Məhkəmə qərarları › İş №2(102)-3321/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3321/2021

09.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3321/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin özgəsinin qanunsuz sahibliyindən tələb olunması, qızıl-zinət əşyaları tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(104)2178/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı 13 sentyabr 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Hazırda tərəflərin ailə münasibətləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən dəyəri 4380 manat olan 7 adda qızıl-zinət əşyalarının, 400 manatın və 6 ay ərzində hər ay 200 manat olmaqla verdiyi 1200 manatın, 3155 manat dəyərində 103 adda məişət əşyalarının, 402 manat dəyərin də 27 adda kosmetika vasitələrinin, 6164 manat dəyərində 33 adda çatışmayan əşyaların alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(044)155/2019 nömrəli qətnaməsi ilə (hakim E.T.Axundov) iddia tələbi təmin edilərək, Cavabdeh 8 yataq dəsti - hər birinin dəyəri 250 manat, ümumilikdə 2000 manat, 6 yataq dəsti - hər birinin dəyəri 150 manat, ümumilikdə 900 manat, 3 ədəd süfrə - hər birinin dəyəri 125 manat, ümumilikdə 375 manat, 2 ədəd fen - dəyəri 100 manat, qolsuz göy don - dəyəri 175 manat, çəhrayı rəngli şalvar və kofta - dəyəri 50 manat, ağ rəngli kofta dəyəri 120 manat, 1 cüt gümüşü rəngli ayaqqabı - dəyəri 130 manat, 1 cüt krem rəngli ayaqqabı - dəyəri 140 manat, sarı rəngli ket - dəyəri 80 manat, ev ayaqqabıları 5 dəst dəyəri 30 manat, qara rəngli çəkmə, yarımboğaz - dəyəri 120 manat, qara rəngli çəkmə gödək - dəyəri 80 manat, alt paltarları 18 dəst - dəyəri 150 manat, 26 cüt corab - dəyəri 90 manat, 1 dəst yataq paltarı - dəyəri 35 manat, yataq dəsti qutuda - dəyəri 250 manat, qırmızı rəngli şalvar - 65 manat, dəst şalvar-kofta qaralı-ağlı rəngli - dəyəri 100 manat, 17 ədəd əl-üz məhrəbası - dəyəri 650 manat, 5 ədəd qətfə - dəyəri 275 manat, 2 ədəd çanta qara rəngli dəyəri 35 manat, qırmızı rəngli - dəyəri 22 manat, 2 dəst yay geyimi rəngli dəyəri 50 manat, boz rəngli - dəyəri 38 manat, 1 dəst şalvar təzə - dəyəri 78 manat, 1 dəst qaralı - qırmızılı idman geyimi - dəyəri 75 manat, şalvar - dəyəri 70 manat, ümumiliklə 6138 manat, 8 ədəd beşlik qızıl, hər bi ri 350 manat - ümumi dəyəri 2800 manat, 1 ədəd üzük, 3 qram çəkidə - dəyəri 250 manat, 1 ədəd üzük, 3 qram çəkidə - dəyəri 250 manat, 1 ədəd üzük əmisi arvadı tərəfindən hədiyyə edilmiş 2 qramlıq - dəyəri 180 manat, 1 ədəd üzük - anası tərəfindən verilmiş hədiyyə 4 qram çəkidə - dəyəri 350 manat, 1 ədəd nişan üzüyü, 4 qram çəkidə ağ qızıldan - dəyəri 350 manat, 1 ədəd sırğa “düymə” 2 qram çəkidə, iddiaçının özünə məxsus sırğa, 2 qram çəkidə - dəyəri 100 manat, ümumilikdə 4280 manat dəyərində qızıl-zinət əşyaları, bankanın içində yığılmış - 400 manat məbləğində pul, hər ay 200 manat olmaqla 6 ay müddətində cavabdehə ödənmiş, ümumilikdə 1200 manat məbləğində pul vəsaiti, kosmetika əşyaları - ətirlər: “Lusia” markalı - dəyəri 25 manat, “Today” markalı - dəyəri 40 manat, “İnkandes” markalı - d əyəri 50 manat, “Versace” markalı - dəyəri 35 manat, fen dəsti - dəyəri 10 manat, fen lüks dəyəri 11 manat, kremlər: 2 ədəd əl kremi-dəyəri 16 manat, 2 ədəd ayaq kremi - dəyəri 10 manat, 2 ədəd üz kremi - dəyəri 18 manat, “Pupa” markalı kirşan - dəyəri 12 manat, tonlaşdırıcı krem “Lüks” - dəyəri 30 manat, kirşan “Pupa” markalı - dəyəri 12 manat; 2 ədəd fırça – dəyəri 5 manat; 2 ədəd qaş qələmi, təzə - dəyəri 6 manat, dodaq boyası 4 ədəd - dəyəri 16 manat, 6 ədəd dırnaq lakı - dəyəri 6 manat, 12 ədəd sürmə - dəyəri 6 manat, göz qələmi 2 ədəd - dəyəri 3 manat, 2 ədəd tuj, lak silən böyük - dəyəri 3 manat, dırnaq naboru - dəyəri 17 manat, dezodorant “Qarnier”, “Emoşn” markalı - dəyəri 6 manat, 3 ədəd “Elidor” markalı şampun - dəyəri 14 manat, sulu salfet böyük - 4 manat, 2 ədəd antipresperant “Reksona” markalı - dəyəri 12 manat, göy rəngli hədiyyə dəsti, 4 ədəd daraq, 2 ədəd fırça, 2 ədəd kapron - dəyəri 12 manat, ümumilikdə 402 manat dəyərində, evdə olmayan cehiz əşyaları - 6 ədəd “romaşka” boşqab - dəyəri 60 manat, 6 ədəd göy çiçəkli boşqab - dəyəri 20 manat, yaşıl Tefal - dəyəri 15 manat, 4 dəst fincan ilə nəlbəki dəyəri 24 manat, “ördək” formalı fincan - dəyəri 3 manat, 1 ədəd qara rəngli sini - dəyəri 8 manat, suvenir mücrü - dəyəri 8 manat, qırıq üzərlik qabı - dəyəri 15 manat, 1 ədəd xrustal kompot stəkanı 6 ədəd - dəyəri 30 manat, 3 dəst 6 ədəd fincan və nəlbəki - dəyəri 36 manat, 1 ədəd ləyən - dəyəri 5 manat, 6 ədəd tünd çəhrayı zərli bakal - dəyəri 30 manat, 2 ədəd kapron ləyən - dəyəri 4 manat, 1 ədəd çaydan və çaynik dəsti - dəyəri 15 manat, 2 ədəd çaynik - dəyəri 3 manat, 4 ədəd çömçə - dəyəri 5 manat, ümumilikdə 281 manat dəyərində əşyaların və ya onların dəyərinin tutularaq, iddiaçı İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ailə həyatı qurarkən cavabdehin yaşadığı evə müxtəlif cehiz əşyaları aparmış və toy mərasimi nəticəsində ona müxtəlif qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Qeyd edilən cehiz əşyalarının bir qismini iddiaçı tərəf məhkəmə araşdırılması nəticəsində cavabdehin evindən götürmüş, lakin iddia olunan digər əşyalar cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə yeni həcmdə verilmiş iddia tələbi qismən təmin edilməli, lakin iddia pul hissəsində sübuta yetirilmədiyindən iddia qeyd olunan hissədə təmin edilməməlid ir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(044)-155/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı xxx qızı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(044)-155/2019 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(104)-2637/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.M.Əliyevadan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(044)-155/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı “pul, qızıl-zinət və digər əmlak” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mübahisə ilkin iddiada çatışmayan, tələbin həcminin artırılması barədə verilmiş ərizələrdə qeyd olunan qızıl-zinət, məişət, əmlak siyahıya alınarkən orada olmayan əşyalar, cavabdehə 6 ay ərzində ümumilikdə verilən 1200 manat və adına götürülmüş 4300 manat, eləcə də bankad a toplanan 400 manatla bağlıdır. Yəni iddiaçı tərəfin dəlili ondan ibarət olmuşdur ki, ilkin verilmiş iddia ərizəsində çatışmayan əşyalar, tələbin həcminin artırılması barədə ərizədə qeyd olunan ümumi dəyəri 4380 manat olan 7 adda qızıl-zinət, ümumi dəyəri 3155 manat olan 103 adda məişət, 402 manat dəyərində 27 adda kosmetik və əmlak siyahıya alınarkən orada olmayan və ümumi dəyəri 6164 olam 33 adda əşyalar mövcud olmuş və cavabdehdə qalmışdır. Eləcə də, onun tərəfindən 6 ay müddətində hər ay cavabdehə 200 manat, cəmi 1200 manat, həmçinin adına götürülmüş 4300 manat kredit cavabdehə verilmişdir. Cavabdeh tərəfin isə dəlili ondan ibarət olmuşdur ki, iddiaçı 6 ay ərzində hər ay 200 manat olmaqla, cəmi 1200 manat və 4300 manat kredit pulu iddiaçı tərəfindən ona verilməmiş, ilkin verilmiş iddi a ərizəsində çatışmayan, tələbin həcminin artırılması barədə ərizədə qeyd olunan kosmetik, məişət və digər əşyalar, həmçinin bankaya yığılmış 400 manat ümumiyyətlə mövcud olmamış, tələbin həcminin artırılması barədə ərizədə adları qeyd olunan ümumi dəyəri 4300 manat olan 7 adda qızıl-zinət əşyaları isə iddiaçının özündə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin dəlilini inandırıcı hesab etmiş, iddiaçı tərəfin dəlilini isə inandırıcı hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin və cavabdeh tərəfin izahatlarından, həmçinin şahid qismində dindirilmiş xxxanın vermiş olduğu ifadəsindən müəyyən olunmuşdur ki, iddiaçıya toy ərəfəsində alınmış qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı tərəf tələbin həcminin artırılması barədə ərizədə qeyd olunan və ümumi dəyəri 4300 manat olan 7 adda qızılzinət əşyalarının cavabdehdə qalmasını iddia etsə də, lakin həmin əmlakların nə vaxt və hansı şəraitdə cavabdeh tərəfindən əlindən alınmasını ərizədə qeyd etməmişdir. İddiaçı sadəcə ərizədə qeyd etmişdir ki, “Mən iddia tələbimin həcmini artıraraq cavabdehdən onda olan qızıl əşyalarımı (eləcə də, pul və digər əmlak) tələb edirəm.” Göründüyü kimi iddiaçı ümumi dəyəri 4300 manat olan 7 adda qızıl-zinət əşyalarının cavabdehdə olmasının mötəbərliyini əsaslandıra bilməmişdir. Digər tərəfdən qeyd olunan qızıl-zinət əşyaları cavabdehdə olmuş olsaydı, bu halda iddiaçı ilkin vermiş olduğu ərizədə bunları qeyd edər və cavabdehdən tələb edərdi. 7 adda qızıl-zinət əşyalarının ümumi dəyərini təşkil edən 4380 manat (iddiaçının deməsinə görə) hər bir hal da verilmiş ilkin iddia ərizəsində qeyd olunan ümumi dəyəri 21 manat olan tort dəstləri, 30 manat olan ev ayaqqabıları və yaxud da 80, 100, 120, hətta belə 200-300 manat dəyərində olan digər əmlaklardan qat-qat qiymətli əşya olmaqla, başqasından tələb olunması heç də yaddan çıxan və ya unudulan hal kimi qəbul edilən deyil. Bundan əlavə iddiaçı vermiş olduğu ilkin iddia ərizəsində qeyd olunan çatışmayan əşyaların, eləcə də tələbin həcminin artırılması barədə ərizəsində qeyd etdiyi ümumi dəyəri 3155 manat olan məişət əşyalarının, ümumi dəyəri 402 manat kosmetik əşyaların, əmlak siyahıya alınan zaman orada olmayan və ümumi dəyəri 6164 manat olan əşyaların cavabdehdə qalmasını, 6 ay müddətində hər ay 200 manat olmaqla, cəmi 1200 manat və kreditə götürdüyü 4300 manatın cavabdehə verməsini də tə sdiq edən mötəbər sübutu istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı xxx qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(104)-2637/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(102)-606/2020 nömrəli qərarı ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) İddiaçı xxx qızının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyul 201 9-cu il tarixli, 2(104)-2637/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atasının xəstələndiyini eşidib cavabdehin və valideynlərinin razılığı ilə atasına baş çəkməyə getmiş, lakin bundan sonra ona məlum olmayan səbəblərdən ər evinə qayıtmasına icazə verilməmişdir. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı şəraitdə ər evinə qayıtmasına icazə verilməməsinə qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Gəncə şəhəri İcra idarəsinin icra məmurunun iştirakı ilə 17 avqust 2018-ci il tarixdə aşkar olunmuş əmlakların sonradan iddiaçı tərəfindən götürülməsinə əsaslanaraq iddia tələbini rədd etmişdir. Bununla apelly asiya instansiyası məhkəməsi cüzi siyahı üzrə tərtib olunmuş həmin əmlakların bütünlüklə cehiz əmlaklarını əhatə edib-etməməsini, bunun məntiqə uyğun olubolmamasını araşdırmamışdır. Bundan əlavə Cavabdeh birinci instansiya məhkəməsinə iddiaya qarşı yazılı etiraz verərək aşağıdakıları göstərmişdir: “... Siyahıda göstərilən cehiz əşyaları ilə əlaqədar bildirirəm ki, demək olar ki, həmin əşyaların az bir hissəsi, yəni iddiaçının özü tərəfindən işlənib, qırılmış və yaxud sayı çox göstərilmiş şeylər istisna olmaqla, bütün əşyalar evdədir və biz onları verməkdən imtina etmirik.” İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh 13 sentyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, hazırkı iddia ərizəsi ilə isə 26 iyul 2018-ci il tarixində məhkəməyə müraciət olunmuşdur. Yəni apellyasiya instansiyası məhkəməsi hansı cehiz əşyalarının sınması ilə bağlı cavabdehin etirazının dəlillərini araşdırmamışdır. Bundan əlavə qızıl-zinət əşyaları ilə bağlı Cavabdeh apellyasiya şikayətinin dəlilində aşağıdakıları qeyd etmişdir: “... Bundan başqa həmin ifadələrin özü də iddiaçının ona məxsus əşyaları aparmamasını təsdiq edə biləcək sübutlar deyildir. Belə ki, həmin şahidlər ifadələrində xxxnin evə ağlaya-ağlaya gəlməsini və həmin vaxt üzərində çanta və ya əşya olmadığını bildirmişlər. Cavabdeh tərəf olaraq bu ifadəni belə mübahisələndiririk ki, həmin vaxt qızıl-zinət əşyaları iddiaçının cibində və ya əynindəki paltarlarının (qış paltarları) altında üzərinə taxılmış vəziyyətdə ola bilərdi və bunun hər hansı kənar şəxs tərəfindən görülməsi də mümkün deyildi. Bundan başqa iddiaçı onunla mü nasibətlərimiz pozulduğundan sonra dəfələrlə anası evinə getmişdir və həmin vaxtlar ərzində qızıl əşyalarını anası evinə aparmışdır. Bu fakt həmin şahidlərin ifadələri ilə təkzib edilə bilməz. Çünki həmin şahidlər yalnız bir dəfə iddiaçı ilə qarşılaşmışlar. Belə olan halda isə həmin şahidlərin ifadələri iddianı təsdiq edəcək mötəbər sübut kimi qəbul edilə bilməzdi. Əksinə iddiaçı ilə münasibətlərimiz pisləşən zaman mən artıq onun qızıl-zinət əşyalarını onun özünün və valideynlərinin təkidi ilə ona qaytardım. Belə ki, yaşadığım ərazidə qonşu mənzillərdə oğurluq hadisəsi olması ilə bağlı mənim mənzilimə də oğru girə biləcəyindən ehtiyat etdiyim üçün evdə olan qızıl-zinət əşyalarını etibarlı yer kimi xxxnin də razılığı ilə anama verdim. Lakin sonradan xxx ilə münasibətlərimiz pisləşdiyi üçün o və valideynləri qızılları tələb etdi. Mən isə qızılları anam gildən götürərək atam xxx, anam xxxa, bacım xxx, əmim arvadı xxx və əmim oğlu xxxin yanında xxxyə verdim. O, isə həmin qızılları götürdü və anasına verdi, anası isə evinə apardı. xxx hətta mənə hədiyyə etdiyi üzüyü və boyunbağını da aparmışdır.” Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin ziddiyyətli dəlillərini araşdırmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddia tələbində sonradan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən tələb edilməsinin səbəbləri iddiaçıya münasibətdə araşdırmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi 4300 manat məbləğində kreditin birgə nikah dövründə götürülüb-götürülməməsini, həmin kredit borcundan birgə nikah dövründə hansı məbləğdə borcun q aytarılmasını, hansı məbləğdə borcun qalmasını, götürülmüş borcun ailənin ümumi mənafeyinə sərf olunub-olunmamasını araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(104)-2178/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Q.Rzaquliyevdən və A.H.Hüseynzadədən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(044)-155/2019 nömrəli qətnaməsi - Cavabdeh 8 dəst yataq dəsti, hər birinin dəyəri 250 manat, ümumilikdə 2000 manat, 6 dəst yataq dəsti, hər birinin dəyəri 150 manat, ümumilikdə 900 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 125 manat, ümumilikdə 375 manat, 2 ədəd fen - dəyəri 100 manat, qolsuz göy don - dəyəri 175 manat, çəhrayı rəngli şalvar və kofta - dəyəri 50 manat, ağ rəngli kofta - dəyəri 120 manat, 1 cüt gümüşü rəngli ayaqqabı - dəyəri 130 manat; 1 cüt krem rəngli ayaqqabı - dəyəri 140 manat, sarı rəngli ket - dəyəri 80 manat; ev ayaqqabıları 5 dəst - dəyəri 30 manat; qara rəngli çəkmə, yarımboğaz - dəyəri 120 manat; qara rəngli çəkmə gödək - dəyəri 80 manat; alt paltarları 18 dəst - dəyəri 150 manat, 26 cüt corab dəyəri 90 manat, 1 dəst yataq paltarı - dəyəri 35 manat, yataq dəsti qutuda - dəyəri 250 manat, qırmızı rəngli şalvar - 65 manat, dəst şalvar-kofta qaralı-ağlı rəngli - dəyəri 100 manat, 17 ədəd əl-üz məhrəbası - dəyəri 650 manat, 5 ədəd qətfə - dəyəri 275 manat, 2 ədəd qara rə ngli çanta - dəyəri 35 manat, qırmızı rəngli - dəyəri 22 manat, 2 dəst yay geyimi rəngli - dəyəri 50 manat, boz rəngli - dəyəri 38 manat, 1 dəst şalvar təzə - dəyəri 78 manat, 1 dəst qaralı-qırmızılı idman geyimi - dəyəri 75 manat, şalvar - dəyəri 70 manat, ümumiliklə 6138 manat, bankanın içində yığılmış - 400 məbləğində pul və hər ay 6 ay müddətində Cavabdeh ödəmiş, hər ay 200 manat, ümumilikdə isə 1200 manat məbləğində pul vəsaitinin, kosmetika əşyaları - ətirlər: “Lusia” markalı - dəyəri 25 manat; “Today” markalı - dəyəri 40 manat; “İnkandes” markalı - dəyəri 50 manat; “Versace” markalı - dəyəri 35 manat; fen dəsti - dəyəri 10 manat, fen lüks - dəyəri 11 manat, kremlər - 2 ədəd əl kremi - dəyəri 16 manat, 2 ədəd ayaq kremi - dəyəri 10 manat, 2 ədəd üz kremi - dəyəri 18 manat, “Pupa” mar kalı kirşan - dəyəri 12 manat, tonlaşdırıcı krem “Lüks” dəyəri 30 manat; kirşan “Pupa” markalı - dəyəri 12 manat; 2 ədəd fırça - dəyəri 5 manat; 2 ədəd qaş qələmi, təzə – dəyəri 6 manat; dodaq boyası 4 ədəd - dəyəri 16 manat; 6 ədəd dırnaq lakı - dəyəri 6 manat; 12 ədəd sürmə - dəyəri 6 manat; göz qələmi 2 ədəd - dəyəri 3 manat; 2 ədəd tuj, lak silən böyük - dəyəri 3 manat; dırnaq naboru - dəyəri 17 manat; dezodorant “Qarnier”, “Emoşn” markalı - dəyəri 6 manat; 3 ədəd “Elidor” markalı şampun dəyəri 14 manat, sulu salfet böyük - 4 manat, 2 ədəd antipresperant “Reksona” markalı dəyəri 12 manat, göy rəngli hədiyyə dəsti, 4 ədəd daraq, 2 ədəd fırça, 2 ədəd kapron dəyəri 12 manat, ümumilikdə 402 manat dəyərində, evdə olmayan cehiz əşyaları - 6 ədəd “romaşka” boşqab - dəyəri 60 manat, 6 ədəd göy çiçəkli boşqab - dəyəri 20 manat, yaşıl Tefal - dəyəri 15 manat, 4 dəst fincan ilə nəlbəki - dəyəri 24 manat, “ördək” formalı fincan dəyəri 3 manat, 1 ədəd qara rəngli sini - dəyəri 8 manat, suvenir mücrü - dəyəri 8 manat, qırıq üzərlik qabı - dəyəri 15 manat, 1 ədəd xrustal kompot stəkanı 6 ədəd - dəyəri 30 manat, 3 dəst 6 ədəd fincan və nəlbəki - dəyəri 36 manat, 1 ədəd ləyən - dəyəri 5 manat, 6 ədəd tünd çəhrayı zərli bakal - dəyəri 30 manat, 2 ədəd kapron ləyən - dəyəri 4 manat, 1 ədəd çaydan və çaynik dəsti - dəyəri 15 manat, 2 ədəd çaynik - dəyəri 3 manat, 4 ədəd çömçə - dəyəri 5 manat, İddiaçı verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə - Cavabdeh 8 ədəd beşlik qızıl, hər biri 350 manatdan, ümumi dəyəri 2800 manat; 1 ədəd üzük, 3 qram çə kidə - dəyəri 250 manat; 1 ədəd üzük, 3 qram çəkidə - dəyəri 250 manat; 1 ədəd üzük əmisi arvadı tərəfindən hədiyyə edilmiş 2 qramlıq - dəyəri 180 manat; 1 ədəd üzük anası tərəfindən verilmiş hədiyyə 4 qram çəkidə dəyəri 350 manat; 1 ədəd nişan üzüyü, 4 qram çəkidə ağ qızıldan - dəyəri 350 manat; 1 ədəd sırğa “düymə” 2 qram çəkidə, iddiaçının özünə məxsus sırğa, 2 qram çəkidə - dəyəri 100 manat, ümumilikdə 4280 manat dəyərində qızıl-zinət əşyaşlarının, iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi və iddianın 4384 manat məbləğində kredit götürmüş pul tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cehiz əşyalarına münasibətdə qeyd etmişdir ki, işin 69-cu səhifəsində olan 12 de kabr 2018-ci il tarixli iddiaçının iştirakı ilə tərtib edilmiş aktda iddiaçı ona məxsus cehiz və geyim əşyalarının cavabdehin yaşadığı ünvandan götürdüyünü göstərmişdir. Yəni iddiaçı iddiasında göstərdiyi bütün cehiz və geyim əşyalarının götürdüyünü, ancaq üzərinə həbs qoyulan zaman aşkar olunmayan əşyalar istisna təşkil etmişdir. Məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə iddiada qeyd olunan cehiz və geyim əşyalarının mövcudluğunu təsdiq edən rəsmi sənəd iddia verilərkən mövcüd olmamışdır. Onların bəzilərinin mövcudluğu məhkəmə qərardadına əsasən üzərinə həbs qoyularkən aşkar olunmuşdur. Ancaq digər əşyalar aşkar olunmamış, başqa sübutlarla da öz əksini tapmamış, cavabdeh tərəf isə bunu etiraf etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Ali Məhkəmə apellyasiya ins tansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv edib yeni baxışa göndərərkən göstərmişdir ki, cavabdeh iddiaya qarşı etirazında siyahıda göstərilən cehiz əşyalarının az bir hissəsinin, yəni iddiaçının özü tərəfindən işlənib, qırılmış və yaxud sayı çox göstərilmiş şeylər istisna olmaqla, bütün əşyalar evdədir və onları verməkdən imtina etmir. İşin 27-ci səhifəsində olan Cavabdeh verdiyi etirazda bu öz təsdiqini tapsa da, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin etiraz 04 sentyabr 2018-ci il tarixdə verildikdən sonra, yəni 12 dekabr 2018-ci ildə iddiaçı cehiz və geyim əşyalarını evdən götürmüşdür. Bununla belə həmin etirazda iddiada göstərilən cehiz və geyim əşyalarının hamısı yox, bir hissəsinin olması göstərilmişdir ki, mövcüd olan əşyalar artıq götürülmüşdür. Belə olan hal da apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş və buna görə də kollegiya qətnamənin həmin hissəsi ilə razılaşmayaraq onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə iddianın bankanın içində yığılmış 400 məbləğində pul və hər ay 6 ay müddətində cavabdehə ödənilmiş, hər ay 200 manat, ümumilikdə isə 1200 manat məbləğində pul vəsaiti tələbini də əsassız hesab etmişdir. Çünki, həmin vəsaitin mövcudluğu və cavabdehdə olması öz təsdiqini iş materialları və işin araşdırılmış halları ilə tapmamışdır. Bankdan götürülmüş pul tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Çünki, bankdan pulu iddiaçı öz adına götürmüş və özü də ödəmişdir. Həmin puldan cavabdehin xəbərinin olması və ya pulu birgə təsərrüfat üçün xərclənməsi öz təsdiqini tapmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin hissəsi ilə razılaşmışdır. Qətnamənin qızıl-zinət əşyaları hissəsi ilə də kollegiya razılaşaraq qeyd edir ki, qızıl-zinət əşyalarının mövcudluğu mübahisələndirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında narazılıqlar onun xəstə atasını ziyarət etməsi üçün getməsi olmuşdur. Sonradan o, evə qayıtmaq istəsə də cavabdeh ona imkan verməmişdir. Bununla belə cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə münasibətləri pisləşdiyi zaman qızıl-zinət əşyalarını onun özünün və valideyinlərinin təkidi ilə vermiş və sonuncu da həmin qızıl-zinət əşyalar ını anasına vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də iddiaçı atası evinə gələrkən onun üzərində hər hansı bir qızıl-zinət əşyalarının olmaması və iddiaçının atası xəstə olan vaxt evə gəlməsi müəyyən olunmuşdur. Kollegiya hesab etmişdir ki, cavabdehin özünümüdafiə xarakterli dəlil kimi qızıl-zinət əşyalarının iddiaçının anasına verməsini göstərməsi, ancaq əvvəllər iddiaçı tərəfindən həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması barədə ziddiyyətli izahatlar verməsi, iddiaçının evdən atasını ziyarət etməsi üçün getməsi, yəni evdən birdəfəlik getməməsi müəyyən olunduğu üçün, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının aparılması inandırıcı hesab edilə bilməz. Bu səbəbdən də iddiaçı həmin əşyalara istifadəyə nəzarətdən məhrum olunduğu üçün bir inci instansiya məhkəməsi haqlı olaraq iddiaçının həmin əşyalar üzərində mülkiyyət hüququnu bərpa etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(104)-2178/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, işdə olan sübutlara düzgün qiymət verilməyərək, iddianın qızıl-zinət əşyalarına dair hissədə yanlış nəticəyə gəlinmişdir. Belə ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya qaytarılmış və sonuncu cavabdehə məxsus evi tər edərkən həmin əşyalar cavabdehdə deyil, iddiaçıda olmuşdur. İddiaçı tələbinin həmin hissəsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar ziddiyyətli olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından x ahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddianın təmin olunmamış hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh tərəfindən verildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin mübahisələndirilən, yəni iddianın təmin olunmuş (qızıl-zinət əşyalarının tutulması) hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. H ər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsin in mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübu tlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələb olunan qızılların iddiaçı tərəfindən ata evinə gedərkən özü ilə aparılması sübut olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamış, qət olunmuş əmlaklar isə iddiaçının mülkiyyəti olmaqla, onların qaytarılmasına dair tələb təmin olunaraq maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 v ə 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(104)-2178/2020 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar