Məhkəmə qərarları › İş №2(102)-3314/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3314/2021

21.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3314/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Nəbizadə Rahib Sahib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)4976/2020 saylı məhkəmə aidiyyətinə dair qərardadından Cavabdeh1 Məhdud Məsuliyətli Cəmiyyətinin şikayət üzrə işə kasasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Ə.R.Səmədov) İddiaçı1 Cavabdeh1-nə qarşı “Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda apardığı qanunsuz tikinti işlərinin dayandırılması və tikilinin cavabdehin hesabına sökülməsi” iddiasına dair mülki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1-nin ərizəsi təmin edilməyib. Cavabdeh1-ti şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının tam ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xihaş edib. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, Cavabdeh1-nin şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübah isənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin d əlillərini əsassız sayıb hesab edir ki, sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mülki prosessual qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə aidiyyəti dedikdə-mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin və ya di gər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt kommersiya məhkəmələ rinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə hazırki mülki mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan, İddiaçı1 tərəfindən hazırki iddia məhkəmə aidiyyəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə düzgün verilib və Cavabdeh1-nin şikayətində göstərdiyi dəlillər məhkəmə aidiyyətinin dəyişdirilərək mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Çünki, tərəflər arasındakı hazırki mübahisə Cavabdeh1-nin Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ün vanda apardığı qanunsuz tikinti işlərinin dayandırılması və həmin tikinti işlərinin onun hesabına sökülməsi ilə bağlı yaranıb, yəni tərəflər arasında bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Ona görə də tərəflərin hüquqi şəxs, habelə cavabdehin təşkilati-hüqiqi formasına görə MMC olması məhkəmə aidiyyətinin dəyişdirilərək, hazırki mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Göründüyü kimi hazırki mübahisənin bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranması mülki iş materilları ilə istisna olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1-nin məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair ərizəsini rədd etmə klə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Ona görə də kasasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirlmədən, Cavabdeh1-nin şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətin şikayəti təmin edilməsin, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-4976/2020 saylı məhkəmə aidiyyət inə dair qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar