Məhkəmə qərarları › İş №2(102)-3316/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3316/2023

30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3316/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi, iddia müddətinin tətbiqindən imtina, sübutetmə, maddi hüququ normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103)570/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayət inə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmaqla, 02 dekabr 2013-cü il tarixli etibarnamə ilə ondan istifadə edilməsi 30 dekabr 2016-cı il tarixədək Cavabdeh etibar edilmişdir. Etibarnamə 30 dekabr 2012-ci il tarixli etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır.

2. Cəlilabad Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, İddiaçı cəmi 3841 manat borcun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş “Opel Astra” markalı, **-BM*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılması, satışdan əldə edilən vəsait dən 3841 manatın bankın xeyrinə ödənilməsi, avtomobilin ilkin hərrac qiymətinin 6700 manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir.

3. Cəlilabad rayon İcra şöbəsinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə qeyd olunan avtomobil axtarışı elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu ilə birlikdə tam işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıya verilməsi, avtomobil olmadığı, satıldığı və ya xarab vəziyyətdə olduğu halda isə avtomobilin dəyəri olan 8200 manat və iddianın verilməsin ə görə 30 manat dövlət rüsumu olmaqla, cəmi 8230 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobili saz vəziyyətdə 02 dekabr 2013-cü ildə etibarnamə ilə cavabdehə vermişdir. Sonradan o, avtomobili geri tələb etsə də, nəticəsi olmamışdır. Cavabdeh bununla iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

6. Cavabdeh iddiaya qarşı verdiyi etirazında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan və "xxxx" ASC-də girovda olan mübahisəli avtomobili etibarnamə əsasında ilkin ödəniş almaqla cavabdehin istifadəsinə vermiş, lakin o, aylıq ödənişləri gecikdirdiyi üçün avtomobili götürdüyü vaxtdan bir ay sonra "xxxx" ASC-nin Masallı filialına təhvil vermişdir. İddiaçı avtomobili sonradan başqa şəxsə satmışdır.

7. Cavabdeh həmçinin, birinci instansiya məhkəməsinə ərizə verərək, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

8. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin 01 aprel 2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, 1998-1999-cu il buraxılışlı “X5” markalı nəqliyyat vasitəsinin 01 aprel 2022-ci il tarixə olan bazar dəyəri 8500 manat təşkil edir.

9. Cəlilabad Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(073)-667/2022 nömrəli qətnaməsi ilə (hakim Q.H.Paşayev) iddia təmin edilmiş, Cavabdeh “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (texniki pasportu ilə birlikdə) tam işlək vəziyyətdə, həmin nəqliyyat vasitəsi olmadığı, satıldığı və yaxud nasaz (xarab) olduğu halda, dəyəri olan 8200 manat pulun və 30 manat dövlət rüsumunun alınıb, İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan mübahisəli avtomobil etibarnamə əsasında 02 dekabr 2013-cü il tarixdə cavabdehə etibar edilmiş, lakin sonradan mülkiyyətçinin müraciəti əsasında həmin etibarnaməyə xitam verilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh avtomobili mülkiyyətçisinə qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh avtomobili "xxxx" ASC-yə təhvil verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

12. Ləğv prosesində olan "xxxx" ASC-nin 16 iyul 2 021-ci il tarixli məktubundan müəyyən edilir ki, mübahisəli avtomobil Banka təhvil verilməmişdir.

13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh pozulmuş subyektiv hüququn müdafiəsi müddəti olan iddia müddəti anlayışını dərk edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddiaçının subyektiv hüququnun mövcud olmasını etiraf edir. Belə ki, cavabdeh iddiaçının hazırkı mülki mübahisə üzrə subyektiv hüququnun olmadığını hesab etdiyi halda, o, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə if adə etməli idi. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf etmişdir. Belə olan halda, məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmışlar.

14. Digər tərəfdən, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahib likdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 373.2, 377.1, 384.0.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.3, 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(073)-667/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(106)-570/2023 nömrəli qətnaməsi ilə (hakim T.X.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) apellyasiya şik ayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(073)-667/2022 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli avtomobili "xxxx" ASC-yə təhvil verdiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

19. Apellyasiya məhkəməsi həmçinin iddia müddətinin mübahisəyə tətbiqindən imtinaya dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023- cü il i tarixli, 2(103)-570/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.1-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan və "xxxx" ASC-nin Masallı filialından girovda olan avtomobili 02 dekabr 2013-cü il tarixdən 30 dekabr 2016-cı il tarixədək, yəni 3 illik müddətə etibarnamə əsasında cavabdehin istifadəsinə vermiş, lakin aylıq ödənişlər gecikdiyi üçün cavabdeh avtomobili bir ay sonra "xxxx" ASC-nin Masallı filialına təhvil vermişdir. Bundan sonra onun həmin avtomobildən məlumatı olmamışdır. İddiaçı ilə aralarında ol an müqavilə tələbi üzrə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı 2016-cı il tarixdən məhkəməyə müraciət etdiyi vaxtadək bu barədə hər hansı bir hərəkətlər etməmişdir. Bununla da o, iddia müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin izahatının mülki məsuliyyətdən yayınmaq üçün verdiyini qeyd etmişdir. Halbuki, bu hüquq cavabdehin öz mülki hüquq mənafeyindən real istifadə etmək imkanıdır. Bunun nəzərə alınmaması cavabdehin prosessual təminatının qarşısının alınmasına şərait yaradır və cavabdehin öz mənafeyini qorumaq imkanının maneə olmaqla, onun subyektiv hüququnu pozur.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, s əs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 2 22.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 417.2-ci maddəsin ə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli avtomobilin və ya onun dəyərinin qaytarılması hissəsində həll edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

30. Belə ki, hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İşin faktiki hallarını araşdıran məhkəmələr, qeyd olunan maddənin dispozisiya şərtlərinə uyğun olaraq müəyyən etmişlər ki, mübahisəli avtomobil 02 dekabr 2013-cü ildə etibarnamə ilə idarə edilməsi üçün cavabdehə təhvil verilmişdir. Həmin hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh sonradan avtomobili qanuni sahibinə və ya başqa şəxsə ("xxxx" ASC-yə) qaytardığını etirazında qeyd etdiyi halda, bunun sübutetmə vəzifəsi məhz onun üzərinə düşür. Lakin, cavabdeh tərəfindən qeyd etdiyi həmin xüsusatla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

31. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

32. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

33. İddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin dəlili də, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə əsassızdır. Belə ki, hazırki iddia mülkiyyət hüququnun pozulmasının aradan qaldırılmasına yönəldilmiş və bu səbəbdən bu tələbə iddia müddəti şamil oluna bilməz.

34. Av tomobilin dəyəri kassasiya şikayətində mübahisələndirilmədiyi üçün, onun naturada qaytarılması mümkün olmadığı halda, məhkəmələrin MPM-in 222.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tutduğu pul vəsaitinin düzgün müəyyən edilib-edilməməsinə məhkəmə kollegiyası əlavə hüquqi qiymət verilməsini zəruri bilmir.

35. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, iddianı mübahisəli nəqliyyat vasitəsinin, həmin nəqliyyat vasitəsi olmadığı və ya satıldığı halda, dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin etməklə, aşağı instansiya məhkəmələri maddi və prosessual hüquq normalarına tam riayət etmişlər.

36. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddia mübahisəli avtomobil nasaz (xarab) olduğu halda, dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi his səsində təmin oluna bilməz.

37. Belə ki, hazırki tələb mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlıdır. Həmin əmlak aşkar olunaraq, hər hansı nasazlığı müəyyən ediləcəyi halda isə, iddiaçının əmlakın tam dəyərini deyil, ona vurulmuş ziyanı tələb etmək hüququ var ki, bu hazırki mübahisənin predmetini təşkil etmir.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hissədə maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi qismən ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın göstərilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103)-570/2023 nömrəli qətnaməsi qismən, iddianın “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nasaz (xarab) olduğu halda, dəyəri olan 8200 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddia “Opel Astra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nasaz (xarab) olduğu halda, dəyəri olan 8200 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103 )-570/2023 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar