Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3325/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr (özbaşına tikilnin sökülməsi (iddiaçının mənafelərinə toxunduqda)), torpaq sahəsinin boşaldılması (özbaşına tutlmuş torpaqların qaytarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “zəbt olunmuş sahədəki tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-3642/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə 27 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən, ölçüsü 0,06 ha olan torpaq sahəsi X1 adına tam payda, həmin torpaq sahəsində yerləşən 1 ədəd 3 mərtəbəli, 7 otaqlı, 230,8 kv metr qeyriyaşayış, 677,03 kv metr köməkçi sahədən ibarət 48A nömrəli fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)183/2019 saylı qətnaməsinə əsasən, cavabdeh “AtaHolding" MMC tərəfindən 0,1429 he ktar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv metr hissəsinin boşaldılaraq X2 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 183/2019 saylı icra sənədinin icrası təmin edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh iddiası mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, üçüncü şəxs X2 məxsus ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş, 22 may 2018-ci il tarixdə tərtib edilmiş, A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv metr torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv metr torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
5. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)- 2687/2023 saylı qərardadına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1883/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,6 ha torpaq sahəsinin zəbt olunmuş 18,53 kv metr hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin ca vabdeh tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması və 10 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-183/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar torpaq sahəsinin təhvil-təslimi zamanı 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunmuş, torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları TRİMBLE R8 GPS cihazı vasitəsi ilə yerində müəyyən edilməklə göstərilmişdir. Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda “Torpaq sahəsinin plan ölçüsü" sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziy yətdə qonşu tikilinin üzərində yerləşməsi qeyd olunmuşdur. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin 18,53 kv metr hissəsi hazırkı iş üzrə cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi sahədə qanunsuz tikinti işləri aparmış və həmin tikilidən hazırda kababxana kimi istifadə etmişdir. Zəbt olunmuş sahənin boşaldılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh sahəni boşaltmaqdan və qanunsuz tikilinin sökülməsindən imtina etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu qeyd edərək, təmin olunmamasını xahiş etmişdir.
9. Məhkəmə iclasında ekspert X7 izahat vermiş və xx.xx.2022-ci il tarixli, 10/5227 saylı ekspert rəyi Bakı İnzibati Məhkəməsinin qərardadının ic rası ilə əlaqədar tərəfindən verilmiş rəyin nəticəsi ilə bağlı bildirmişdir ki, bütün torpaq sahələrinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatları əsasında müəyyən edilmişdir. Ayrıc aktında mübahisəli torpağın sahəsi 596 kv metr olaraq göstərilmiş, sonradan həmin sahəyə 600 kv metr əsasında çıxarış veilmişdir. Plan-ölçü sənədində isə sahə 608 kv metr əks olunmuşdur. Müvafiq rəydə də ayrıc aktındakı sahə ilə plan ölçü arasındakı fərqin 12 kv metr olduğu bildirilmişdir. Yəni, ayrıc aktındakı sahə 12 kv metr fərqlə plan ölçüdəki koordinatlarla üst-üstə düşmüşdür. Lakin çıxarışa əsas olan plan-ölçü sənədində əlavə olaraq 8 kv metr sahə mövcud olmuşdur. Həmin artıq hissənin kimdə olması isə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Bu səbəbdən Əmlak Məsələləri Dö vlət Xidmətinin mütəxəssis rəyinin əldə edilməsi tələb olunmuşdur. Mütəxəssisin rəyindəki plan-ölçü sənədində göstərilən koordinatlara əsasən 608 kv metr təşkil etdiyi artıq olan 8 kv metr torpaq sahəsinin 7 kv metr-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu müəyyən olunmuşdur. Yəni artıq olan 8 kv metr sahənin 7 kv metr sahəsi Cavabdeh faktiki istifadə etdiyi tikili ilə üst-üstə düşmüşdür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/7384 nömrəli ekspert rəyinə əsasən, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən, mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv metr köməkçi sahənin qapısı bağlı olduğundan koordinatlarını (ölçülərin i) müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən iddiaçı X1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş seriya RX №1308321 saylı, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ölçüləri ilə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən, mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv metr köməkçi sahənin ölçüləri üst-üstə (toqquşma) düşməmişdir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin, 