Məhkəmə qərarları › İş №2(102)-3339/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3339/2021

26.04.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılma tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılma tələbinə dair iş üzrə Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tar ixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.Kiçibəyov) İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılma tələbinə dair iş baxılması üçün aidəyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Lerik Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.Kiçibəyov) İddiaçı nümayəndəsi və vəkili Vəkil Lerik Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(048)- 281/2021 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı 05.04.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(048)-281/2021 sayılı qərardadın ləğv edilməsini, işə aidiyyəti üzrə Lerik rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın icarəyə verilməsindən gələn gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə aid edilmişdir və qanunvericiliyə əsasən məhkəmə aidiyyatı üzrə ümumi məhkəmədə baxılmalıdır. Hüquqi məsələlər: İddiaçı 18.03.2021 -ci il tarixdə Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə Lerik rayon məhkəməsinə müraciət edərək Cavabdeh ilə arasında 21,05.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 480000 (dörd yüz səksən min) manat maddi ziyanın, 30 (otuz m anat) 0,40 qəpik dövlət rüsumu, 10000 (on min) manat məbləğində mənəvi ziyanın, cəmi 490030 (dörd yüz doxsan min otuz manat) 0,40 qəpik pulun iddiaçıya ödənilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lerik rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi ziyanın ödənilməsi və məcburi çıxarılma tələbinə dair mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əl də edən fiziki şəxslərdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə tərəflərin hər ikisinin VÖEN -i vardır. Qanunvericiliyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasımüəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. İddiaçının həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Az ərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məc əllənin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 -ci bəndində qeyd olunur ki, MPM-in 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1 -ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş ist ehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslərdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə tərəflərin hər ikisinin VÖEN -i vardır. Ona görə İddiaçı işin aidiyyəti üzrə Lerik rayon Məhkəməsində baxılması barədə şikayəti əsassız olduğundan təmin edilməməli, iş baxılması üçün aidəyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.1-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənləri, birinci instansiya məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 40 3-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar