Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3335/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X3 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “vəzifə ilə bağlı əmək kitabçasında düzəlişin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək kitabçasında vəzifə ilə bağlı düzəlişin edilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)2307/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 01 dekabr 2000-ci il tarixdə "xxxx" Əməliyyat Şirkətində neft və qazçıxarma sahəsinə əməyin normalaşdırılması üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 16 avqust 2001-ci il tarixdə quyu ətrafının təmizlənməsi üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, 17 yanvar 2002-ci il tarixdə Mişovdağ neft-qaz çıxarma sahəsinə istismar sahəsi üzrə mühəndis, 01 mart 2005-ci il tarixdə isə X1 Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmiş, 01 yanvar 2009-cu il tarixdən X2 sahəsində Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə, 28 f evral 2012-ci il tarixdən 1 saylı neft və qaz çıxarma sexində quyuların kimyəvi emalı üzrə usta, 18 may 2020-ci il tarixdən 1 saylı neft və qaz çıxarma sexində quyuların kimyəvi işləmə üzrə usta, 07 sentyabr 2021-ci il tarixdən 1 saylı neft və qaz çıxarma sexində quyuların kimyəvi təmizlənməsi üzrə usta vəzifəsində işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X3 Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 17 yanvar 2002-ci il – 01 yanvar 2009-cu il tarixlərində müvafiq sahələr üzrə vəzifəsinin əmək kitabçasında “Quyuların kimyəvi emalı üzrə usta” kimi qeyd olunması vəzifəsi üzrə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasına çıxana, yəni 31 iyul 2023-cü il tarixə qədər, fasiləsiz 42 il istehsalatda çalışmış, 2013-cü ildə ağır əmək xəsarəti almışdır. Qarasu Əməliyyat Şirkəti üzrə Neft hasilatının yüksəldilməsi məqsədilə tətbiqedilən Yeni Texnoloji proseslərdən biri də, Quyuların kimyəvi emalıdır ki, bu texnoloji prosesi istehsalatda tətbiq etmək üçün Quyuların kimyəvi emalı sahəsinin yaradılması labüd idi. Bu sahə 2001-ci ilin noyabr ayında yaradılmaqla, Quyuların kimyəvi emalı üzrə briqada fəaliyyətə başlamış, bu sahədə 17 yanvar 2002-ci il tarixdən işləməyə başlamışdır. Lakin, struktur quruluş yaradılarkən, “Əmək haqqı və Əməyin təşkili” şöbəsinin olmaması səbəbindən xəta baş vermiş, ştat cədvəli tərtib edilərkən quyuların k imyəvi üsulla işlənməsi üzrə mühəndis və quyuların kimyəvi üsulla işlənməsi üzrə usta vəzifəsi yaradılaraq təsdiq edilməli olduğu halda, Şirkətin iqtisadi mənafeyinin güdülməsi nöqteyinəzərindən yanaşılaraq, ştat cədvəlində texnoloji prosesləri icra edən Quyuların kimyəvi emalı üzrə usta vəzifəsi yazılmamışdır. 01 yanvar 2009-cu ildə mühəndis vəzifəsi ləğv olunmuş və səkkiz ildən sonra 2017-ci ildə yenidən yaradılmış və bu vəzifəyə yeni işçi götürülmüşdür. Bu səkkiz ildə də quyuların kimyəvi emalı üzrə usta quyuların kimyəvi işlənməsi üzrə mühəndisin vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. İddiaçının vəzifəsi usta olmalı idi və bu vəzifə ilə yanaşı mühəndisin də vəzifəsinin öhdəliklərini yerinə yetirmişdir. O, 17 yanvar 2002-ci il tarixdən İstismar sahəsi üzrə Mühəndis vəzifəsinə təy in olunsa da, 24 dekabr 2002-ci il tarixli əmək Müqaviləsinə əlavəyə əsasən tutduğu vəzifə daha dəqiq əks olunaraq 01 yanvar 2002-ci il tarixdən etibarən quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis adlanmışdır. 01 mart 2005-ci il tarixdən Şirkət üzrə aparıcı istismar sahəsindən, İstismar sahəsinə köməkçi olan şöbələrindən birinə mexanikləşdirilmiş hasilat şöbəsinə Quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 01 yanvar 2009-cu il tarixdə yenidən Hasilat şöbəsinə Quyuların kimyəvi emalı üzrə usta vəzifəsinə keçirilmişdir. Beləliklə, quyuların kimyəvi üsulla işlənməsi üzrə usta stajı 6 il 11 ay 15 gün təşkil etmişdir. Lakin texniki xəta olaraq vəzifəsi quyuların kimyəvi üsulla işlənməsi üzrə mühəndis qeyd olunmuşdur. Lakin vəzifəsi Mühəndis kimi deyil, Ust a kimi adlanmalı idi. Bu texniki xətalar haqqında Şirkət rəhbərliyinə 2 dəfə müraciət etmişdir.
4. Cavabdeh Karasu Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı qeyd edilən illər ərzində usta yox, mühəndis vəzifəsində işləmişdir. Tərəflər arasında əmək müqaviləsi sərbəst bağlanmış və əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə müəyyən edilmişdir. İddiaçı 2002-2009-cu illər ərzində özünün də razılığı əsasında mühəndis vəzifəsində işləmişdir.
5. Cavabdeh həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən olunan müddətin ötürülməsini qeyd etməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(006)4581/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı ilə cavabdeh arasında əmək müqavilələrinə əlavələr bağlandığı, həmin əlavələrdə onun vəzifəsinin mübahisələndirilən tarixlərdə mühəndis göstərilməsi, iddiaçının buna heç bir etirazının olmaması, həmin vəzifələrdə 2009-cu ilədək etiraz etmədən işləməsi onu deməyə əsas vermişdir ki, iddiaçının iddia ərizəsində gətirdiyi dəlillər mülahizələrə əsaslanmaqla əsassızdır.
8. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı tələblərini irəli sürmək üçün qan unvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı mübahisələndirdiyi vəzifə adı üzrə 17 yanvar 2002 – 01 yanvar 2009-cu il tarixlərində işləsə də, eyni zamanda həmin tarixlərdən hüququnun pozulduğunu bildiyi halda, həmin vəzifələrdə etiraz etmədən işləmiş və yalnız uzun illər sonra ilkin mediasiya sessiyasına müraciət etməklə mübahisələndirmişdir. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin lə ğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-2307/2024 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(006)4581/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.
13. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət vermək üçün iddiaçının qaldırdığı tələb üzrə hüququnun pozulduğu barədə məlumatlı olduğu tarixin başlanğıcının müəyyən edilməsini labüd saymışdır.
14. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqavilələrinə 17 yanvar 2002-ci il, 24 dekabr 2002-ci il, 22 mart 2005-ci il tarixli əlavələri imzalayarkən əslində mübahisələndirdiyi məsələ üzrə məlumatlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbində həmin əmək müqaviləsinə əlavələrdən xəbərsiz olması və ya imzanın ona məxsus olmaması mövqeyindən çıxış etmir. Nəzərə alınmalıdır ki, məbləğ etibarı ilə mühəndis və usta vəzifələri üzrə əmək haqqı da eyni olmamışdır. İddiaçı da mübahisələndirdiyi dövrdə məhz mühəndis vəzifəsi üçün nəzərdə tutulmuş əmək haqqı almış və nə həmin vaxt, nədə ki, 01 yanvar 2009-cu il tarixdən etibarən usta vəzifəsinə təyin edilən və artıq usta vəzifəsinə uyğun əmək haqqı alan zaman buna etiraz etməmişdir. Digər tərəfdən, iddiaçının əmək müqaviləsinə xitam verilməklə əmək kitabçasının ona verildiyi tarixdən (əmək kitabçası ona təhvil verildikdən sonra kitabçadakı qeydlərə nəzər saldıqda) hüququnun pozulması barədə məlumatlı olduğu düşünülsə belə, bu halda da iddiaçı hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür.
15. İddiaçı apellyasiya şikayətində mübahisələndirdiyi halın DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə güzəştli şərtlərlə pensiya t əyin edilməsi üçün cavabdeh təşkilat tərəfindən ona təqdim edilmiş 08 iyun 2022-ci il tarixli “İmtiyazlı iş stajı haqqında” arayışından sonra məlum olduğu mövqeyindən çıxış edir. İddiaçının istinad etdiyi tarix iddia müddətinin hesablanması üçün başlanğıc tarix kimi götürülsə belə, iddiaçı yenə də təxminən 1 il sonra (21 iyun 2023-cü il) mediasiya təşkilatına müraciət etməklə hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür. Bu da öz növbəsində hazırkı iddiaya iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini şərtləndirir. Halbuki, iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə, iddianın təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 46.1, 46.6, 296.2, 296.3-cü, Mülki Məcəllənin 375.2, 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il i tarixli, 2(103)-2307/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü hissələri, Mülki Məcəllənin 21.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, iddiaçı cavabdehdən 01 may 2023-cü il tarixli cavab məktubunu aldıqdan sonra səhvən mediasiya mərhələsindən keçmədən Şirvan Şəhər Məhkəməsinə 12 iyun 2023-cü il tarixdə müraciət etmiş, həmin Məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. O, 21 iyun 2023-cü il tarixdə Mediasiya təklifi göndərmiş, 10 iyul 2023-cü il tarixdə mediasiya arayışını aldıqdan sonra təkrarən Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş, lakin iddia aidiyyəti üzrə düzgün verilmədiyindən 28 avqust 2023-cü il tarixli qərardadla iddiası qaytarılmışdır. Bundan sonra o, 06 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, apellyasiya məhkəməsi bu halları nəzərə almamışdır. İddiaçı hüququnun pozulduğunu başa düşdükdən sonra hüquqlarının bərpası istiqamətində prosedur qaydalarına baş lamışdır. Onun savadsızlığı hüquqlarının məhdudlaşdırımasına və pozulmasına səbəb ola bilməz.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin ol unması ilə qorunması prinsiplərinə əsaslanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 26. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandır an halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutu lmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı kassasiya şikayətində əvvəllər səhv olaraq başqa məhkəməyə müraciət etməklə, əslində iddia müddətini ötürmədiyinə dair mövqeyini əsaslandırmağa çalışsa da, bu dəlil əsaslı deyildir.
31. Belə ki, ilk olaraq apellyasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçı əmək müqaviləsini və ona əlavələri 17 yanvar 2002-ci, 24 dekabr 2002-ci və 22 mart 2005-ci il tarixlərdə imzalamış və həmin zaman hansı vəzifəyə işə götürülməsindən məlumatlı olmuşdur.
32. Digər tərəfdən iddiaçının hüquqlarının pozulması barədə DSMF-nin Xüs usi Şərtlərlə Təyinat İdarəsinə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh təşkilat tərəfindən təqdim edilmiş 08 iyun 2022-ci il tarixli “İmtiyazlı iş stajı haqqında” arayışından bildiyi hesab olunsa da belə, özünün də bildirdiyi kimi, ilk dəfə mediasiya prosedurundan keçmədən iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə 12 iyun 2023-cü il tarixdə müraciət etmişdir. Yəni hətta, onun hüququnun pozulmasını bildiyi tarixi kimi 08 iyun 2022-ci il, məhkəməyə müraciət etmə tarixi kimi isə 12 iyun 2023-cü il (halbuki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən iddia müddətinin kəsilməsi üçün yalnız “müəyyənləşdirilmiş qaydada” iddia irəli sürülməlidir) qəbul edilsə belə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan müddət artıq ötürülmüşdür.
33. Digər tərəfdən, i ddiaçının savadsızlığı və ya qanunun tələblərini bilməməsi iddia müddətinin axımının qanunda nəzərdə tutulan qaydadan fərqli hesablanması üçün əsas ola bilməz.
34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-2307/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.