677,03 kv metr köməkçi sahədən ibarət tikilinin qapısı bağlı olduğundan, həmin tikilinin iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 11/1885 İnventar nömrə ilə qeydiyyatdan keçmiş eskiz plana uyğun tikilməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh istif adəsində olan torpaq sahəsinin giriş hissəsinin sağ tərəfində iddiaçının həyətyanı torpaq sahəsinə bitişik əksini tapmayan əlavə tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh adına verilmiş texniki pasporta əsasən istifadəsində olan torpaq sahəsinin bir hissəsi X4 əsasən mülkiyyətinə verilmiş 0,06 ha (600 kv metr) torpaq sahəsi (lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlar daxilində olan torpaq sahəsinin ümumi sahəsi 608 kv metr göstərilmişdir) ilə üst-üstə düşmüşdür. Lakin torpaq sahələrinin dəqiq nə qədər hissəsinin üst-üstə düşməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS vasitəsi ilə ölçüldükdən sonra müəyyən oluna bilərdi. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin, 677,03 kv metr köməkçi sahədən ibarət tikili iş materi allarına əlavə edilmiş xx.xx.2007-ci il tarixil, 11/1885 inventar nömrə ilə qeydiyyatdan keçmiş eskiz plana uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmadığı üçün tədqiqat aparılmamışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-139/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təkrar mühəndis-texniki (torpaqşünaslıq) ekspertizasının təyin edilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5227 nömrəli ekspert rəyinə və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 370 nömrəli sərəncamı əsasında iddiaçıya Bakı şəhəri, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Bakı şəhəri İ cra Hakimiyyəti tərəfindən tərtib edilmiş ayrıc aktının koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrdən verilmiş çıxarışın əlavəsi olan plan-ölçüdə qeyd olunmuş koordinatlarının 12 kv metr fərqlə üst-üstə düşdüyü müəyyən olunmuşdur. X5 adına tərtib edilmiş ayrıc aktında qeyd olunmuş koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahənin 596 kv metr İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışda və çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsünün 600 kv metr ölçüdə göstərilsə də, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 608 kv metr olduğu müəyyən olunmuşdur. Ayrıc aktına əsasən torpaq sahəsi nin planı və ölçüsü sənədinə qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (İddiaçı iddia etdiyi sahə) Cavabdeh istifadəsində olduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü-dördüncü sualları üzrə: Mütəxəssis rəyinə əsasən, ümumiyyətlə X6 Bakı şəhəri, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə məhkəmə qərarı əsasında verilmiş daşınmaz əmlakın dövlət reyesrtdən çıxarış əsasında hazılanmış plan və ölçüdə nəzərdə tutulmuş koordinatlarla, həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verildikdən sonra sonuncunun adına verilmiş çıxarışa əlavə edilmiş plan və ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışın əlavəsi olan torpaq sahəsinin pla nı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv metr təşkil etmiş, artıq olan 8 kv metr torpaq sahəsinin 7 kv metr-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu müəyyən olunmuşdur. Qərardadın beşinci-altıncı sualları üzrə: Mütəxəssis rəyinə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmamışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində onun torpaq sahəsinin 18,53 kv metr ək sik olan sahəsinin cavabdeh tərəfindən tutularaq istifadə edildiyini göstərmişdir. Lakin işdə olan materiallar əsas götürülməklə, işin faktiki hallarına əsasən (xx.xx.2022-ci il tarixli 10/5227 saylı ekspert rəyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) iddiaçının istinad etdiyi dəlillər təkzib olunmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia etdiyi 1 sot torpaq sahəsinin 74,79 kv metr hissəsinin həmin iş üzrə cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiqlənsə də, iddiaçıya məxsus 0,06 hektar torpaq sahəsinin 18,53 kv metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. Hansı ki, həmin məhkəmə mübahisəsinin də predmeti məhz bütövlükdə zəbt olunmuş torpaq sahəsinin iddiaçıya ge ri qaytarılması olmuşdur. Lakin göründüyü kimi, tələb olunan sahədən bir hissəsinin digər mülki iş üzrə cavabdeh tərəfindən zəbt olunması faktı təsdiqlənsə də, hazırda mübahisələndirilən ölçüdə torpaq sahəsinin kimin istifadəsində olması uzun məhkəmə çəkişmələrinə baxmayaraq müəyyən edilməmişdir. Hazırda isə iddiaçı konkret hansı fakta istinadən torpaq sahəsinin 18,53 kv metr-nin məhz iş üzrə Cavabdeh istifadəsində olmasını iddia etməsini əsaslandıra bilməmişdir. Lakin iddia tələbinin dəlillərindən müəyyən etmək olar ki, bu faktlardan birincisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda “Torpaq sahəsinin plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinatın mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşməsi barədə qeydin ək s olunması, ikincisi isə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin qonşu olması olmuşdur. Bu dəlillər öz-özlüyündə hər hansı faktı təsdiqləmək üçün kifayət etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni iddia ərizəsində göstərilən faktiki halların ekspertiza rəyləri ilə müəyyən edilməsinə zərurətin olması ilə əsaslandırmış və iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etməmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, iddiaçı həmin ekspertiza rəyinə etiraz etmişdir. Bundan sonra məhkəmə tərəfindən ziddiyyətli halların araşdırılması üçün təkrar ekspertiza təyin edilsə də, id diaçı zəruri olan mütəxəssis rəyinin təqdim edilməsinə görə xidmət haqqının ödənilməsini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi rəyin mötəbərliyi şübhəli olmuşdur. Həmçinin iddiaçının özü tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyi bu sahədə ixtisaslaşmış müvafiq dövlət orqanının mütəxəssis rəyi ilə təsdiq oluna bilərdi. Lakin göründüyü kimi, iddiaçı öz iddia tələblərinin təsdiq edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir.
16. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli ekspert rəyindən də hazırda mübahisəli olan 18,53 kv metr sahənin kimin istifadəsində olduğu müəyyən edilməmişdir. Həmin ekspertin rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş ayrıc aktı ilə məhkəmə qərarından sonra torpağa dair verilmiş plan-ölçü sənədi arasında 12 kv metr fərqin olduğu qeyd edilmişdir. Göründüyü kimi, aparılmış tədqiqatın nəticələrinə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv metr təşkil edir, artıq olan 8 kv metr torpaq sahəsinin 7 kv metr-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu, o cümlədən ayrıc aktına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinə qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (İddiaçı iddia etdiyi sahə) Cavabdeh istifadəsində olduğu qənaətinə gəlinmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçı X2 məxsus torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə əlavə 7 kv metr torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılması və elektron baza məlumatlarında düzəlişin edilməsi qərara alınmışdır.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və ya ona məxsus torpaq sahəsinin 18,53 kv metr hissəsinin cavabdehin istifadəsində olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə işin müəyyən olunmuş hallarına əsasən, işin faktiki hallarından, o cümlədən mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş koordinatlarla çıxarışa əlavə edilmiş plan-ölçüdə qeyd olunan koordinatlar qismən (12 kv metr fərqlə) üst-üstə düşmüşdür. X5 adına tərtib edilmiş ayrıc aktında qeyd olunan koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahə 596 kv metr, S.Quattrocchinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın əlavəsi olan plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 600 kv metr göstərilmiş, lakin plan və ölçü sənədində olan koordinatlara əsasən sonuncunun torpaq sahəsi 608 kv metr təşkil etmişdir. Üst-üstə düşən sahədən 7 kv metr olan hissə iddiaçı Cavabdeh istifadəsində olmuşdur. Belə ki, artıq olan 8 kv metr torpaq sahəsinin 7 kv metr h issəsi Cavabdeh faktiki istifadəsində olan tikilinin bir hissəsi olmuşdur. Məhkəmə qərarı qəbul edilənə qədər 596 kv metr torpaq sahəsi, məhkəmə qərarından sonra isə 600 kv metr torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Lakin, cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş texniki sənəddə həmin halı nəzərə almamış səlahiyyətindən kənarlaşaraq satıcının mülkiyyət hüququ mövcud olmamasına baxmayaraq əlavə iddiaçının faktiki istifadəsində olan 7 kv metr torpaq sahəsini koordinatlara göstərmiş, nəticədə iddiaçının istifadəsində olan 7 kv metr torpaq sahəsi üçüncü şəxsin texniki sənədlərində faktiki olaraq mülkiyyətində olan sahə kimi göstərilmişdir. Halbuki, texniki sənəd hüquqi müəyyənedən sənədə uyğun olmaqla tərtib edilməlidir ki, həmin sənədlər arasında uyğunsuzluq istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamış, eyni zamanda iddiaçı tərəfindən iddianın dəlillərində göstərilən halları təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
20. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı “torpaq sahəsinin ölçülərini yerində müəyyən etmək mümkündür”, “torpaq sahələrinin cavabdehin istifadəsində olması ancaq Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş ekspertiza rəyləri ilə müəyyən edilmişdir”, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidovun apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan ölçü Bakı Şəhəri İcra Hakimiyyətinin ayrıc aktına uyğun tərtib edildiyi qeyd olunmuşdur” kimi dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 özü tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş, sonuncu həmin rəyə istinad edərək iddianın dəlillərini müdafiə etmişdir.
21. Məhkəmə digər dəlillə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddia tələbi üzrə mübahisənin araşdırılması üçün torpaq sahəsinin faktiki ölçüləri deyil, iddiaçının mübahisələndirdiyi 18,53 kv metr torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi, o cümlədən həmin sahənin cavabdehin qanunsuz sahibliyi və istifadəsində olması faktı müəyyən edilməli idi. Hansı ki, bu məsələnin həlli xüsusi bilik tələb etdiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilsə də iddiaçı tərəfindən ekspertizanın rəyinin əldə edilməsi məqsədilə lazımi hərəkətlər edilməmişdir. Qeyd olunanlardan başqa məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı son dəlilini əsassız hesab edərək bildirmişdir ki, inzibati orqanın özünün cavabdeh kimi cəlb olunduğu iş üzrə maraqlarına uyğun olmayan məhkəmə qərarından şikayət edərkən qeyd etdiyi dəlillər, o demək deyildir ki, indiki iş üzrə təkzibedilməz sübut kimi qiymətləndirilə bilər. Üstəlik də iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, cavabdeh verilmiş apellyasiya şikayətini geri götürmüş və həmin şikayətlə bağlı apellyasiya baxışına xitam verilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 152.1, 152.5, 157.2, 157.4 və 238.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənın 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə həqiqətin aşkara çıxarılmasına məhkəmə tərəfindən ma neçilik yaradılmışdır ki, məhkəmə araşdırması tam və obyektiv aparılmamışdır. Məhkəmə tikinti-texniki üzrə ekspert Elməddin Aslanlı məhkəmə iclasında qətiyyətlə bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını yerində sənəd üzrə ölçü işləri aparılmaqla konkret aşkar etmək mümkün olmuşdur. Məhkəmə tərəfindən iddiaçının torpaq sahəsində zəbtin olub-olmamasını dəqiqləşdirmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edildikdən sonra torpaq sahəsinin sənəd üzrə ölçülərini və əgər zəbt olunmuşsa zəbtin hansı kv metr olmasını ekspert rəyini məhkəməyə təqdim etmək mümkün olmuşdur. İş üzrə məhkəməyə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəy təqdim edilmiş və həmin rəydə iddiaçının mülkiyyətində olan cavabdeh tərəfindən zəbt olunm uş sahənin və özbaşına tikilinin görüntüləri tamamilə göstərilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi mülkiyyətdə olan torpaq sahəsinin koordinatların dəyişdirilməsi və ya düzəlişi ilə bağlı olmamışdır. Lakin məhkəmə qərəzli olaraq iddia tələbinin mahiyyətindən kənara çıxaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki çıxarış üzrə mövcud sahəsinin ölçülərini və cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt olunmasını araşdırmamışdır. Cavabdehin özbaşına qanunsuz aparmış olduğu tikinti iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmışdır. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 18 kv metr olan olan hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilərək özbaşına tikili yə hüquqi qiymət verilməmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin çıxarış və texniki pasport üzrə faktiki yerində ölçülərinin mövcud vəziyyətini aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsindən və iş materiallarından görünmüşdür ki, cavabdehin qanunsuz inşa etdiyi özbaşına tikilinin iddiaçının torpaq sahəsinə qanunsuz daxil olmasını və Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş ekspert rəylərindən göründüyü kimi, iddiaçının özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili müvafiq icra hakimiyyətlərindən icazə sənədlərin sübut edilməməsinə dair dəlillər mövcud olmuşdur. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv metretr hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktının koordinatlara istinad edərək zəbtin yerində olçülərini d əqiqləşdirmədən zəbt olunma faktını müəyyən etmədiyindən qətnamədə göstərilmiş nəticələrinin və işin hallarına uyğun gəlməmişdir. Məhkəməyə şahid ekspert Elməddin Aslanlı ifadə verməsinin mülkiyyətdə olan torpaq sahəsinin çıxarış üzrə faktiki ölçülərinin dəqiqləşdirilməsi barədə yeni sübutların əldə olunması kimi vəsatət verilməsinə baxmayaraq həmin sübutun təqdim edilməsini təmin etməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Elşən Kazımov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və İkram Şirinov) 2(103)-3642/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini nəzərdən keçirərək qeyd et mişdir ki, daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız "xxxx" MMC-də, yaxud publik hüquqi şəxsin müvafiq ərazi idarələrində mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o qurumlar (mühəndisi, eksperti) tərəfindən müəyyən edilir. Hazırkı işdə verilmiş 18 mart 2022-ci il tarixli ekspert rəyində də tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşdüyü, lakin torpaq sahəsinin dəqiq nə qədər hissəsinin üst-üstə düşməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS vasitəsilə ölçüldükdən sonra müəyyən oluna bildiyi göstərilmişdir. Eyni mübahisəli torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin 13 aprel 2022-ci il tarixli Bakı İnzibati Məhkəməsində olan inzibati iş üzrə ver diyi rəyi əsasında 21 dekabr 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Ekspert tərəfindən verilmiş rəylərdən açıq-aşkar bəlli olmuşdur ki, bu rəylər "xxxx" MMC-nin yaxud 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyi olduğu kimi köçürməklə tərtib olunmuşdur. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, Məhkəmə Ekspertizası Mərkəzində sırf bu növdə ekspertiza keçirilməmiş və bu sahədə xüsusi biliyə malik ekspertlər fəaliyyət göstərməmiş, eləcə də torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları olmamışdır. Bu cür vəziyyətdə ekspertizanın keçirilməsinin həm də Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi yalnız bu xarakterli işlərə baxılması müddətinin süni surətdə uzadılmasına və digər neqativ hallara səbəb olmuşdur ki, nəticədə də ədalət mühakiməsinin maraqlar ı zərər görmüş olmuşdur. Əlbəttə ki, gələcəkdə publik hüququ şəxsin "xxxx" MMC-də və ərazi idarələrindəki olan torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları Məhkəmə Ekspertizası Mərkəzində də olacağı təqdirdə yəqin ki, bu sahədə yeni ekspertiza növü yaranacağı istisna olunmamışdır.
27. Bununla yanaşı, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlim lərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı rəy verilmiş, o cümlədən hazırkı işdə də iddiaçının müraciəti əsasında “X9 və Ekspertizası Mərkəzi” MMC tərəfindən 21 iyun 2022-ci il tarixli 168 nömrəli rəyi vermiş və məhkəmə də həmin rəyi haqlı olaraq mötəbər sübut kimi qəbul etmədən yekun nəticəyə gəlmişdir. Qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası yaxud mütəxəssis rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməz olmuşdur. Xüsusən də torpaq mübahisələri ilə bağlı bu cür rəylərin sübut növü kimi qəbul edilməsi ümumiyyətlə qəbuledilməzdir. Çünki əgər dövlət qurumu olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində yuxarıda qeyd olunduğu kimi torpaq sahələrinə dair arxiv sənədləri və torpaqlara dair elektron kadastr məlumatları yoxdursa, demək hansısa MMCdə bu cür sənəd və məlumatların olması da mü mkün sayılmır. Bununla bağlı, Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcud olmuşdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia ərizəsi 17 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, qətnamə isə 29 mart 2024-cü il tarixdə çıxarılmışdır. 3 ilə yaxın bir müddətdə birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşıdırılması üçün bütün lazımi şərait yaradılmış, ekspertiza və mütəxəssis rəyləri tədqiq olunmuşdur. Məhz qeyd olunan rəylər əsasında iş üzrə həqiqət aşkara çıxarılmışdır. Bakı İnzibati Məhkəməsində olan inzibati iş üzrə xx.xx.2022-ci il tarixli rəyi vermiş ekspert Elməddin Aslanlı məhkəmə iclasında verdiyi ifadəsi rəylə eyni məzmunlu olmuşdur. Qeyd olunduğu kimi, həm hazırkı işdə, həm də inzibati işdə mahiyyət etibarı ilə iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmaması məsələsi araşdırılaraq müəyyən edilmişdir ki, ümumiyyətlə X6 Bakı şəhəri, Nərimanov rayonu, M. Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə məhkəmə qərarı əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında hazırlanmış plan və ölçüdə nəzərdə tutulmuş koordinatlarla, həmin torpaq sahəsi X1 mülkiyyətinə verildikdən sonra, sonuncunun adına verilmiş çıxarışa əlavə edilmiş plan və ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, reyestr nömrəsi **********77 olan çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv metr təşkil etmişdir. Artıq olan 8 kv metr torpaq sahəsinin 7 kv metr Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olmuşdur. Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsinin yerləşdiyi 7 kv metr torpaq sahəsi iddiaçının mülkiyyətində olan 600 kv metr torpaq sahəsinin bir hissəsi, yəni 7 kv metr deyil, çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən artıq göstərilən 8 kv metr bir hissəsi, yəni 7 kv metr olduğu müəyyən edilmişdir. Həmçinin, Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsinin yerləşdiyi 7 kv metr torpaq sahəsi, iddiaçının torpaq sahəsinin çıxarışının əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində artıq göstərildiyi tarixdən də əvvəl Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınması faktı da iddianın rədd edilməsi üçün əsas sayılmışdır.
29. Məhkəm ə tərkibi tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi üzrə yuxarıda hüquqi dəyərləndirmə aparılmış və həmin rəyin göstərilən səbəblərdən mötəbər olmadığı göstərilmişdir. Ona görə həmin rəydə iddiaçının mülkiyyətində olan, cavabdeh tərəfindən zəbt olunduğu göstərilən sahənin və özbaşına tikilinin görüntülərinin tamamilə göstərilməsi onların həqiqi olması demək deyildir. Həqiqətən də iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi mülkiyyətdə olan torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və ya düzəlişi ilə bağlı olmamış, bunun olması da mümkün olmamış, çünki, o cür iddia mülki məhkəmə icraatının predmeti ola bilməzdi. Əksinə, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmış, iddia tələbindən kənara çıxmamış, iddiaçının mülkiyyətində olan 600 kv metr torpaq sa həsinin hansısa hissəsinin cavabdeh tərəfindən zəbt olunması öz təsdiqini tapmamışdır. Başqa sözlə, cavabdehə məxsus tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1. 139.3, 139.1.1, 139-1.1.1, 152.1, 152.5, 152.6, 157.2, 157.4 və 238.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası iş üzrə məh kəmə araşdırması tam və obyektiv aparmamışdır. Apellasiya instansiyası məhkəməsi mülki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan cavabdehin girməyinə, tikinti zamanı iddiaçının sərhədlərini qərəzsiz pozmasına, sərhədi pozmuş cavabdeh pul kompensasiyası ödəməməsinə və bundan sonra onu hər il ödəməsinə, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsində və sərhəddin də inşa etmiş yanaşı divarda və ya onun müəyyən hissəsində tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş sənədinə hüquqi əhəmiyyət verməmişdir. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində və divarına bitşik sərhədində tikmiş olduğu mətbəx izahatı və mülki iş materialları ilə sübuta yetirilmişdir. Həmin mətbəxdən ağır qoxular iddiaçının yaşadığı fərdi yaşayış evinə daxil olduğundan onun rahat, sərbəst yaşamaq və mülkiyyətindən təhlükəsiz istifadə hüququ pozulmuşdur. Məhkəmə qanunvericilikdə göstərilən bu hallara əhəmiyyət verməmiş, maddi hüquq normaların bu tələblərini pozulmasını araşdırmayaraq apellyasiya şikayətini təmin etməmişdir. b)Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
36. Maddə 139-1.1 və 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimi yyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona d air sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlə r davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. İddiaçının kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
55. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3642/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.