Məhkəmə qərarları › İş №2(102)-3320/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3320/2024

27.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3320/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilməsi, kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 20 iyun 2024-cü il tarixli, 2(104)-195/2024 nömrəli qətnaməsindən Cavabdeh2 Məmmədəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X2 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi dəyəri 11115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddia qismən təmin edilmiş, Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47490 manat pulun ikidə bir hissəsi olan 23745 manat məbləğində pul və “VAZ–21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4000 manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçıya verilməsi qət edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunan hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-195/2024 nömrəli iş üzrə, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) İ.Həsənov və Ş.Rzaquliy) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxcarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

6. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

7. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

8. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduq dan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-195/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə 15 may 2024-cü il tarixli 2(102)-2207/2024 nömrəli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

10. İş öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

11. Belə ki, cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissəsindən apellyasiya şikayəti verilmiş, digər Cavabdeh2 isə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmiş, bununla da məhkəmənin qətnaməsi ilə razılaşmışdır.

12. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın tə min edilən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, hazırda onun həmin hissədən kassasiya şikayəti vermək hüququ yoxdur.

14. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Odur ki, hazırkı kassasiya şikayəti MPM-in 403.1 və 408.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq verilmiş hesab edilə bilməz.

15. Ona görə də işin icraata qəbul edilməsinə dair Ali Məhkəmə Mülki kollegiyasının qərardadı qismən, Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul olunmasına aid hissədə ləğv edilməli, Cavabdeh2 kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti geri qa ytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 67.1, 407.3 və 417.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3320/2024 nömrəli iş üzrə işin icraata qəbul edilməsinə dair 3 sentyabr 2024-cü il tarixli qərardadı qismən, Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul olunmasına aid hissədə ləğv edilsin və Cavabdeh2 kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar