ normalarına uyğun gəlir və sahibkarlıq münasibəti hesab olunmadığından işi kommersiya mübahisəsi kimi yox, cavabdehin borc müqaviləsi üzr ə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirmək lazımdır. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 79,662 ABŞ dolları məbləğində vəsaitin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh 09.03.2021-ci il tarixdə ərizə təqdim edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərb aycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti təmin edilmiş və mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, bu manasibətlər kommersiya xarakteri daşıyır. İddiaçı qeyd etdiyi cavabdehin ona borcu kommersiya münasibətləri nəticəsində yaranmışdır. İddia ərizəsinin məzmunundan da bu görünür. Bu səbəbdən hazırkı iddia tələbi üzrə məhkəmə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasının məqsədəmüvafiqliyi nəticəsinə gəlmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkə məsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münas ibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri kommersiya xarakteri daşıyır. Bundan başqa tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Bununla bağlı onların hər ikisinin VÖİN-i vardır. Bu səbəbdən haz ırkı iddia tələbi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsini n 403-1.6, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3313/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3313/2021
26.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver